Məhkəmə qərarları › İş №2(107)-406/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-406/2022

10.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-406/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı 24 aprel 2019-cu il tarixli, 2V207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsindən cavabdeh Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Balakən rayon Məhkəməsinin hakimi Zamin Tahirovun müraciətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Balakən regional «Asan xidmət» mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. Cavabdeh Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şikayət aidiyyatı üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilmiş, işə mahiyyəti üzrə baxılması 02 mart 2022-ci il tarixə, saat 11:45-ə təyin edilmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman-10 fevral 2022-ci ildə Balakən rayon Məhkəməsinin hakimi Zamin Tahirov tərəfindən işin Balakən rayon Məhkəməsinə göndərilməsi barədə məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən qeyd edilən mülki iş üzrə müddətin bərpasına dair Balakən rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 nömrəli qərardadından şikayət verdikləri üçün həmin şikayətə baxılmasını təmin etmək məqsədi ilə işin istənilməsi göstərilmişdir. Məhkəmə kollegiyası müraciətə baxaraq hesab edir ki, hazırki işin icraata qəbul edilməsi barədə olan Şəki Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(107)- 406/2022 nömrəli mümkünlük qərardadı ləğv edilməli, mülki iş icraatdan çıxarılaraq, Balakən rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263- 264, 384, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(107)-406/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Balakən rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 nömrəli qərardadından verilmiş şikayətə baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Balakən rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. . Sədrlik edən Ələddin Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar