Məhkəmə qərarları › İş №2(107)-403/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-403/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-403/2024 15.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(037)-1480/2023 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu İddiaçı ərizə ilə müraciət edərək 06 noyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(037)-1480 saylı qərardadına əsasən borclu İddiaçı notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi barədə ərizəsinin məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilmişdir. Borclu İddiaçı tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(037)- 1480/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə borclunun təsdiq edilməsini xahiş etdiyi barışıq razılaşması haqqında müqavilə notarial qaydada təsdiq olunduğu üçün həmin müqavilənin məhkəmə qaydasında yenidən təsdiq olunması nəzərdə tutulmadığından, bu barədə ərizənin məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməsini qərara almışdır. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan prosessual hüquq normasının mənasına görə həmin maddə də iddia ərizəsinin qəbul etməkdən imtinanın prosessual qaydası müəyyən edilmişdir. Hazırda isə ərizəçi məhkəməyə iddia ərizəsi ilə deyil, ərizə ilə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 13.4cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Sаdаlаnаn normаlаrın birgə təhlilindən göründüyü kimi, məhkəmə heç bir halda barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda ərizəni geri qaytara bilməz. Qüvvədə olan Mülki Prosessual Məcəlləsində notarial qaydada təsdiq edilmiş barışıq sazişinin təsdiq edilməsi nəzərdə tutulmamışdır. Lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən hesab edir ki, hazırki ərizəyə analoji münasibətləri tənzimləyən hüquq normalarına əsasən baxılmalıdır. Belə ki, analoji münasibətləri tənzimləyən hüquq norması olan 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bundan başqa İddiaçı şikayətində həmin Qanununun 355-23.2, 355-24, 355-25, 355-25.1, 355-25.2, 355-25.3, 355-25.4 və 355-26-cı maddələrinin tələblərinin qərardadın ləğv olunmasına əsas olduğunu göstərir. Şikayətdə tərəflərin 06 noyabr 2020-ci il tarixdə “barışıq razılaşması haqqında” müqavilə bağladığını, müqaviləyə əsasən X6 ona qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi, 40 hektar əkin torpaq sahəsini onunla birgə istifadə etməyi, o isə X5 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasından imtina etməyi və birinci tərəfin təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürmüşdür. X1 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə “barışıq razılaşması haqqında” müqavilədən sonra 40 hektar əkin torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq X3 iki illik icarəyə vermişdir. O, isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Belə olan halda məhkəmənin qəbul etdiyi 27 dekabr 2023cü il tarixli qərardadını əsassız və qanunsuz hesab edir. Ona görə də İsmayıllı rayon məhkəməsinin 2(037)-1480/2022 saylı 27 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilərək 06 noyabr 2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi barədə ərizənin təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(037)-1480/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(037)-1480/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Tərəflər arasında 6 noyabr 2020-ci il tarixdə barışıq razılaşması haqqında müqavilə bağlanılmış və həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi bağlaması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 355-23-cü maddəsində isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici tərəflər arasında bağlanmış barışıq sazişinin həll olunması məsələsini mülki iş məhkəmənin icraatında olduğu vaxt, yaxud mediasiya vasitəsilə, yəni həm mülki iş məhkəmədə olarkən həm də məhkəməyə müraciət etmədən barışıq sazişi bağlamaqla qurtara bilərlər. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-28/2020 saylı 12.05.202-ci il tarixli qətnaməsinə əsasən X4 ismayıllı rayonu Diyallı kəndinin "Qaraquş" adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən İddiaçı çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(107)-150/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin 2(037)-28/2020 saylı 12 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi İsmayıllı Rayon icra və probasiya şöbəsinin icraatındadır. Göründüyü kimi tərəflər arasında olan mübahisə üzrə məhkəmə qətnamələri mövcuddur, eyni zamanda qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, hazırki ərizəyə analoji münasibətləri tənzimləyən hüquq normalarına əsasən baxılmasına lüzum yoxdur. Beləliklə, kollegiyanın qənaətinə görə hazırkı halda barışıq sazişinin təsdiq edilməsindən imtina etməklə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(037)-1480/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(037)-1480/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar