Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-443/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı «qeyri yaşayış obyektinin sökülməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış obyektinin sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı «qeyriyaşayış obyektinin sökülməsi» tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(046)-177/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;
1. Azərbaycan Respublikası DƏİE üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 20 noyabr 2007-ci il tarixli 000828 qeydiyyat nömrəli, Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 m2 olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.
2. Azərbaycan Respublikası DƏİE üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 26 sentyabr 2007-ci il tarixli 002462 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 197 saylı apteki (ümumi sahəsi 363,9 m2 ) qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.
3. Göyçay rayon Prokurorluğunun 14 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış 61C-20 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir.
4. Həmin material üzrə araşdırma aparılan zaman Cavabdeh3ndən rayon Prokurorluğuna daxil olmuş 10.08.2020-ci il tarixli 191 saylı məktubdan görünür ki, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 07.08.2020-ci il tarixli 59 saylı sərəncamla ünvan 1 sakini Cavabdeh1 verilmiş 18 mart 2020-ci il tarixli 11 saylı qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 10/1512 saylı rəyindən görünür ki, ünvan 1ində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin 4,2 m2 hissəsi İddiaçı məxsus 1482 m2 torpaq sahəsinin qarşı tərəfinə (küçə ilə əhatə olunan hissədə) düşdüyü müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başçısına və Cavabdeh3 Memarlıq və Tikinti Şöbəsinə qarşı «qeyri-yaşayış obyektinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində, Bakı- Şamaxı-Yevlax yolunun 194-cü km-də Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyriyaşayış obyektinin Cavabdeh1, Cavabdeh2, X1 (memar) və Cavabdeh3 başçısının hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1i ərazisində, Bakı- Şamaxı-Yevlax yolunun 194-cü km-də Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş qeyri-yaşayış obyektinin Cavabdeh1 hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sovetlər birliyi dövründə ünvan 1i ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də yolun sol tərəfində 0,20 hektar torpaq sahəsində inşa edilmiş aptekdə işləmişdir. Ümumi sahəsi 363,9 m2 olan həmin (ünvan 1i ünvanda yerləşən 197 saylı) apteki satın almışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair Şəhadətnamə (6 nömrəli reyestr kitabının 96-cı səhifəsində 002462 qeydiyyat nömrəsi, 26.09.2007-ci il tarixli, 002462 nömrəli) vermişdir. Bundan sonra həmin aptekə aid 2000 m2 torpaq sahəsinin 1482 m2 -ni satın almış, buna dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsi Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi və şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamə (2 nömrəli reyestr kitabının 66-cı səhifəsində 000828 qeydiyyat nömrəsi, 20.11.2007-ci il tarixli, 000828 nömrəli) vermişdir. İddia ərizəsinə əlavə edilmiş həmin aptekin baş plandan çıxarışından görünür ki, aptekin yerləşdiyi torpaq sahəsi 2000 m2 -dir. Həmin torpaq sahəsinin cənubunda poçt və radio qovşağının binası, daha sonra isə Bakı-Şamaxı-Yevlax yolu yerləşmişdir. Bakı- Şamaxı-Yevlax yolu genişləndirilərək yenidən tikilən zaman poçt və radio qovşağının binası sökülərək başqa yerdə köçürülmüşdür. Yolun sol çiyni isə aptekin yerləşdiyi torpaq sahəsinin kənarına kimi genişləndirilmişdir. O, həmin torpaq sahəsini satın alarkən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi Üzrə Dövlət Komitəsinin nümayəndələri əmlakın texniki inventarlaşdırması bürosu müəssisə və obyektin texniki pasportunu hazırlamış, 003361 nömrəli, 07 iyun 2007-ci il tarixli həmin texniki pasportun «torpaq sahəsinin təsnifatı» başlıqlı səhifəsində ərazinin ümumi torpaq sahəsinin sənəd üzrə 2000 m2 , faktiki 1482 M2 olduğu göstərilmişdir ki, həmin 518 m2 torpaq sahəsi Bakı-Şamaxı-Yevlax yolunun sol çiyni boyunca 8 metrlik ərazidir. Həmin ərazinin isə yolun mühafizə zonasına aid edildiyi bildirilmişdir. Bu səbəbdən ona satılan torpaq sahəsi 518 m2 əskik olmuşdur. O da gələcəkdə həmin 518 m2 torpaq sahəsini satın almağın mümkün olmasına ümidli olduğuna görə torpaq sahəsini hasarlayarkən cənub sərhədi yolun mühafizə zonası boyunca təxminən eni 1 metr, uzunluğu 35 olmaqla 35 m2 torpaq sahəsində açıq saxlamışdır. Mütəmadi olaraq həmin torpaq sahəsinin satılmasının mümkünlüyü ilə maraqlanmış və hər dəfə yolun mühafizə zolağına aid olduğu bildirilmişdir. 2020-ci ilin may ayının əvvəllərində Cavabdeh1 Cavabdeh3 başçısının icazəsi sənədi olduğunu bildirərək aptekin qarşısında, bir hissəsi onun mülkiyyətində (eni 1 metr, uzunluğu 35 olmaqla 35 m2 ) torpaq sahəsində bir hissəsi yolun mühafizə zolağında tikinti işləri görməyə başlamışdır. Tikintinin qanunsuz aparıldığını bildirib dayandırılması xahiş edilsə də, buna məhəl qoyulmamışdır. X3 Respublika Baş Prokurorluğuna müraciət edərək Cavabdeh1 tərəfindən qanunsuz qeyri-yaşayış obyekti tikildiyini bildirmiş, bunun əsasında Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma aparılmışdır. Göyçay rayöri prokurorluğunun müstəntiqi X5 14 avqust 2020-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış 61G-20 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmiş, X4 ünvan 1i ərazisində ona məxsus aptekin qarşısında, yolun mühafizə zolağında Cavabdeh1 tərəfindən heç bir sənəd olmadan tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüuqunun olması izah edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 tikdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, icarə və istifadə hüququ yoxdur. 2020-ci ilin fevral ayında Göyçay RİHBnin Qaraməryəm kənd İƏDÜ nümayəndəsi, Cavabdeh2 isə vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh1 Bakı- Şamaxı-Yevlax yolunun 194-cü km-də istifadəsində torpaq sahəsi omadığını bilə-bilə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etməsi barədə ərizə yazdırmış, həmin ərizə əsasında məktubla Rayon İcra hakimiyyətinə müraciət etmiş, Cavabdeh1 qeyri-yaşayış obyektinin tikintisi üçün 50 m2 torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qısa müddət ərzində Cavabdeh3 Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X1 tapşırığı ilə həmin əraziyə baxış keçirərək ərazinin sxematik plan və tikinti üçün müvafiq rəylərin alınması üçün akt tərtib edilmişdir. Bundan sonra memarlıq-planlaşdırma layihəsini İcra Hakimiyyətinə təqdim etmişlər. İcra hakimiyyəti başçısı da «gözünü yumub» 18.03.2020-ci il tarixdə, 11 nömrəli tikintiyə icazə sənədi vermişdir. Göyçay rayon prokurorluğunda 61G- 20 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh3 başçısı 18.03.2020-ci il tarixli, 11 nömrəli tikintiyə icazə sənədinin qanunsuz olduğunun aşkarlandığını bilib, 07.08.2020-ci il tarixli 59 nömrəli sərəncamla Cavabdeh1 verilmiş 18.03.2020-ci il tarixli, 11 nömrəli qeyriyaşayış obyektinə tikintiyə icazə sənədini ləğv etmişdir. Göründüyü kimi, Cavabdeh1 xeyrinə qanunsuz hərəkətlər etmiş Göyçay RİHB-nin Qaraməryəm kənd İƏD üzrə nümayəndəsi, Cavabdeh2, Cavabdeh3 Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X2 və Cavabdeh3 başçısı qanunsuz əməllərinin ifşa olunduğunu bildikdən sonra qanunsuz əməllərindən əl çəkdiklərini bildirsələr də, Cavabdeh1 yenə də himayədarlıq edirlər. Cavabdeh1 Göyçay rayon prokurorluğunun müstəntiqi X5 14 avqust 2020-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından sonra tikinti işlərini davam etdirir. Digər cavabdehlərin köməyi ilə həmin ərazini aldığını gizlətmir. Cavabdehlər bu qanunsuz əməlləri ilə onun mülkiyyət hüququnu məhdudlaşdırmışlar. Göstərilən qeyriyaşayış obyekti cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir.
9. Göyçay Rayon Məhkəməsinin (İ.Fəttahov) 29 noyabr 2021-ci il tarixli, 2(046)- 177/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus 1482 m2 torpaq sahəsinin 4,2 m2 hissəsinə düşən hissəsi Cavabdeh1 hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı verilməsi, 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 m2 olan torpaq sahəsi və ümumi sahəsi 363,9 m2 olan 197 saylı aptek İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə olunmuşdur. Cavabdeh1 tikdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, icarə və istifadə hüququ yoxdur. 2020-ci ilin fevral ayında Göyçay RİHB-nin Qaraməryəm kənd İƏDÜ nümayəndəsi, Cavabdeh2 isə vəzifə səlahiyyətlərini aşaraq Cavabdeh1 Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də istifadəsində torpaq sahəsi omadığını bilə-bilə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etməsi barədə ərizə yazdırmış, həmin ərizə əsasında məktubla Rayon İcra hakimiyyətinə müraciət etmiş, Cavabdeh1 qeyri-yaşayış obyektinin tikintisi üçün 50 m2 torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsində köməklik edilməsini xahiş etmişdir. Qısa müddət ərzində Göyçay rayon İçra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar X1 tapşırığı ilə həmin əraziyə baxış keçirərək ərazinin sxematik plan və tikinti üçün müvafiq rəylərin alınmasından ötrü akt tərtib edilmişdir. Bundan sonra memarlıq planlaşdırma layihəsi ilə birlikdə icra hakimiyyətinə təqdim olunmuşdur. Cavabdeh3 başçısı 18.03.2020-ci il tarixdə 11 nömrəli tikintiyə icazə sənədi vermişdir. Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh3 başçısının 18.03.2020-ci il tarixli, 11 nömrəli tikintiyə icazə sənədinin qanunsuz olduğu aşkarlanmış, 07.08.2020-ci il tarixli 59 nömrəli sərəncamla Cavabdeh1 verilmiş 18.03.2020-ci il tarixli 11 nömrəli qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir. Cavabdehin inşa etdiyi tikilinin 4,2 m2 hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşür. Göründüyü kimi, cavabdehin inşa etdiyi tikilinin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür, bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş, o, torpaq sahəsindən məhrum olmuşdur.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qismən – iddia təmin edilməyən hissədə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə həmin hissədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
13. Məhkəmə 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyri-yaşayış obyektinin 4,2 kv.metr hissəsinin sökülməsi nəticəsinə gəlsə də, qanunsuz olaraq iddianı qalan hissədə təmin etməmişdir. Halbu ki, özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu səbəbdən hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, qanunla özbaşına tikilinin maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülməsi mümkün olduğu halda, məhkəmə bunu etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
14. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 15.Hazırki işdə məhkəmə, 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyriyaşayış obyektinin 4,2 kv.metr hissəsinin sökülməsi, lakin iddianın qalan hissədə təmin edilməməsi barədə nəticəyə gələrkən, gəldiyi nəticəni bir cümlə ilə “iddia qalan hissədə təmin olunmur” yazaraq qətnaməni əsalandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmişdir.
16. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-177/2021-nömrəli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi qismən–iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, ünvan 1i ərazisində, Bakı- Şamaxı-Yevlax yolunun 194-cü km-də Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş (özbaşına tikilinin) qeyri-yaşayış obyektinin Cavabdeh1 hesabına sökülməsini və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə” iddiası (qeyri-yaşayış obyektinin 53,55 kv.metr hissədə) əsaslı olduğu üçün təmin edilməsini və qətnamənin qalan hissədə, (yəni - 57,75 kv.metr ölçüdə özbaşına tikilmiş mübahisəli qeyriyaşayış obyektinin 4,2 kv.metr hissəsinin sökülməsi hissədə) dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. (İddiaçının birinci instansiya məhkəməsində iştirak etmiş nümayəndəsi (vəkil) Nümayəndə Novruz oğlu apellyasiya istansiyası üçün iddiaçı ilə müqavilə bağlamadığından orderi təqdim edə bilməmişdir. Ona görə də kollegiya onun izahatının alınmasını mümkün hesab etməmişdir)
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin yalnız təmin olunmayan hissəsini mübahisələndirmiş, qətnamənin digər hissəsi mübahisələndirilməmişdir.
24. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(046)-177/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
28. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 kv.m olan torpaq sahəsi və ümumi sahəsi 363,9 m2 olan 197 saylı aptek İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə olunmuşdur.
29. Cavabdeh1 tikdiyi qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə heç bir mülkiyyət, o cümlədə icarə və istifadə hüququnun olması iş materialları ilə sübut olunmur. Belə ki, Cavabdeh3 başçısı 18.03.2020-ci il tarixdə 11 nömrəli tikintiyə icazə sənədi vermiş, lakin Göyçay rayon prokurorluğunda 61G-20 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh3 başçısının həmin tikintiyə icazə sənədinin qanunsuz olduğu aşkarlanmış, 07.08.2020-ci il tarixli 59 nömrəli sərəncamla Cavabdeh1 verilmiş 18.03.2020-ci il tarixli 11 nömrəli qeyri-yaşayış obyektinə tikintiyə icazə sənədi ləğv edilmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi vacib bilir ki, apellyasiya şikayətinin dəlillərinə, xüsusən də mübahisəsi gedən torpaq sahəsinin qalan hissəsinə iddiaçının subyektiv hüququnun olub-olmamasına qiymət verilməlidir. 31.Nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz
32. Belə ki, yuxarıda qeyd olunduğu kimi, (bənd 5) iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilmiş, və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 10/1512 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin yalnız 4,2 kv.m. hissəsi İddiaçı məxsus 1482 kv.m torpaq sahəsinin qarşı tərəfinə (küçə ilə əhatə olunan hissədə) düşür.
33. İddiaçı apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə təqdim olunmuş sənədlərlə, o cümlədən verilmiş ekspert rəyi onun bu dəlilini təkzib etmişdir.
34. Yuxarıda qeyd olunmuş (bənd 1-2) iş materiallarından da göründüyü kimi İddiaçı Azərbaycan Respublikası DƏİE üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 20 noyabr 2007ci il tarixli 000828 qeydiyyat nömrəli, Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməyə əsasən yalnız ünvan 1ində yerləşən 197 saylı aptekin yerləşdiyi 1482 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.
35. Kollegiya 31-ci bənddə qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından qeyd edir ki, iddiaçının mübahisəsi gedən 518 kv.m torpaq sahəsi üzərində ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verməlidir.
36. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 37.Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır.
38. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. İşin faktiki halından müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi (518 kv.m hissə) mülkiyyət hüququ ona məxsus deyildir.
40. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(046)-177/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(046)-177/2021 nömrəli qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov