Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-438/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağsu rayon Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağsu rayon Notariat Ofisinə qarşı “28.03.1989-cu il tarixli, 2V/24 reyestr nömrəsi ilə qeydə alınan vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(016)-770/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 2.07.02.1987-ci ildə Ağsu rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Ağsu şəhəri, Pravda küçəsi 7 saylı evdə yaşayan X8 həmin evi oğlu X6 və qızı İddiaçı bərabər hissələrdə verilməsini vəsiyyət etmişdir. 3.Ağsu rayon Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, 30.03.1988-ci ildə vəfat etmiş mərhum atasından miras qalmış əmanət məbləğinə dair 28.03.1989-cu il tarixdə X2 (1/1 hissə tam) 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması qeyd edilmişdir. 4.28 mart 1989-cu il tarixdə Ağsu rayon Dövlət Notariat Oisində 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30 mart 1988-ci ildə ölmüş X5 SSRİ Əmanət Bankının 7012 nömrəli Ağsu şöbəsində 6278 nömrəli hesabında saxlanılan 1.623 manat əmanət və faizlərə oğlu X7 irs almışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu rayonu Notariat Ofisində 28.03.1989-cu il tarixli, reyestrdə 2V/24 nömrə ilə qeydə alınan vərəsəlik şəhadətnaməsinin ləğv olunmasını xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.03.1988-ci ildə vəfat etmiş mərhum atası X3 ona və qardaşı X4 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mirasın qəbulu üçün Ağsu rayon Notariat Ofisinə müraciət etmişdir. Ağsu rayon Notariat Ofisindən verilmiş məktubla vəfat etmiş atasından miras qalmış əmanət məbləğinə dair digər qardaşı X2 28 mart 1989-cu tarixdə Ağsu rayon Notariat Ofisində 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum atası 07.02.1987-ci ildə Ağsu rayon Notariat Ofisində qardaşı X6 və ona vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin bir nüsxəsi onda qalmış, ikinci nüsxəsi isə Ağsu rayon Notariat Ofisinin arxivində saxlanılmışdır. Odur ki, ona müvafiq olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 7.Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsəgərov) 27 oktyabr 2021-ci il tarixli, 2(016)-770/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. 8.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının şəhadətnamənin ləğvini tələb etmək hüququ yoxdur. İddiaçı qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə Ağsu rayonu Notariat Ofisində 28.03.1989-cu il tarixli, reyestrdə 2V/24 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş iddiaçı üçün hüquqi nəticələrə səbəb olmur. Odur ki, iddia rədd edilməlidir 9.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( (1964-cü il redaksiyada) 552-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli və Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmaqla konstitusion hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60-cı maddəsi vərəsəlik hüququna təminat verir. Onun mərhum atası tərəfindən ona və qardaşı X4 vəsiyyət qoyulmuş və notarius tərəfindən bu vəsiyyətnamə təsdiq edilməsinə baxmayaraq, çox təəssüf ki, X7 notariat orqanının köməyi ilə onlara məxsus olan əmlakı mənimsəmişdir. Halbuki o, ev onların olmuş, ondan uzun illər istifadə etmişlər. Yəni onlar həmin evin faktiki istifadəçiləri olmuşlar. Vəsiyyət üzrə əmlakı faktiki qəbul etmişlər. Məhkəmə isə bu hallara qiymət verməmiş, ədalətsiz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi onun hüququnun itirildiyi qənaətinə gəlmişdir. Halbuki vəsiyyət onun təməl hüquqlarını ehtiva edir. Məhkəmə qeyd olunan miras əmlaklarla bağlı araşdırma zamanı faktiki olaraq hərəkətsizlik nümayiş etdirmiş, araşdırılmalı olan məsələləri, yəni həmin əmlakın faktiki olaraq onun mülkiyyətində olmasını qəsdən nəzərdən keçirməmişdir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(016)-770/2021 saylı qətnaməsinin ləğv edilməsi və “28.03.1989-cü il tarixli, 2V/24 reyestr nömrəsi ilə qeydə alınan vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma aparılmamışdır. Belə ki, mübahisəli evlə bağlı ona vəsiyyətnamə verilmişdir. Vəsiyyətnamə hazırda qüvvədədir. O, atasının sağlığında evdən çıxaraq Sumqayıt şəhərində yaşamasına baxmayaraq, hərdənbir həmin evə gedib-gəlmişdir. Atasının ölümündən sonra atasından miras qalmış evdə qardaşı Ağa yaşamış, Ağa öləndən sonra da sonuncunun ailəsi yaşamışdır. Hazırda qardaşı Ağanın ailəsi də Bakı şəhərində yaşayır. Ağsu notariat kontoru tərəfindən qardaşının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən xəbərsiz olub. Ona görə də Ağsu Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəfin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 15.Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada); 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd olunan Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdəmiras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə (arbitraj və münsiflər məhkəməsi) tərəfindən tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
16.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(016)-770/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
19. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(016)-770/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə yuxarıda qeyd olunanlara və tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, miras qoyan X8 1988-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Ağsu rayonunda yaşadığından mirasın açıldığı yer Ağsu şəhəridir. Məhkəmə araşdırması zamanı miras qoyan Baba Atayevin evlə bağlı 07.02.1987-ci il tarixdə vəsiyyətnamə qoyması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş oğlanları-Həbib, Alı, Ağa və qızı Seyidxanım Atayeva (Babayeva) onun qanun üzrə birinci növbə vərəsəsi olmuşdur (MMnin 530-cu maddəsi).
22. Məhkəmə kollegiyası təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında, həmçinin təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan X8 1988-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlak “əmanət pulu” vərəsəsi X7 tərəfindən 28 mart 1989-cu il tarixli, 2V-24 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında rəsmi qaydada qəbul olunmuşdur.
23. Lakin həmin vaxtdan 34 ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçı atasının öldüyünü bildiyi bir halda sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notarait kontoruna rəsmi qaydada müraciət etməmiş, nə də ki, məhkəmədə hər hansı bir mübahisə açmamışdır. Belə olan halda iddiaçının bu mövqeyi başa düşülən deyil. 24.Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması üçün əsas deyil. 25.Əvvəla ona görə ki, iddiaçı öz atasının 1988-ci il tarixdə ölməsini bilirdi və bunun sübuta heç bir ehtiyacı yoxdur. 26.İkincisi, apellyasiya kollegiyası qeyd edir ki, hazırki apellyasiya şikayətlərinin dəlilləri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanması barədə mövqe qanuni və əsaslı olardı.
27. Üçüncüsü, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Vərəsəlik hüququ qanunda göstərilən müvafiq müddət ərzində vərəsə mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir 28.Dördüncü, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. İşə baxmış məhkəmə bu baxımdan işin hallarını araşdırmış və iddiaçının atası vəfat etdikdən sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində (altı ay müddətində) ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etmədiyini, mirası faktiki olaraq qəbul etmədiyini müəyyən etmişdir. Məhkəmə təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır
29. Beşinci, vərəsəlik şəhadətnaməsi verilərkən onlara xəbər verilməməsi barədə iddiaçının dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal mütləq vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Çünki bu subyektiv hüquqa malik olmaq üçün ilk növbədə iddiaçının mirası qəbul etməsi müəyyən olunmalıdır ki, bu hal da məhkəmələr tərəfindən müəyyən olunmamışdır. 30.Göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. 31.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. 32.Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır 33.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də Mülki Məcəllənin 552-ci maddəsini tətbiq edərkən yalnız iki hal aydınlaşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt şəhadətnamənin etibarsız hesab edilməsinə əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda şəhadətnamə hansı müddətə mübahisələndirilib. 34.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, qanunverici tərəfindən iddia müddəti institutunun tətbiq edilməsinin məqsədləri hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməyi aradan qaldırmaqdan ibarətdir. 35.Kollegiya qeyd edir ki, Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə (arbitraj və münsiflər məhkəməsi) tərəfindən tətbiq olunur. 36.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur 37.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(016)-770/2021 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov