Məhkəmə qərarları › İş №2(107)-411/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-411/2023

16.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-411/2023 16.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)-313/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dünyasını dəyişmiş mərhum, X2nun həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3 və Cavabdeh2 borclunun hüquqi varisləri kimi tanınmaları və miras qoymuş borclunun borcunu vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)-313/2023 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X8 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı geri qaytarılması, qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı İddiaçı Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)- 313/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2nun 2021-ci ildə icra zamanı vəfat etməsi ilə əlaqədar olaraq, icra sənədinin tam olaraq icrasının təmin edilməməsinə görə, həyat yoldaşı Cavabdeh1 Gümşüd qızının, oğlu Cavabdeh3, oğlu Cavabdeh2 borclunun hüquqi varisləri kimi tanınmaları və miras qoymuş borclunun, borcunu vərəsələri tərəfindən ödəməsi öhtəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-313/23 saylı qərardadı ilə xx.xx.2023-cü il tarixli iddia tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilmişdir. Onun cavabdehlər X13 və X10 qarşı “vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ rayon məhkəməsinin xx.xx.2018-ci il tarilxi iş № 2(025)-87/2018 saylı qətnaməsi ilə cavabdehlər X11 və X6 müstərək qaydada 72.558 manat məbləğində pul və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 manat olmaqla, cəmi 72.578 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2019-cu il tarixli iş № 2(107)622/2019 saylı qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarilxi iş № 2(025)-87/2018 saylı qətnaməsi qismən–X10 münasibətdə ləğv edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X12 veridiyi kasassiya şikayətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 09 avgust 2019-cu il tarixli iş № 2(102)-4946/2019 il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2019-cu il tarixli iş № 2(107)-622/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2019cu il tarixli 2(107)-622/2019 nömrəli qətnaməsi icraya yönəldilmiş, və Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilərək, icraata başlama haqqında qərar qəbul edilmişdir. Beləliklə, X2nun qaytarmalı olduğu 72.578 (yetmiş iki min beş yüz yetmiş səkkiz) manat məbləğindən, 7.725 (yeddi min yeddi yüz iyirmi beş ) manat çıxdıqda, yerdə qalan ödənilməli borcun bugünə cəmi (72.578-7.725= 64.853) 64.853 (almiş dört min səkkiz yüz əlli üç) manat qalıq təşkil edir. Zərər çəkmiş tərəfdir, artıq ikinci ildir ona vurulmuş 64.853 (almiş dört min səkkiz yüz əlli üç) manat ziyan ödənilməmiş qalır. X2 xx.xx.2021-ci ildə İcra zamanı vəfat etmişdir. Buna görədə icra sənədinin tam olaraq icrasının təmin edilməmiş vəziyyətində, Qəbələ rayon İcra və probasiya şöbəsinin hal-hazırda icraatındadır. Azərbaycan Respublikası Nazirliyi X25 Xidmət Mərkəzində Notariat Ofisinin 08 avqust 2022-ci il tarixli 2506 saylı Qəbələ Rayon İcra və Probasiya şöbəsinin 25 iyul 2022-ci il tarixli 405319 saylı sorgusuna dair cavab məktubunda göstərilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, xx.xx.1963-cü il təvəllüdlü X9 (FİN:3B2F9HG) hər hansı əmlakına dair Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi acılmamış, o cümlədən “Elektron notariat” informasiya sistemində vərəsəlik işi acılması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixində icra zamanı vəfat etmiş, miras qoymuş borclunun hüquqi varisləri, vərəsələr kimi tanınmamaları və miras qoymuş borclunun, borcunu vərəsələri tərəfindən ödəməsi öhdəliyi vəzifəsini, vərəsələr kimi üzərinə qoyulması tələbindən boyun qacırmaq məqsədi ilə vərəsəlik şəhadətnaməsini bugünə kimi də almıllar. Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-313/23 nömrəli qərardadında göstərilir ki, iddiaçının iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi materiallardan müəyyən edilir ki, onun hazırki iddiası üzrə tərəflər dəyişilsə də iddianın predmeti dəyişilməmişdir. Yəni, eyni əsaslar üzrə mübahisəyə məhkəmənin yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və hazırda Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatındadır. Lakin, cavabdeh mərhum X9 hüquqi varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmışdır. Odur ki, xx.xx.2023cü il tarixli iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməsi barədə Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-313/23 nömrəli qərardadı əsassızdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni onunla əsaslanıdırmışdır ki, tərəflər arasında eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı iddiaya yenidən baxılması istisna olunduğundan iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Məhkəmə kollegiysaı qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı cavabdehlər X14 və X10 qarşı “vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rаyоn Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)87/2018 nömrəli qətnaməsi ilə (hakim Fehruz Abbasov) iddia qismən təmin edilmiş, cavabdehlər X7 və X5 müştərək qaydada 72558,00 (yetmiş iki min beş yüz əlli səkkiz) manat məbləğində pul və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat olmaqla, cəmi 72578,00 (yetmiş iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-622/2019 saylı qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən-X10 münasibətdə ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə cavabdehlər X16 və X15 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rаyоn Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-87/2018 nömrəli qətnaməsinin qismən- X10 münasibətdə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər X14 və X10 qarşı “vurulmuş maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dаir iddiasının cavabdeh X10 mübasibətdə rədd edilməsi və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 622/2019 saylı qətnaməsindən cavadbeh X1 şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(102)-4946 saylı qərarı ilə kassaiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-622/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-622/2019 saylı qətnaməsi icraya yönəldilmiş və Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilərək icraata başlanması haqqında qərar qəbul edilmişdir. İcra prosesində mərhum X9 Qəbələ rayonu Hacallı kəndində mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayıb binasına və ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 0.34 ha həyətyanı torpaq sahəsindən payına düşən hissəsinə həbs qoyularaq açıq hərrac yolu ilə satışa çıxarılmış, icra həmin mərhələdə olan zaman torpaq sahəsi icra məmurları tərəfindən iddiaçıya təklif edildikdə onun tərəfindən qəbul edilmişdir. Cavabdeh X16 2021-ci ildə vəfat etmişdir. Buna görə də icra sənədinin tam olaraq icrasının təmin edilməsi mümkün olmamış və icra sənədinin icrası dayandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olsa da, ancaq onun prosessual əsasını düzgün müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı iddiaya yenidən baxılması istisna olunduğundan iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin tələblərini nəzərə almadan iddia ərizəsini yuxarıda qeyd edilən əsaslara görə geri qaytararaq prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)-313/2023 saylı qərardadı ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi və sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin materialları həmin Məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər: Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)-313/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi və sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin materialları Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar