Məhkəmə qərarları › İş №2(107)-419/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-419/2022

28.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-419/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X17 cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, üçüncü şəxslər X11 və X12 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və vəsiyyətnamənin ləğv edilməsinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, subyektiv hüquq, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçılar İddiaçı və X17, Üçüncü şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(033)-72/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı və X30 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 06 sentyabr 2018-ci il tarixli 2V-570 və 2V-571 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsinə, Zaqatala rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 26 aprel 2012-ci il tarixdə tərtib və təsdiq olunan mərhum X18 13.02.2009-cu il tarixli vəsiyyətnaməsinin ləğv edilməsinə dair ərizənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X19 20 fevral 2007-ci il tarixdə, X31 isə 24 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. X7 vəfatından sonra ünvan 1ində torpaq sahəsi, X18 vəfatından sonra isə ünvan 1ində torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır X5 Mazanovun atası, Nurlan Mazanovun isə babasıdır. Mərhum vəfat edənədək həmin evdə yaşamışdır. Cavabdeh Fəxrəddin Mazanov da onun oğludur və o, 1992-ci ildən Rusiyada yaşayır və Rusiya vətəndaşıdır. X31 24 sentyabr 2017-ci il tarixdə qəflətən vəfat etdi. O vəfat edərkən ona məxsus evdə özündən başqa heç kim yaşamırdı. X21 dəfn etmək üçün dəfn mərasimini İddiaçı təşkil etdi, daha sonra onun qəbiri üçün baş daşı sifariş verdi, həmin baş daşının xərcini ödədi və həmin baş daşının quraşdırılmasını təşkil etdi. X18 vəfatını eşidib Fəxrəddin Rusiyadan dəfndə iştirak etmək üçün gəldi. Yas mərasiminin 2-ci adınasından sonra Fəxrəddin Rusiyaya qayıtdı. Bir müddət sonra notariusa müraciət edib və miras qalmış evlə maraqlanmışlar. X4 təsərrüfatında özündən başqa heç kim yox idi, bütün uşaqlar təsərrüfatdan ayrılmışdı. Onun təsərrüfatının bağlanmaması üçün vərəsəlik açmaq lazım idi. Notariusda məlum oldu ki, Rusiyada yaşayan Fəxrəddin kənd icra nümayəndəsi Tacəddin Cumayevlə əlbir olaraq, guya Rusiya vətəndaşı Fəxrəddin Mazanovun hələ də X18 təsərrüfatında qeydiyyatda olması barədə 02 avqust 2018-ci il tarixli 650 saylı və 05 sentyabr 2018-ci il tarixli 742 saylı saxta arayışlar tərtib edərək notariusa təqdim etmişdir. Bundan başqa Fəxrəddinin 2015-ci ildən atasına məxsus evdə yaşamasına dair arayış verilmişdir. Bu saxta arayışlar əsasında notarius da öz növbəsində qanunu pozaraq mərhumun digər vərəsələri olduğunu və vərəsələr arasında mübahisə olduğunu bilərək, mirasın qəbul edilmə müddətini ötürülməsinə baxmayaraq, müddət bərpası olmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fəxrəddin Mazanov atasının vəfatından bir il keçdikdən sonra notariusa müraciət edib ona görə ki, o atasının yasının 2-ci adınasında çıxıb Rusiyaya getdi və bir ildən sonra gəldi. Lakin kənd icra nümayəndəsi Elvira Süleymanova notariusa saxta arayış yazıb vermişdir ki, guya Fəxrəddin 2015-ci ildən mərhum atasının evində yaşayır. Fəxrəddin Rusiya vətəndaşı olduğundan onun Azərbaycana girişi və çıxışı sərhəd məntəqələrində qeydiyyata alınır. Kənd icra Nümayəndəliyinin verdiyi arayışların saxta olmasını, onların saxta sənəd tərtibinə dair cinayət törətməsini aşkara çıxartmaq üçün, eyni zamanda məhkəmənin işin düzgün həllini həyata keçirmək üçün Fəxrəddinin 2015-ci ildən 2018-ci ilin avqust ayınadək Azərbaycan Respublikasına girişi və çıxışı barədə məlumatın götürülməsinə dair sorğunun verilməsi barədə Məhkəmə qarşısında vəsatət qaldırır. X14 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Notarius miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnamələri verərkən mirasın hansı vərəsələr tərəfindən qəbul edilib edilməməsini kifayət qədər araşdırmadan cavabdehə gizlin qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnaməni verilməklə notarius bilərəkdən qanunları pozmuşdur. Belə ki, notaius vərəsəlik şəhadətnaməsi yazarkən Fəxrəddinin qeydiyyatda olduğu yer əvəzinə onun Rusiya vətəndaşı olduğunu yazmış və eyni zamanda Fəxrəddinin guya atasının evində qeydiyyatda olmasına dair arayışı sübut kimi qəbul etmişdir. Notarius çox gözəl bilir ki, X36 rayonu Bazar kəndində təsərrüfatbaşına kitabında qeydiyyatda ola bilməz. Notarius bunu bilmiş və eyni zamanda bilmişdir ki, müraciət edən Fəxrəddin mirasın qəbulu üçün olan 6 aylıq müddəti ötürmüşdür və buna görə də notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməli idi. Bundan başqa notarius bilmişdir ki, onlar da vərəsədirlər və vərəsələr arasında miras əmlaka dair mübahisə vardır. Həmin mübahisənin olmasını notarius şəhadətnamə verərkən bilmişdir. Bundan başqa notarius bilirdi ki, X31 2009-cu ildə evini Nurlan Mazanova vəsiyyət etmişdir. Lakin 2012-ci ildə həmin vəsiyyətnamənin ləğvinə dair ərizəyə imza etmişdir. X9 ölməsinə yaxın günlərdə də oğlu İddiaçı bildirmişdir ki, öz evini nəvəsi, hərbiçi Nurlana vəsiyyət etmişdir. Buradan görünür ki, vəsiyyətnamənin ləğvi ilə əlaqədar yazılmış ərizə X31 tərəfindən yazılmayıb, həmin imza da onun deyildir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(033)-72/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddianın qismən təmin edilməsi, ünvan 1ində yerləşən 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.5 kv m olan fərdi yaşayış evinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli 2V-570 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ünvan 1ində yerləşən 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli 2V-571 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilmişdir. İddiaçılar İddiaçı və X15 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X20 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X19 və X31 17 may 1963-cü il tarixdə nikahlarını qeyd etdirmişlər. Onların birgə yaşadıqları dövrdə İddiaçı xx xxxx 1957-ci il tarixdə anadan olmuş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 25 aprel 1963-ci il tarixdə anadan olmuş, X32 adlı övladlara dünyaya gəlmişdir. ünvan 1ində 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121,50 kv.m olan fərdi yaşayış evi tam pay olaraq, torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X18 və torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X7 adına Daşınmaz Əmlakən Dövlət reyestrində qeydiyyata alınmışdır. X19 20 fevral 2007-ci il tarixdə, X31 24 sentyabr 2017-ci il tarixdə vəfat etmişlər. X7 vəfatından sonra X31, İddiaçı, X27 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 adlı, X18 vəfatından sonra isə İddiaçı, X33 və X11 adlı vərəsələri qalmışdır. İddiaçı X22 məxsus fərdi yaşayış evindən 1986-cı ildən, X32 isə 1982-ci il tarixdən qeydiyyatdan çıxmışlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Federasiyası vətəndaşı olmaqla mütəmadi olaraq Rusiya Federasiyasına gedib qayıtmışdır. O, 2015-ci ildən X22 məxsus fərdi yaşayış evində yaşayır. X23 mərhum ata və anasının adına olan torpaqların vergi borclarını onların ölümündən sonra ödəmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 02 avqust 2018-ci il tarixdə atası X14 miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə və anası Minəvvər Mazanovanın mülkiyyətində olmuş ünvan 1ində yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala rayon 2 saylı notariat Kontoruna müraciət etmişdir. Onun müraciəti əsasında ona 06 sentyabr 2018-ci il tarixdə reyestrdə 2V-570 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnaməyə əsasən o, 24.09.2017-ci il tarixdə vəfat etmiş X18 mülkiyyətində olmuş reyestr nömrəsi **********57- 10302 olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 121,5 kv.m olan fərdi yaşayış evi və 0,1591 ha torpaq sahəsinin ½ hissəsindən tam hissədə pay almışdır. Müraciəti əsasında ona eyni tarixdə reyestrdə 2V571 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 20.02.2007-ci il tarixdə vəfat etmiş X7 mülkiyyətində olmuş reyestr nömrəsi **********57- 10302 olan ünvan 1i ünvanında yerləşən 0,1591 ha torpaq sahəsinin ½ hissəsindən tam hissədə pay almışdır. X2 13 fevral 2009-cu il tarixdə iddiaçı olan oğlu İddiaçı olan nəvəsi X17 adına vəsiyyətnamə tərtib etdirərək öz adına olan Zaqatala rayonu Qımır-Bazar kəndində yerləşən yaşayış evini, həyətyanı torpaq sahəsini, pay torpağını, bütün əmlakını nəvəsinə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə 2V/20 nömrəsi ilə reyestrdə qeyd edilmiş və 7E/474 reyestr nömrəsi ilə vəsiyyət edənin şəxsiyyəti və imzası təsdiq edilmişdir. X31 26.04.2012-ci il tarixdə Zaqatala rayonu 2 saylı Dövlət notariat Kontoruna ərizə ilə müraciət edərək 13.02.2009-cu il tarixli 7E/474 2V/20 nömrəsi ilə reyestrdə qeyd edilmiş Zaqatala rayonu Qımır Bazar kəndində yaşayan nəvəsi X24 qoyduğu vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. Ərizə eyni tarixdə 7E/2361 nömrəsi ilə reyestrdə qeydiyyata alınmışdır. İddiaçılar ərizəyə çəkilən imzanın X31 tərəfindən icra edilmədiyini iddia edərək vəsiyyətnamənin ləğvinə dair ərizənin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2021-ci il tarixli 4/944 nömrəli ekspert rəyinə əsasən 26 aprel 2012-ci il tarixli ərizədə “İmza” sözü qarşısındakı imzanın və 13 fevral 2009-cu il tarixli vəsiyyətnamədə “İmza” qrafasındakı imzanın eyni şəxs tərəfindən yəni X31 tərəfindən icra edilməsi müəyyən edilmişdirEyni zamanda məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 nömrəli 23 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ünvan 1ində yerləşən X18 mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kvm yaşayış 18,8 kvm köməkçi sahədən ibarət yaşayış evinin ½ hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin ½ hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəfindən müəyyən edilmiş hallara əsasən 24 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X31 13 fevral 2009-cu il tarixdə vəsiyyətnamə tərtib etməklə özünə məxsus Zaqatala rayonu Qımır Bazar kəndində yerləşən yaşayış evini, həyətyanı torpaq sahəsi, pay torpağını və bütün əmlakını nəvəsi mülki iş üzrə iddiaçı X24 vəsiyyət etsə də, sonradan 26 aprel 2012-ci il tarixdə müvafiq Notariat kontoruna ərizə müraciət edərək həmin vəsiyyətnaməni ləğv etdirmişdir. İddiaçılar 13 fevral 2009-cu il tarixli vəsiyyətnamənin ləğv edilməsinə dair X31 tərəfindən 26 aprel 2012-ci il tarixdə verilmiş ərizənin onun tərəfindən imzalanmadığını qeyd edərək həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən 31 avqust 2021-ci il tarixdə verilmiş 4/944 nömrəli ekspert rəyi ilə 26 aprel 2012-ci il tarixli ərizədə “İmza” sözü qarşısındakı imzanın və 13 fevral 2009-cu il tarixli vəsiyyətnamədə “İmza” qrafasındakı imzanın eyni şəxs tərəfindən yəni X31 tərəfindən icra edilməsi müəyyən edilmişdir. Məhkəmə ekspertin rəyini sübut qismində qiymətləndirmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi “Zaqatala rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 26 aprel 2012-ci il tarixdə təsdiq olunan mərhum X18 13.02.2019-cu il tarixli vəsiyyətnamənin ləğv edilməsinə dair ərizəsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Zaqatala rayon 2 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 06 sentyabr 2018-ci il tarixli 2V-570 və 2V- 571 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147.1, 1151, 1159.1, 1159.1.2, 1159.1.3, 1160, 1243.1, 1245, 1246, 1248, 1255, 1261, 1262, 1263, 1273.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18.07.2014-cü il tarixli qərarı, “Notariat haqqında” qanunun 57, 59-cu maddələri, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0, 155.0.1, 119.1, 14.2, 77.1, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi X10 mirası faktiki olaraq qəbul etməsini nəzərə almamış və mübahisəyə vərəsələrin heç birinin miras əmlakı qanunda nəzərdə Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərini pozmuşdur. Vərəsələrin heç birinin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməmələri prizmasından yanaşmışdır. Halbuki, üçüncü şəxs X11 mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras əmlakı qəbul edilmiş hesab edilməli və miras açıldığı gündən onun mülkiyyəti sayılmalıdır. İddiaçılar özləri də məhkəməyə verdiyi izahatlarında X10 miras əmlakı faktiki olaraq mərhumların ölümündən sonra sahiblik etməsini, idarə etməsini etiraf etmişdirlər. Həmçinin, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 nömrəli 23 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ünvan 1ində yerləşən X18 mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kvm yaşayış 18,8 kvm köməkçi sahədən ibarət yaşayış evinin 1/2 hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin 1/2 hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir. Göründüyü kimi, X11 iddiaçılardan fərqli olaraq miras əmlakı qəbul etmiş yeganə vərəsədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Zaqatala Rayon Məhkəməsi mübahisəyə vərəsələrin heç birinin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməmələri prizmasından yanaşmışdır. Bu məqsədlə də iddianı təmin edərkən belə qənaətə 1248.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Bu məqsədlə də iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, X11 ya miras əmlakın qəbulu müddətinin bərpası məqsədi ilə məhkəməyə müraciət etməli, ya da digər vərəsələrin razılığını almalı idi. Halbuki, X11 miras əmlakı qanunla nəzərdə tutmuş müddət ərzində qəbul etmişdir. Belə olan halda sual yaranır ki, “Əgər iddiaçılar miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdirlərsə, onda onların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqları olmuşdurmu?” Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262, 1263 və1273-1-ci maddələrinə əsasən, iddiaçılar faktiki vəziyyətdə susmuş vərəsələrdir və onların hüquqi statusu miras əmlakdan imtina etmiş vərəsələrlə eynidir. Yuxarıda da qeyd olunduğu kimi, üçüncü şəxs X11 mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras əmlakı qəbul edilmiş hesab edilməli və miras açıldığı gündən onun mülkiyyəti sayılmalıdır. Belə olan halda qətnamə qəbul olunarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tətbiq edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə ki, iddiaçılardan İddiaçı faktik olaraq qanunla nəzərdə tutulmuş müddət ərzində miras əmlakı qəbul etməmişdir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı hazırki hüquqi statusu miras əmlakdan imtina etmiş vərəsənin hüquqi statusu ilə eynidir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Belə ki, Zaqatala Rayon Məhkəməsi işdə olan sübutlara münasibət bildirməmiş və X6 mirası əmlakı qəbul etməsi ilə bağlı iddiaçı tərəfin izahatlarına və Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 saylı 23 dekabr 2008-ci il tarixli qətnaməsinə münasibət bildirməmişdir. İş materiallarından da göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 saylı 23 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ünvan 1ində yerləşən X18 mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kv.m yaşayış 18,8 kv.m köməkçi sahədən ibarət yaşayış evinin 1/2 hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin 1/2 hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Zaqatala Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, həmin materiallardan məlum olur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 nömrəli 23 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ünvan 1ində yerləşən X18 mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kvm yaşayış 18,8 kv.m köməkçi sahədən ibarət yaşayış evinin 1/2 hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin 1/2 hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində (sübutların qiymətləndirilməsi) qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2, 1248.1, 1262, 1263 və 1273-1-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76 və 88-ci maddələrinin tələblərini pozmuşlar ki, bu da son nəticədə qəbul edilmiş qətnamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçı tərəfin izahatlarından və iş materiallarında Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 saylı 23 dekabr 2008-ci il tarixli qətnaməsindən sübut olunur ki, X11 miras əmlakı qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 saylı 23 dekabr 2008-ci il tarixli qətnaməsi ilə ünvan 1ində yerləşən X18 mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kv.m yaşayış 18,8 kv.m köməkçi sahədən ibarət yaşayış evinin 1/2 hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin 1/2 hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir. Lakin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hallar aydınlaşdırılmamışdır. Zaqatala Rayon Məhkəməsi qətnaməsində X6 miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etmədiyini qeyd etsə də, işdə həmin halı sübut edən bir dənə belə olsun sübut yoxdur. Əksinə işdə olan sübutlardan məlum olur ki, X11 miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etmişdir. Zaqatala Rayon Məhkəməsi qətnaməsində X6 miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etmədiyini qeyd etsə də işdə həmin halı sübut edən bir dənə belə olsun sübut yoxdur. Yəni, işin müəyyən edilmiş halları məhkəmənin yanaşmasının tam əksini deyir. Əksinə işdə olan sübutlardan məlum olur ki, X11 miras əmlakı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhəkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(033)-72/2021 saylı qətnaməsinin qismən, yəni, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı və X30 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(033)-72/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Zaqatala Rayon Məhəkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(033)-72/2021 saylı qətnaməsinin qismən, yəni, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisi və digər üçüncü şəxs X25 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfidən mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı mübahisələndirilən hissədə düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(033)- 72/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia ərizəsi 06 sentyabr 2018-ci il tarixli 2V-570 və 2V-571 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X19 (iddiaçının anası) və X31 (iddiaçının atası) 17 may 1963-cü il tarixdə nikaha daxil olmuşlar. Onların birgə yaşadıqları dövrdə İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, X32 adlı övladlara dünyaya gəlmişdir. ünvan 1ində 0,1591 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121,50 kv.m olan fərdi yaşayış evi tam pay olaraq, torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X18 və torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X7 adına Daşınmaz Əmlakən Dövlət reyestrində qeydiyyata alınmışdır. X19 20 fevral 2007-ci il tarixdə, X31 24 sentyabr 2017-ci il tarixdə vəfat etmişlər. X7 vəfatından sonra X31, İddiaçı, X27 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 adlı, X18 vəfatından sonra isə İddiaçı, X33 və X11 adlı vərəsələri qalmışdır. İddiaçı X22 məxsus fərdi yaşayış evindən 1986-cı ildən, X32 isə 1982-ci il tarixdən qeydiyyatdan çıxmışlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Federasiyası vətəndaşı olmaqla mütəmadi olaraq Rusiya Federasiyasına gedib qayıtmışdır. O, 2015-ci ildən X22 məxsus fərdi yaşayış evində yaşayır. X23 mərhum ata və anasının adına olan torpaqların vergi borclarını onların ölümündən sonra ödəmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 02 avqust 2018-ci il tarixdə atası X14 miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə və anası Minəvvər Mazanovanın mülkiyyətində olmuş ünvan 1ində yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala rayon 2 saylı notariat Kontoruna müraciət etmişdir. Onun müraciəti əsasında ona 06 sentyabr 2018-ci il tarixdə reyestrdə 2V-570 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnaməyə əsasən o, 24.09.2017-ci il tarixdə vəfat etmiş X18 mülkiyyətində olmuş reyestr nömrəsi **********57-10302 olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 121,5 kv.m olan fərdi yaşayış evi və 0,1591 ha torpaq sahəsinin ½ hissəsindən tam hissədə pay almışdır. Müraciəti əsasında ona eyni tarixdə reyestrdə 2V571 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası tam hüquqlu məhkəmə kimi hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul və ya imtina edib-etməməsini, mirasdan imtina olub-olmamsına, mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın qəbul olunubolunmamasına, olunmuşdursa hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki) və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlərə xüsusi diqqət yetirilməlidir. Belə ki, bu kimi hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsi X10 mirası faktiki olaraq qəbul etməsini nəzərə almamış və Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərini pozmuşdur. Vərəsələrin heç birinin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməmələri prizmasından yanaşmışdır. Halbuki, üçüncü şəxs X11 mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras əmlakı qəbul edilmiş hesab edilməli və miras açıldığı gündən onun mülkiyyəti sayılmalıdır. İddiaçılar özləri də məhkəməyə verdiyi izahatlarında X10 miras əmlakı faktiki olaraq mərhumların ölümündən sonra sahiblik etməsini, idarə etməsini etiraf etmişdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşaraq qeyd edir ki, həqiqətən də iş materiallarında iddiaçının mirası qəbul etməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı mirası vərəsə olaraq miras əmlaka sahiblik etməmiş, həmin əmlakı idarə etməmiş, mirası qəbul etməsi barədə notariat orqanına müraciət etməmişdir. Məhkəmə kollegiyası iddiaçının miras əmlakı faktiki qəbul etməməsi barədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul edir. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında izahatında etiraf edərək bildirmişdir ki, o, mirasa nə faktiki sahiblik etmiş, nə də bununla bağlı notariusa müraciət etmişdir. Göründüyü kimi iddiaçı miras əmlakı nə faktiki, nədə ki rəsmi üsulla qəbul etməmişdir. Apellyator apellyasiya şikayətinin digər dəlillərində qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsi mübahisəyə vərəsələrin heç birinin miras əmlakı qanunda nəzərdə tutulmuş müddətdə qəbul etməmələri prizmasından yanaşmışdır. Bu məqsədlə də iddianı təmin edərkən belə qənaətə 1248.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Bu məqsədlə də iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, X11 ya miras əmlakın qəbulu müddətinin bərpası məqsədi ilə məhkəməyə müraciət etməli, ya da digər vərəsələrin razılığını almalı idi. Halbuki, X11 miras əmlakı qanunla nəzərdə tutmuş müddət ərzində qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 06.09.2018-ci il tarixdə verilmiş 749 nömrəli arayışdan görünür ki, X11 2015-ci ildən Bazar kəndində mərhum atası X18 adına olan evdə yaşayır. İddiaçılar iddia ərizəsində arayışların saxta olmasını iddia etsələr də onlar, bu barədə kollegiyaya hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-515/2008 saylı 23 dekabr 2008-ci il tarixli qətnamənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ində yerləşən X18 mülkiyyətində olan 1976-cı ildə inşa edilmiş, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqdan ibarət 86.8 kvm yaşayış, 18,8 kvm köməkçi sahədən ibarət yaşayış evinin 1/2 hissəsinə vəsiyyət üzrə vərəsəliyin açılması, evin 1/2 hissəsinin 7/8 hissəsinə X8 vəsiyyət üzrə vərəsəlik hüququ verilməklə onun mülkiyyətinə verilməsi qət edilmişdir. Eyni zamanda iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-516/2008 nömrəli 23 dekabr 2008-ci il tarixli qətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 cavabdeh X16 qarşı Zaqatala rayonu, Bazar kəndində yerləşən, 0,16 ha həyətyanı torpaq sahəsi olan 2 mərtəbəli 4 otaqlı 86,8 kv.m yaşayış 18,8 kv.m köməkçi sahədən ibarət yaşayış evindən ailəsi birlikdə çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi iddiaçının X6 mirası qəbul etməməsi barədə qeyd etdikləri iş materialları ilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirmişdir. Belə olduğu təqdirdə kollegiyanın qənaətinə görə, iddiaçının qeyd edilən mübahisəli miras əmlak üzərində hüquqları mövcud deyildir. Bütün bunlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “şəhadətnamələrin ləğv edilməsi” tələbi üzrə subyektiv hüququ yoxdur və iddiaçının iddiası əsaslı deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən şəhadətnamə ləğv edilsə belə bu iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır. Ona görə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(033)- 72/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(033)-72/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar