Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-396/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vicdanlı əldə edən) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(046)-1154/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,7692 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X14, X3, Cavabdeh2 ayrılmışdır. X6 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş, ölümündən sonra vərəsələri olaraq əri Əkrəm İsmayılov və övladları İddiaçı, Polad İsmayılov, Azad İsmayılov, Cavabdeh2 və Şəhla İsmayılova qalmışdır. X23 və Cavabdeh2 notariat kontoruna ərizə ilə müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. 14 yanvar 2011-ci il tarixdə yalnız Əkrəm İsmayılovun və Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Əkrəm İsmayılov və Cavabdeh2 0,7692 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra, paylı mülkiyyətlərində olan həmin torpaq sahəsini xx.xx.2011-ci il tarixdə "xxxx" QSC-yə satmışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X11 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarışın, eləcə də xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli "xxxx" QSC ilə X18 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarına əsasən 0,77 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi Göyçay rayonu Potu kənd sakini olan X8na, X1na və bacısı Cavabdeh2 verilmişdir. Həmin qərara əsasən atasının, anasının və bacısının adına 19 aprel 1999-cu il tarixdə 673 nömrəsi ilə qeydə alınmış, Torpağa mülkiyyət hüququna dair JN-673 nömrəli, 40812018 Kodlu Dövlət aktı verilmişdir. Eləcə də, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarına əsasən 0,38 hektar həyətyanı torpaq sahəsi Göyçay rayonu Potu kənd sakini olan X8na, X1na və bacısı Cavabdeh2 verilmişdir. Həmin qərara əsasən atasının, anasının və bacısının adına 44 nömrəsi ilə qeydə alınmış, Torpağa mülkiyyət hüququna dair JN-044F nömrəli, 40812018 Kodlu şəhadətnamə verilmişdir. Onunla birlikdə evdə 5 uşaq olmuşlar - özü, qardaşları Polad və Azad, bacıları Şəlalə və Şəhla. O, evin kiçik övladı olmuşdur. Atası və anası sağlıqlarında qardaş və bacılarını evləndirmişlər. Hazırda onların hamısının özlərinə aid ev və torpaq sahələri vardır. O isə, evin sonbeşiyi kimi, ata yurdunda yaşamışdır. Həm evə, həm həyətyanı torpaq sahəsinə, həm də əkin üçün ayrılmış torpaq sahəsinə özü qulluq edib, nəzarət etmişdir. X1 25 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra, onun xəbəri olmadan, atası Əkrəm və bacısı Şəlalə Göyçay rayon Notariat Kontoruna müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat Kontoruna Əkrəm İsmayılov və Cavabdeh2 tərəfindən torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə bərabər, vərəsələrin dairəsinə dair arayış da təqdim olunmuşdur. Həmin arayışda miras qoyan Siyarə İsmayılovanın İ növbəli vərəsələrindən yalnız Əkrəm və Cavabdeh2 göstərilmiş, qalan vərəsələr göstərilməmişdir. Göyçay rayon İHB Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin yanvar 2011-ci il tarixli 40 saylı saxta arayışı əsasında Göyçay rayon Notariat Kontoru tərəfindən Əkrəm və Şəlalə İsmayılovların adına 14 yanvar 2011-ci il tarixli 2V-09 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş X2 vərəsələri bunlardır: Göyçay rayonu Potu kəndində yaşayan əri X18 və qızı Cavabdeh2dır. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRXnin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/1312 saylı arayışına əsasən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.1998-ci il tarixli J № 673 Kod 40812018 Torpağa Mülkiyyət Hüququna X29 əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsinin X3 məxsus olan payından ibarətdir. Onun həmin şəhadətnamədən məlumatı olmamışdır. X8 20 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd etdiyi kimi, evdə özü yaşamışdır, torpaq sahələrinə də həmişə nəzarət etmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mütəmadi olaraq baş çəkmişdir. Həmin ərazidə digər şəxsləri görməmiş, heç kim ona torpaq sahəsinin miras əmlak kimi atasının və bacısının adına qeydə alınmasını, həmçinin torpaq sahəsinin "xxxx" QSC-yə satılmasını heç kim bildirməmişdir. Yuxarıda qeyd olunan Ərazi Nümayəndəliyinin saxta arayışından, Dövlət Notariat Kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və torpaq sahəsinin alğı-satqısından yalnız 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində xəbər tutmuşdur. Belə ki, məhz həmin dövrdə Göyçay rayon Məhkəməsi tərəfindən göndərilmiş, bacıları Şəlalə ilə Şəhlanın və qardaşı Azadın ona qarşı verdikləri iddia ərizəsinin surəti təqdim olunmuşdur. Bacıları və qardaşı məhkəmədə ona qarşı iddia qaldıraraq, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasını xahiş etmişlər. Həmin iddia ərizəsinin məzmunu ilə tanış olduqdan sonra, yuxarıda qeyd olunan, hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxaran sənədlərdən və yaxınlarının ona qarşı bu cür hərəkət etməsindən xəbəri olmuşdur. Qeyd etdiyi kimi, anası və atası vəfat edəndən sonra, ev və torpaq sahələrini faktiki olaraq o qəbul etmişdir. Evdən və torpaq sahələrindən istifadə etmiş, nəzarət etmişdir. Sağlığında valideynləri bütün uşaqları yerbəyer etmiş, evli, ailəli etmiş, ata evi və torpaq sahələri isə evin sonbeşiyi kimi onun istifadəsində qalmışdır. Lakin, yuxarıda qeyd etdiyi kimi, yaxınları miras əmlakla bağlı ondan xəbərsiz və onun maraqlarının ziddinə hərəkət etmişlər. Hazırda da ona qarşı surətini təqdim etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və ona qarşı haqsızlıq edirlər. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə özü-özlüyündə etibarsızdır, çünki saxta arayışa əsasən verilmiş, atası və bacısı onu vərəsəliyə çağırmamış, ona notariat orqanına müraciət etmələrinə dair heç nə bildirməmiş, xəlvətcə sənədləşmə işləri, daha sonra isə alğı-satqı müqaviləsi bağlamışlar. Hazırda mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətlərinə keçmiş torpaq sahəsini Əkrəm İsmayılov və Cavabdeh2 cavabdeh "xxxx" QSC-yə satmışlar. Belə olan halda, həmin alğısatqı müqaviləsi də etibarsız hesab edilməlidir. Çünki, həm şəhadətnamə, həm də alğısatqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmadan tərtib edilərək bağlanmış, onun qanunla qorunan hüquqları tapdalanmış, kobud şəkildə pozulmuşdur.
4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, qardaşının iddia ərizəsində göstərilən dəlillər yalandır və əsassızdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə danışıqlar "xxxx" QSC-nin nümayəndəsi ilə İddiaçı arasında aparılmış, o, həmin danışıqlarda iştirak etməmişdir. Torpaq sahəsinin qiyməti "xxxx" QSC-nin nümayəndəsi ilə İddiaçı arasında müəyyən edilməklə, həmin torpaq sahəsi "xxxx" QSC-yə şəxsən İddiaçı tərəfindən satılmışdır. Alğı-satqı sənədlərini İddiaçı hazırladıqdan sonra o, bir dəfə notariat kontoruna imza etmək üçün getmişdir. Bundan sonra, "xxxx" QSC həmin torpaq sahəsində mərz çəkmə işləri görmüş, ərazinin "xxxx" QSC-yə məxsus olması barədə lövhə quraşdırılmış, torpaq sahəsində nar bağı salınmışdır. Ərazini "xxxx" QSC-nin əməkdaşları mühafizə edir. Əgər İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsinə baş çəkibsə, deməli bütün bunları görmüş, torpaq sahəsinin "xxxx" QSC-nin mülkiyyətinə keçməsindən məlumatı olmuşdur, lakin 11 il vaxt keçməsinə baxmayaraq məhkəmədə iddia qaldırmışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X20 əvvəlki məhkəmə iclasında iddianı "xxxx" QSC-yə münasibətdə qəbul etmədi və izahatında bildirdi ki, Göyçay rayonu Potu kəndində yerləşən və mərhum X11 və Cavabdeh2 mülkiyyətlərində olan 0,7692 ha torpaq sahəsini 22 fevral 2011-ci il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə "xxxx" QSC əldə etmişdir. Həmin torpaq sahəsini "xxxx" QSC aldıqdan sonra bir müddət təyinatına uyğun olaraq istifadə etməmişdir. Həmin müddət ərzində mübahisəli torpaq sahəsində İddiaçı tərəfindən kənd təsərrüfatı məhsulları (yonca, taxıl) əkilmiş, sonuncu, eləcə də iş üzrə Cavabdeh2 ötən müddət ərzində alğı-satqı predmeti olmuş torpaq sahəsinə dair heç bir mübahisə etməmişlər. İddiaçı 0,7692 ha torpaq sahəsinin "xxxx" QSC-yə satılmasından məlumatlı olub-olmaması barədə heç bir fikir söyləyə bilməz. Belə ki, "xxxx" QSC mübahisəli torpaq sahəsini dəyərini ödəməklə X10 və Cavabdeh2 almışdır. Bu səbəbdən, iddianın "xxxx" QSC-yə dair hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mərhum X18 ilə X6 29 avqust 1959-cu il tarixdə Göyçay rayonu Ləkiçıplaq kənd sovetliyində 16 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı, Polad İsmayılov, Azad İsmayılov, Cavabdeh2 və Şəhla İsmayılova doğulmuşlar. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,7692 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X14, X3, Cavabdeh2 ayrılmışdır. X6 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş, sonuncunun vəfatından sonra X23 və Cavabdeh2 notariat kontoruna ərizə ilə müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Göyçay rayon Notariat kontorunda onların müraciətləri əsasında vərəsəlik işi açılmış, zəruri sənədlər toplanmış, ərizəçilər tərəfindən notariat kontoruna təqdim edilmiş vərəsələrin dairəsinə dair arayışda İ növbə vərəsələrin dairəsi tam göstərilmədiyi üçün, 14 yanvar 2011-ci il tarixdə yalnız Əkrəm İsmayılovun və Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Əkrəm İsmayılov və Cavabdeh2 0,7692 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra, paylı mülkiyyətlərində olan həmin torpaq sahəsini xx.xx.2011-ci il tarixdə "xxxx" QSC-yə satmışlar. Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri Əkrəm İsmayılov və Siyarə İsmayılovadan miras qalmış əmlaklara dair vərəsəlik hüququnun tanınmasını xahiş etmiş, iddiasının əsası kimi isə 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad etmişdir. Bu iddianın davamı olaraq İddiaçı Cavabdeh2 və digərlərinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də "xxxx" QSC ilə mübahisəli torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İşin faktiki hallarından görünür ki, miras açılarkən miras qoyan Siyarə İsmayılovanın qanun üzrə birinci növbəli vərəsələri əri Əkrəm İsmayılov, qızı Cavabdeh2 ilə bərabər iddiaçı – oğlu İddiaçı, digər övladları Polad İsmayılov, Azad İsmayılov və Şəhla İsmayılova sağ olmuşlar. X26 və Cavabdeh2 mərhum Siyarə İsmayılovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Göyçay rayon Notariat kontoruna müraciət edərkən, vərəsələrin dairəsini tam şəkildə göstərən arayışı (məlumatı) təqdim etməmişlər. Bu səbəbdən, birinci növbəli vərəsə kimi iddiaçı qanun üzrə Siyarə İsmayılovadan miras qalmış əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Ona görə də, X23un və Cavabdeh2 adına verilmiş 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır.
10. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
11. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə bununla bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
13. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əqdin etibarsızlığı ilə bağlı iddialar üzrə deyil, yalnız əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələbi ilə bağlı yaranmış mübahisələr üzrə tətbiq edilə bilər.
14. Məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır.
15. Həmin şəhadətnaməyə əsasən mərhum X11 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarış, eləcə də xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli "xxxx" QSC ilə mərhum X18 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsi də etibarsız olmaqla, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mərhum X11 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı da ləğv edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(046)-1154/2022 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X11 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Göyçay rayon Notariat Kontorunda "xxxx" QSC ilə X18 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısının ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354, 1159 və 1243-cü maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
18. İşdə olan 14 yanvar 2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş X2 vərəsələri bunlardır: Göyçay rayonu Potu kəndində yaşayanlar – əri X18 və qızı Cavabdeh2. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/1312 saylı arayışa əsasən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.1998-ci il J № 673 Kod 40812018 Torpağa Mülkiyyət Hüququna X29 əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsinin X5 məxsus olan payından ibarətdir.
19. İşdə olan Potu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin yanvar 2011-ci il tarixli 40 saylı arayışında qeyd olunmuşdur ki, Göyçay rayonu Potu kənd sakini X11 aşağıdakı ailə üzvləri vardır: qızı Cavabdeh2 (1970). Arayış Göyçay rayon Notariat kontoruna təqdim edilməsi üçün verilmişdir.
20. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Göyçay rayon Notariat kontoruna müraciət edən X11 və Cavabdeh2 14 yanvar 2011ci il tarixli ərizələrindən görünür ki, onlar mərhum X2 vərəsələrinin dairəsini göstərərkən digər vərəsə olan iddiaçının adını göstərməmişlər.
21. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-673, 40812018 Kodlu Dövlət aktından görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,77 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə X14, X3, Cavabdeh2 ayrılmışdır.
22. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli MA seriyalı 03715 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 4,0753 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Teymur Əhmədov adına "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır.
23. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli AA seriyalı 005315 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, zəruri məlumatlar (torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, əsas göstəriciləri və s.) müfəssəl şəkildə göstərilmişdir.
24. İşdə olan 22 fevral 2011-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda bağlanmış 4Ə-92 reyestr saylı müqavilədən görünür ki, Göyçay rayonu Potu kəndində yaşayan X18 və Cavabdeh2 DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli 27/145 nömrəli arayışına, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsini alıcı "xxxx" QSC-yə satmışlar. Satıcıar daşınmaz əmlakı 6.442 manata satmışlar. Alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı zəruri digər sənədlər, həmçinin ödənişlərlə bağlı məktublar və s. sənədlər məhkəməyə təqdim olunmuşdur.
25. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,7692 ha torpaq sahəsi paylı mülkiyyət kimi (0,3846 ha hissəsi) X11 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Digər pay sahibi kimi Cavabdeh2 qeyd olunmuşdur.
26. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2011-ci il tarixli AA seriyalı 003770 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, zəruri məlumatlar (torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, əsas göstəriciləri və s.) müfəssəl şəkildə göstərilmişdir.
27. İşdə olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 dekabr 2010-cu il tarixli AZ-İ seriyalı 439515 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 25 dekabr 2001-ci il tarixdə Göyçay rayonu Potu kəndində kəskin ürək damar çatmamazlığından vəfat etmişdir. Bu barədə 27 dekabr 2001-ci il tarixdə 728 saylı akt qeydi aparılmışdır.
28. İşdə olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 yanvar 2011-ci il tarixli 79 saylı arayışdan görünür ki, X18 ilə X9 arasında nikah 29 avqust 1959-cu il tarixdə Göyçay rayonu Ləkiçıplaq kənd sovetliyində 16 saylı akt qeydi ilə bağlanmışdır.
29. İşdə olan AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə Göyçay rayonu Potu kəndində doğulmuşdur, X8, X1dır.
30. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
31. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiаçının mübahisələndirdiyi sənədlərə dair miras əmlaka heç bir subyektiv hüququ yoxdur. Ona görə ki, İddiaçı mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı nə faktiki, nə də ki rəsmi qəbul etməmişdir. İddiaçı mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı qəbul etməyi barədə iş materiallarında heç bir sübut yoxdur. Lakin Göyçay rayon Məhkəməsi İddiaçı mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı faktiki və yaxud rəsmi qəbul edib-etməməsi hallarını araşdırmamış, işə baxılarkən İddiaçı mərhum Siyarə İsmayılovadan miras qalmış əmlakı qəbul etməyi sübut olunmamışdır.
32. Bundan başqa X6 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş, sonuncunun vəfatından sonra X23 və Cavabdeh2 notariat kontoruna ərizə ilə müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Miras qoyan X2 öldüyü gündən mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə verilən günədək 10 il müddət keçmişdir. Keçən 10 il müddət ərzində İddiaçı həmin əmlakı qəbul etməmiş, notariat kontoruna bu barədə ərizə verməmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, guya evdə təkcə özü yaşamış, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mütəmadi olaraq baş çəkmiş, lakin həmin ərazidə başqa şəxsləri görməmiş, heç kim ona torpaq sahəsinin miras əmlak kimi atasının və bacısının adına qeydə alınmasını, həmçinin torpaq sahəsinin "xxxx" ASC-yə satılmasını heç kim ona bildirməmişdir. İddiaçı iddia ərizəsinin göstərilən dəlilləri yalandır və əsassızdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə danışıqlar "xxxx" ASC-nin nümayəndəsi ilə İddiaçı arasında aparılmış, həmin danışıqlarda o – apellyator iştirak etməmişdir. Torpaq sahəsinin qiyməti "xxxx" ASC-nin nümayəndəsi ilə İddiaçı arasında müəyyən edilməklə, həmin torpaq sahəsi "xxxx" ASC-ə şəxsən İddiaçı tərəfindən satılmışdır. Alqı-satqı sənədlərini İddiaçı hazırladıqdan sonra o, bir dəfə notariat kontoruna imza etmək üçün getmişdir. Bundan sonra "xxxx" ASC həmin torpaq sahəsində mərz çəkmə işləri görmüş, ərazinin "xxxx" ASC-nə məxsus olması barədə lövhə quraşdırmış, torpaq sahəsində nar bağı salınmışdır. Ərazini "xxxx" ASC-nin əməkdaşları mühafizə edir. Necə olur ki, iddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mütəmadi olaraq baş çəkmiş, lakin həmin ərazidə nar bağı salınmasını, torpaq sahəsində 10 illik ağacları və ərazidə başqa şəxsləri görməmişdir? Bu inandırıcı və ağlabatan deyil. Əgər İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsinə baş çəkibsə, deməli bütün bunları görmüş, torpaq sahəsinin "xxxx" ASC-nin mülkiyyətinə keçməsindən məlumatlı olmuşdur, lakin 11 il vaxt keçməsinə baxmayaraq məhkəmədə iddia qaldırmamışdır.
33. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(046)- 1154/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
36. İddiaçı və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs X19 Cavabdeh2 izahatına uyğun izahat verdi.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı mаddəsinə əsаsən əqdin həqiqi sаyılmаsı üçün reyestrdəki əldə edən şəxsin xeyrinə оlаn qeydə dаir etirаzın reyestrə dаxil edilməməsi və yа əldə edən şəxsin qeydin qeyri-dəqiq оlmаsını bilməməsi əsаs şərtdir. Bаşqа sözlə, əqd о vаxt həqiqi sаyılmır ki, bu qeydə dаir etirаz reyestrə dаxil edilmiş оlsun və yа əldə edən şəxs qeydin qeyri-dəqiq оlmаsını bilmiş оlsun. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı mаddələrinə əsаsən mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
“S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrı “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrı “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarı
“Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu: 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(046)- 1154/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
42. Bu qətnamənin 1-ci bəndində göstərilənlər hazırki işin mübahisəsiz hallarıdır.
43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 6.8-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin qərarın 9.1-cu bəndində isə göstərilmişdir ki, iddia tələbi qismən təmin edildikdə, ... iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Məhkəmə kolelgyiası ilkin olaraq iddia tələbinin xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli "xxxx" QSC ilə X18 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Belə ki, bu qətnamənin 1-ci bəndindən göründüyü kimi, Əkrəm İsmayılov və Cavabdeh2 aldıqları 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0,7692 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Həmin əmlak "xxxx" QSC-yə həmin çıxarış əsasında satılmışdır. Mülki Məcəllənin 140-cı mаddəsinə əsаsən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan alıcı "xxxx" QSC əşyanı özgəninkiləşdirənlərin onun yeganə mülkiyyətçisi olmadığı barədə vicdanlı olmuşdur, yəni bu faktı bilməmiş və bilmə ehtimalı olmamışdır. Mülki Məcəllənin 140-cı mаddəsinə əsаsən əqdin həqiqi sаyılmаsı üçün reyestrdəki əldə edən şəxsin xeyrinə оlаn qeydə dаir etirаzın reyestrə dаxil edilməməsi və yа əldə edən şəxsin qeydin qeyri-dəqiq оlmаsını bilməməsi əsаs şərtdir. Bаşqа sözlə, əqd о vаxt həqiqi sаyılmır ki, bu qeydə dаir etirаz reyestrə dаxil edilmiş оlsun və yа əldə edən şəxs qeydin qeyri-dəqiq оlmаsını bilmiş оlsun. Hаzırki işdə isə əqdin həqiqi оlmаmаsı üçün Mülki Məcəllənin 140-cı mаddəsində muəyyən edilən hаllаr müvcud deyildir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır. “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrındа dа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əldə edənin əmlаkı оnu оzgəninkiləşdirməyə səlаhiyyəti оlmаyаn şəxsdən əldə etdiyini bilməməsi fаktının mövcudluğu tələbin təmin оlunmаsının mümkünlüyü bаxımındаn vicdаnlı sаhibi mulkiyyətçiyə nisbətdə dаhа üstün hüquqi mоvqeyə çıxаrır. Həmçinin “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrındа dа Kоnstitusytа Məhkəməsi qeyd etmişdir ki, mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа vicdаnlı əldə edənin hüquqlаrının qоrunmаsı, mülkiyyətçiyə nisbətdə оnun dаhа üstün hüquqi mоvqeyə çıxmаsı və əqdin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mubаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildiyi hаldа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə muəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməsi qeyd edilmişdir. Bunа gоrə də, hаzırki işin hаllаrındаn və Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа əks оlunаn hüquqi mövqeyindən çıxış edərək məhkəmə kоllegiyаsı hesаb edir ki, cavabdeh "xxxx" QSC vicdаnlı əldə edən оlduğundаn, "xxxx" QSC ilə X18 və Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi etibаrsız hesаb edilə bilməz.
44. Məhkəmə kollegyiası iddia tələbinin 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi və sonuncuların adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, bu qətnamənin 22-23-cü bəndlərindən görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 4,0753 ha torpaq sahəsinin Teymur Əhmədov adına "xxxx" QSC-nin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli MA seriyalı 03715 saylı, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, həmin torpaq sahəsi ilə bağlı olan DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli AA seriyalı 005315 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində sənədin verilmə əsası olaraq xx.xx.2011-ci il tarixli 4Ə-201 nömrəli və xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alqı-satqı müqavilələri göstərilmişdir. Göründüyü kimi, Teymur Əhmədov adına "xxxx" QSC X18 və Cavabdeh2 ilə bağladığı xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alqı-satqı müqaviləsi əsasında öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi almışdır. Belə olduqda, 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış artıq mövcud deyildir. Mövcud olmayan dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia təmin oluna bilməz.
45. Məhkəmə kollegiyası son olaraq iddia tələbinin X11 və Cavabdeh2 adına verilmiş xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Hazırki iş üzrə miras mərhum X2 25 dekabr 2001-ci ildə ölməsi ilə açılmışdır. X18 və Cavabdeh2 miras açıldığı gündən 10 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və notariat orqanı da onların müraciətini nəzərə alıb onlara vərəsəlik şəhadətnaməsi vermişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır. “Notariat haqqında” qanunun 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Hazırki işdə notariat orqanı mirasın açıldığı vaxtdan 10 il sonra müraciət etmiş vərəsələrə, yəni mirasın qəbul edilmə müddətini nəzərə almadan vərəsəlik şəhadətnaməsi vermiş, üstəlik, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi E.Babayev tərəfindən 2011-ci ilin yanvar ayında verilmiş 40 nömrəli arayışda adları qeyd edilmədiyindən digər vərəsələr İddiaçı, Polad İsmayılov, Azad İsmayılov və Şəhla İsmayılovanın mirasın qəbul edilməsi müddəti ilə bağlı razılıqlarının olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, qanunun yuxarıda qeyd edilən normalarının pozulması ilə aparılmış notariat hərəkətləri nəticəsində X18 və Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarlı sayıla bilməz.
46. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, hazırki iş üzrə iddiaçı qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə Göyçay Rayon Məhkəməsinə 31 mart 2022-ci ildə müracitə etmişdir. O iddia ərizəsində qeyd olunan şəhadətnamə barədə 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlində xəbər tutduğunu göstərmişdir. İş üzrə Cavabdeh2, digər cavabdeh "xxxx" QSCnin nümayəndəsi X16 və üçüncü şəxs X12 izahatlarından isə iddiaçının həmin şəhadətnamədən daha əvvəldən məlumatlı olması görünür. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Yuxarıda göstərilən qərarın tələbi baxımından hazırki iş üzrə iddiaçının iddia vermə müddətini ötürdüyündən hazırki iddianı vermək hüququ olmamışdır. Bu da ona dəlalət edir ki, hüququ olmayan şəxsin verdiyi iddia təmin edilə bilməz.
47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(046)-1154/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(046)-1154/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev