Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-436/2025 30.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 Knyaz oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş rayonu X5rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qəbirüstü tikililərin sökülməsi, qəbrin köçürülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 Knyaz (Qınyaz) oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 Knyaz (Qınyaz) oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş rayonu X5rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)-77/2025 sаylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 ata və anası öldükdən sonra Ağdaş rayonu Yuxarı Ləki kənd qəbiristanlığında dəfn edilmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmin qəbiristanlıqda iddiaçıların ata və anasının qəbirlərinə yaxın Ağdaş rayonu Yuxarı Ləki kənd sakini X9 dəfn edilmişdir. Hazırda iddiaçılar Cavabdeh2 Knyaz (Qınyaz) oğlu tərəfindən X3 qəbri üzərində inşa edilmiş qəbirüstü tikilinin sökülməsi, habelə orada basdırılan X3 qəbrinin və qəbir daşının sökülərək həmin qəbiristanlığın başqa yerinə köçürülməsi, söküntü işlərinin cavabdehin hesabına olunmasını tələb edirlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 Knyaz oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş rayonu X5rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ata və anaları Ağdaş rayonu, Yuxarı Ləki qəbiristanlığında dəfn olunmuşlar. Onlar tez-tez, vaxtaşırı həmin qəbiristanlıqda yerləşən ata və anasının qəbirlərini ziyarət edirlər. Onlar həmişə ziyarətə gedəndə ata və anasının qəbirlərinə gedən 4 metr enində maşın yolu ilə gedirlər. Lakin onlar bir müddət qəbiristanlığa gedə bilməmişlər. Bu yaxınlarda onlar qəbristanlığa gedib ziyarət etmək istəyəndə görmüşlər ki, cavabdeh qəbiristanlığın maşın yolunu zəbt edib və düz yolun üstündə 4 metr enində, 6 metr uzunluğunda qəbir yeri götürüb oranı iki daş hündürlüyündə qanusuz olaraq hasarlamış və orada milliyətcə erməni olan X6 xx.xx.2024cü il tarixdə basdırmışdır. Beləliklə də həmin qəbir və əlavə edilmiş qəbirüstü tikililər onların valideynlərinin qəbirlərinə gedən maşın və piyada yolunu tamamilə bağlamışdır. Yol bağlandığı üçün onlar valideynlərinin qəbrini gedib ziyarət edə bilmirlər. Bununla bağlı onlar hüquq mühafizə orqanlarına, bələdiyyəyə şikayət etmişlər. Lakin oradan onlara məktubla bildirilmişdir ki, bu işin həlli yalnız məhkəmə vasitəsi ilə mümkündür. Ona görə də hesab edirlər ki, cavabdeh tərəfindən zəbt olunmuş qəbiristanlığın maşın və piyada yolu açılmalı, orada inşa etdiyi qanunsuz tikililər sökülməli və qəbir başqa yerə köçürülməlidir. Bu barədə əvvəlcə qanunsuz tikililərin sökülməsinə razılıq etməkdən imtina etmişdir. Belə olan halda onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən məhkəmədən, Cavabdeh2 Knyaz oğlu tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kənd qəbiristanlığında maşın və piyada yolunun üzərində qanunsuz olaraq inşa etdiyi, eni 4 metr, uzunluğu 6 metr, hündürlüyü 0,50 sm özbaşına tikili hesab olunan qəbirüstü abidədən ibarət olan, habelə qəbiri əhatə edən daş hasarın sökülməsi, habelə orada basdırılan X3 qəbirinin və qəbir daşının sökülərək həmin qəbiristanlığın başqa yerinə köçürülməsi, söküntü işlərinin cavabdehin hesabına olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan iddiaçılar İddiaçı2 və İddiaçı1 ata və anası öldükdən sonra Ağdaş rayonu Yuxarı Ləki kənd qəbiristanlığında dəfn edilmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmin qəbiristanlıqda iddiaçıların ata və anasının qəbirlərinə yaxın Ağdaş rayonu Yuxarı Ləki kənd sakini X9 dəfn edilmişdir. Hazırda iddiaçılar Cavabdeh2 Knyaz oğlu tərəfindən Ağdaş rayonu, Yuxarı Ləki kənd qəbiristanlığında maşın və piyada yolunun üzərində qanunsuz olaraq inşa etdiyi eni 4 metr, uzunluğu 6 metr, hündürlüyü 50 sm özbaşına tikili hesab olunan qəbirüstü abidədən ibarət olan, habelə qəbiri əhatə edən daş hasarın sökülməsi, habelə orada basdırılan X3 qəbirinin və qəbir daşının sökülərək həmin qəbiristanlığın başqa yerinə köçürülməsi, söküntü işlərinin cavabdehin hesabına olunmasını tələb edirlər. Eyni zamanda, məhkəmə tərəfindən mübahisəli əraziyə iddiaçıların, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 və Ağdaş rayonu X7 sədri Nümayəndə2 iştirakları ilə baxış keçirilməklə yerində müayinə aparılmışdır.
5. Hazırkı iş üzrə yalnız qəbirlər arası məsafələrə diqqət edilərsə, formal olaraq ilkin baxışdan qanunvericiliyin tələblərinə riayət edilməməsi halı müşahidə oluna bilər. Lakin həm məhkəmə tərəfindən baxış keçirilərkən, həm sonradan məhkəməyə təqdim edilmiş görüntülərdən müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıların valideynlərinin qəbirlərinə tamamilə keçid mümkündür. Hətta həmin sahə cavabdeh tərəfindən sonradan daha da genişləndirilmişdir
6. Bundan başqa, məhkəmə tərəfindən qəbiristanlığa baxış keçirilərkən o da müəyyən edilmişdir ki, qəbiristanlıqda bütün qəbirlər arasında müxtəlif məsafələr vardır, heç bir qəbirlər paralel olaraq eyni məsafədə inşa edilməmişdir. Hazırkı iş üzrə cavabdehin anasının qəbirinin qarşısında olan 3 qəbirin hər birinə münasibətdə müxtəlif məsafələrdə olmağı da bunu bir daha təsdiq edir. Belə olan halda isə yolun daralmasına da səbəbin məhz cavabdehin anasını düzgün yerdə dəfn etməməsi, yoxsa onunla üzbəüz olan qəbirin düzgün inşa edilməməsinin səbəb olmasını müəyyənləşdirmək mümkün deyil.
7. Lakin bütün hallarda o da aşkar surətdə görünür ki, faktiki olaraq iddiaçıların valideynlərinin qəbirlərinə insanların keçidi üçün yol kifayət qədər keçilməsi mümkündür. Belə olan halda isə iddiaçıların heç bir xüsusi zərurət olmadan, iddiaçıların tələbləri ilə mövcud vəziyyətin mütənasibliyi müqayisə edilərsə, bu aşkar surətdə hüquqdan suiistifadə kimi qiymətləndirilməli, iddiaçılara heç bir faydası olmamaqla cavabdehə ziyan vurmaq niyyəti daşıyır.
8. Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)-77/2025 sаylı qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia rədd olunmuş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 Knyaz oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ağdaş rayonu X5rşı qanunsuz inşa edilmiş qəbirüstü tikililərin sökülməsi və qəbrin köçürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16 və 560-cı maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarına istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 18 sentyabr 2024-cü il tarixdə Ağdaş rayonu X7 sədri Nümayəndə2 tərəfindən verilmiş 34 nömrəli arayış fotoşəkillər 14 noyabr 2024-cü il tarixdə tədqiqat obyektinə yerində baxış məhkəməyə 03 fevral 2025-ci il tarixdə təqdim edilmiş video görüntü
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qəbir yeri 1x2 metrdir, lakin qəbir üstü abidə 6x4 metrdir. 24 kvadrat metr zəbt vardır. Məhkəmə həmin zəbt olunmuş sahənin sökülmədiyinə məhəl qoymadı. Cavabdeh2 Knyazoğlu heç bir məhkəmə iclasına gəlməmişdir, lakin Rusiyadan bu məhkəməni bacıları vasitəsi ilə idarə edirdi. Hakim qətnamədə yalan xarakterli özündən ölçü işləri aparmış, bu işdə maraqlı olduğunu açıq aşkar hiss elətdirmiş, ziddiyyətli, tam ədalətsiz araşdırma aparmış, hər iclasda bizi get-gələ salmış, onun göstərişi ilə qəbrin yanında olan şam ağacları çıxarılmış, süni surətdə qəbrin yanlarının genişləndirilməsi görünüşünü yaratmış, orada aldadıcı söküntü işləri aparmışdır. Qəbrin yalnız ayaq hissəsində 20 sm sökülsə də qəbrin baş tərəfində heç bir söküntü aparılmayıbdır, qəbrin ayaq hissəsini müqayisə edir, lakin baş tərəfindən danışmır, bu da onun məqsədli surətdə etdiyini göstərir, işdə olan fotoşəkillərə əsasən qəbirdən əlavə 24 kv.m qanunsuz inşa edimiş qəbirüstü abidə yerində qalmışdır. Qəbrin baş tərəfindən basdırılan qəbrə münasibətdə 1 metr məsafə qalmamışdır, bu tam yalandır. Bunu təsdiq edən heç bir sənəd. sübut yoxdur, Cavabdeh qəbirstanlığın maşın yolunu faltiki zəbt etmişdir, bununla bağlı qətnamədə öz münasibətini bildirməmişdir. Onun 2 kvm qəbirdən əlavə 24 kv.m qəbirüstü abidə inşa etməyə dair icazəsi və heç bir hüquqi sənədi yoxdur. Bu zəbt sayılır. Cavabdehin qəbirstanlığın maşın yolunda heç bir icazə almadan inşa etdiyi qanunsuz 24 kvm qəbirüstü abidə dərhal sökülməli və qəbirin yeri dəyişdirilməli, maşınla və piyada yolla hərəkətimiz bərpa edilməlidir. Cavabdeh Mülki Məcəllənin 180-cı maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018- ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının tələblərini kobud surətdə pozmuşdur.
13. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)- 77/2025 sаylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 digər iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Knyaz (Qınyaz) oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)-77/2025 sаylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X4, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ağdaş rayonu X7 nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları: 16.2. Qəbiristanlıqların köçürülməsinə yalnız aşağıdakı hallarda yol verilir: 16.2.1. subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı; 16.2.2. qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alındıqda. 16.5. Qəbiristanlığın bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri gözlənilməlidir. 21.1-ci bəndinə əsasən dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. 21.2-ci bəndinə əsasən ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. 21.3-cü bəndinə əsasən ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. 22.1-ci bəndinə əsasən qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır. 22.2-ci bəndinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır. 25.2. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına aşağıdakı hallarda yol verilir: 25.2.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Elm haqqında”, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı; 25.2.2. bu Qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı; 25.2.3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; 25.2.4. ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə.
Qərarlar: "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)-77/2025 sаylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində cavabdehin məhkəmə iclaslarına gəlməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağa haqlı olmuşdur.
26. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində məhkəmənin onları getgələ salması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış olsa da, bu Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmuş, işin obyektiv araşdırılması, mübahisə predmetinə yerində baxışın keçirilməsi kimi məqsədlərə xidmət etmişdir.
27. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində cavabdehin qəbirstanlığın maşın yolunu faktiki zəbt etməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçıların bu barədə tələbi onların bu tələblərlə müraciət etməyə subyektiv hüquqlarının olub-olmaması aspektindən nəzərdən keçirilməlidir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin, hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
28. İddiaçılar cavabdehlərin inşa etdiyi qəbir abidəsinin qəbristanlığın ərazisini zəbt etməsinə istinad edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Halbuki zəbt olunmuş əraziyə iddiaçıların hər hansı hüquqlarının olması barədə iş materiallarında heç bir sübut və ya dəlil mövcud deyildir. Ona görə də, qəbristanlığın yol ərazisi zəbt edilmiş olsa belə, bu hal iddiaçıların hüquqlarına toxunmadığından, bu zəbtin aradan qaldırılması barədə iddia qaldırmaq hüququ iddiaçılara məxsus deyildir. İddiaçılar apellyasiya şikayətində həmçinin Mülki Məcəllənin 180-ci maddəsinə də istinad etmişlər. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, özbaşına tikinti hesab olunan tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti ilə sökülə bilər. Hazırki iş üzrə iddiaçıların həmin abidə tikilisinə münasibətdə maraqlı tərəf olması müəyyən edilmir. Bundan başqa, həmin hüquq norması tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin özbaşına tikinti hesab edilməsini müəyyən etmişdir. Qəbristanlıq tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsi hesab oluna bilməz. “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə qəbristanlıqlarda qəbrlərin üzərində qəbirüstü tikililər tikilməsinə icazə verilmişdir. Eyni zamanda, həmin qəbirüstü tikililərin tikilməsi şəhərsalma və tikinti normaları və qaydaları ilə deyil, “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Həmin Qaydalarda bu tikililərin tikilməsinə icazə alınması nəzərdə tutulmamışdır. Ona görə də, Mülki Məcəllənin 180-ci maddəsi ümumiyyətlə hazırki işə tətbiq edilə bilməz. Hazırki iş üzrə iddiaçıların hüquqlarına toxunan məsələ yalnız onların yaxın qohumlarına məxsus qəbirlərə gediş-gəliş yolu ilə bağlı ola bilərdi ki, birinci instansiya məhkəməsinin araşdırmaları, o cümlədən mübahisə predmetinə yerində baxış keçirilməsinin nəticələri ilə müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıların valideynlərinin qəbirlərinə insanların keçidi üçün kifayət qədər yol mövcuddur. Belə olan halda, cavabdehlərin inşa etdiyi qəbir abidəsinin və həmin abidənin üzərində inşa edildiyi qəbrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarına uyğun inşa edilib-edilməməsinin hazırki iddiaçıların hüquqlarına toxunması müəyyən olunmur. Nəticədə, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçıların tələbləri onlara heç bir faydası olmamaqla cavabdehə ziyan vurmaq niyyəti daşıyır və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
29. Həmçinin, iddia tələbinin qəbrin köçürülməsi ilə bağlı hissəsində nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 16 və 25-ci maddələrinin mənasından görünür ki, qəbrlərin köçürülməsinə icazə verilən hallar həmin Qaydalarda göstərilmişdir və həmin hallar arasında digər qəbrlərdə dəfn edilən şəxslərin yaxın qohumlarının tələbi ilə qəbrin köçürülməsi nəzərdə tutulmamışdır.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)-77/2025 sаylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tаriхli, 2(014)-77/2025 sаylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.