Məhkəmə qərarları › İş №2(107)-434/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-434/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-434/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı 26 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ rayonu Bum qəsəbəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 824,72 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036,8 manat olmaqla, cəmi 1861,52 manat məbləğində əsas borcun, əvvəlcədən ödənilmiş 38,62 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə isə 1900,54 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Bum qəsəbəsində yaşayan Cavabdeh məxsus mənzilində AKX-04204xx/xx-2022 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04150 saylı qaz hesabında ödənilməmiş 1861,52 manat borcu vardır və hazırda məcburi qaydada ödənişin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 824,72 manat hissəsi sayğac göstəricisinə və 1036,80 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 824,72 manat məbləğindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan Zenner G4T SMART markalı **********544 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1036,80 manat məbləgindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu Bum qəsəbəsində yerləşən mənzilində istismarda olmuş Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş borusunun deşildiyi aşkar edilmişdir. Qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2022-ci il tarixli AKT MSK29/1710-02730-1 saylı rəydə "sayğacın giriş plastmas borusu və metal süzgəci deşildiyi və çıxış plastmas klapanı sındığı” qeyd edilmişdir. Verlmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6m3, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m (və ya 1036,80 manat) həcmində müəyyən edilmişdir. Belə ki, mənzildə istismarda olan Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacında aşkar edilmiş müdaxilə istehlakçı Cavabdeh tərəfindən etiraf edilmiş və aparılmış hesabat üzrə müəyyən edilmiş itirilmiş qazın dəyərinin hissə-hissə ödəyəcəyi barədə xx.xx.2022-ci il tarixdə RQİİ-nin Qəbələ Xidmət Sahəsinə ərizə təqdim etmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3 - 2.2.5-ci bəndlərinə əsasən, Qaz paylayıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2, 2.3.4 və 2.3.6-cı bəndlərinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən, Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.6-cı maddəsinə, “Qazdan istifadə Qaydaları”nın 6.1.6-cı bəndinə və tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 2.2.5.6-cı bəndinə əsasən, qaz paylayıcısı məhkəmə qərarı ilə istehlakçıya verilən təbii qazın verilməsini dayandıra bilər (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 385.1, 448, 1096.1 və 1097.1-ci maddələri və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4 və 139.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi “Tərəflər arasında bağlanılmış təbii qazın alqı-satqı” müqaviləsi, Abonentin saldosu (**********04150), Dəymiş ziyanın bərpasına dair tələbnamə, Sayğcın çıxarılma aktı və “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt iddia ərizəsi ilə birlikdə “məhkəməyə təqdim olunmuşdur.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması" barədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 753,72 manat sayğac göstəricisinə əsasən yaranmış borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx) manat bank xidmət haqqının tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borcu və təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borcu tələb edir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin Müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Məhkəmə sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 824,72 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan Zenner G4T SMART markalı **********544 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə məhkəmə zamanı həmin borcunun olması ilə razılaşmış və maddi imkanı olmaması səbəbindən həmin borcu tam ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında müəyyən ödənişlər etdiyini və həmin ödənişlərin də nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş Ödəniş Cədvəlindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 5 manat və xx.xx.2025-ci il tarixdə 6 manat olmaqla, ümumilikdə 71 manat ödəniş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə daxil olandan sonra ödənilmiş 71 manat məbləğ ondan sayğac göstəricisinə əsasən hesablanmış 824,72 manatdan çıxılmaqla, ümumilikdə cavabdehdən sayğac göstəricisinə əsasən 753,72 manat (824,72 - 71) manat pul tutulmalıdır. Bu səbəbdən iddia tələbi sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc ilə bağlı qismən təmin edilməlidir. Məhkəmə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borc ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1036,80 manat məbləğindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu Bum qəsəbəsində yerləşən mənzilində istismarda olmuş Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan Zenner G4T SMART markalı, **********75 nömrəli qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın giriş borusunun deşildiyi aşkar edilmişdir. Cavabdeh isə məhz həmin hissədə borcu mübahisələndirmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, cavabdeh tərəfindən sаyğаca hər hаnsı müdаxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, cavabdeh törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan iddiaçı daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə cavabdeh barədə mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı G4 markalı, **********753 nömrəli sayğacın giriş plastmas borusu və metal süzgəcinin deşilməsi, çıxış plastmas klapanının sınması müəyyən edilsə də, həmin pozuntunun məhz cavabdehin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, 1036,80 manat məbləğində müəyyən edilmiş maddi ziyanın cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 1036,80 manat borca aid hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 753,72 manat sayğac göstəricisinə əsasən yaranmış borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı tutularaq İddiaçı hesabına ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 8-1-ci maddələrinə və 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci və 4.9-cu bəndlərinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə və 18-ci maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 77.2, 78.1, 80, 81, 88, 107, 119.1, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, mülki iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsində aşağıda qeyd olunan sənədlərə də istinad olunmuşdur: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq Zaqatala RQİİ-nin rəisi Q.H.Mehdiyev şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, sayğacın giriş plastmas borusu və metal süzgəcinin deşilməsi, çıxış plastmas klapanının sınması müəyyən olunmuşdur. - 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, İddiaçınə 8640 m3 ziyan dəymişdir. Eyni zamanda G-4 markalı, **********753 nömrəli sayğacın giriş plastmas borusu və metal süzgəci deşilmiş, çıxış plastmas klapanı sınmışdır. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, **********544 saylı sayğac quraşdırılmışdır. - “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli, AKT MSK29/1710- 02730-1 saylı aktdan görünür ki, sayğacın giriş plastmas borusu və metal süzgəci deşildiyi və çıxış plastmas klapanı sındığı qeyd edilmişdir. - Ödəniş Cədvəlindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 5 manat və xx.xx.2025-ci il tarixdə 6 manat olmaqla ümumilikdə 71 manat ödəniş etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(025)-170/2025 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, İddiaçı İBnin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan əvvəlcədən ödənişli Zenner G4T SMART markalı **********75 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı ona müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla həmin qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə Zenner G4T SMART markalı **********544 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-02730-1 saylı aktında göstərilmişdir ki, “sayğacın giriş plastmas borusu və metal süzgəci deşilib, çıxış plastmas klapanı sınıb, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə)”. Bununla əlaqədar cavabdehin iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3, sutkalıq iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə” itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı Zaqatala RQİİnin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya 1036,8 manat) həcmində müəyyən edilmişdir. Həmçinin istismardan açılan ZennerG4T SMART markalı **********75 nömrəli qaz sayğacında aşkarlanan müdaxilə qusurunun törədilməsini istehlakçı Cavabdeh etiraf etmişdir. İddiaçınə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirə salınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından, istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər qiymətləndirilərək, cavabdehə aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə, akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, mövcud vizual qüsur aşkarlanan zaman, istehlakçı qüsuru təsdiq edən xx.xx.2022-ci il tarixli ******* saylı aktı və inventarizasiyanın aparılmasına dair xx.xx.2022-ci il tarixli ******* saylı aktı imzalamışdır. Lakin, məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün əsaslar olduğu halda iddianın təmini barədə qərar verməmişdir. Məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Həmin maddənin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinə istinad edərək və həmin maddəyə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, o cümlədən sayğacın çıxarılmasına dair akt, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və digər sübutları düzgün təhlil etməmişdir. Birinci instansiya məhkəməsinin ilk növbədə, diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həm də ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox, kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də cavabdehin sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqaisədə nəzərə çarpacaq dərəcədə fərq vardır. Sayğacda mövcud olan qüsur elə bir müdaxilədir ki, onun üzərində qanunsuz əməllər həyata keçirilərkən (müdaxilə edilərkən) hökmən mənzilin qaz təminatı dayandırılmalıdır və bundan da vətəndaşın məlumatının olmaması qeyri-mümkündür. Digər tərəfdən sayğacın içəri mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunur və ona ərazidən keçən hər hansı şəxsin təsadüfən müdaxilə etməsi də mümkünsüzdür və bu halda da cavabdehin məlumatının olmaması mümkünsüzdür. İstehlakçının sayğacda müdaxilə faktı varsa, deməli onun məlumatı daxilində mümkündür. Nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi istehlakçıya məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymur və cavabdehin etirazında göstərdiyi fikirlər isə yalnız formal, əsassız özünü müdafiə mülahizələrdən ibarətdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir (iddiaçı tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü, 3.2.1-ci və 3.2.2-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandırılmışdır).

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 24 aprel 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(025)-170/2025 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsində Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 824,72 manat borcun və “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə üzrə itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036,8 manat məbləğində pulun tutulması xahiş olunmuşdur. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 824,72 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan Zenner G4T SMART markalı **********544 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmiş borc olmuşdur. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə birinci instansiya məhkəməsində aparılan icraat zamanı həmin borcu qəbul etmiş və maddi imkanı olmaması səbəbindən həmin borcu birdəfəyə deyil, hissə-hissə ödədiyini qeyd etmiş və bununla bağlı hazırkı iddia ərizəsi məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 5 manat və xx.xx.2025ci il tarixdə 6 manat olmaqla, ümumilikdə 71 manat ödəniş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəməyə daxil olandan sonra Cavabdeh ödədiyi 71 manat məbləğində borc ödənişi sayğac göstəricisinə əsasən hesablanmış 824,72 manat borcdan çıxılmış və bu hissədə iddia tələbi qismən təmin edilərək Cavabdeh 753,72 manat məbləğində sayğac göstəricisinə əsasən yaranmış borcun tutulması qət edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 iyul 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı Cavabdeh yaşadığı evin təbii qaz təminatı ilə əlaqədar quraşdırılmış əvvəlki sayğac yoxlamağa göndərildiyi üçün yeni G-4 markalı, **********544 saylı sayğac quraşdırılmışdır. Həmin gün istehlakçı Cavabdeh tərəfindən Zaqatala RQİİ-nin Qəbələ XS üzrə rəis müavininə ünvanlanmış 01 iyul 2022-ci il tarixli ərizədən görünür ki, həmin ərizədə sayğaca müdaxilə etiraf edilmiş və o, aparılmış hesabat üzrə müəyyən edilmiş itirilmiş qazın dəyərinin hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürərək, evinə təbii qaz verilməsinin dayandırılmamasını xahiş etmişdir. “Qaz sayğacının yoxlanılması barədə” 29 iyul 2022-ci il tarixli, AKT MSK29/1710-02730-1 saylı aktdan görünür ki, sayğacın giriş plastmas borusu və metal süzgəci deşildiyi və çıxış plastmas klapanı sındığı qeyd edilmişdir. İddiaçı İB-nin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, sayğacın giriş plastmas borusu və metal süzgəcinin deşilməsi, çıxış plastmas klapanının sınması müəyyən olunmuşdur. 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə göstərilir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı İB tərəfindən İstehlakçıya 8640 m3 itirilmiş qaz sərfiyyatına görə 1036,8 manat məbləğində ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi isə həmin xüsusat üzrə itirilmiş qaz sərfiyyatına görə İstehlakçıya 1036,8 manat məbləğində ziyan hesablanması ilə razılaşmamış və qətnamədə həmin iddia tələbi təmin olunmamışdır. Lakin, iddiaçı tərəf birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayıb, məhkəmə qətnaməsindən şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2(025)-170/2025 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, yuxarıda təsvir olunanları nəzərə alaraq, iddiaçı tərəfin hazırkı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıda göstərilənləri qeyd etməyi lazım bilir: Hazırkı iddia tələbində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə üzrə İstehlakçıdan itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036,8 manat məbləğində pulun tutulması 01 iyul 2022-ci ildə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib edilmiş Akt əsasında götürülmüş sayğaçın qüsurları ilə əlaqədar “Qaz sayğacının yoxlanılması barədə” 29 iyul 2022-ci il tarixli və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli Aktlar tərtib edilmiş və bundan sonra 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı İB tərəfindən İstehlakçıya 8640 m3 itirilmiş qaz sərfiyyatına görə 1036,8 manat məbləğində ziyan hesablanmışdır. Lakin, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilən işin konkret hallarından görünür ki, yuxarıda qeyd olunan sayğaca müdaxilə ilə əlaqədar tərtib edilmiş müvafiq aktın bir nüsxəsi qaz paylayıcısı İddiaçı İB tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və yaxud, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməmişdir. Həmçinin, bununla bağlı, yəni istehlakçının qazın talanmasında təqsirli olmasını təsdiq edən həmin orqanların və ya məhkəmənin müvafiq qərarı məhkəməyə təqdim olunmamışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 may 2022-ci il tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə görə, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 may 2022-ci il tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə əsasən sayğaca müdaxilə ilə əlaqədar 01 iyul 2022-ci ildə və yaxud, 29 iyul 2022-ci ildə tərtib edilmiş Akt (aktlar) ilk növbədə qaz paylayıcısı İddiaçı İB tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli və yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə istehlakçının qazın talanmasında təqsirli olması müəyyən edildikdə - “Qaz paylayıcısı” vurulmuş zərərin ödənilməsini İstehlakçıdan tələb etməli idi. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı - qaz paylayıcısı İddiaçı İB tərəfindən Qanunvericiliyin bu tələbinin lazımi qaydada yerinə yetirilməsi müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 iyul 2022-ci il tarixli akt tərtib edildiyi vaxt istehlakçı Cavabdeh tərəfindən Zaqatala RQİİ-nin Qəbələ XS üzrə rəis müavininə ünvanlanmış 01 iyul 2022-ci il tarixli ərizəsində “sayğaca müdaxilə ilə əlaqədar itirilmiş qazın dəyərinin hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürərək, evinə təbii qaz verilməsinin dayandırılmamasını” xahiş etməsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinin yuxarıda qeyd olunan tələblərinin yerinə yetirilməməsini, yəni sayğaca müdaxilə ilə əlaqədar tərtib edilmiş Aktın ilk növbədə qaz paylayıcısı İddiaçı İB tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana göndərilməsi haqqında qnunvericiliyin tələbinin yerinə yetirilməsini istisna etmir. Halbuki, sayğaca müdaxilə edildiyi aşkar olunduqda, İstehlakçının bu müdaxiləni etiraf edib-etməməsindən asılı olmayaraq, tərtib edilmiş aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli olması -qanunvericiliyin birmənalı tələbidir və bu kimi etiraflar isə yalnız həmin icraatlar üzrə müvafiq hüquqazidd əmələ görə məsuliyyətin müəyyən olunması və cəzanın təyini zamanı nəzərə alına bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2(025)-170/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar