Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-41/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və X13 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və X13, Cavabdeh nümayəndələri X6 və X7 iştirakları ilə, İddiaçı və X13 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı, X21, X16 və X2 mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. X16 və X14 ölmüşlər. Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin zəbt edildiyi və həmin yerdə qanunsuz olaraq qaraj inşa edildiyi iddia olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı və X13 Cavabdeh qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN- 049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçılar İddiaçı və X21 iddia ərizəsində göstərmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onların və X16 və X2 mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onların mülkiyyətindədir. Valideyinləri olan X16 və X14 rəhmətə getmişlər. Cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikili inşa edilmişdir. Nəticədə onlar öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilməmiş, torpaq sahəsinə daxil olmaları qeyri-mümkündür. Qeyd olunanların nəticəsi olaraq onlar Dövlət tərəfindən onlara verimiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Bu da onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh Şəki İnzibati Məhkəməsində “X16 və X8 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia qaldırmış, onun iddiası təmin edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz zəbt etdiyi ərazidən çıxmır və orada inşa etdiyi qanunsuz tikilini sökmür. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X17 məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddia tələbində göstərilənləri qəbul etmir. Çünki Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinə dair iddiaçıya verilən sənədlər etibarsızdır. Həmin torpaq sahəsi cavabdehə məxsusdur. İddianın rədd edilməsini xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN-049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı, X21, X16 və X2 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-049F nömrəli Şəhadətnamə əsasında onların mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyinə əsasən İddiaçı, X21, X9 iddiasında göstərilən torpaq sahəsi 665 kv.m olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X21, X16 və X3 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Lakin iş materiallarında olan mütəxəssis rəyində olan sxemlə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi üzərində tikililər mövcuddur. Ekspert rəyində JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı Şahmurad oğlu, X21, X16 və X3 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmasa da, mütəxəssis rəyinə əlavə edimiş sxemlə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsində tikililər inşa edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. İddia təmin ediləcəyi üçün iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir.
8. Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh JN-049F nömrəli Şəhadətnamə əsasında İddiaçı, X21, X16 və X2 ümumibirgə mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajının cavabdehin hesabına sökülməsi, Cavabdeh iş üzrə 50 (əlli) manatın ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X12, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ**********00 00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab AZ34GCTRE********************) saylı hesaba ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164, 165 və 170-ci maddələrinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49, 84 və 111-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İddiaçı, X21, X16 və X2 adına JN-049F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı rəyi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-11(116)-651/2021 saylı qanuni qüvvəyə minmiş qərarı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-349/2021 saylı qanuni qüvvəyə minmiş qərarı X9 ölümü barədə AZ-İ 121187 saylı ölüm haqqında şəhadətnamə X3 ölümü barədə AZ-İİ 010801 saylı ölüm haqqında şəhadətnamə
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ilkin plan cizgi sənədlərini nəzərə almamış, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyi nəzərə alınmamış, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmamışdır. Mübahisəyə mahiyyəti üzrə baxılmalı, iş üzrə ilkin sənədlər araşdırılmalı, torpaq sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsini, nə vaxt zəbt torpaq sahəsində maşın qarajının tikildiyini araşdırmalıdır. Belə ki, zəbt torpaq sahəsində yardımçı tikili faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir, iddiaçının valideynləri X16 və X4 isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir.
13. Ona görə də, Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndələri X17 və X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı və X21 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi Sarvan Ağabalayev ifadə verərək göstərmişdir ki, iddiaçıların və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin sənəd üzrə koordinatları üst-üstə düşmür, lakin, torpaq sahələrinin faktiki vəziyyətlərində sürüşmələr baş vermişdir. Nəticədə, mübahisəli tikili sənəd üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində, faktiki olaraq isə cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə qərarlarında, mütəxəssis və ekspert rəylərində, o cümlədən hazırki apellyasiya icraatında qəbul edilmiş icraatın dayandırılması və ekspertiza təyin edilməsi barədə qərardadda və mütəxəssis və ekspert rəylərində Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin İddiaçı, X21, X14 və X9 ümumibirgə mülkiyyətinə verilməsi barədə JN-49F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin KODu 40312028 olmalı olduğu halda, 40312018 kimi yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 40312018 kimi yazılmasına baxmayaraq, bütün araşdırmalar JN-49F KOD 40312028 saylı Şəhadətnamə barəsində aparıldığından həmin səhv işin mahiyyətinə təsir etməmişdir və kollegiya tərəfindən texniki yanlışlıq olaraq qəbul edilir.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 8 avqyust 2023-cü il tarixli mütəxəssis rəyində və həmin rəy əsasında verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6901 nömrəli ekspert rəyində göstərilmişdir: “JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı, X21, X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinin sənədində koordinatlar olmadığından hər hansı ölçülərdə və koordinatlarda yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərinin ölçüləri və coğrafi yerləşməsi arasında olan uyğunsuzluq sxem 1də göstərilmişdir. JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X19, Cavabdeh, X20, X17, X15, İddiaçı Əmrah oğlunun ümumbirgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada koordinatları və coğrafiy yerləşməsi sxem 2-də göstərilmişdir. 1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilmiş 0.24 ha torpaq sahəsinin döngə nöqtələri koordinatları olmadığından faktiki istifadədə olan torpaqla, yerləşmə və mülkiyyət vəziyyəti barədə tərəfimizdən cavablandırılması mümkün olmamışdır. JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahələrinin sənəd üzrə üst-üstə düşməsi yoxdur. Lakin, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq var. Sxem 1-də göstərilmişdir. Qax rayonunun Çinarlı kəndində yerləşən Cavabdeh tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə İddiaçı, X21, X16 və X3 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərilir və 1987-ci il iyul ayında verilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsində isə X10 adına naves (günlük) (B) kimi qeyd olunmuşdur. 27 iyun 1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilən 50 kv.m fərdi yaşayış evinə aid hər hası bir sxem olmadığından göstərilən hansı Şəhadətnamələrə düşüb-düşmədiyini qeyd eləmək mümkün olmamışdır.”
25. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mübahisəli tikili olan qaraj və onun yerləşdiyi torpaq sahəsinin rəsmi sənəd üzrə iddiaçının mülkiyyətində olması yuxarıda göstərilən rəylərlə öz təsdiqini tapmışdır.
26. Belə ki, iş üzrə əldə edilmiş hər iki ekspert rəyində iddiaçılara və cavabdehə məxsus mübahisəli torpaq sahələrinin sənəd üzrə və naturada ölçü və koordinatlarında fərqlər olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 10/7890 saylı ekspert rəyində İddiaçı və X13 iddiasında göstərilən sənəd üzrə 0.09 ha olan torpaq sahəsinin naturada 665 kv.m olduğu göstərilmişdir. Həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemdə cavabdehlərin iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etdiyi və həmin torpaq sahəsi üzərində tikililərin mövcud olması görünür. Apellyasiya icraatı zamanı əldə edilmiş yuxarıda göstərilən ekspert rəyində Qax rayonunun Çinarlı kəndində yerləşən Cavabdeh tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə İddiaçı, X21, X16 və X3 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərildiyi qeyd olunur və həmin rəy üzrə mütəxəssisin hazırladığı sxem də həmin halı təsdiqləyir. Buradan belə nəticə çıxır ki, sənəd üzrə iddiaçıların torpaq sahəsinə aid olan qaraj tikilisi iddiaçıların naturada çatışmayan torpaq sahəsində yerləşir və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Nəzərə alınmalıdır ki, Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyətinə verilmişdir.
27. Cavabdeh apellyasiya şikayətində mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı Aqrar İslahat Komissiyasının qərarının səhv olduğunu qeyd etsə də, kollegiya bildirir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-11(116)-651/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, “X16 və X8 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987-ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Həmin qərarda göstərilmişdir: “iddiaçının mövqeyi bundan ibarətdir ki, mərhum anası X11 adına olan iyun 1987-ci il tarixli texniki pasportda göstərilən "B" və "V" tikililəri anasının və ailə üzvlərinin adına olan JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə deyil, səhvən X5 adına olan JN-048F nömrəli, habelə İddiaçı və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. İddiaçının tələbinə görə, həmin JN-048F və JN049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər müvafiq hissələrdə ləğv edilməli, qeyd olunan texniki pasporta və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X11 adına çıxarış verilməlidir.” Həmin qərarda məhkəmə hesab etmişdir ki, “iddiaçının bəhs etdiyi həyətyanı torpaq sahəsinin bir hissəsi X5 adına olan JN-048F nömrəli və İddiaçı və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə daxil edilmişdir. Qeyd olunan texniki pasport əsasında mərhum X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün göstərilən JN-048F nömrəli və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin müvafiq hissələri ləğv edilməli, bunun üçün isə həmin şəhadətnamələrin qanunsuz olması müəyyən edilməlidir.... ....Məhkəmənin etdiyi sorğulara baxmayaraq, torpaq islahatı zamanı, iddiaçının və üçüncü şəxslərin ailələrinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin ölçüsünü və həmin ölçülərin JN-048F, JN-049F və JN-050F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ölçülərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmadı. Məhkəmə hesab edir ki, belə olan halda, üçüncü şəxslərin adlarına olan JN-048F və JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin qanunsuz olması iddia oluna və həmin sənədlər ləğv edilə bilməz. Bu səbəbdən də hazırkı iddianın təmin edilməsi mümkün deyil.” Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-349/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-11(116)-651/2021 saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 81-ci maddəsinə görə Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati işlər üzrə məhkəmə qərarları mülki iş üzrə məhkəmə araşdırması üçün preyudisial əhəmiyyət daşımasa da, bu, inzibati iş üzrə məhkəmə qərarlarının mülki işlər üzrə araşdırma zamanı sübut qismində qəbul edilməsi imkanını istisna etmir. O cümlədən, Aqrar İslahat Komissiyasının qərarlarının, onlar əsasında verilmiş Şəhadətnamələrin və digər daşınmaz əmlaka mülkiyyət hüquqları ilə bağlı sənədlərin qanunsuzluğunun müəyyən edilməsi məhkəmə qərarları ilə həll edilən məsələdir. Həmin məsələlər Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 81-ci maddəsinin tələbinə əsasən başqa sübutlarla təsdiq edilə bilməz. Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin adına olan JN-049F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qanunsuzluğu məsələsinə inzibati iş üzrə məhkəmə araşdırması qaydasında baxılmış və həmin hal sübut edilməmişdir. Həmin halın başqa qaydada (başqa sübutlarla) sübut edilməsi mümkün deyildir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
29. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılara verilmiş mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda A, B və V tikililəri göstərilmişdir ki, həmin tikililər ev, tövlə və fundamenstsiz taxta naves tikililəri olmuşdur. 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə 25 iyun 1999-cu il tarixdən qüvvədə olmuş Torpaq və 1 sentyabr 2000-ci ildən qüvvədə olmuş Mülki Məcəllələrin normalarını tətbiq etməkdə haqlı olmuşdur.
30. İşin yuxarıda qeyd olunan halları nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4 və 180.4-cü maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçılar öz qanuni mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb etməkdə haqlıdırlar.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 20 fevral 2023-ci il tarixli 2(024)-31/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev