Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-397/2020 18.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(025)-1354/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(025)-1354/2019 saylı qətnаməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 ASC “xxxx” MMC-nin 6 saylı Regional Sukanal X1rşı borcun silinməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ASC “xxxx” MMC-nin 6 saylı Regional Sukanal X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC “xxxx” MMC-nin 6 saylı X2 X12 tərəfindən sudan istifadəyə görə əsassız hesablanmış 190 (bir yüz doxsan) manat debitor borcun yaşadığı ünvan 1 ünvanında adına olan **********960 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxx 1971-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, ailəlidir, 2 övladı var, İ qrup gözdən əlildir və 2007-ci il tarixindən Qəbələ şəhəri, Əşrəf Əlimirzəyev küçəsində yaşayır. Həmin evə köçdükdən sonra içməli su ilə əlaqədar problemi yarandı. Qəbələ Sukanal Şöbəsinə məxsus su boru xətti onlardan təxminən 1 km uzaqlıqda yerləşirdi. 2010-cu ildə öz vəsaiti hesabına 600 manat xərc çəkərək 25 sm-lik nazik plastik boru ilə evinə su çəkdi. Amma sevinci çox çəkmədi, yenidən çoxlu problemlər yarandı. Problemlərdən biri də Sukanal İdarəsinin borularından axan suyun təmiz olmaması, palçıqlı və zibilli olması onların çəkdiyi 25 sm-lik plastik borunun tez-tez tutulmasına və plastik borunun sıradan çıxmasına səbəb olurdu. Həmin plastik borunun küçələrdən və başqa şəxslərin həyətindən keçdiyinə görə sudan istifadədə ciddi şəkildə maneəçilik törədərək mümkünsüz edirdi. Ən böyük problem 2012ci ildən başlandı. Belə ki, çəkdikləri su xəttinin üzərində Bəybala adlı bir vətəndaşın ticarət obyekti tikməsi sudan istifadə etməklərini mümkünsüz etdi. Onlar bu barədə dəfələrlə X10 məlumat versələr də heç bir nəticəsi olmadı. Onlar faktiki olaraq çəkdikləri boru xətti ilə verilən sudan istifadə etməsələr də, müraciətinə əsasən X8 xx xxxxxx 2019-cu il tarixli məktubu ilə guya xx xxxxxxx 2015-ci il tarixədək sudan istifadəyə görə ona 190 manat borc hesablanmışdır. Həmin borcun nəyə görə hesablandığından məlumatsız olmuşdur, həmin dövrlərdə içməli suya olan təlabatlarını öz vəsaiti hesabına alaraq təmin etmişlər. Ona görə də hesab edir ki, onun **********960 saylı abonent koduna xx.xx.2015-ci ilə kimi sudan istifadəyə görə 190 manat borc əssasız və qanunsuz hesablandığından silinməlidir. Onun hal- hazırda sudan istifadəyə görə yaranmış borc ilə əlaqədar problemini X12 həll etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ASC 6 №-li X2 nümayəndəsi X11 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı danışıqları əsassızdır. Abonentə 2010-cu il tarixdən su verilib. 2010-cu il üçün yığılan borcu Prezident fərmanına əsasən silinmişdir. İddiaçı 2011-ci ildə heç bir ödəniş etməmişdir. Cavabdeh1 ASC “xxxx” MMC-nin 6 saylı X2 X12 tərəfindən iddiaçıya 2011-ci il tarixdən 2015-ci ilin oktyabrına qədər olan 56 ay müddətində su sərfiyyatı üzrə 190 manat borc hesablanmışdır. Bu hesablama zamanı 7 ayın sərfiyyatı, yəni 35 manat hesablanmamışdır. Çünki həmin aylarda suyun verilməsi dayandırılmışdır. İddiaçının 190 manat borcun olması məhkəməyə təqdim olunmuş abonentin kartın çıxarışda öz təsdiqini tapmış və düzgün olaraq hesablanmışdır. Qeyd olunan borc su üzrə sayğac qoyulana qədər yığılmışdır, sayğac qoyulandan sonra daimi olmasa da ödənişlər həyata keçirilmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə qətnaməsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent kartında 2011-ci ilin fevral ayından 2015-ci ilin oktyabr ayına qədər olan su sərfıyyatı üzrə ona 190 manat borc hesablandığı göstərilmişdir. Lakin bu borcun sudan istifadə edilməsi ilə bağlı yarandığını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Onun **********960 saylı abonent koduna suya görə borcun hansı səbəblərdən yarandığı və istifadə etdiyi suya görə borcun hansı qaydada hesablandığı barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyi halda, məhkəmə, iş üzrə Cavabdeh1 ASC 6 N°-li X2 nümayəndəsi X5 izahatı, Cavabdeh1 ASC 6 JVo-li X3 müştəri xidmətləri qrupunda Su kəməri təsərrüfatında nəzarətçisi X7 ifadəsi və işdə olan abonent kartına əsaslanmışdır. Yaşayış evinə 2019-cu ilin yanvar ayında sayğac quraşdırılmışdır. Sayğaca əsasən hesablanan pulu vaxtı-vaxtında ödəmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1354/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1354/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 ASC “xxxx” MMCnin 6 saylı X2 nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)- 1354/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1354/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Abonent kartından görünür Cavabdeh1 ASC 6 №-li X6 tərəfindən 2011-ci ilin fevral ayından 2015-ci ilin oktyabr ayına qədər olan su sərfiyyatı üzrə 190 manat borc hesablanmışdır. Bu zaman 7 ay passiv olaraq qəbul edilmiş, yəni həmin ayların su sərfiyyatı nəzərə alınmamışdır. Müəyyən edilmişdir ki, Cavabdeh1” ASC 6 №-li X9 iddiaçıya 2011-ci il tarixdən 2015ci ilin oktyabrına qədər olan 56 ay müddətində su sərfiyyatı üzrə 190 manat borc hesablanmışdır. Bu hesablama zamanı 7 ayın sərfiyyatı, yəni 35 manat hesablanmamışdır. Çünki, həmin aylarda suyun verilməsi dayandırılmışdır. 2015-ci ilin sentyabr ayından 2017-ci ilin iyun ayınadək iddiaçıya hər hansı əlavə borc hesablanmamışdır. İddia ərizəsinin verildiyi günə-xx xxxxxxxx 2019-cu il tarixə iddiaçının borcu 190 manat olmuşdur. Hazırkı iş üzrə iddiaçı hesab edir ki, onun sudan istifadəyə görə borcu yoxdur. Cavabdeh tərəfindən iddiaçının borcunun olmasına dair məhkəmələrə təqdim etdiyi yeganə sübut istehlakçının (iddiaçının) 2011-ci ilin fevral ayından 2015-ci ilin oktyabr ayınadək sərf etdiyi suyun miqdarı (sərfiyatı), dəyəri və ödənişi barədə məlumatlardır. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, sudan istifadə qaydalarına riayət olunması vəziyyətini yoxlayan hüquqi şəxsin (şəxslərin) əməkdaşları öz vəzifə öhdəliklərini mütəmadi olaraq icra edərək, vətəndaşın evinə su xəttinin çəkilməsinə yardım etmiş və su təminatı ilə maraqlanmışlar. Lakin İddiaçı su sərfiyyatı üzrə yaranmış borcu ödəməmişdir. Tərtib olunmuş abonent kartından görünür ki, 2011-2015-ci illər ərzində iddiaçı su ilə təmin olunmuş, müəyyən aylar passiv olaraq qəbul edilmiş, həmin ayların su sərfiyyatı nəzərə alınmamış, nəticədə qeyd edilən dövr ərzində su sərfiyyatı üzrə 190 manat borc hesablanmışdır və yaranmış həmin borc silinə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır və belə hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətlərini düzgün əks etdirmir. Belə ki, istehlakçının (iddiaçının) abonent kartından görünür ki, ona su sərfiyatına görə 130 manat sentyabr 2014-cü il tarixədək hesablanmışdır. Bununla da müəyyən olunur ki, mübahisəli borc məbləğinin əksər hissəsinin (130 manat) yaranmasından 5 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsində göstərilmişdir ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi iddiaçının vaxtı keçmiş 130 manat debitor borcunun silinməsi barədə iddia tələbinə qiymət verərkən Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələblərini nəzərə almalı idi. Göstərilənlərə əsasən, istehlakçının (iddiaçının) sudan istifadəyə görə vaxtı keçməmiş, yəni ödənilməli olan borcu 60 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçının sudan istifadə edilməsi ilə bağlı borcunun yarandığını təsdiq edən hər hansı sənədin məhkəməyə təqdim edilməməsi barədə dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxılması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1354/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ASC “xxxx” MMC-nin 6 saylı X2 X12 tərəfindən sudan istifadəyə görə hesablanmış 190 manat debitor borc məbləğinin vaxtı keçmiş 130 manatı İddiaçı yaşadığı ünvan 1 ünvanda adına olan **********960 saylı abonent kodundan silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1354/2019 saylı qətnаməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ASC “xxxx” MMC-nin 6 saylı X2 X12 tərəfindən sudan istifadəyə görə hesablanmış 190 manat debitor borcunun 130 manatı İddiaçı yaşadığı ünvan 1 ünvanda adına olan **********960 saylı abonent kodundan silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-397/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-397/2020
18.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver