Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-427/2024 23.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X31 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı hüquqi varisi X20 nümayəndəsi X5, Cavabdehlər - Cavabdeh1 və Cavabdeh3, eyni zamanda həmin cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X15 və X46 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsindən iddiaçının hüquqi varisi X20 vəkili, eyni zamanda həmin hüquqi varisin nümayəndəsi X5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. ünvan 1 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı Heybulah oğlu xx xxxxxx 1956-ci ildə doğulmuş, X2, anası X63 yazılmışdır.
2. Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı ilə X32 və onun 1 nəfər ailə üzvünə (arvadı) mülkiyyətinə ünvan 1i ərazisindən 1,13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 3.Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN-0730, Kod ********) əsasən X32 və onun ailə üzvünə verilmiş 1,13 ha torpaq sahəsi ölçüləri 4322,70 kv.m (730N), 499,23 kv.m (730) və 6525,78 kv.m (730D) olmaqla 3 planşetdə yerləşir.
4. İş materiallarında olan 26 sentyabr 2009-ci il tarixli müqavilənin surətindən görünür ki, X63 ƏMDK-nin yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2009-cu il, reyestr kitabı-3, səhifə-135 olan çıxarışına və xx.xx.2009il tarixli, 844 saylı arayışına əsasən ona məxsus olan ünvan 1ində 0,2497 ha torpaq sahəsində yerləşən 1993-cü ildə tikilən, 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı yaşayış sahəsi 111,54 kv metr, ümumi sahəsi-122,8 kv metrdən ibarət yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır.
5. 30 dekabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, 23 fevral 2011-ci il tarixdə ölmüş X38 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X46 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir.
6. 30 dekabr 2019-cu il tarixli qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə 03 iyun 1997-ci il tarixdə ölmüş X16 ünvan 1ində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx/xx/2022 tarixdə X46 verilmiş seriya nömrəsi JN:0730, KOD 40100048 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,13 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir.
7. İş materiallarında olan Zaqatala rayonu Şərif kənd sovetliyi tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X32 ilə X63 arasında nikah Zaqatala rayonu Şərif kənd sovetliyində 18 yanvar 1948-ci il tarixdə 1 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Xutrayeva soyadı verilmişdir.
8. ünvan 1 soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Heybulah oğlu xx xxxxxx 1958-ci ildə doğulmuş, X2, anası X47r.
9. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08 dekabr 2019-ci ildə verilmiş 328 nömrəli arayışdan görünür ki, X63 vəfat etdiyi 23 fevral 2011-cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: əri- X32, oğluCavabdeh1 Heybulah oğlu.
10. Cavabdeh1 Heybulah oğlu tərəfindən 20 dekabr 2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizədən görünür ki, ünvan 1ində yaşayan 03 iyun 1997-ci il tarixdə vəfat etmiş X10 qalmış miras payını qəbul edir.
11. Cavabdeh1 Heybulah oğlu tərəfindən 20 dekabr 2019-cu il tarixdə Cavabdeh2nə verilmiş ərizədən görünür ki, ünvan 1ində yaşayan 23 fevral 2011-ci il tarixdə vəfat etmiş X33 qalmış miras payını qəbul edir.
12. 28 dekabr 2019-cu il tarixli B-303 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmasına, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 1,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X16 və X38 adına daşınmaz əmlakın reyestrində nömrəli reyestr kitabının - vərəqində qeydə alınmışdır. 25 dekabr 2019-ci il tarixi üçün məhdudiyyət və yüklülük qeydə alınmamışdır.
13. İş materiallarında olan Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 24 dekabr 2019-ci ildə verilmiş 1022 nömrəli arayışdan görünür ki, Cavabdeh1 03 iyun 1997-ci tarixdə vəfat etmiş mərhum atası X16 və 23 fevral 2011-ci il tarixdə vəfat etmiş mərhum X38 ölümündən sonra mərhumların dəfn xərclərini çəkmiş, yas mərasimlərini yola salmış, mərhumlara məxsus təsərrüfatı qəbul edib sahiblənmiş, torpaq sahələrini əkib-bəcərmiş, məhsulunu toplamış, vergi borcunu ödəmiş, pay torpaqlarından istifadə etmiş, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir.
14. İş materiallarında olan Balakən rayon Şərif kənd bələdiyyəsi tərəfindən 24 dekabr 2019-ci ildə verilmiş 48 nömrəli arayışdan görünür ki, Cavabdeh1 mərhum anası 23 fevral 2011-ci ildə vəfat etmiş X38 və 03 iyun 1997-ci il tarixdə vəfat etmiş mərhum atası X16 ölümündən sonra mərhumlara məxsus pay torpağının vergi borclarını ödəmişdir.
15. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 27 №-li arayışına əsasən, X32 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 03 iyun 1997-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 iyun 1997-ci il tarixli 15 nömrəli ölüm haqqında akt qeydinə əsasən X32 03 iyun 1997-ci ildə vəfat etmişdir.
16. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 08 yanvar 2020-ci ildə verilmiş 08 nömrəli arayışdan görünür ki, X32 vəfat etdiyi 03 iyun 1997-cı il tarixdə Balakən rayon Şərif kəndində daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: arvadı X63, oğlu İddiaçı Heybulah oğlu, oğlu Cavabdeh1 Heybulah oğlu.
17. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş 28 №-li arayışa əsasən X63 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2011-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli 05 nömrəli ölüm haqqında akt qeydinə əsasən X63 xx.xx.2011-ci ildə vəfat etmişdir.
18. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2020-ci ildə verilmiş 01 nömrəli arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1928-ci il tarixdə Balakən rayonun Şərif kəndində anadan olmuş X63 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 23 fevral 2011-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu X17-xx.xx.1952, oğlu-X11 xx.xx.1956, oğlu Cavabdeh1 Heybulah oğlu-xx.xx.1958, qızı- X21-xx.xx.1961. Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir.
19. Ədliyyə Nazirliyi Cavabdeh2 Dağıstan Respublikası Mahaçqala şəhəri Stepnoy qəsəbəsi ünvanında yaşayan İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ünvanlanmış 13 yanvar 2020-ci il tarixli 14 nömrəli məktubda göstərilir ki, Cavabdeh2nə müraciət edərək 23 fevral 2011-ci il tarixdə vəfat etmiş mərhum anası X38 və 03 iyun 1997-ci il tarixdə vəfat etmiş mərhum atası X16 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X38 mirasına 30 dekabr 2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X16 mirasına isə 05 iyul 2012-ci il tarixdə 2V-452 nömrəsi ilə əmanət hesabında pul vəsaitinə dair, 30 dekabr 2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
20. 10 mart 2021-ci il tarixli AN-İ №0924001 daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1ində yerləşən, ümumi sahəsi 0.6526 ha olan torpaq sahəsini 4000 (dörd min) manata Cavabdeh3 satmışdır.
21. İş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 103 №li reyestr kitabının 57 №li vərəqində xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********16 olan, 619931 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1i 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
23. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 182 №-li arayışa əsasən Şərif kənd sakini X1nun ailə tərkibi aşğıdakı kimi olmuşdur: arvadı X63, oğlu X34, oğlu X22, oğlu İddiaçı Heybulla oğlu, oğlu Cavabdeh1 Heybulla oğlu, qızı X39.
24. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 183 №-li arayışa əsasən Şərif kənd sakini Cavabdeh1 Heybulla oğlunun ailə tərkibi aşağıdakı kimidir: arvadı X23, oğlu X43, qızı X44.
25. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 184 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X24 ailə tərkibi aşağıdakı kimidir: oğlu X48, oğlu X57.
26. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 180 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X7 ailə tərkibi aşağıdakı kimidir: arvadı X25, oğlu X72(ov) oğlu, oğlu X73(ov) oğlu.
27. Balakən RİHB-nin Şərif kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 181 №-li arayışa əsasən Şərif kənd sakini mərhum X18 ailə tərkibi aşağıdakı kimidir: arvadı X30, oğlu X58, oğlu X55, qızı X35
II. Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə m
29. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı
30. Sonradan Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə İddiaçı onun hüquqi varisi
31. İddiaçı hüquqi varisi X20 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 məhkəməyə iddia tə
32. Həmçinin Cavabdeh3 cavabdeh kimi işə cəlb olunmuşdur.
33. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən ra
34. Birinci instansiya məhkəməsinin iclasında ölmüş İddiaçı hüquqi varisi X20 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə edərək onun təmin olunmasını təmin olunmasını xahiş etmişdir.
35. Birinci instansiya məhkəməsinin iclasında ölmüş İddiaçı hüquqi varisi X20 nümayəndəsi X26 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun ölmüş İddiaçı hüquqi varisi X20 nümayəndəsi-vəkili Nümayəndə2 izahatı ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək, ölmüş cavabdeh İddiaçı tərəfindən mərhum X2ndan və mərhum anası X33 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də onların miras əmlakına yiyələnməklə və faktiki idarə etməklə qəbul etmədiyini, X1ndan və mərhum X33 qalmış mirasın notariat oraqına ərizə verməklə və Xeybullah Xutrayevin bankdakı əmanətini almaqla yalnız Cavabdeh1 tərəfindən qəbul oldunduğunu, notariat kontoru tərəfindən mərhum atası və anasının mirasına dair yalnız Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyini, digər vərəsələrin mirası qəbul etmədiklərini, Cavabdeh1 qanuni əsaslarla atası və anasından qalmış mirası öz adına sənədləşdirdiyini və qanuni əsaslarla da miras qalmış 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satdığını, İddiaçı və onun vərəsələrinin belə bir iddia qaldırmaqda hüquqlarının olmadığını, həmçinin iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq olunması barədə ərizə verdiklərini, iddianın əsassız olduğuu bildirərək, iddianın təmin olunmamasını xahiş etmişlər.
37. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 Cavabdeh1 notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini qanuni əsaslarla vicdanlı alıcı kimi aldığını və həmin 0.4763 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarının xx.xx.2021-ci il tarixdə **********16 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, alqı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından məlumatı olmadığını, bu alqısatqı zamanı heç bir qanun pozuntusunun olmadığını, torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə qanuni sahiblik etdiyini, onun torpaq sahəsinin vicdanlı alıcısı olduğunu bildirərək ona münasibətdə iddianın təmin olunmamasını xahiş etmişdir.
38. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 23 dekabr 2022-ci il tarixli, 2(019)7/2022
39. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən
40. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitus
Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat
41. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)-513/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi əvvəlki icraatda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.
43. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməmişdir, Cavabdeh3 adına xx.xx.2021ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X49 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv hüququ da olmamışdır.
44. Beləliklə, xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır.
45. Əvvəlki icraat zamanı apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 149, 152.1, 152.5, 182.1, 337.1, 337.2, 1145, 1151.1, 1159.1, 1243.2, 1243.3, 1246, 1262, 1263, 1282 və 1283-cü, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanuna və “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
46. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)-513/2023 saylı qətnaməsindən iddiaçının hüquqi varisi X20 vəkili, eyni zamanda həmin hüquqi varisin nümayəndəsi X5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2024cü il tarixli, 2(102)-32/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2023-cü il tarixli, 2(107)-513/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
48. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi işin aşağıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyriobyektiv qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, X2, anası isə X47r. Onlar qeyr-rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişdirlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X19, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X21 doğulmuşdur. İddiaçı qardaşı X19 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X2 03 iyun 1997-ci ildə, anası X63 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 1ində aparılan torpaq islahatı nəticəsində İddiaçı X2na və anası X46 Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X38, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X16 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirmişdirlər ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X38 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum X2nun mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X38 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum X2nun mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünmüşdür ki, 1928-ci ildə anadan olmuş X38 xx.xx.1952-ci ildə X19, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X21 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V- 734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünmüşdür ki, X15 və X46 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda, Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X40 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 satmasına dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X40 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir. İddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X1 öz sağlığında oğlu İddiaçı ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi vermiş, İddiaçı Rusiya Federasiyasından Balakən rayonuna qayıdarkən atasının ona verdiyi evdə yaşamış, X12 ölümündən sonra da onun dəfn mərasimlərində iştirak edərkən həmin evdə qalmış, həmin torpaq sahəsində mütəmadi olaraq bir neçə il əkin-biçin eləmiş, Cavabdeh1 sonradan İddiaçı atasından miras qalmış əmlaklara buraxmamış, onlar arasında miras üstündə narazılıq olmuşdur. Sonradan Maksud həmin torpaqda olan bir otaqlı evi də sökmüşdür. Həmin faktlar iş üzrə iddiaçı tərəfin məhkəməyə gətirdiyi şahidlər qeyd edilən halları və İddiaçı atasından miras qalmış əmlakı qəbul etdiyini təsdiq etsələr də məhkəmə həmin ifadələri hansı əsasla sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Balakən rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1243.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan Mülki Məcəllənin 1243.2-ci, 1243.3-cü, 1257-ci, 1291-ci maddələrinin tələblərini pozaraq mərhumlara məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməmiş, iddiaçını miras payından məhrum etmişdir. Eyni zamanda miras əmlak məhkəmədə mübahisələndirildiyi halda, Cavabdeh1 mirasın bir hissəsini başqa şəxsin adına özgəninkiləşdirməklə formal olaraq “vicdanlı alıcı” faktı yaratmaqla iddianın rədd olunması üçün sübutlar toplamaqla obyektiv həqiqətin müəyyən olunmasına maneələr yaratmışdır. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsində göstərmişdir ki, şikayət əsassızdır. Valideynləri qeyri-rəsmi evlənmiş, nigahlarını rəsmiləşdirməmişdirlər. Mərhum qardaşı İddiaçı 1996-cı ildə Rusiya Federasiyasına getmiş, orada yaşamış, halhazırda da onun ailəsi Rusiya Federasiyasının Maxaçqala şəhərində yaşayırlar və Rusiya Federasiyasının vətəndaşlarıdır. Bütün bu illər ərzində mərhum İddiaçı ancaq ata və ananın ölüm xəbərini eşidəndə Balakənə gəlmiş, iki gün yasda iştirak etdikdən sonra çıxıb Rusiyaya getmişdir. Valideynlərinin ölümündən sonra da təsərrüfatı özü idarə etmişdir. Mirasın qəbulunu şəksiz nümayiş etdirmişdir. Mirasın qəbulu ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Apellyasiya şikayətində mərhum İddiaçı tərəfindən mirasın bir hissəsini qəbul etməsi, mərhum X2 öz sağlığında oğlu İddiaçı və ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi verməsi, İddiaçı Rusiya Federasiyasından Balakən rayonuna gələndə həmin evdə qalmasına dair göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, mərhum İddiaçı mərhum atasının sağlığında ünvan 1ində onların evdən 2 km aralıda 1000 (min) manata torpaq sahəsi almışdır. Sonradan İddiaçı atasının yanına gələrək pula ehtiyacı olduğundan həmin torpaq sahəsini satmasını xahiş etmişdir. Mərhum atası həmin torpaq sahəsini 1000 (min) manata satıb Şəmsəddinə vermişdir və Şəmsəddin Rusiya Federasiyasına getmişdir. O onların həyətdə olan evdə heç vaxt qalmamışdır. Nə atasının sağlığında, nə də atası öləndən sonra. O, Zaqatalada arvadının evində qalmışdır. İş üzrə dindirilmiş şahidlərdən heç biri İddiaçı tərəfindən onların həyətdəki balaca evdə qalması, onların təsərrüfatda əkin-biçin etmələri barədə məhkəməyə hər-hansı ifadə verə bilməmişdir və sübut təqdim edə bilməmişdirlər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə qarşı “Balakən rayon Notariat Öfisi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V- 733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X15 və X46 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın paylan bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X40 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsindən İddiaçı hüquqi varisi X37, onun nümayəndəsi X5 və İddiaçı hüquqi varisi X20 nümayəndəsi, həmçinin vəkil Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
50. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Balakən Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri, eyni zamanda digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məktub ilə məhkəməyə müraciət edərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
51. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
53. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
54. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
55. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
56. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
57. Maddə 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
58. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
59. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
60. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
61. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
62. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi
63. Maddə 528. Vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə açılır.
64. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 59. M
65. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (...).
66. Maddə 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.
67. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.”
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
70. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
71. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
72. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
73. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
74. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
76. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
77. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
78. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
79. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
80. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
81. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
82. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
83. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
84. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının hüquqi varisi X20 vəkili, eyni zamanda həmin hüquqi varisin nümayəndəsi X5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
86. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
87. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
88. Müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. X2, anası isə X47r. Onların ər-arvad münasibətlərindən dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X19, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X21 doğulmuşdur. İddiaçı qardaşı X19 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X2 03 iyun 1997-ci ildə, anası X63 isə 23 fevral 2011-ci ildə ölmüşdür. ünvan 1ində aparılan torpaq islahatı nəticəsində İddiaçı X2na və anası X46 Balakən rayonu Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin 1.13 ha torpaq sahəsi ölçüləri 4322,70 kv.m (730H), 499,23 kv.m (730) və 6525,78 kv.m (730D) olmaqla 3 planşetdə yerləşir. Həmin əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmiş və qeyd edilmişdir ki, İddiaçı Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X38, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X16 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X38 mirasına xx.xx.2019-cu il tarixdə 2V- 733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X16 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı atası və anasından miras qalmış əmlakları qəbul etdiyini, ondan başqa mərhumların digər vərəsələrinin olduğunu bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
89. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X2na və anası X46 məxsus olmuş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0,4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X40 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblərinə təmin olunması üçün əsaslar yoxdur, çünki iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etməsi müəyyən edilmir, bu səbəbdən də hazırkı iddia tələblərini irədli sürmək üçün subyektiv hüququ itirmişdir.
90. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə qismən razılaşmayaraq aşağıdakıları qeyd edir.
91. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
93. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.
94. Hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.
95. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.
96. Qeyd olunmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
97. X3 yuxarıda şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası iddiaçının miras əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etmədiyinə görə iddianın həmin hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və vərəsəlik miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi hissədə təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslıdır.
98. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
99. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli əmanət hesabında olan pul vəsaitinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbi göstərilsə də, həmin pul vəsaitindən miras payların müəyyən edilməsi və bölünməsi tələbi göstərilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə işə baxan məhkəmələrə təqdim olunmamışdır.
100. Kollegiya şikayətin digər dəlillərinə də hüquqi qiymət verərək hesab edir ki, şikayətin digər dəlilləri əsassızıdır. Belə ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsinin Cavabdeh3 satılması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.
101. Alqı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından Cavabdeh3 məlumatı olmamış, bu alqı-satqı zamanı heç bir qanun pozuntusu olmamış, Mülki Məcəllənin 140-cı mаddəsinə əsаsən rəsmi sənədin həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək, Cavabdeh3 torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə dair müqaviləni imzlayaraq torpaq sahəsini qanuni əsaslarla almışdır.
102. Kollegiyanın qənaətinə görə mübahisənin bu hissəsi Azərbaycan Respublikası Konstitusiyasının “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına əsasən həll edilməlidir.
103. Burada başdan ümumi şəkildə qeyd etmək lazımdır ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)" prinsipinin mülki hüquqdakı təzahürüdür.
104. Mülki hüquqda subyektlərin vicdanlığının qorunmasının özünəxas səbəbləri vardır. Bunlardan biri, vicdanlılığın qorunmasının ən önəmli səbəbi kimi mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək məqsədidir. Həmçinin rəsmi dövlət qeydiyyatı ilə təsdiq olunmuş haqlar baxımından vicdanlılıq qorunmadığı təqdirdə rəsmi sənədə olan etimad sarsılar və bu birbaşa hüquqi asayiş və etimadla bağlı ümumi ictimai mənafeni zərbə altına qoyar. Vicdanlılıq, əsasən, sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından haqqın əldə edilməsinə olan maneənin (yəni sərəncam verənin əslində belə bir səlahiyyətinin olmaması ilə bağlı hüquqi problemin, əldən edən baxımından) aradan qalxmasına səbəb olur. Sərəncam səlahiyyətinin olmaması halları xaricindəki digər hüquqa zidd hallar baxımından isə vicdanlılıq həmin hüquqa zidd halla bağlı maneəni aradan qaldırmır. Haqların əldə edilməsi baxımından vicdanlılığın rolundan və qorunmasından bəhs oluna bilinməsi üçün mütləq hüquqa zidd bir halın olması lazımdır. Belə ki, vicdanlılığın predmeti (aid olduğu məsələ) məhz elə bu hüquqa zidd halın mövcudluğudur. Haqların əldə edilməsi baxımından tələb olunan vicdanlılıq haqqın əldə olunmasına maneə təşkil edən mövcud hüquqa ziddiyyətlilik halının əldə edən baxımından bilinməməsi və bir çox hallarda hətta bilinməsinin lazım gəlməməsini ifadə edir. Buna görə də, haqların əldə edilməsi baxımından hüquqa ziddiyyətlilik halının olmadığı durumlarda ümumiyyətlə bir hüquqi anlayış (termin) olaraq vicdanlılıq anlayışından söhbət belə gedə bilməz. Qeyd edilməlidir ki, həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq təcrübədə rəsmi dövlət qeydiyyatına etimad edənin mənafeyi əsas götürülür. Məsələnin bu şəkildə həlli başa düşüləndir. Belə ki, istər mülki qanunvericiliyin əsas məqsədi olan mülki dövriyyənin sabitliyinin qorunması və inkişafına nail olmaq qayəsi ilə qəbul edilən mülki dövriyyə azadlığının təmin edilməsi məqsədi, istərsə də mövcud ümumi qanunvericilik sistemindən irəli gələn hüquqi məntiq belə bir nəticənin qəbul edilməsini labüd edir. Məhz bütün bunlara görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əşyalara dair rəsmi dövlət qeydiyyatının tam və düzgün olduğuna etimad etməkdə hamının haqlı olduğu və MM-in 148.2 və 149.2-ci maddələrində isə, sözügedən qeydiyyat düzgün olmasa belə, onun düzgünlüyünə etimad edən şəxslərin bu inamının qorunduğu bildirilmişdir. Yəni daşınmaz əşya üzərindəki əşya haqlarına dair qeydiyyat rəsmi dövlət reyestrində düzgün olmadığı hallarda da bunun düzgünlüyünə etimad edən baxımından həmin qeydiyyat düzgün hesab olunur. Vicdanlılıq halının qorunması isə, aydın məsələdir ki, birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan da şəraitdən aşkar şəkildə əldə edənin hüquqazidd halı bilməməsinin ağlabatan olmadığı hallarda əldə edənin vicdanlı olduğunu ehtimal etmək, vicdanlılıq anlayışının mahiyyətinə ziddir. Buna görə də işin hallarından əldə edənin bilməmə ehtimalının bilmə ehtimalından son dərəcə az olduğu hallarda əldə edənin vicdanlı olduğuna ehtimal vermək məntiqli və reallığa uyğun olmaz. Belə bir yanaşma birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edən vicdanlılıq prinsipinin mahiyyət və roluna zidd olar.
105. Sözügedən miras əmlakla bağlı iddiaçının etibarsızlığını tələb etdiyi Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, qanuna görə (MPM-in 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür.
106. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 adına xx.xx.2021ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X49 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. Qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər.
107. xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır.
108. Məhkəmə kollegiyası onu da qeyd etmətyi zəruri hesab edir ki, tərəflərin izahatlarından və iş materiallarından da müəyyən olduğu kimi miras qalmış 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 qeyri-rəsmi olaraq təxminən 20 il əvvəl almış və orada fındıq bağı salaraq yetişdirmişdır. Sonradan Cavabdeh3 həmin torpaq sahəsini öz adına rəsmiləşdirərkən məhkəmə mübahisələrindən onun xəbəri olmayıb və o, həmin torpaq sahəsində 20 il öncə fındıq bağı əkmişdir.
109. Odur ki, iddia tələblərinin Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi əsassızdır.
110. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, X1 və mərhum X46 məxsus olmuş 1.13 ha torpaq sahəsinin özgənininkiləşdirilmiş 0.4763 ha hissəsi çıxılmaqla yerdə qalan 0.6540 ha hissəsinə onların qanun üzrə vərəsələri olmuş 5 nəfər övladının bərabər hissə olmaqla payları müəyyən olunmalıdır.
111. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan iddiaçının hüquqi varisi X20 vəkili, eyni zamanda həmin hüquqi varisin nümayəndəsi X5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməli, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, X1 və mərhum X46 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6540 ha hissəsinə İddiaçı, Cavabdeh1, X4, Uruxova (Xutrayeva) Xacay Heybullah qızının və X13 hər birinin 1/5 hissədə miras payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının hüquqi varisi X20 vəkili, eyni zamanda həmin hüquqi varisin nümayəndəsi X5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. X29 və X33 miras qalmış 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6540 ha hissəsinə onların vərəsələri olan İddiaçı, Cavabdeh1, X4, Uruxova (Xutrayeva) Xacay Heybullah qızının və X13 hər birinin 1/5 hissə olmaqla payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ölmüş İddiaçı hüquqi varisi X28 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov