Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-436/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X3 İstismar İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair ilk, “Azəriqaz” İB-nin İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(016)- 820/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək abonent hesabına yazılmış 1.065,70 manat borcun və 769 manat dəymiş ziyanın silinməsini xahiş etmişdir. “Azəriqaz” İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Əlmürsəl oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.065,70 manat məbləğində dəymiş ziyanın, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 769 manat debitor borcun, 30 manat 40 qəpik dövlət rüsumunun, ümumilikdə isə 1.865,10 manat pulun tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 09 sentyabr 2021-ci il tarixli, 2(016)- 820/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən qaz sərfinə görə ilk iddia üzrə iddiaçıya (Abonent kodu: **********00100) hesablanmış 878,50 (səkkiz yüz yetmiş səkkizi manat elli qəpik) manat məbləğində borcun silinməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Əlmürsəl oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan və istifadə edilmiş təbii qaza görə yaranmış 769 (yeddi yüz altmış doqquz) manat debitor borc, ümumilikdə 956,20 (doqquz yüz əlli altı manat iyirmi qəpik) manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin X3 İstismar İdarəsinin hesabına ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İlk iddia üzrə İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul olunmuş, Məhkəmədə mülki işə baxılmış və müvafiq qətnamə qəbul olunmuşdur. Həmin mülki iş üzrə Məhkəmə tərəfindən heç bir halda iddiaçı nın şəxsi məlumatlarına, o cümlədən ünvan məlumatlarına istinad olunmamış və ərizədə qeyd olunan şəxsi məlumatlar və ünvan məlumatları üzrə yazışmalar aparılaraq və sonda da işə baxılaraq müvafiq qətnamə qəbul olunmuşdur. İşin faktiki hallarından da görünür ki, iddia ərizəsində qeyd olunan ünvan və şəxsi məlumatlar dəyişilməmiş və Məhkəmə tərəfindən göndərilmiş bildirişlər həmin ünvanda qəbul olunmuşdur. Burada apellyasiya şikayəti verilərkən birinci instansiya məhkəməsinin iddiaçının şəxsi və ünvan məlumatlarını göstərməməsini əsas gətirərək apellyasiya şikayətini geri qaytarmaqla ciddi hüquqi səhvə yol vermişdir. Ağsu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan göstərilməmişidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi apellyasiya şikayəti işə baxmış birinci instansiyada məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir Göründüyü kimi, iddiaçı hazırki mülki iş üzrə şikayət verərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, şikayətinin MPM-in tələblərinə uyğun qaydada verməmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-436/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-436/2022
22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver