Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-398/2024 29.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, ilk əvvəl qeyd olunan mənzil mərhum atası X1 mülkiyyətində olmuşdur. Atası hələ sağlığında həmin evi ona vəsiyyət etmişdir. X7 01 yanvar 1995-ci ildə, anası X3 isə 31 mart 1992-ci ildə rəhmətə getmişlər. Bundan sonra o atasının tək varisi kimi miras əmlakı qəbul etmiş və hazırda həmin mənzil onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən cavabdehin ona məxsus mənzildən istifadə hüququ tanınmışdır. Lakin, o, öz mülkiyyətində olan mənzilə gedib yaşamaq istəyən zaman, Cavabdeh onu küçə söyüşləri ilə söyüb təhqir edir, onu qeyd olunan mənzilə buraxmır, barəsində əsassız olaraq polis şöbəsinə şikayət etmişdir ki, guya onu döymüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə barəsində olan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göründüyü kimi cavabdehlə bir mənzildə yaşamaq mümkün deyildir. Halbu ki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətindən istifadə edə bilmir. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Lakin, cavabdeh buna mane olaraq onun mülkiyyət hüququnu pozur. Ona görə də Cavabdeh 6000 (altı min) manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Hüseynov), İddiaçı Cavabdeh qarşı 6000 manat kompensasiya ödəməklə Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhəri, Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə cavabdehin istifadə hüquqları vardır. Hazırda iddiaçı öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdehlərin sözügedən mənzildən 6000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya kimi 6000 manat məbləğində pul təklif etməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Cavabdehin mülkiyyətində və ya stifadəsində başqa yaşayış sahəsi yoxdur. Cavabdehin istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmış və cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə və göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 6000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Məhkəmə tərəfindən təklif olunmuş və cavabdehin isə həmin məbləğlə razılaşdığı kompensasiya kimi 8000 manat məbləğində pulun iddiaçı tərəfindən kompensasiya kimi verilməsinə isə iddiaçı razı olmamışdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2-ci maddələrinə, «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Apellyasiya şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 nömrəli qətnaməsini əsassız və qanunsuz hesab edir.
12. Hesab edir ki, cavabdehlə bir mənzildə yaşamaq mümkün deyildir. Halbuki, Mingəçevir şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir. Buna baxmayaraq o, mülkiyyətindən istifadə edə bilmir. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Lakin, cavabdeh buna mane olaraq, onun mülkiyyət hüququnu pozur. Ona görə də cavabdehə kompensasiya verilməklə mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsini xahiş edir. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi təklif olunan kompensasiyanın məbləğini aşağı miqdarda hesab etmişdir. O, bununla qəti olaraq razı deyil. Belə ki, cavabdeh uzun illərdir ki, ona məxsus mənzildə yaşayır. Zamanında da cavabdeh uzun illər qeyd olunan mənzildə kirayəşin saxlamaqla xeyli miqdarda gəlir əldə etmişdir. Hesab edir ki, cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə davamlı yaşamaq imkanı verir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərlidir.
13. Belə ki, 2023-cü ildə Mingəçevir şəhərinin M.Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinin orta bazar satış qiyməti 38000 (otuz səkkiz min) manat, kirayə haqqı isə 150 manat dəyərindədir. Belə olan halda təklif olunan 6000 (altı min) manat məbləğdə kompensasiya ilə cavabdeh müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə edəcək. Bundan başqa o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehin ona məxsus mənzildən istifadə hüququ tanınmışdır. Lakin, o, öz mülkiyyətimdə olan mənzilə gedib yaşamaq istəyən zaman, Cavabdeh onu küçə söyüşləri ilə söyüb təhqir edir, onu qeyd olunan mənzilə buraxmır, barəsində əsassız olaraq polis şöbəsinə şikayət etmişdir ki, guya o, onu döymüşdür.
14. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)- 1883/2023 nömrəli qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən birinci instansiya məhkəməsində cavabdehə 6000 manat kompensasiyanın təklif edilməsinə baxmayaraq, hazırda iddiaçı tərəfindən həmin məbləğin artırıldığını göstərmiş və Cavabdeh 8000 manat kompensasiya ödənilməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)- 1883/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh 8000 manat kompensasiya ödənilməklə sonuncunun İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında həqiqətən də birinci instansiya məhkəməsində işə baxılarkən onunla əlaqə saxlanıldığı zaman iddiaçının ona 8000 manat kompensasiya məbləğini ödəyəcəyi təqdirdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə razı olduğunu göstərmiş, lakin hazırda 8000 manat kompensasiya məbləği ilə də razı olmadığını və iddiaçının ona 20000 manat kompensasiya məbləğini ödəyəcəyi təqdirdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə razı olacağını göstərmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qərarlar:
19. “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
20. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Ona görə də məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023cü il tarixli, 2(051)-1883/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzili İddiaçı mülkiyyətindədir. Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2022-cü il tarixli, 2(051)-773/2022 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinə istifadə hüququ tanınmışdır. İddiaçı mülkiyyətində olan evdə yaşamasına maneələr yarandığını göstərərək Cavabdeh 6000 manat kompensasiya ödənilməklə Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçı tərəf təklif olunan kompensasiyanın məbləğini artıraraq, Cavabdeh 8000 manat kompensasiya ödənilməklə sonuncunun Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
30. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
31. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
33. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab lunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir.
34. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək iddiaçının cavabdehə həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklif etdiyi 6000 manat kompensasiya məbləği ilə razılaşmamış, hesab etmişdir ki, cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 6000 manat pul bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Məhkəmə tərəfindən təklif olunmuş və cavabdehin isə həmin məbləğlə razılaşdığı kompensasiya kimi 8000 manat məbləğində pulun iddiaçı tərəfindən kompensasiya kimi verilməsinə isə iddiaçı razı olmamışdır.
35. Yuxarıda qeyd edilən Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
36. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
37. Birinci instansiya məhkəməsinin əldə etdiyi və iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş rəydən görünür ki, Mingəçevir şəhərində yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan (əşyasız boş vəziyyətdə) 1 otaqlı mənzillərin kirayə qiyməti 150 manat, 2 otaqlı mənzillərin kirayə qiyməti isə 200 manat dəyərindədir. Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsi ev 23, mənzil 3-də olan bina yaşayış evi 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən orta təmirli 2 otaqdan ibarət bina yaşayış evinin 2023-cü il tarixdə orta bazar satı qiyməti 38000 manat dəyərində qiymətləndirilir. Bu isə onu deməyə əsas verir ki, işdə olan, "xxxx" MMC tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş rəy nəzər alındıqda iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə kollegiyasının iclasında təklif edilən 8000 manat kompensasiya məbləği ilə cavabdeh 3 ildən artıq bir müddətdə oxşar şəraitli mənzildə yaşamaq imkanı əldə etmiş olur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini məhkəmə kollegiyasının iclasında 8000 manat müəyyən etmiş, ona 8000 manat kompensasiya təklif etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 8000 manat kompensasiya məbləği cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır.
39. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə alır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
40. Göründüyü kimi, hazırki iddia tələbi üzrə məhkəmə kollegiyasının iclasında 8000 manat kompensasiya məbləğinin təklif edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğundur.
41. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının cavabdehə təklif etdiyi 8000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin də məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsini nəzərə alaraq 8000 manat kompensasiyanın cavabdehə verilməsini məqsədə müvafiq hesab edir.
42. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir.
43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(051)-1883/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 8000 manat kompensasiya ödənilməklə,Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri Məhəmməd Füzuli küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.