Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-396/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Şəki şəhər 1 saylı Notariat Konturuna qarşı “çəkilmiş xərclərin, dəymiş maddi və mənəvi ziyan” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı “özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: çəkilmiş xərclər, dəymiş maddi və mənəvi ziyan, tikilinin sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Şəki şəhər 1 saylı Notariat Konturuna qarşı “çəkilmiş xərclərin, dəymiş maddi və mənəvi ziyan” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2074/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ümumi ölçüsü 0.015 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
2. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş 10 oktybar 2011-ci il tarixli “müqavilə”dən görünür ki, İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini Cavabdeh1 15000 (on beş min) manata satmışdır.
3. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı Çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ümumi ölçüsü 0.015 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur.
4. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş 19 iyun 2013-cü il tarixli “müqavilə”dən görünür ki, Cavabdeh1 Şəki Ərazi İdarəsinin 1028 nömrəli 14 iyun 2013-cü il tarixli Arayışına və Çıxarışına əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini Cavabdeh2 15000 (on beş min) manata satmışdır.
5. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ümumi ölçüsü 0.015 ha olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir.
6. Şəki Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(075)-186/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 16 iyul 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan, Şəki rayonu, Aşağı Göynük kəndində 0,015 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və iddiaçı Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə cavabdeh İddiaçı tərəfindən yarada biləcək maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(107)-729/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(075)-186/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə sxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3 onunla Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi;
9. Cavabdeh3 Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 16 iyul 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi;
10. Qeyd edilən torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Mülki işə məhkəmədə baxılan zaman ilk İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddiaçı iddia həcminin azaldılmasına dair ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
13. 02.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) X4 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia üzrə İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının təmin edilərək, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz öz başına tikdirdiyi qeyri-yaşayış sahəsinin onun öz hesabına sökülməklə, onun torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
14. Mülki işə məhkəmədə baxılan zaman qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) X4 məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək iddia tələblərinin 3-cü bəndi üzrə “İddiaçı torpaq sahəsindən çıxarılması” hissəsində tələblərini azaldılmasını bildirmiş, qalan hissədə iddia tələblərini müdafiə etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iddia həcminin azaldılmasına dair ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
15. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, öz ailəsi ilə birlikdə Şəki rayonu Aşağı Göynük kəndində yaşayır. Babasının istifadəsində olmuş, Şəki rayonu Aşağı Göynük kəndindəki Xəstəxananın yanında yerləşən torpaq sahəsində 1992-ci ildə qeyriyaşayış binası inşa etdirmiş və 1995-ci ildən bu günədək həmin qeyri yaşayış binası mağaza və ya çayxana kimi istifadə edilmiş, hazırda da çayxana kimi istifadə edilməkdədir. Çayxana ilə bağlı bütün vergiləri də özü ödəmiş, hətta həmin ünvana öz adına elektrik sayağacı da quraşdırmışdır. Halbuki, Cavabdeh2 istifadə etdiyi və qeyriyaşayış binası tikdirdiyi həmin torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə onun adına 04 oktyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bildirmişdir ki, güya o mülkiyyətində olan və Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsini Cavabdeh1 15000 manata satmış, bununla bağlı güya onunla Cavabdeh1 arasında Cavabdeh3 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh1 həmin torpaq sahəsini 29 oktyabr 2011-ci il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan və Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsini Cavabdeh2 15000 manata satmış, bununla bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında Cavabdeh3 19 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini 16 iyul 2013-cü il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRXnin Şəki şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bildirmişdir ki, o, Cavabdeh1 həmin torpaq sahəsini satmamışdır. Bununla bağlı Cavabdeh1 tərəfindən ona hər hansı bir məbləğdə pul verilməmişdir. Cavabdeh2 isə işin bu halından istifadə edərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Qeyd edilən alqı-satqı müqaviləsində göstərilən 15000 manat məbləğində pul Cavabdeh1 tərəfindən ona ödənilməmiş, bunun əksini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Cavabdeh1 müqavilə üzrə öhdəliyini icra etməməsi onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmağı ilə nəticələndiyindən Cavabdeh1 bu hərəkəti müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Əslində, aralarında belə bir müqavilə bağlanmamışdır. Cavabdeh1 Şəki şəhəri 1 saylı Notariat Kontorunda onunla aralarında bağlandığı müəyyən edilən 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin müqavilə bağlandıqdan sonra öz öhdəliklərini yerinə yetirərək ona həmin müqavilədə nəzərdə tutulmuş 15000 manat pulu ödəməməsi nəzərə alınaraq onunla Cavabdeh1 arasında bağlandığı müəyyən edilən 10 oktyabr 2011-ci tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Cavabdeh2 isə bütün bu olanlardan xəbəri olmuş və o, onun həmin torpaq sahəsini satmamağından, ona bununla bağlı pul verilməməsindən məlumatı olmuşdur. Mübahisə predmeti olan həmin torpaq sahəsini Cavabdeh1 əldə edən Cavabdeh2 əqdin legitimsizliyindən, eyni zamanda əldə olunmuş əmlaka digər şəxslərin mümkün iddialarından xəbəri olduğundan o, vicdansız alıcı hesab edilməlidir. Həmçinin bildirmişdir ki, vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən dədə-baba torpaq sahəsində dəyəri 16000 manat təşkil edən qeyri-yaşayış binası inşa etdirmişdir. Həmin qeyri-yaşayış sahəsi hazırda hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində qalmışdır. Lakin, Cavabdeh2 ona qarşı olan iddiası əsasında məhkəmə qərarına əsasən onun həmin torpaq sahəsindən çıxarılmağı qərara alınmış və həmin qətnamə icra məmurları tərəfindən icra edilmişdir. Lakin, onun həmin torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış binası, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi xərclər əlindən çıxmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən 0,015 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyətindədir. Həmin torpaq sahəsini Cavabdeh2 əvvəlki mülkiyyətçisi Cavabdeh1 notarial qaydada alqı-satqı müqaviləsini rəsmiləşdirmək yolu ilə 15.000 manat məbləğində nəğd pulla satın almışdır. Mülkiyyətindəki torpaq sahəsində İddiaçı yarada biləcəyi maneələrin aradan qaldırılması barədə iddia tələbləri Şəki rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli iş nömrə 2(075)-186/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən iddiaçı şikayət vermiş, lakin qətnamə dəyişilmədən saxlanılmışdır. Apellyasiya İnstansiyasının qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin ediməmiş və qətnamə dəyişilmədən saxlanılmışdır. Sözügedən məhkəmə araşdırılması aparıldığı ərəfədə hazırki İddiaçı Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi və eyni torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına dair iddia ilə Şəki rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işə hakim Kamran Süleymanovun icraatında baxılmış və iddia tələbi rədd edilmişdir. Qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (məhkəmə aktlarını ərizəmə əlavə edirəm). Hazırki iş üzrə İddiaçı subyektiv mülahizələrlə əvvəlki mülkiyyətçi Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və digər tələblərlə lüzumsuz məhkəmə çəkişməsinə cəlb edilməsi mülkiyyət hüquqlarını pozur və onlara əhəmiyyyətli dərəcədə zərər vurur. Belə ki, hazırki ərizə və əlavə etdiyi məhkəmə aktlarından da görülür ki, mübahisələndirilən alqısatqı müqavilələrinə yekun hüquqi nəticə verilmiş və digər huquqmüəyyənedici sənədlərin qanuni və əsaslı olduğu həmin məhkəmə aktları ilə təsdiq edilmişdir. Bildirmişdir ki, hazırki iddiaçının mülkiyyətindəki torpaq sahəsində qanunsuz inşa etdirmiş qeyri-yaşayış sahəsindən istifadəni davam etdirir. Cavabdeh2 dəfələrlə ona müraciət edib, qanunsuz tikilinin sökülməsini tələb etsə də, hazırki iddiaçı Cavabdeh2 haqlı tələbini icra etmir və bununla da ona əhəmiyyətli dərəcədə ziyan vurur. İddiaçının öz başına tikdirdiyi həmin tikilinin onun öz hesabına sökülməsi və mülkiyyətindəki torpaq sahəsindən çıxarılmaya dair iddia əsaslı olmaqla bərabər həm də qanunidir.
17. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 14 dekabr 2021-ci il tarixli, 2(075)- 2074/2021 nömrəli qətnaməsi ilə İddiaçı vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi, hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində qalmış qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində İddiaçı qanunsuz olaraq öz başına tikdirdiyi qeyri-yaşayış sahəsi onun öz hesabına sökülməsi, İddiaçı ilk iddia ərizəsi üzrə ödəmiş olduğu dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə ödəmiş olduğu dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh1 satmışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı bildirmişdir ki, vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində qeyri-yaşayış binası tikdirmişdir. Həmin tikili hazırda qeyri-qanuni yolla 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətinə keçmiş torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Bildirmişdir ki, həmin qeyriyaşayış binasının tikintisinə 16000 manat vəsait xərcləmiş, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə də 3000 manat xərcləmişdir. Bundan başqa hesab etmişdir ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona 4000 maddi zərər və 2000 manat mənəvi zərər də dəymişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, lakin bildirmişdir ki, 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla hazırda onun mülkiyyətində olan və vaxtilə İddiaçı tərəfindən inşa edilmiş tikililər onun öz hesabına sökülərək oradan çıxarılmalıdır. İddiaçı iddiasını, qarşılıqlı iddiaçı isə öz qarşılıqlı iddiasını müdafiə etmişdir. məhkəmə hesab edir ki, İddiaçı vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi, hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində qalmış qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməli, lakin Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində İddiaçı qanunsuz olaraq öz başına tikdirdiyi qeyri-yaşayış sahəsi onun öz hesabına sökülərək götürülməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.5 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamənin dəlilləri ilə razılaşmayan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2 (075)-2074/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır. O, guya ki, mülkiyyətində olan və Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsini Cavabdeh1 15000 manata satmış, bununla bağlı guya ki, onunla Cavabdeh1 arasında Cavabdeh3 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, o, Cavabdeh1 həmin torpaq sahəsini satmamışdır. Qeyd edilən müqavilədəki imza ona məxsus deyildir. Bununla bağlı Cavabdeh1 tərəfindən ona hər hansı bir məbləğdə pul verilməmişdir. Cavabdeh2 isə işin bu halından istifadə edərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Göründüyü kimi Şəki şəhəri 1 saylı Notariat Kontorunda onunla Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi 10 oktyabr 2011-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd edilən alqı-satqı müqaviləsində göstərilən 15000 manat məbləğində pul Cavabdeh1 tərəfindən ona ödənilməmiş, bunun əksini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Cavabdeh1 müqavilə üzrə öhdəliyini icra etməməsi onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmağı ilə nəticələndiyindən Cavabdeh1 bu hərəkəti müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Əslində, aralarında belə bir müqavilə bağlanmamışdır. Cavabdeh1 Şəki şəhəri 1 saylı Notariat Kontorunda onunla aralarında bağlandığı müəyyən edilən 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin müqavilə bağlandıqdan sonra öz öhdəliklərini yerinə yetirərək ona həmin müqavilədə nəzərdə tutulmuş 15.000 manat pulu ödəməməsi nəzərə alınaraq onunla Cavabdeh1 arasında bağlandığı müəyyən edilən 10 oktyabr 2011-ci tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2 (075)- 2074/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli əmlakı alqı-satqı yolu ilə Cavabdeh1 almışdır. İddiaçı bu kimi iddialar verməklə işin icrasını süni şəkildə uzadır. Artıq 9-cu məhkəmə iclasıdır ki, iddiaçı iştirak etmir. Hətta razılıq üçün Cəlala vaxt da vermişlər ki, onların ödədiyi pulu qaytarsın, onlar da torpaqdan çıxsın. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxıb, yekun qərar verilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2074/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İlk iddiaçı, apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir
30. Belə ki, kollegiyanın araşdırması zamanı işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh1 satmışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir.
31. Cavabdeh1 Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir.
32. İddiaçı bildirmişdir ki, vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində qeyri-yaşayış binası tikdirmişdir. Həmin tikili hazırda qeyri-qanuni yolla 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətinə keçmiş torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Bildirmişdir ki, həmin qeyriyaşayış binasının tikintisinə 16000 manat vəsait xərcləmiş, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə də 3000 manat xərcləmişdir.
33. İddiaçı bundan başqa hesab etmişdir ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona 4000 maddi zərər və 2000 manat mənəvi zərər də dəymişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, lakin bildirmişdir ki, 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla hazırda onun mülkiyyətində olan və vaxtilə İddiaçı tərəfindən inşa edilmiş tikililər onun öz hesabına sökülərək oradan çıxarılmalıdır.
34. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdeh (qarşılıqlı iddiaçı) tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
35. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən torpaq sahəsi cavabdehlər tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə əldə olunmuşdur.
36. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 37.Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır.
38. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. İşin faktiki halından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdehə məxsusdur.
40. Qarşılıqlı iddia üzrə Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, özbaşına tikilinin sökülməsi barədə müraciət etmə hüququ müvafiq icra hakimiyyəti orqanlarına və ya maraqlı tərəfə aiddir. Bu baxımdan ilk növbədə qarşılıqlı iddiaçının həmin iddianı verməyə subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bunun üçün Mülki Məcəllənin 180.4-cü maddəsində bəhs olunan “maraqlı tərəf” anlayışının məhz kimləri nəzərdə tutması müəyyən edilməlidir. Sözügedən normanın məzmununun təhlili o nəticəyə gəlməyə əsas verir ki, bu iddianı vermək üçün iddiaçının tikinti inşa edilən torpaq sahəsinə hər hansı hüquqa əsaslanan mənafeyi olmalı, inşaat zamanı pozulan şəhərsalma və tikinti normaları iddiaçının qanunla qorunan mənafelərinə toxunmuş olmalıdır
41. Qarşılıqlı iddiaçının torpaq sahəsinə olan mülkiyyət hüququ da yuxarıdakı bəndlərdə əsaslandırılmışdır.
42. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, işə baxan məhkəmə isə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
43. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə t e t d i:
İlk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(075)-2074/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov