Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-410/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Maraqlı şəxs - Maraqlı şəxs2 nümayəndəsi X1 iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(035)-871/2017 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu ildə vəfat etmiş mərhum atası X3 məxsus Zərdab rayonunun Yarməmmədbağı kəndində miras qalmış, bir mərtəbəli, 2 otaqlı, bir şüşəli balkonlu və eyvandan ibarət mənzilin, 0,18 ha həyətyanı torpaq sahəsinin və Zərdab rayon X8 xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş 2.74 ha torpaq sahəsinin onun tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(035)-871/2017 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) ərizə təmin edilmiş, X2 miras qalmış (ona aid hissədə) Zərdab rayotıu Yarməmmədbağı kəndində bir mərtəbəli, 2 otaqlı, bir şüşəli balkonlu və eyvandan ibarət fərdi yaşayış evin, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90514018 olan Dövlət Aktına əsasən və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zərdab rayon X8 04 saylı, xx.xx.1998- ci il tarixli qərarı ilə verilmiş torpaq sahələrinin (Allahverdiyev AllahverdiBədir oğlunaaid hissədə) Ərizəçi Allhverdi oğlu tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs2 Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(035)- 871/2017 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, qətnamənin məzmunundan da göründüyü kimi işə yalnız Zərdab rayon Dövlət Notariat kontoru cəlb edilmiş, ərizə barədə atasının digər vərəsələri məlumatsız olmuşlar. Bundan başqa, miras əmlak ərizəçi tərəfindən qəbul edilməmişdir. Ərizəçi atasının ölümündün əvvəl də, sonra da respublikanın hüdudlarından kənarda yaşamışdır. Həmin evə isə qardaşı Bəhrəm baxmışdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(015)- 413/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(015)-413/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Kontorunun nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(035)- 871/2017 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırkı işə xüsusi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-ci maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işə baxa bilər. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə,məhkəmə ərizəni baxılmamış saxlayır. Apelyasiya şikayətindən də gördüyü kimi, hazırkı işdə məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(035)-871/2017 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə birinci instansiya məhkəməsinə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli, 2(035)-871/2017 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun olduğu izah edilsin. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-410/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-410/2020
04.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver