Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-445/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X2ən katibliyi və Cavabdeh İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-533/2020 nömrəli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-533/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən Ağsu şəhəri, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 2174.60 (iki min yüz yetmiş dörd manat 60 qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Ağsu X7 İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçıCavabdeh Ağsu X1rşı – Cavabdeh İB-nin X12 X5 xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 2853 manat cərimə məbləğinin **********00000 hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır.Qaz sayğacına Qaz İdarəsinin işçisi tərəfindən hər ay 2 dəfə baxış keçirmişdir. 2018-ci ilin aprel ayının 25-də Qaz idarəsindən işçi gələrək sayğacı dəyişdirmələrini bildirmişlər. Qaz sayğacı istismar müddətini qurtarıb. Buna razılıq edərək qaz sayğcını dəyişdilər.2018-ci ilin mart ayında qaza pul ödəyəndə borcu olduğunu görmüşdür. Maraqlanada, qaz sayğacınıza görə cərimələndiyini öyrənmişdir. Qaz sayğacınıza müdaxilə edilmişdir. Onlara izah eləməyə çalışsada ki, qaz sayğacına müdaxilə olunmayıb onunla razılaşmadılar.Qaz sayğacına dair, o cümlədən borca dair bütün sənədlərini çox get-gəldən sonra əldə etmişdir. Ona məlum olmuşdur ki, Qaz idarəsinin işçiləri onun iştirakını təmin etmədən formal xarakter daşıyan ******* nömrəli xx xxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər.Aktın tərtibatı zamanı kobud şəkildə pozuntuya yol verilmişdir. Belə ki, ******* nömrəli xx xxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərkən orada iştirak etdiyi, lakin akta imza etməkdən imtina etməyi göstərilmişdir. Halbuki həmin tarixdə ünvanına X11 gələn olmamışdır. Onu da qeyd etmişdir ki, qaz sayğacı küçədə quraşdırılmışdır. Qaz sayğacı açılarkəndə ona qaz sayğacının laborotoriyaya göndərilməsi izah edilməmiş, qaz sayğacı açılarkən isə heç bir qoruyucu vasitəsi olmamışdır. Hal şahidləri müəyyən deyil. Maraqlı olan ancaq cavabdeh qurumun işçiləri orada iştirak ediblər. Aktlarla razı deyil. Həmin aktlar qanunsuz tərtib edilib.Vətəndaşlıq hüsquqları kobud şəkildə pozulmuşdur. Saxtakarlıq isə budur ki,əgər qaz sayğacına müdaxilə etmişsə yalnız sayğac açılana qədər etmışdir. Deməli 20 qəpiklə hesablanan məbləğ özü də saxtakarlıqdır.Yazılmış aktın geriyə qüvvəsi vardır. Deməli cavabdeh qurumun özünün Qaz haqqında qanunlardan xəbərləri yoxdur. Yuxarıda qeyd etdiyi detallar aktların qanunsuz olmasına, etibarsız hesab edilməsinə əsas verir.Həmçinin onu da qeyd edir ki, qaz sayğacına hər ay nəzarətçi tərəfindən 2 dəfə baxış keçirilir.Belə olan halda isə 180 gün hesab aparılması qanunsuz, cərimənin hesablanması hansı normativ akta istinad edilməsi müəmmalıdır.Bu kimi məsələlər aktın etibarsızlığının sübutudur.Cavabdeh qurum hesabıma 2853 manat cərimə hesablamışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Ağsu X7 İdarəsi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Ağsu X7 İdarəsinin nümayəndəsi X3 tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus olan mənzilin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, istilik nəticəsində sayğacın element yuvası az miqdarda ərimiş və kleylə yapışdırılması müəyyən edilmişdir.Qaz sayğacına müdaxilə edilmişdir.Bununla bağlı iddiaçının iştirakı ilə ******* nömrəli, xx xxxxx 2018-ci il tarixlitəbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir.Qaz sayğacında müdaxilə halı müəyyən edildiyi üçün Ağsu XS-nin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. ******* nömrəli xx xxxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 2853 manat məbləğində itirlmiş qazın dəyəri hesablanmışdır.Bu hesabat abonentin mənzilində olan qaz cihazlraının işlədicilərinin parametrlərinə əsasən hesabat aparılmış və iddiaçının Ağsu XS-dəki **********00000 abonent hesabına işlənmişdir.Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək üçün edilir.Nəzərə çatdırılmışdır ki, bununla bağlı iddiaçı tərəfindən Ağsu rayon Məhkəməsində aktın silinməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Qətnamə müvafiq qaydada icra edilmişdir.678.40 manat iddiaçının hesabından silinmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh nümayəndəsi X10 оğlu аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini İddiaçı hazırki iş üzrə iddiasına özünün birinci instansiya məhkəməsində təqdim etdiyi etirazın dəlilləri ilə əsaslandıraraq Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-533/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh nümayəndəsi X10 оğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-533/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “istilik nəticəsində sayğacın element yuvası az miqdarda əriməsi və kleylə yapışdırılması” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2853.00 manat məbləğində borc, o cümlədən sayğacın dəyəri iddiaçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Eyni zamanda İddiaçı Cavabdeh Ağsu X7 İdarəsinə qarşı qanunsuz hesablanmış ziyanın silinməsi tələbinə dair iddiası üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1350/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Ağsu RQİİ-nin Ağsu Xidmət Sahəsinin işçiləri tərəfindən ******* saylı, xx xxxxx 2018-ci il tarixli akt əsasında hesablanmış 678.40 (altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat ziyannın silinməsi, Cavabdeh İB-nin Ağsu X7 İdarəsindən 10 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə verilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1350/2018 saylı qətnaməsindən cavabdeh tərəf apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-1043/2019 saylı qətnaməsi ilə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddia bu hissədə qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-1350/2018 saylı qətnaməsi üzrə təmin edilmiş hissəyə əsasən 678.40 manat pul məbləği həmin hissədən çıxılmaqla, iddiaçının ünvanı üzrə qaz sayğacının düzgün işləməməsinə görə hesablanmış 2174.60 manat məbləğində borc silinməlidir. Bundan əlavə, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2174.60 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2174.60 manat məbləğində borc silinməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh nümayəndəsi X10 оğlunun аpelyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-533/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-533/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-445/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-445/2021
24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver