Məhkəmə qərarları › İş №2(107)-429/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-429/2020

13.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-429/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X25, İddiaçılar İddiaçı1 və İddiaçı2 Məmməcan qızının iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması, mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair mülki iş üzrə Zаqаtаlа Rаyоn Məhkəməsinin xx.xx.2019-cu il tаrixli 2(033)-885/2019 nömrəli qətnаməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və X19 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zаqаtаlа Rаyоn Məhkəməsinin (hаkim T.Həsənov) xx.xx.2019-cu il tаrixli 2(033)-885/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması, mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. İşin hаllаrı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atalarından qalmış miras əmlak - ünvan 1 2 saylı evin 1\6 hissəsinə İddiaçı1, 1\6 hisəsinə isə İddiaçı2, 1\6 hisəsinə isə İddiaçı3 payı müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 1 2 saylı evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Zaqatala rayonu Aşağı Tala kəndi, Fərman Sulxayev küçəsi 2 saylı ev ataları X10 məxsus olmaqla onun adına dövlət reyestrində rəsmiləşdirilmişdir. Həmin mənzildə mərhum ataları X20, məhrum anaları, onlar, yəni onun özü, iddiaçılar İddiaçı1, İddiaçı3 və qardaşları Cavabdeh1, Cavabdeh2 və X14 birlikdə yaşamışlar. Məhrum anaları X15 xx xxxxxx 1997-ci il tarixdə, mərhum ataları Ramazanova Məməcan İsmayıl oğlu xx xxxxx 1990-cı il tarixdə vəfat etmişdir və həmin vaxtdan faktiki olaraq orada yaşayaraq mirası faktiki qəbul etmişlər. Beləliklə də atalarına məxsus miras əmlakı vərəsələrdən faktiki hər biri yəni 6 övlad qəbul etmişlər. Zaqatala rayon 2 saylı Notariat Kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Zaqatala rayon 2 saylı Notariat Kontoru Azərbaycan Respublikası MM-nin 1291-ci maddəsini əsas gətirərək miras şərikləri arasında ixtilaf olduğunu bildirərək, vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Mübahisənin məhkəmədə həll olunması tövsiyə edilmişdir. Onların ünvan 1 2 saylı ünvanda yerləşən atalarından onlara miras qalmış və vərəsələr tərəfindən qəbul olunmuş daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi haqqında ərizələrinə Zaqatala rayon 2 saylı Notariusu vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Bütün hüquqi normativ aktlarda birinci növbəli vərəsələrin payları qanun üzrə bərabər müəyyənləşdirilmişdir. Bu səbəbdən də Notariat orqanının miras paylarının müəyyənləşdirilməsi zaman vərəsələrin razılığını tələb etmiş cavabdehlər razılığını verməmişdir. Azərbaycan Respublikası MM-nin mirasa mülkiyyətin əmələ gəlməsi haqqında 1255-ci maddəsində aşağıdakılar qeyd olunur. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qanunvericilikdə əmlakın müxtəlif növləri üzərində mülkiyyət hüququnun yaranması əsasları müəyyən edilmişdir. MM-in 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz amlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. MM-in 181-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququ onun verilməsi ilə yaranır. Şərh olunan maddədə ümumi xarakterli bu hüquqi normalardan fərqli olaraq miras əmlak üzərində mülkiyyət hüququnun yaranmasının xüsusi əsasları müəyyən edilmişdir. Belə ki, maddəyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məlumdur ki, MM-in 1246-cı maddəsinə əsasən, vərəsə mirası miras açıldığı gündən altı ay ərzində qəbul edə bilər. Göründüyü kimi, miras əmlak, bir qayda olaraq, onun açıldığı gündə deyil, daha gec yəni həmin gündən sonra keçən altı ay ərzində qəbul edə bilir. Miras əmlak kimi qəbul edilmiş daşınmaz əmlakı dövlət qeydiyyatından keçirmək üçün də müəyyən vaxt tələb edilir. Beləliklə, miras əmlak vərəsəyə miras açıldığı gün deyil, daha gec verilir. Buna baxmayaraq, şərh olunan maddəyə əsasən, həmin miras əmlaka mülkiyyət hüququ onun vərəsəyə faktiki verildiyi gündən deyil, daha əvvəl baş vermiş mirasın açıldığı gündən yaranır. Qeyd etmək lazımdır ki, göstərilən ümumi xarakterli normalarla xüsusi xarakterli normanın arasında ziddiyyət yoxdur. Burada miras əmlakın xüsusiyyətləri ilə bağlı zəruri dəqiqləşdirmə aparılmışdır. Belə ki, miras açıldığı andan qəbul olunanadək miras əmlakın mahiyyətcə mülkiyyətçisi olmur. Buna görə də həmin dövr ərzində miras əmlakın mülkiyyətçisi, şərh olunan maddəyə əsasən, mirası qəbul etmiş vərəsə hesab olunur. Lakin vərəsəlik qaydasında öz mülkiyyətinə daşınmaz əmlakı qəbul etmiş vərəsə, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Miras əmlak Azərbaycan Respublikası M.M.-nin 1255 və 1157-ci maddələrinə əsasən, qəbul edilmiş miras, onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. Sözügedən miras əmlak yuxarıda göstərilən əsaslarla xx xxxxx 1990-cı ildən vahid əmlak şəklində vərəsələrə mənsub olmuşdur. 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş miras əmlaka dövlət komissiyası tərəfindən qəzalı rəyi vermişdir. Qəzalı vəziyyətdə olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsi ilə tənzimlənir. Həmin tarixdə sözügedən daşınmaz əmlak onlar, vərəsələrin yuxarıda göstərilən əsaslarla mülkiyyəti sayıldığından onların vərəsəlik üzrə mülkiyyət hüquqları da bərpa olunmuş əmlaka keçmişdir. Qeyd olunan yaşayış evinin yox olması və yaxud məhv olması Azərbaycan Republikası M.M.-nin 150-ci maddəsinə əsasən, məhkəmə qərarı ilə müəyyənləşdirilməlidir. Belə ki, 2012-ci ildə baş verən zəlzələ zamanı sözü gedən ev vahid əmlak şəklində onlara mənsub olduğundan, onların ev üzərində olan hüquqları yeni bərpa olunan evə keçmişdir. Bu səbəbdən də miras əmlakdan vərəsələrin payları müəyyənləşdirilənə qədər və miras əmlakdan payların həcmi, vərəsələrin dairəsi müəyyənləşdirildikdən və paylar əsasında vərəsələrə düşən əmlak bölüşdürüldükdən sonra, dövlət reyestrində vərəsələrin hər birinə düşən əmlak yenidən qeydiyyata alınanadək miras əmlak üzərində mövcüd olan hüquqverici sənədlər öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası M.M.-nin 1155.2-ci maddəsinə əsasən, miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır. Yuxarıda qeyd olunanlara əsasən, hər bir vərəsəyə miras əmlakdan düşən əmlakın həcmi müəyyənləşdirildikdən sonra yeni qeydiyyat şəhadətnaməsi alınmalıdır. Miras əmlakda yalnız cavabdehlərin deyil, onların, yəni İddiaçı1, İddiaçı2, İddiaçı3 payı müəyyənləşdirilməli, bununla da, onların vərəsəlik hüquqları məhkəmə qaydasında müdafiə edilməlidir. Cavabdehlər notariat kontoruna gəlməmiş, mirasa dair vərəsəlik şəhadətnaməsi verilməsinə razılıq verməmişlər. Onların həmin evdə yaşamalarına hər vəclə maneə olmağa çalışırlar. Onlar miras əmlakı qəbul etdiyikləri andan mərhum atalarına məxsus ünvan 1 2 saylı evdə rəsmi qeydiyyatda olmuşlar. Göründüyü kimi, qanunun tələbinə əsasən onlar həmin mənzilə istifadə hüququ əldə etmişlər. Hazırda cavabdehlər həmin mənzildə yaşayır, onları həmin mənzilə buraxmamağa çalışırlar. Eyni zamanda onların ünvan 1 2 saylı evdə yerləşən mənzilə istifadə hüquqları tanınmalıdır, həmin mənzilə köçürülməlidirlər. Həmçinin onların mənafeyi nəzərə alınmaqla mənzildən istifadə qaydası məhkəmə qaydasında müəyyən olunmalıdır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi İddiaçı2 izahatına uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbinin dəlilləri ilə razılaşmır, atalarının xx xxxxx 1990-cı il tarixdə vəfatından sonra mübahisə predmeti olan miras daşınmaz əmlaklar o və qardaşı Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Həmin əmlakı bugünədək onlar idarə edirlər. Mübahisə gedən fərdi yaşayış evi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bibiləri Şamama Ramazanovanın adına qeydiyyata alınmış, torpaq sahəsinin isə 0,08 ha hissəsi qardaşı Cavabdeh1 verilmişdir. Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən onların mübahisəli evə köçürülmələri qət edilmişdir. Hazırda yeni tikilmiş evin ikinci mərtəbəsində Cavabdeh1 ailəsi ilə birlikdə, evin birinci mərtəbəsində isə o, ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X3 ayrıayrılıqda izahat verərək və Cavabdeh2 vəkili X43 isə çıxış edərək iddia tələbini qəbul etmədiklərini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apellyаsiyа şikаyətinin dəlilləri : İddiaçılar İddiaçı1, İddiaçı2 və X19 аpellyаsiyа şikаyəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddiаnın təmin оlunmаmаsı bаrədə yeni qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. Оnlаr аpellyаsiyа şikаyətini belə əsаslаndırmışlаr ki, birinci instаnsiyа məhkəməsi tərəfindən mаddi və prоsessuаl hüquq nоrmаlаrı pоzulmuşdur. Belə ki, onların atalarından miras qalmış evə münasibətdə mülkiyyət hüquqları pozulmuş, cavabdehlər onların həmin evdə yaşamalarına mane olur və oradan məcburi çıxardırlar. Mübahisəli ev zəlzələdən sonra inşa edilsə də atasına məxsus evin yerində dövlət tərəfindən inşa edilmiş və həmin mirasda payları olan şəxslərin hüquqları pozulmamlıdır. Həyət tikilisinə mütəxəssis tərəfindən baxış keçirilməsini və yaşayış üçün yararlı olub-olmamasını tələb etmiş, bu tələbi təmin edilməmişdir. X21 həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Məhkəmə qətnaməsində bu hala əks yanaşma qeyd edilir. Bundan əlavə iddiaçılar hamısı mərhum ataları X1 ailə üzvləri olması məhkəmənin diqqətindən yayınmışdır. Bundan başqa birinci instansiya məhkəməsi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını da düzgün tətbiq etməmişdir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən onlar keçmiş mülkiyyətçinin ailə üzvləri hesb edilir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Аpellyаsiyа instаnsiyаsı məhkəməsinin iclаsındа İddiaçı2 Məmməcan qızı və İddiaçı1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək аpellyаsiyа şikаyətini müdаfiə etdiklərini bildirdilər. Digər İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа xəbərdаr edilmələrinə bаxmаyаrаq, cavabdehlər məhkəməyə teleqram göndərərək səhhətləri ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin səhhəti ilə bağlı hər hansı bir sübut təqdim etmədiklərindən hazırkı işin baxılmasının təxirə salınmasına məqsədəuyğun hesab etmədiyindən gəlməyən şəxslərin iştirаkı оlmаdаn hazırkı işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarında olan və məhkəmə iclasında tədiqiq edilmiş aşağıdakı sübutların nəzərdən keçirilməsini zəruri hesab edir. İşdə olan Rayonlararası Texniki inventarizasiya Bürosu tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, X6 adına 1967-ci ildə daşdan tikilmiş Zaqatala rayonu Aşağı Tala kəndində 1600 kv.m. torpaq sahəsində yerləşən 2 otaqlı “s çokolnom etajom” yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayonu Aşağı X49 tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İE seriyalı 819794 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur.Onun atası X20, anası X7r. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş arayışdan görünür ki, iddiaçı X19 xx.xx.1968-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası X20, anası X7r. İşdə olan Zaqatala Rayonu Aşağı X49 tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş A3 seriyalı 643228 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Onun atası X20, anası X7r. İşdə olan Zaqatala rayonu Aşağı Tala ərazi nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə təkrar verilmiş AZ-1 seriyalı 361664 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1990-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayonu Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1997- ci il tarixdə verilmiş 1V-JQ seriyalı 480078 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1997-ci ii tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 24 nömrə ilə qeyd edilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxx 2019-cu il tarixli 909 nömrəli arayışından görünür ki, mərhum X20 rəhmətə gedən günədək (xx.xx.1990-cı il) İddiaçı2 Zaqatala rayonu Aşağı Tala kəndində yaşamışdır. Mərhum öldüyü gündən, hazıradək onun adları qeyd olunan varisləri vardır: X17 qızı – doğum tarixi 1958, 1986-cı ildən qeydiyyatdan çıxıb, qızı-İddiaçı1 – doğum tarixi 1960, qeydiyyatdadır, oğlu-Cavabdeh1 – doğum tarixi 1962, qeydiyyatdadır, qızı-İddiaçı2 – doğum tarixi 1964, Bakı qeydiyyatında olsa da, atası evində yaşayır, oğlu-Cavabdeh2 – doğum tarixi 1966, qeydiyyatdadır, qızı X19 – doğum tarixi 1968, 1999-cu ildən qeydiyyatdan çıxıb. İşdə olan Zaqatala RİHB-in Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 907 nömrəli arayışdan görünür ki, mərhum X5 miras qalmış ev 2012-ci ildə baş vermiş məlum zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən baxış keçirilən zaman evə qəzalı rəyi verilmişdir. Həmin ev sökülərək, əvəzinə yeni 2 mərtəbəli fərdi yaşayış evi mərhum X6 bacısı X8 adına yazılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X44 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********53 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin kimin adına qeydiyyata alınması və Cavabdeh1 və Cavabdeh2 Məmməcan oğlunun adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxx 2019-cu il tarixli 121 nömrəli arayışından görünür ki, 2012-ci ilin may ayının 7-nə qədər və zəlzələ hadisəsindən sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X10 məxsus fərdi yaşayış evində aşağıda adları qeyd olunan şəxslər yaşamışdır. X4 – doğum tarixi 1958, 1986-cı ildən qeydiyyatdan çıxıb, qızı-İddiaçı1 – doğum tarixi 1960, qeydiyyatdadır, oğlu Cavabdeh1 – doğum tarixi 1962, qeydiyyatdadır, ailəlidir, qızı İddiaçı2 – doğum tarixi 1964, Bakı qeydiyyatında olsa da, həmin evdə yaşayır, oğlu-Cavabdeh2 – doğum tarixi 1966, qeydiyyatdadır, ailəlidir, qızı-X19 – doğum tarixi 1968, 1999- cu ildə ərə köçüb. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-400/2014 nömrəli qərarından görünür ki, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinə, Zaqatala Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Cavabdeh1, X11, X26 qarşı Zaqatala RAİK-in xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarının, JN - 1281A və JN-1540A KOD 40200028 nömrəl torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, Zaqatala RAİK-in xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarı X9, Cavabdeh1, X11, X26 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilmişdir. Həmin qərarla həm də JN - 1281A və JN- 1540A KOD 40200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ləğv edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(033)-213/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 arvadı X3, uşaqları X23 və X27 birlikdə ünvan 1 2 saylı ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı yaşayış evinin birinci mərtəbəsinə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-638/2015 nömrəli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsi qismən, X3 və X8 ünvan 1 2 saylı ünvanda yerləşən 2 mərtəbəli 5 otaqlı yaşayış evinin birinci mərtəbəsinə köçürülmələri hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(107)-638/2015 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(033)- 213/2015 nömrəli qətnaməsi qismən, qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması hissəsində ləğv edilmiş, “qətnamənin icrasının Zaqatala rayonu İcra Qrupuna tapşırılması” müddəası qətnamədən xaric edilmiş, qətnamə iddiaçı Cavabdeh2 və onun yetkinlik yaşına çatmamış qızı-xx xxx 2003-cü ildə anadan olmuş X12 ünvan 1 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X3 və X2 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)-174/2016 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar X3 və X2 rayonu Aşağı Tala kəndi Fərman Sulxayev küçəsi 2 saylı ünvanda yerləşən evə köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(102)- 2341/2016 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)-174/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-7/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək mərhum ataları X5 miras qalmış ünvan 1 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş ümumi sahəsi 190,5 kv.m., yaşayış sahəsi 115,8 kv.m., yardımçı sahəsi 74,7 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evinin naturada bölünərək, 1-ci mərtəbəsi üzrə - sahəsi 16,3 kv.m. (3,7mx4,4m), hündürlüyü 2,85 kv.m. olan 1 saylı mətbəx otağı İddiaçı1 və sahəsi 18,5 kv.m. (4,2mx4,4m), hündürlüyü 2,85 kv.m. olan 3 saylı yaşayış otağı İddiaçı3, 2-ci mərtəbəsi üzrə - sahəsi 22,9 kv.m. (4,4mx5,2m), hündürlüyü 2,85 kv.m., olan 6 saylı yaşayış otağı İddiaçı2 mülkiyyətinə mirasdan pay olaraq verilməsi, mərhum ataları X5 miras qalmış ünvan 1 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrəsahəsi 30,8 kv.m. (4,4mx7,0m), hündürlüyü 2,85 kv.m. olan 2 saylı yaşayış otağında Cavabdeh2 və 2-ci mərtəbəsi üzrə sahəsi 25,1 kv.m. (4,4mx5,7m), hündürlüyü 2,85 kv.m. olan 7 saylı yaşayış otağında Cavabdeh1 ailəsi ilə birlikdə yaşamalarının nəzərə alınması, mərhum ataları X5 miras qalmış ünvan 1 2 ünvanında yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, əvəzinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən tikilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə- sahəsi 19,8 kv.m. (4,4mx4,5m), hündürlüyü 2,85 kv.m., olan 4 saylı dəhliz otağı, sahəsi 9,40 kv.m. (2,0mx4,7m). olan 5 saylı açıq eyvan, pilləkən və pilləkən meydançaları, o cümlədən, girişçıxış da daxil olmaqla, binanın ümumi əmlakı kimi binada yaşayanların ümumi istifadəsində saxlanılması. həmin fərdi yaşayış evinin 2-ci mərtəbəsi üzrə-sahəsi 19,8 kv.m. (4,4mx4,5m), hündürlüyü 2,85 kv.m. olan 9 saylı dəhliz otağı, sahəsi 9,40 kv.m. (2,0mx4,7m) olan 10 saylı açıq eyvan, pilləkən və pilləkən meydançaları ikinci mərtəbədə yaşayanların ümumi istifadəsində saxlanılması, mərhum ataları X5 miras qalmış ünvan 1 2 ünvanında yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin naturada bölünərək, 0,0734 ha hissəsi mirasdan pay olmaqla, qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilsin. İddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 0,0734 ha həyətyanı torpaq sahəsinin ölçüləri və koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerqurluşu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli 28 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemlər üzrə müəyyən edilməsi, mərhum ataları X5 miras qalmış ünvan 1 2 ünvanında 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən 135,9 kv.m. sahəsi olan altıaçığın naturada bölünərək, 67,95 kv.m. hissəsi giriş-çıxışı fərdi yaşayış evinin arxa sağ hissəsindən olmaqla, mirasdan pay olmaqla, qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməsi, mərhum ataları X5 miras qalmış ünvan 1 2 ünvanında 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən miras əmlak 42,0 kv.m. sahəsi olan mal damı fərdi yaşayış evində payları 1/6 hissədən az olduğuna görə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçılar İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, İddiaçı2 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(107)-2426/2017 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbi barədə iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(102)- 2604/2018 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(107)- 2426/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvan 1 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyət darvazasından daxil olduqda həyətin axırında sol tərəfdə tikili var, həmin tikili 2 otaqdan ibarətdir. İddiaçıların dediklərinə görə həmin tikili 1981-ci il tarixdə tikilib, orada İddiaçı1 və İddiaçı2 yaşayır. Həmin tikili ilə üzbəüz FHN tərəfindən tikilmiş 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin evin birinci mərtəbəsində 2 otaq, bir mətbəx var, orada Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır, ikinci mərtəbəsində isə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Lakin evdə olmadıqlarından otaqlara (üç bağlı qapı var) baxılması mümkün olmadı. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin ataları X6 ünvan 3 ünvanında yerləşən, 1966-cı ildə tikilmiş, yaşayış sahəsi 80 kv.m olan iki mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. X20 xx xxxxx 1990-cı ildə, arvadı Xanım Ramazanova isə xx xxxxxx 1997-ci ildə ölmüşdür. Məməcan Ramazanov xx xxxxx 1990-cı ildə ölərkən ondan miras qalmış yaşayış evinə miras açılmışdır. Ancaq onun vərəsələrindən heç biri mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşməmiş, lakin iddiaçılar məhkəməyə müraciət edərək 1/6 paylarının müəyyən edilməsini, mülkiyyət hüquqlarının tanınmasını və evə istifadə hüquqları tanınmaqla köçürülmələrini xahiş edirlər. Cavabdehlər isə iddianı qəbul etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-2604/2018 nömrəli qərarında qeyd edilir ki, miras əmlakın kütləsi kimi iddia olunan və miras qoyan Məməcan Ramazanovun mülkiyyətində olmuş yaşayış evi məhv olmuş, dövlət vəsaiti hesabına inşa edilən yeni yaşayış evi nə miras qoyanın, nədə digər şəxslərin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamış, iddia olunan 0,16 ha torpaq sahəsi isə ümumiyyətlə miras qoyanın mülkiyyətinə aid olmamış və belə bir gözləntinin olması da istisna edilir. İddiaçıların mirası qəbul etmələrini təsdiq edən X39 Şəhadətnamə mövcud deyildir, miras əmlakın faktiki yiyələnməklə və ya idarə etməklə qəbul olunması barədə iddiaçıların tələbi olmamış, məhkəmədə belə tələbin təmin olunmasına dair qanuni qüvvəyə minmiş qətnamə mövcud deyildir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması” hissəsi üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Tərəflər arasında atalarından qalmış mirasın faktiki qəbulu ilə bağlı mübahisə həll edilmədən, vərəsələrin dairəsi müəyyən edilmədən, mirasın neçə nəfər vərəsə arasında bölünməsini müəyyən etmək mümkün deyildir. Mirasın vərəsələrdən kimlər və neçə vərəsə tərəfindən faktiki qəbul edilməsi hazırkı mülki işin araşdırma predmeti olmamışdır. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(107)-2426/2017 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mərhum atalarından miras qalmış daşınmaz əmlakdan paylarının naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə paylarının ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin giriş-çıxışının naturada müəyyənləşdirilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, tərəflərin ataları X6 ünvan 3 ünvanında yerləşən, 1966-cı ildə tikilmiş, yaşayış sahəsi 80 kv.m. olan iki mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. X20 xx xxxxx 1990-cı ildə, arvadı Xanım Ramazanova isə xx xxxxxx 1997-ci ildə ölmüşdür. Məməcan Ramazanov xx xxxxx 1990-cı ildə ölərkən ondan miras qalmış yaşayış evinə miras açılmışdır. Ancaq onun vərəsələrindən heç biri mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşməmiş, onların paylan müəyyənləşməmiş, iddiaçılar məhkəməyə müraciət edərək paylarının naturada ayrılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəflər arasında mirasın faktiki qəbulu ilə bağlı mübahisə olmasına baxmayaraq mirasın 6 nəfər vərəsə tərəfindən qəbul edilməsi nəticəsinə gələrək, iddiaçıların tələblərini təmin etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfindən dəlillərinə istinad edərək, mirasın 6 nəfər tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişdir. Ancaq Cavabdeh2 məhkəmə araşdırmasının əvvəlindən bacısı İlhamə Ramazanovun, sonralar isə iş üzrə iddiaçılar olan bacıları Seyran Məmmədovanın, Mirvari və Sevil Ramazanovların mirası faktiki qəbul etmədiklərini, mirasdan onlara pay düşmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunun məansına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələb üzrə qətnamə çıxara bilməz. xx xxxxxxxx 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinin ikinci hissəsində göstərilir ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddənin üçüncü hissəsinə görə, bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(107)-2426/2017 nömrəli qətnaməsi ilə istinad edilmiş sənədlərdən görünür ki, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə verilmiş 416 b nömrəli arxiv arayışına əsasən, Zaqatala rayonu Aşağı Tala kənd XDS İK-ın 1986-1990- cı illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi və sair aşağıdakı kimi olmuşdur: X16ilə başçısı, xx.xx.1990-cı il tarixdə ölüb, X23-bacısı, xx.xx.1926-cı i! təvəllüdlü, 3.X15-həyat yoldaşı, xx.xx.1937-ci il təvəllüdlü, 4.X22-xx.xx.1958-ci il təvəllüdlü, Yevlaxda işləyir və orada yaşayır, 5.İddiaçı1-xx.xx.1960- cı il təvəllüdlü, 6.Cavabdeh1-xx.xx.1962-ci il təvəllüdlü, həbsdə, təsərrüfatdan ayrılıb, 7.İddiaçı2 - xx.xx.1964-cü il təvəllüdlü, Yevlaxda işləyir, 8.Cavabdeh2xx.xx.1966-cı il təvəllüdlü, kolxozçu, 9-iddiaçı X19-23,04.1968-ci il təvəllüdlü, xx.xx.1986-cı il tarixdə ərə köçüb, 10-X3-xx.xx.1967-ci il təvəllüdlü, gəlini, 11.X24-23,02.1990-cı il təvəllüdlü, nəvəsi. Yaşayış evi 1966-cı ildə ikilib, ümumi sahəsi 80 kv.m., o cümlədən yaşayış sahəsi 60 kv.m.dir. Mal damı 1960-cı ildə, altıaçıq 1980-ci ildə tikilmişdir. Həyətyanı torpaq sahəsi 0,16 ha, o cümlədən, tikilialtı 0,02 hektardır. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə verilmiş 154 nömrəli arxiv arayışına əsasən, Zaqatala rayonu Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi və sair aşağıdakı kimi olmuşdur: 1.X15-ailə başçısı, xx.xx.1937-ci il təvəllüdlü, xx.xx.1997-ci il tarixdə ölüb, 2.X23-baldızı, xx.xx.1926-cı il təvəllüdlü, pensiyaçı, 3.iddiaçı X28-xx.xx.1960- cı il təvəllüdlü, 4.Cavabdeh2-xx.xx.1966-cı il təvəllüdlü, X3-xx.xx.1967-ci il təvəllüdlü, gəlini, X24-xx.xx.1990-cı il təvəllüdlü, nəvəsi və 7.X23-xx.xx.1995-ci il təvəllüdlü, nəvəsi. Yaşayış evi 1967-ci ildə ikilib, yaşayış sahəsi 60 kv.m.-dir. Həyətyanı torpaq sahəsi 0,08 ha, o cümlədən, tikilialtı 0,02 hektardır. Məhkəmənin qənaətinə görə, tərəflər arasındakı ailə münasibətləri artıq kəsilmiş, İddiaçı3 ailə həyatı quraraq yaşayış yerini dəyişmiş, digər İddiaçı2 Bakı şəhərində qeydiyyatdadır, 1996-cı ildə həmin evdən çıxmışdır, İddiaçı1 isə evdə qeydiyyatda olsa da, mübahisəli evdə yaşamamışdır. Onlar arasında heç bir etibarlı ailə münasibəti mövcud deyil, başqa sözlə iddiaçılar keçmiş ailə üzvü hesab olunur, belə şəxsin yaşayış sahəsindən istifadə hüququ saxlanmır, iddiaçılar uzun müddət ərzində həmin evdə yaşamırlar, bununla da mübahisəli evə aid istifadə hüquqlarından könüllü imtina etmişlər və eləcə də, iddiaçıların cavabdehlə yanaşı yaşaması barədə hər hansı bir razılaşması mövcud deyil Azərbaycan Respublikası MPM-nin 217.2. maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmamışdır. Belə olan halda, tərəflər arasında mövcud münasibətlərə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməli, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası ilə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onlrın getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» xx xxxx 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından mərhum etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» xx xxxxxxx 1992-ci il tarixli qərarın 9-cu bəndinə əsasən, kirayəçinin və onun ailə üzlərinin daimi olaraq yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədlər tələb etməyə borcludur. Belə sübutlar yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsinə işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlərə aid ola bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin “mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri” hissəsi üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində xüsusi şərt kimi əks etdirilmiş şəxsin məhz daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən, onun tərəfindən qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar və tərəflərin bağlı olduqları məhkəmə qətnamələrinə əsasən müəyyən etmişdir ki, tərəflərin atalarından miras qalmış ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində məhv olduğundan, həmçinin mübahisəli ünvanda tərəflərin də qeyd etdiyi kimi yaşayış üçün yararlı evin olmaması, İddiaçı1 həmin ünvanda qeydiyyatda olsa da mübahisəli evdə yaşamadığı təsdiq edilir. Eyni zamanda, digər iddiaçıların mübahisəli ünvandan qeydiyyatdan çıxaraq başqa ünvanlarda yaşamaları təsdiq edilir. Bundan başqa mübahisəli evin hüquqi qeydiyyatı aparılmamış, mübahisəli evdə cavabdehlər hər biri öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Bundan əlavə iddiaçılar atalarından miras qalmış evə dair 6/1 hissədə mülkiyyət hüquqlarının tanınmalarını tələb etsələr də, həmin miras qalmış ev artıq məhv olmuş, dövlət tərəfindən vətəndaş üçün inşa edilmiş evin isə heç bir mülkiyyət sənədi mövcud deyildir. Bundan əlavə iddiaçılar əvvəlki məhkəmə qərarlarında qeyd edildiyi kimi ilkin olaraq mirasın qəbulu faktları təsdiq edildikdən sonra hazırkı miras əmlakın bölgüsünü irəli sürə bilərlər. Çünki qeyd edildiyi kimi, miras açılan vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə mirasın qəbulu müddəti 6 ay olmuşdur. İddiaçılar əsasən miras qalmış ev məhv olduqdan sonra dövlət tərəfindən yeni ev inşa edildikdən sonra tərəflər arasında mübahisələr başlamış və dəfələrlə məhkəmə çəkişmələri baş vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, qüvvədə olan məhkəmə qərarları, işin müəyyən edilmiş faktiki əsasları və həmin hallara tətbiq ediləcək hüquq normaları iddiaçıların tələblərinin əsaslı olmadığını təsdiq edir, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət deyildir. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iş üçün mühüm əhəmiyyəti оlаn bütün fаktiki hаllаrı аydınlаşdırmış, mаddi hüquq nоrmаlаrını düzgün tətbiq etmiş və nəticədə qаnuni və əsаslı qətnаmə qəbul etmişdir. Оnа görə də kоllegiyа hesаb edir ki, аpellyаsiyа şikаyəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İş üzrə Zаqаtаlа Rаyоn Məhkəməsinin xx.xx.2019-cu il tаrixli 2(033)-885/2019 nömrəli qətnаməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 münasibətdə dəyişdirilmədən qüvvədə saxlansın, onların apelyasiya şikayətləri təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar