Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-386/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qaz borcunun ödənilməsi, pul tələbi, sübutetmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)-1973/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Mingəçevir şəhəri, Kənar küçəsi 10 saylı fərdi yaşayış evi İddiaçı məxsusdur. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən təbii X10nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən Tərtər RQİİ İSQNŞ-nin əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuşdur. Cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin akt əsasında verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 16459.2 m3 (1975 manat) qaz sərfiyyatından ibarət dəymiş ziyan İddiaçı adına hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri, Kənar küçəsi 10 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 1975 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir..
3. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı Mingəçevir şəhəri, Kənar küçəsi 10 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Evləri həyət evidir. Həyətyanı sahəsi də vardır. Evə aid olan qaz sayğacı evin, həyətinin qapısından çöldə quraşdırılmışdır. Yoldan görünən yerdədir. Həyətdə qaz istifadə edə biləcək hər hansı avadanlıq yoxdur. Evdə istifadə etdikləri qazla işləyən avadanlıqlar 4 gözlü qaz plitəsi, samovar, radiatordur. Qeyd edilən qaz sayğacı həyətdən çöldə hasara bərkidilmişdir. Qaz istismarı sahəsinin işçilərinin təqdim etdikləri bildirişə əsasən istehlak olunan qazın pulu ödənilmişdir. Təmsil etdiyi şəxsin oğluna tanıdığı qaz istismarı sahəsinin işçilərindən biri demişdir ki, onlara borc hesablanmışdır. Halbuki, verilən bildirişlərdən borcun olmaması görünür. Qazın saldosu deyilən sənəd alındıqda məlum olmuşdur ki, sözügedən qaz sayğacına 1975 manat əsassız borc hesablamışdır. Oğlu Vüsal demişdir ki, ona bir sənədə imza etdirmişlər, demişlər ki, müqavilədir. Təmsil etdiyi şəxs oğlundan tələb etmişdir ki, qaz idarəsinə getsin, müqaviləni tələb etsin. Oğlu onların ev sayğacı üçün olan müqaviləni almışdır. 07 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, müqavilə 4 il bundan əvvəl təmsil etdiyi şəxsin evində yaşamış, X9 ilə bağlanmışdır. Halbuki, təmsil etdiyi şəxsin qohumu olmuş həmin qadın 2019-cu ildən sonra onun evində yaşamamışdır. Yaşadığı fərdi yaşayış evitorpaq sahəsi şəhadətnamə ilə sonra isə xx.xx.2023-cü il tarixli Çıxarışla tam mülkiyyət hüququ əsasında təmsil etdiyi şəxsə məxsusdur. Çox çətinliklə əldə etdikləri "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* №li aktdan müəyyən olunur ki, guya təmsil etdiyi şəxsin evinə məxsus sayğacda kənar xətt müəyyən olunmuşdur. Ümumiyyətlə demək olar ki, təmsil etdiyi şəxs və ailə üzvləri neçə illərdir ki, sayğacda olan rəqəmlərə belə baxmırlar. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları bildiriş verir, onun əsasında da pulu ödəyirlər. 1975 manat borc əsassız olaraq sözügedən fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca hesablanmışdır. İstehlakçı kimi təmsil etdiyi şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı və iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, İddiaçı Cavabdehnə qarşı əsassız yaranmış 1975 manat borcun silinməsinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməməlidir, çünki iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X10”nın tələblərinə əməl etmək) və “X10”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. Mənzilin əvvəlki sahibi X9 Cavabdeh Tərtər X13 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin abonenti olmaqla **********01920 nömrəli hesabla xx.xx.2023-cü il tarixədək qeydiyyatda olmuşdur, həmin tarixdən İddiaçı adına rəsmiləşdirilərək qeydiyyata alınmışdır. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu 0-192 küçəsində yaşayan X6 məxsus fərdi yaşayış evinə quraşdırılmış Zenner G-4 ********** nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə küçə qaz kəmərinə qoşularaq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X10nın pozulması haqqında” akt tərtib edilmişdir. Qaz hesabında olan 1975 manat dəymiş ziyan 07 aprel 2023-cü il tarixli, ******* nömrəli təbii X10nın pozulması ilə bağlı tərtib edilmiş akt X3 adına qeydiyyata alınmışdır. Faktın təsdiq olunması barədə akta X11 tərəfindən imza edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X10”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdar istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X10”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi iddiaçının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar “Azəriqaz'’ İstehsalat Birliyinin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanının 9-cu bəndində “limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər” qeyd olunur ki, “Azəriqaz" İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Odur ki, məhkəmədən iddianın rədd olunması haqda qətnamə çıxarılmasını xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X9 ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı– satqısı barədə xx.xx.2023–cü il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən təbii X10nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən Tərtər RQİİ İSQNŞ-nin əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuş və aktda istehlakçı kimi X9 göstərilmişdir. Bununla belə cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 16459.2 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan İddiaçı adına hesablanmışdır. Halbuki, İddiaçı ilə qaz paylayıcısı olan cavabdeh arasında təbii qazın alqı– satqısı barədə müqavilə xx.xx.2023cü il tarixdə bağlanmışdır. Belə ki, Abonentin Saldosuna görə İddiaçı **********01920 saylı abonent koduna 1975,10 manat məbləğində borc hesablanaraq daxil edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək abonent kodu **********01920 olan ona məxsus G-4 markalı, zavod nömrəsi ********** sayğacının X3 adından öz adına keçməsinə köməklik edilməsini xahiş etmişdir. Tərtər RQİİ-nin Mingəçevir XS tərəfindən göstərilən ünvandakı qaz sayğacını və abonent kodunu İddiaçı adına dəyişdirilməsinə münasibət bildirilməsi xahiş edilmiş, qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Abonent kimi İddiaçı göstərilmişdir. Ancaq cavabdeh təşkilat X6 məxsus G-4 markalı, zavod nömrəsi ********** sayğacın üzərində 1975,10 manat məbləğində borc olduğunu göstərməmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
6. Məhkəmə hesab etmişdir ki, X9 ilə cavabdeh arasında təbii qazdan istifadəyə görə alqı–satqı müqaviləsi bağlanmışdır. Sara Rəhimova həmin müqaviləyə əsasən paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək, “X10nın” tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək və sair vəzifələr daşımışdır. xx.xx.2023-cü il tarixli akta əsasən Tərtər RQİİ İSQNŞ-nin əməkdaşları tərəfindən kənar xətt aşkar olunmuş və aktda istehlakçı kimi Sara Rəhimova göstərilmişdir. Bununla belə, 1975,10 manat məbləğində borc sonradan iddiaçının adına keçirilmiş **********01920 saylı abonent koduna hesablanmışdır. İddiaçı isə xx.xx.2023-cü il tarixdə ona məxsus sayğacın Sara Rəhimovanın adından öz adına keçməsinə dair ərizə ilə müraciət etmiş, ərizəsinə baxılıb, münasibət bildirilməsi xahiş edilsə də, qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilsə də, bundan sonra cavabdeh təşkilat tərəfindən hər hansı tədbirin görülməsi, yəni abonent kodunda 1975,10 manat məbləğində borcun olması izah edilməmiş, həmçinin abonentin həmin borcu qəbul edib-etməməsi müəyyən edilməmişdir. Eləcə də, iddiaçı tərəf sayğacdan kənar əlavə xəttin olması faktının müəyyən edilməsindən xəbərsiz olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Vüsal Şərifov da ifadəsində Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xəttin aşkar olunmadığını, bununla bağlı çəkilişin aparılmadığını göstərmişdir. Bütün bu hallar da onu deməyə əsas verir ki, cavabdehə dəymiş ziyanın məhz iddiaçının təqsirli hərəkəti nəticəsində dəyməsi öz təsdiqini tapmır. Eləcə də, cavabdehə dəymiş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqə olduğu müəyyən edilməmişdir. Ona baxmayaraq, cavabdeh təşkilat tərtib edilmiş pozuntu aktına istinad edərək, həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsini göstərmiş, 1975,10 manat məbləğində borc iddiaçının **********01920 saylı abonent koduna hesablanmışdır. Halbuki, xx.xx.2023- cü il tarixdə tərtib edilmiş təbii X10nın pozulması haqqında aktda istehlakçı kimi X9 göstərilmiş, cavabdehə dəymiş ziyanın iddiaçı tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır.
7. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarında qazın alqı–satqısı və digər şərtləri yalnız qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməli olduğu, eləcə də qaz qurğusu sahibinə dəymiş ziyana görə yalnız qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxsin məsuliyyət daşıdığı imperativ şəkildə göstərilmişdir.
8. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına əsasən hesab edir ki, X9 ilə cavabdeh arasında təbii qazın alqı–satqısına dair müqavilə bağlanmışdır. Qaz paylayıcısı xx.xx.2023-cü il tarixdə Sara Rəhimovaya xidmət edən qaz sayğacına baxış keçirmiş və tərtib edilmiş aktda kənar xətt aşkar olunduğu göstərilmişdir. Lakin cavabdeh təşkilatın mütəxəssisləri həmin kənar xəttin kimin tərəfindən çəkildiyi barədə heç bir zəruri araşdırma aparmadan, həmçinin heç bir sübuta əsaslanmadan, xx.xx.2023-cü il tarixli aktda istehlakçı kimi Sara Rəhimovanın göstərilməsinə baxmayaraq, formal şəkildə dəymiş ziyana görə iddiaçının təqsirli olması qənaətinə gəlmiş və borc iddiaçının **********01920 saylı abonent koduna hesablanmışdır. Təbii X10nın pozulması haqqında akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, İddiaçı isə xx.xx.2023-cü il tarixdə ona məxsus sayğacın Sara Rəhimovanın adından öz adına keçməsinə dair ərizə ilə müraciət etmişdir. Həmçinin iddiaçı həmin kənar xəttin olması faktını etiraf etməmişdir. Belə olan halda cavabdeh təşkilat ilk növbədə qaz qurğularına bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində ziyan vuran şəxsin məhz iddiaçı olmasını, həmin ziyanının məhz iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyinin və onun hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasını əsaslı şübhələrdən kənar sübutlarla təsdiq etməli olduğu halda, etməmiş yalnız həmin sayğacın iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılması faktına istinad edərək, dəymiş ziyana görə iddiaçını təqsirli hesab etmişdir.
9. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır.
10. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəf iddiaçının hərəkətlərində cavabdeh təşkilata zərər vurulmasına səbəb olan hüquqa zidd hallar müəyyən etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının qanunsuz qoşulma halının aşkar edilməsi, işdə olan sənədlərlə təkzib olunur.
11. Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)-1973/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin olunmuş, Cavabdeh tərəfindən İddiaçı **********01920 saylı abonent koduna hesablanaraq daxil edilmiş 1975 (bir min doqquz yüz yetmiş beş) manat məbləğində borcun silinməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X10»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.2-ci bəndlərinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X18 İstismar İdarəsinin Mingəçevir XS ilə X9 arasında xx.xx.2023–cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı–satqısı barədə müqavilə X18 İstismar İdarəsinin Mingəçevir XS ilə İddiaçı arasında xx.xx.2023–cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı–satqısı barədə müqavilə təbii X10nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt dəymiş ziyanın bərpasına dair tələbnamə Abonentin Saldosu son oxunma tarixi xx.xx.2023-cü il olan bildiriş-xəbərdarlıq 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 571 saylı arayış İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizə Tərtər RQİİ-nin Mingəçevir XS tərəfindən Tərtər RQİİ-nin rəisinə ünvanlanmış müraciətə baxılması barədə məktub baxış aktı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış
14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh İB аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh İBnin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu 192 küçəsində yaşayan X7 məxsus fərdi evinə quraşdırılmış Zenner G-4 ********** nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə küçə qaz kəmərinə qoşularaq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X10n pozulması haqqında” akt tərtib edilmişdir. Nəzərinizə çatırırıq ki, qaz hesabında olan 1975 (bir min doqquz yüz yetmiş beş manat) manat dəymiş ziyan 07 aprel 2023-cü il tarixli, ******* nömrəli təbii X10nın pozulması ilə bağlı tərtib edilmiş akt X8 adına qeydiyyata alınmışdır. Faktın təsdiq olunması barədə X2 tərəfindən imza edilmişdir. İddiaçı Qnyaz qızı qeyri-qanuni qazdan istifadə etmişdir. Yəni abonent məqsədli şəkildə saygacdan kənar səbəkəyə qoşularaq təbii qazdan qeyri-qanuni istifadə edərək talamışdır.
16. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)- 1973/2023 nömrəli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsini, İddiaçı Qnyaz qızının iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)-1973/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın həmin vaxt qüvvədə olan: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “X10”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X10”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X10”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X10nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)- 1973/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın təmin edilmiş 329.2 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
26. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı və həmin akt əsasında tərtib edilmiş tələbnaməni əsassız hesab etməklə iddianı tam təmin edərkən gəldiyi nəticəni akt tərtib olunarkən sayğacın hazırki iş üzrə tərəf olmayan X3 adına qeydiyyata alınmış olması və mübahisəli aktın da həmin şəxsin adına tərtib edilmiş olması ilə əsaslandırmışdır. (bənd 5) Halbuki, iddiaçı, o cümlədən nümayəndəsi iddia ərizəsində də, məhkəmə iclaslarında da sayğacın X3 adına qeydiyyata alınmış olmasına baxmayaraq mübahisəli evdə məhz iddiaçının yaşadığını, qazdan da onun istifadə etdiyini bildirmişdir. Belə olan halda, cavabdeh tərəfin iddia etdiyi pozuntunun hazırki iş üzrə iddiaçı tərəfindən edilmiş olması sübut olunur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edildiyi və nəticədə cavabdehə ziyan dəydiyi sübut edilir.
27. Bununla belə, həmin sayğacdan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın sərfiyyatı 180 gün götürülməklə hesabat aparılmışdır ki, həmin müddətin hansı əsasla 180 gün hesablanması ilə bağlı cavabdeh təşkilat tərəfindən heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, qaz sayğacı küçədə quraşdırılmaqla İddiaçı deyil, Cavabdehliyi çərçivəsindədir. Yəni cavabdehin əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir. Hazırkı işdə göstərilən dövrdə iddiaçının evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə iddiaçı təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olunduğu ay, yəni aprel ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq iddiaçıya əsassız olaraq 180 gün üçün itirilmiş təbii qazın dəyərinin hesablanması yolverilməzdir. Qeyd olunan normanın tələbinə əsasən hesabat müddəti 1 ay götürməklə hesablama aparılmalı, 329.2 manat cərimənin iddiaçının hesabına yazılması haqlı hesab edilməklə, həmin hissədə iddia rədd edilməlidir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 329.2 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)-1973/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş 329.2 manata aid hissədə ləğv edilməli, həmni hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı 1975 manat borcun silinməsi tələbinə dair iddiası 329.2 manata aid hissədə rədd edilməli, iddianın təmin edilmiş qalan 1645.8 manata aid hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Mingəçevir Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(051)-1973/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş 329.2 manata aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı 1975 manat borcun silinməsi tələbinə dair iddiası 329.2 manata aid hissədə rədd edilsin. İddianın təmin edilmiş qalan mübahisələndirilən 1645.8 manata aid hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev