Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-399/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı atası X2 mülkiyyətində olmuşdur. İddiaçının atası X8 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra vərəsələri kimi arvadı X15, uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar. Lakin, mərhum X1 qalmış mirası faktiki olaraq yalnız İddiaçı və anası Cavabdeh1 qəbul etmişlər, digər vərəsə olan iş üzrə Cavabdeh1 isə atasından qalmış mirası faktiki olaraq qəbul etməmişdir. Atasının sağlığında və atasının vəfatından sonra həmin evdə yalnız İddiaçı və anası Cavabdeh1 yaşamışlar. Lakin, Cavabdeh1 atasının sağlığında və atasının vəfatından sonra həmin evdə yaşamamış, ümumiyyətlə mirası faktiki qəbul etməmişdir. Cavabdeh1 həmin müddət ərzində ər evində yaşamışdır. Bu müddət ərzində Cavabdeh1 mübahisə predmeti olan evlə bağlı hər hansı bir mübahisəsi olmamışdır. Cavabdeh1 atasının vəfatından iki il sonra ərindən boşanmış və bundan sonra o, ər evindən çıxarılmışdır. Bundan sonra Cavabdeh1 atasından qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hisəsi ilə bağlı adına xx xxxxxx 2019cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh1 atasından qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdükdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında çıxarış almışdır. Halbuki, Cavabdeh1 atasından qalmış mirası nə faktiki olaraq, nə də ki, qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətdə rəsmi olaraq qəbul etməmişdir. Atalarının yas mərasimlərini İddiaçı özü qarşılamışdır. Buna görə də İddiaçı hzırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, İddiaçı iddiası əsaslıdır və iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun atası X2 mülkiyyətində olmuşdur. Onun atası X8 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra vərəsələri kimi arvadı X15, uşaqlarından o və Cavabdeh1 qalmışlar. Lakin, mərhum atası X1 qalmış mirası faktiki olaraq yalnız o və anası Cavabdeh1 qəbul etmişlər, digər vərəsə olan iş üzrə Cavabdeh1 isə atasından qalmış mirası faktiki olaraq qəbul etməmişdir. Cavabdeh1 20 ildir ki, ailə qurub əvvəlcə ərinin atası evində, sonra bisə əri ilə birlikdə inşa etdirdikləri evdə yaşamışlar. Onun atasının vəfatından sonra həmin evdə o, anası, yoldaşı və iki uşağı yaşamışdır. Bu müddət ərzində Cavabdeh1 ilə aralarında hər hansı bir mübahisə olmamışdır. Yəni, onlar 2020-ci ilin may ayınadək cavabdehlə normal bacı-qardaş münasibətlərində olmuşlar. Cavabdeh1 atasının yas mərasimlərində iştirak etmişdir. Yas mərasimi atasından miras qalmış, yəni hazırki mübahisə predmeti olan evin həyətində verilirdi. Atasının yas mərasimləri kimi yas mərasiminin 3-ü, 40-ı və 52-si olmuşdur. Cavabdeh1 yas mərasimlərinin 1-ci və 3-cü günləri gəlmiş, deyəsən 40 mərasimində də iştirak etmiş, lakin 52-si günü iştirak etməmişdir. Cavabdeh1 sonradan ərindən ayrılmış və buna görə də kirayədə qalmışdır. O, bu müddət ərzində Cavabdeh1 yaşadığı ünvana gedib-gəlmişdir. Həmçinin, Cavabdeh1 da 2-3 aydan bir onların yaşadığı evə gəlib-getmiş və hər gəldikdə 5-10 dəqiqə oturub geri qayıtmışdır. Atasının yas mərasimini də o, özü qarşılamış, atası xəstə olanda da atasına özü baxmışdır. Lakin, Cavabdeh1 atasından qalmış mirası faktiki olaraq qəbul etmədiyi halda, o atasından qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş 6 ay müddəti ötürdükdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında çıxarış almışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun atası X2 mülkiyyətində olmuşdur. O, 1994-cü ildə ailə quraraq ünvan 2 ünvanında yerləşən ər evinə gəlin köşmüşdür. Həmin vaxt atası, anası və qardaşı Natiq atasına məxsus olan evdə yaşayırdılar. Atası xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra vərəsələri kimi o, anası X15 və İddiaçı qalmışlar. Atası vəfat edərkən o, hazırki mübahisə predmeti olan evdə yaşayırdı. Atasının vəfatından əvvəl onun əri ilə münasibətləri pozulduğuna görə atası evinə gəlmişdir. Atasının yas mərasimlərini dayısı Əkrəm təşkil etmişdir. O, atasının bütün yas mərasimləri keçirildiyi müddətdə, o cümlədən xx xxx 2019cu il tarixədək həmin evdə yaşamışdır. Onunla əri arasında olan nikah məhkəmə qətnaməsi əsasında 2018-ci ildə pozulsa da, o, bundan daha əvvəl, yəni atasının sağlığında həmin evə gəlmişdir. Lakin, sonradan İddiaçı təkid etdiyindən xx xxx 2019-cu il tarixdə atası evindən çıxarılmışdır. Bundan sonra kirayədə qalmağa davam etmişdir. Buna görə də o, qardaşına və anasına məlumat vermədən atasından qalmış miras payla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə natoriat orqanına müraciət etmişdir. Onun müraciəti əsasında Cavabdeh3 tərəfindən onun adına xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında adına xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra o, anasına və qardaşına bu barədə məlumat verərək payının olduğu evdən ona yer ayrılmasını tələb etmişdir. Lakin, onun bu tələbi ilə anası və qardaşı Natiq razılaşmamışlar. İddiaçının mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa gəlincə, həmin sənədlər verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Həmin evin 1/6 hissəsi ona mərhum atasından miras olaraq qaldığından həmin evin 1/6 hissəsini vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, iddiaçının iddiası əsaslı deyildir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 vəkili X18 da mahiyyət etibarı ilə cavabdehlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehər Cavabdeh3nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar birinci instansiya məhkəməsinin iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə qonşudur. Natiqin atası Bəşarətlə tay-tuş olmuşlar, onlar bir məhəllədə böyümüşlər, bir məktəbə getmişlər. Lakin, Bəşarətin yoldaşının adı yadından çıxmışdır. Bəşarətin qızı da Nəzakət olmuşdur. Bəşarət 2016-cı ilin yaz aylarında vəfat etmişdir. Bəşarətin yası yaşadığı evdə verilmişdir. O, özü də Bəşarətin dəfn və yas mərasimlərində iştirak etmişdir. Bəşarətin yasında oğlu, qızı və yaxın qohumqardaşları, qonşuları var idi. Bəşarətin yas mərasimlərini oğlu Natiq vermiş, həmçinin, xəstə vaxtı Bəşarətə baxan Natiq və arvadı olmuşdur. O, Bəşrarətin yas mərasimlərinin 1, 2 və 3-cü günlərində Nəzakətin iştirak etdiyini görmüşdür. Lakin, sonrakı yas mərasimlərində Nəzakətin iştirak edib-etmədiyin xatırlamır. Həmçinin, Nəzakətin atasının yas mərasimlərinə xərcinin çıxıb-çıxmadığını bilmir. Bəşarətin vəfatından sonra həmin evdə Natiq yaşamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini iddia ərizəsinin və birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatlarının dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-981/2020 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirlər. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək ona istinad etmişdir ki, Cavabdeh1 atasının yas mərasimində iştirak etmişdir. Lakin qanunvericilikdə mirasın faktiki qəbul edilməsi üçün yas mərasimində iştirakı ilə şərtləndirilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Lakin yas mərasimində tamamilə yad adamlar kimi iştirak etmək vərəsənin mirası açıq aşkar qəbul etmək niyyətini göstərmir. Cavabdeh1 həmin yas mərasimində iştirakındakı məqsədi sadəcə olaraq camaat qınamasın deyə yasa gəlib getmək olmuşdur. Həmin vaxt o evli olduğundan və boşanacağı barədə heç bir söz-söhbət olmadığından ər evində yaşadığından həmin vaxtı mirasın qəbulu heç ağlından belə keçməmişdir. Cavabdeh1 boşanana kimi həmin evdə yaşamağı, atamdan miras qalmış əmlakdan istifadə etməyi ağlından belə keçirməyib və bu barədə yəni mirasa faktiki ağalıq etməyi barədə heç bir hərəkəti olmayıb. Buradan da aydın şəkildə görünür ki, məhkəmə işin faktiki hallarını araşdırmamış iddiaçının təqdim etdiyi saxta sənədlər əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-981/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh3 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi (nümayəndələri) işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş **********72-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,2 kvadrat metr olan 14 nömrəli fərdi yaşayış evinin A tikilisi tam, torpaq sahəsi tam X5, B tikilisi tam X6 və C tikilisi tam X3 birgə mülkiyyətlərindədir. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 047197 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəsi tərəfindən xx xxxxxxx 2019-cu tarixdə verilmiş 399 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış X8 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və onun vərəsələri kimi arvadı X15, uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar. İşdə olan Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, xx xxxxxx 2016cı il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 mirasdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********72-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,20 kvadrat metr olan 14 nömrəli fərdi yaşayış evinin tikilisindən ibarətdir. İşdə olan Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 311 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh1 Şəki şəhəri, Y.Süleymanov küçəsi 10 nömrəli evdə qeydiyyatdadır və o, ailə olarkən, atası X10 xəstə olarkən müntəzəm olaraq atasına hər gün baş çəkmiş və bir qızı kimi atasının qulluğunda durmuşdur. İşdə olan Şəki rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-751/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı X13 ilə cavabdeh X11 arasında bağlanmış xx xxxxxx 1994-cü il tarixli nikah pozulmuş, tərəflərin uşaqları olan-xx xxxxx 2008-ci il tarixdə anadan olmuş X14 anası Cavabdeh1 yanında saxlanılmış, xx xxxxx 2008-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat alimentin iddiaçı X4 alınaraq cavabdeh X7 verilməsi və alimentin tutulmasının əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 389.2, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248-ci maddələrinə istinad etmişdir. 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,20 kvadrat metr olan 14 nömrəli fərdi yaşayış evinin A tikilisi tam, torpaq sahəsi tam X5, B tikilisi tam X6 və C tikilisi tam X3 birgə mülkiyyətlərində olmuşdur. Həmin evin birgə mülkiyyətçisi olmuş X8 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və onun vərəsələri kimi arvadı X15, uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar. Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 mirasdan 1/6 hissədə pay almışdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********72-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,20 kvadrat metr olan 14 nömrəli fərdi yaşayış evindən ibarət olmuşdur. Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hazırki tələblə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və onun əsasında Cavabdeh1 verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edir. Cavabdeh1 isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddiası əsaslı deyildir. Göründüyü kimi Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş X1 qalmış, Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,20 kvadrat metr olan 14 nömrəli fərdi yaşayış evinin C tikilisindən ibarət mirasdan mərhumun vərəsəsi kimi 1/6 hissədə pay almış və bununla bağlı Cavabdeh3 tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən notariat kontoruna mərhumun ölüm haqqında şəhadətnaməsi, onun vərəslərinə dair arayış, müvafiq ərizləri, yəni qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün zəruri olan sənədlər təqdim edilmişdir. Həmçinin, İddiaçı iddia ərizəsində iddiasının əsası kimi Cavabdeh1 mirası faktiki olaraq qəbul etmədiyini bildirsə də, o, özü məhkəmə iclası zamanı Cavabdeh1 atasının dəfn və yas mərasimlərində iştirak etdiyini, bundan sonrakı müddətlərdə 2-3 aydan bir onların yaşadığı evə gəlib-getdiyini təsdiq etmişdir. Həmçinin, İddiaçı özünün məhkəməyə şahid qismində dəvət etdiyi Şahid Cavabdeh1 atasının dəfn və yas mərasimlərində iştirak etməsi barədə ifadə vermişdir. Bütün bunlarla yanaşı Cavabdeh1 özünün də izahatı və məhkəməyə təqdim etdiyi Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 311 nömrəli arayışlada onun, atası X12 xəstə olarkən müntəzəm olaraq atasına hər gün baş çəkdiyi və bir qızı kimi atasının qulluğunda durması öz təsdiqini tapmışdır. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Göründüyü kimi Cavabdeh1 atasının qulluğunda durmuş, atasına baxmış və atasının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, bundan sonra atasından qalmış mirasa əmlakda yaşamaqla faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı Cavabdeh3 tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx xxxxxx 2019-cu il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Cavabdeh3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qərarı qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı və onun nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)- 981/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-399/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-399/2021
31.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver