Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-398/2025 11.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya iddiaçı) ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli AS-H 399/21 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı-Şamaxı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “X7 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat məbləğində sığorta ödənişi, 134,69 (bir yüz otuz dörd manat 69 qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 15 030,59 (on beş min otuz manat 59 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya iddiaçı) ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli AS-H 399/21 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə BakıŞamaxı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “X7 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 19 000 (on doqquz min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “X7 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMCnin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartında, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 31 179,14 (otuz bir min bir yüz yetmiş doqquz manat 14 qəpik) manat müəyyən edilmişdir. Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75%-i keçdiyi üçün tam məhv hesab edilib və 25 900 (iyirmi beş min doqquz yüz) manat sığorta məbləğindən avtomobilin qalıq hissəsi məbləği olan 6 900 (altı min doqquz yüz) çıxılaraq 19 000 (on doqquz min manat) sığorta ödənişi təşkil olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “X7 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4104,5 (dörd min bir yüz manat 50 qəpik) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1572/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət nişanlı avotəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat təşkil edir.
4. Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14895,50 (on dörd min səkkiz yüz doxsan beş manat əlli qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 134,69 (bir yüz otuz dörd manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 362.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1108.3 və 1114.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3 və 37-ci maddələrinə, İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3-cü və 25.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:10-da Bakı-Şamakı yolu 128.7 km-də yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb “Honda Cıvıc” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuşdur. İş materillarında olan "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 31 179,14 (otuz bir min bir yüz yetmiş doqquz manat 14 qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A-AS-334/23 nömrəli Sığorta Aktından görünür ki, Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75%-i keçdiyi üçün tam məhv hesab edilib və 25 900 (iyirmi beş min doqquz yüz) manat sığorta məbləğindən avtomobilin qalıq hissəsi məbləği olan 6 900 (altı min doqquz yüz) çıxılaraq 19000 (on doqquz min manat) sığorta ödənişi təşkil olunmuşdur. İş materiallarında olan subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “X7 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4104,5 (dörd min bir yüz manat 50 qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19000 (on doqquz min) sığorta ödənişi məbləği "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan 10.2023-cü il tarixli, 1572/23 nömrəli geriyə tələb (subroqasiya) məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət nişanlı avotəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat məbləğində 7 gün ərzində könüllü ödənilməyəcəyi təqdirdə məkhəməyə müraciət ediləcəyi bildirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 3-16-16-2-9/5185/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hesab edir ki, Qəbələ Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları xeyli pozulmuşdur. Nəticədə əsassız, qanuni olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanununn 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Lakin təəssüflər olsun ki, ekspert 5 aya yaxın müddətdə heç bir araşdırma aparmadan ekspertizanın aparılmasından imtina etmişdir. Halbuki tam və hərtərli tədqiqat aparmaq ekspertin vəzifəsidir. Əgər ekspertin qeyd etdiyi kimi qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışı və qiyməti barədə yerli internet saytlarında məlumat olsaydı onda ekspertizanın aparılmasına ehtiyac belə yox idi. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanununn 12-cü maddəsində ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etdiyi hallar konkret olaraq göstərilmişdir. Yəni, həmin hallar mövcud olmadıqda rəy vermək ekspertin vəzifəsi və öhdəliyidir. Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin 23 noyabr 2024-cü il tarixli, 3-16- 16-2-9/5185/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Ekspertin rəy verilməsindən imtina əsası kimi hal, yəni “qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat olmaması” qanunsuz və əsassızdır. Ekspert qüsur aktında olan ehtiyyat hissələrinin xarici ölkədəki qiymətlərini müəyyən edə bilər və buna görə gömrük rüsumlarını da hesablaya bilərdi. Məhz buna görə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Göründüyü ekspert ekspertiza aparılmasından imtina etsə də, Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanununn 12-cü maddəsində ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina etdiyi hallara dair əsaslar yoxdur. Göründüyü kimi ekspert öz vəzifə borcunu yerinə yetirməmiş, məhkəmə isə bu hala əhəmiyyət vermədən işi rəy almaq üçün ekspertiza mərkəzinə yenidən göndərmək əvəzinə, işdə olan əsassız sübutlar əsassında qətnamə qəbul etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü maddəsinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi qətnamənin qanuni olmasınımüəyyən edən əsas məsələ qətnamənin mötəbər sübutlarla təsdiq edilməsi olmasıdır. Hazırkı işdə isə qətnamə mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, mən, "Baic D50 CVT Deluxe" markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə razılaşmamışdım. Bu səbəbdən məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Lakin heç bir əsas olmadan ekspert tərəfindən rəy verilməmiş, nəticədə məhkəmə iddiaçının maraqlarına xidmət ziyan aktını əsas tutaraq qətnamə qəbul edilmişdir. Mən isə "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartının iddiaçının maraqlarına xidmət etdiyinə görə mötəbər sübut kimi nəzərə almıram və hesab edir ki, qətnamə mötəbər sübutlarla təsdiq edilməmişdir. Bildirir ki, vurulmuş zərərin həcmi ilə razı olmadığından məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş və məhkəmə tərəfindən vəsatət təmin edilərək məhkəmənin 06 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 3-16-16-2-9/5185/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Lakin məhkəmə qətnaməni qəbul edərkən sübut kimi "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartını götürmüşdür. "xxxx" MMC“Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışını həyata keçirən təşkilatdır. Maraqlı sual isə burada yaranır ki, Azərbaycanda fəaliyyət göstərən "xxxx" MMC bəs avtomobilə dəymiş ziyanı hansı formada müəyyən etmişdir? Əgər Azərbaycanda fəaliyyət göstərən təşkilat “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanı müəyyən edə bilərsə bəs hansı səbəbdən ekspert rəy verilməsindən imtina edir? Göründüyü kimi bu hallar qətnamədə əsaslandırılmamış və nəzərə alınmamışdır. Həmçinin məhkəmə, ekspert qarşısında “Baic D50 CVT Deluxe” markalı avtomolin həqiqətin tamməhv hesab edilməsinin əsaslı olubolmaması barədə hər hansı sual qoymamışdır. Əksinə, iş materiallarından kifayət qədər görünür ki, “Baic D50 CVT Deluxe” ciddi zərər dəyməmişdir və həmin avtomobilin təmiz məhvindən söhbət belə gedə bilməz. Məhkəmə isə bu halları araşdırmamışdır. Bundan əlavə “Elektron Qaimə”də göstərilən detalların həqiqətədən də sıradan çıxması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən isə bununla bağlı ekspert qarşısında hər hansı sual qoyulmamış və bu halda məhkəmə tərəfindən araşdırılmamışdır. Əlavə olaraq bildirir ki, məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılaraq yolnəqliyyat hadisəsindən sonra “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin şəkilləri tələb olunaraq iş materiallarına əlavə edilsə, müəyyən olunar ki, avtomobil heç də tamsıradan çıxmamışdır. Belə ki, hadisə olan vaxt avtomobilin real dəyəri təxminən 23000 manat olmuşdur. Hadisə nəticəsində avtomobilin bir hissəsinə ziyan dəymişdir ki, belə olan halda avtomobilə dəymiş ziyanın 31 179,14 manat olması həqiqəti əks etdirmir. Düşünür ki, həmin hesabat iddiaçının maraqlarını təmin etmək üçün şişirdilmiş məbləğdir. “Baic D50 CVT Deluxe” markalı avtomobilin Azərbaycanda ehtiyat hissələrinin baha olması onun məsuliyyətinin artmasına səbəb olmamalıdır. Əlavə olaraq məhkəmənin diqqətini ona çatdırır ki, "xxxx" MMC-nin rəsmi internet səhifəsindən görünür ki, “Baic D50 CVT Deluxe” markalı, buraxılış ili 2020-ci il, sürətlər qutusu avtomat olan avtomobilin yenisinin bazar qiyməti 25.500 manatdır. Məhkəmə tərəfindən sözügedən avtomobilin 2023-cü ildə Azərbaycanda yenisinin bazar qiymətinin nə qədər olması araşdırılmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən sübut kimi "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartı göstərilmişdir. Lakin həmin sübutun qanuni və əsaslı olması məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Necə ola bilər ki, məhkəmə eksperti avtomobilə dəymiş ziyana dair rəy verə bilmir, lakin ölkədə fəaliyyət göstərən adi avtomobil təmiri şirkəti avtomobilə dəymiş ziyanın məbləğini müəyyən edir? Nəticə etibarı ilə "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartını sübut kimi qəbul etməsəmdə, məhkəmə həmin sübuta əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “Cavabdeh isə məhkəməyə vurulmuş ziyan məbləğinin həcminin az olması barədə məhkəməyə əlavə hər hansı sübut təqdim etməmişdir.” Məhkəmənin bu mövqeyi ilə razı deyiləm və hesab edirəm ki, avtomobilə dəymiş ziyanın məbləği yalnız ekspert rəyi ilə müəyyən edilə bilərdi ki, bununla bağlı da məhkəməyə vəsatət vermişdim. Məhkəmənin ekspert rəyi almadan qətnamə qəbul etməsi qanunsuz olmuşdur. Təəssüflər olsun ki, məhkəmə sübutları birtərəfli araşdırmış, iddiaçının marağına xidmət edən "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartını sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Nəticədə qətnamə iddiaçının maraqlarına xidmət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMCnin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartında, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe”markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 31 179,14 (otuz bir min bir yüz yetmiş doqquzmanat 14 qəpik) manat müəyyən edilmişdir. Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75%-i keçdiyi üçün tam məhv hesab edilib və 25 900 (iyirmi beş min doqquz yüz) manat sığorta məbləğindən avtomobilin qalıq hissəsi məbləği olan 6 900 (altı min doqquz yüz) çıxılaraq 19 000 (on doqquzmin manat) sığorta ödənişi təşkil olunmuşdur.” Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi, yəni avtomobilə dəymiş zərərin avtomobilin bazar dəyərinin 75 % hissəsini keçməsi barədə qeyd etdikləri həqiqəti əks etdirmir və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş foto-şəkillərdən görünür ki, yol-nəqliyyat hadisə nəticəsində avtomobil müəyyən qədər zərər görsə də, avtomobilin təmiz məhvindən söhbət gedə bilməz. Belə ki, həmin foto-şəkillərlə müəyyən olunur ki, hadisə nəticəsində avtomobilin arxa hissəsinə, eyni zamanda salonuna demək olar heç nə olmamışdır. Avtomobilin təkərləri işlək vəziyyətdədir. Yalnız ön şüşələr sıradan çıxmışdır. Avtomobil mator hissəsi ilə bağlı bir foto-şəkil əlavə edilmişdir ki, həmin foto-şəkildə də avtomomilin mator hissəsinə ciddi zərər dəyməsi müəyyən olunmur. Məhkəmə iş materiallarında olan foto-şəkillərə baxın real mülahizə yürütməli olduğu halda ümumiyyətlə bu məsələ toxunmamışdır.
9. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ekspertiza keçirilərək ekspert rəyinin alınmasını və həmin rəyə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ekspert rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
15. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Apellyasiya şikayəti verən cavabdeh Ağayev X3 Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X2 məxsus olan "X7" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də nəqliyyat vasitələrinin sığortası üzrə sığortalanmış "Baic D50 CVT Deluxe" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər X8 İdarəsinin Cavabdeh barəsində tərtib etdiyi İnzibati tənbeh tətbiq edilməsinə dair TP ******* nömrəli Qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "Baic D50 CVT Deluxe" markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19000 (on doqquz min manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 4104,50 (dörd min bir yüz dörd manat, 50 qəpik) manat sığorta ödənişi məbləği "X7" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniş olduğundan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14895,50 (on dörd min səkkiz yüz doxsan beş manat, 50 qəpik) manat məbləğində pulu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cavabdeh vurulmuş zərərin həcmi ilə razı olmadığından məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək məhkəmənin 06 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 3-16-16-2-9/5185/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Cavabdeh isə məhkəməyə vurulmuş ziyan məbləğinin həcminin az olması barədə məhkəməyə əlavə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
26. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılazşmır.
27. Belə ki, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2025-ci il tarixli, 2(107)-398/2025 saylı qərardadı ilə hаzırkı iş üzrə müstəqil qiymətləndirici-ekspert dəvət edilməsi, yol nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin "xxxx" MMC-nə həvаlə edilməsi qərara alınmışdır.
28. "xxxx" MMC-nin 17 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş rəyində qeyd edilmişdir ki, “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün usta haqqı və detalların bazar dəyəri 6190 (altı min yüz doxsan) manat təşkil edir.
29. "xxxx" MMC-nin müşayiət məktubundan görünür ki, qiymətləndirmə xərcinin cavabdeh öz üzərinə düşən hissəsinin ödəmiş, iddiaçı tərəfindən ödəniləcək məbləğ 300 (üç yüz) manat təşkil edir.
30. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin vəsatəti əsasında Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2(107)- 398/2025 saylı qərardadı ilə hаzırkı iş üzrə təkrar müstəqil qiymətləndirici-ekspert dəvət edilməsi, yol nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin "xxxx" MMC-nə həvаlə edilməsi qərara alınmışdır.
31. "xxxx" MMC-nin 24 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş rəyində qeyd edilmişdir ki, “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmir bərpa dəyəri 5450 (beş min dörd yüz əlli) manat təşkil edir.
32. "xxxx" MMC-nin müşayiət məktubundan görünür ki, qiymətləndirmə xərci 400 (dörd yüz) manat təşkil edir.
33. Məhkəmə kollegiyası hesab edir ki, dəymiş zərər müəyyənləşdirilərkən "xxxx" MMC-nin rəyinin əsas götürülməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh "xxxx" MMC-nin rəyi ilə razı olduğunu və heç bir etirazının olmadığını bildirmişdir.
34. İş materialından görünür ki, 4104,50 (dörd min bir yüz dörd manat, 50 qəpik) manat sığorta ödənişi məbləği "X7" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir.
35. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mütəxəssis rəyi, İcbari Sığorta Bürosu tərəfindən ödənilmiş məbləğ nəzərə alınmaqla (6190 manat – 4104,50 manat = 2085,50 manat), Cavabdeh subroqasiya hüququ ilə əlaqədar pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. 36.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Cavabdeh 12810 manat və 93,84 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh 12810 manat və 93,84 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair hissələrdə rədd edilməli, Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsi Cavabdeh аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan qalan 300 manat iddiaçı "xxxx" ASCdən tutularaq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ85ACAB********************, Vöen:**********1, Müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu: 505000) və qiymətləndirmənin dəyəri olan 400 manat iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMCnin hesabına (Hesab nömrəsi: AZ52İBAZ********************, Vöen: **********, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805539) köçürülməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Cavabdeh 12810 manat və 93,84 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 12810 manat və 93,84 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair hissələrdə rədd edilsin. Qəbələ Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2(025)-7/2025 nömrəli qətnaməsi Cavabdeh аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan qalan 300 manat iddiaçı "xxxx" ASCdən tutularaq "xxxx" MMC-nin hesabına (Hesab nömrəsi: AZ85ACAB********************, Vöen:**********1, Müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu: 505000) və qiymətləndirmənin dəyəri olan 400 manat iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMCnin hesabına (Hesab nömrəsi: AZ52İBAZ********************, Vöen: **********, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805539) köçürülsün. Qətnamədən, iddiaçı, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.