Məhkəmə qərarları › İş №2(107)-45/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-45/2024

23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-45/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Miras əmlakda payın müəyyən edilməsi) X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-82/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində Yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdıyi 0.17 hektar həyətyanı torpaq sahəsinə üzrə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi, X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. O, rəhmətə getdikdən sonra ondan Şəki rayonu Qoxmuq kəndi ərazisində 0.17 hektar torpaq sahəsində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evi miras qalmışdır. Mərhum, rəhmətə getməmişdən əvvəl 27 fevral 2007ci ildə notarial qaydada vəsiyyətnamə tərtib edərək fərdi yaşayış evini və əmlakını oğlu olaraq ona, həmin evin günbatan tərəfində yerləşən iki otağını isə bacıları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. Atası rəhmətə gedəndən sonra onun İddiaçı (vəsiyyət üzrə vərəsə), Maraqlı şəxs2 (vəsiyyət üzrə vərəsə), Maraqlı şəxs1 (vəsiyyət üzrə vərəsə), X14, X15, X16 və X8 ibarət vərəsələri qalmışdır. Atası rəhmətə getməmişdən əvvəl də atasına məxsus tərdi yaşayış evi ilə bağlı aralarında məhkəmə mübahisəsi olmuşdur. O, rəhmətə gedəndən sonra onun yas mərasimini Mingəçevir şəhərində yaşayan, kiçik X3 atasının öz həyətində təşkil etmiş və hər biri orda iştirak etmişlər. Yasdan sonra X3 özünə məxsus bir sıra əşyaları həmin evə yerləşdirmiş və gələcəkdə mübahisə başa çatandan sonra həmin evin onun adına rəsimləşdirməsinə razılaşmışdır. Hal-hazırda evin qapısı bağlıdır. Açarları da X3ndadır. Lakin mübahisə olduğu üçün bu günə kimi vərəsəlik açıla bilməmiş və iki bacısı ilə mübahisələri qalmaqdadır. Bacısı Maraqlı şəxs2 atasına məxsus həyətyanı sahənin baş hissəsində atasının sağlığında tikilmiş yeni evdə yaşamaqdadır. Bir müddət əvvəl o atasında qalmış evin qapısının qanunsuz sındıraraq içəri girdiyi üçün barəsində şikayət olunmuş və iş üzrə polisdə araşdırma aparılmışdır. O, atası öləndən sonra bir neçə dəfə vəsiyyətnaməni əldə etməyə çalışsa da, buna nail ola bilməmişdir. X3 evə məxsus sənədləri ona vermiş və vəsiyyət üzrə vərəsə kimi atasından qalmış mirası qəbul etmək üçün notariat kontoruna göndərmişdir. Notariat kontorunda mirasın qəbulu müddətini ötürdüyünü və buna görə də məhkəməyə müraciət etməsini bidirilmişdir. İs materiallarına əlavə edilmiş 27 fevral 2007-ci il tarixli vəsiyyətnamədən göründüyü kimi, mülkiyyətçi X25 öz fərdi yaşayış evini oğlu İddiaçı, qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. İşə əlavə edilmiş vəsiyyətnamədən göründüyü kimi, vəsiyyətnamə iki şahidin yanında tərtib edilmiş və vəsiyyət edənin özü tərəfindən imza atılmış və notarius tərəfindən təsdiq edilmişdir. O, mirasın qəbulu müddətini ötürməmişdir. Atası ölənə kimi həmin evin ona qalmasını istəyirdi. Məhz buna görə də vəsiyyətnamə vermişdir. O öləndən sonrada yası qardaşı ilə birlikdə vermişlər. İş materiallarından göründüyü kimi miras qoyanın 8 vərəsəsi var. Onlardan 3-ü həm də vəsiyyət üzrə vərəsə sayılır. Vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras qovanın uşaqları, valideynləri və arvadı (əri) mirasdan məcburi pay almaq hüququna malikdirlər. Buna görə də miras əmlakı olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi, həyatyanı torpaq sahəsinin ½ hissəsinin 1/3 hissəsi vəsiyyət üzrə ona miras payı kimi verilməlidir. Eyni zamanda həmin fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsinə də məcburi payının olması nəzərə alınaraq həmin hissədə də ona düşən miras payı müəyyən edilməlidir.

3. Sonradan iş üzrə maraqlı şəxslər X14, X15, X20 və X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin evdə doğulub, böyüyüb, hərbi xidmətə getmişdir. Həmişə atasının qeydinə qalmış, ona maddi yardım etmişdir. 2014cü ildə ailə həyatı qurmuş, 2018-ci ildə isə kirayədə yaşamağa başlamışdır. Atasının yasında iştirak etmişdir. Təxminən avqust ayında mübahisəli evə köçüb orada yaşamış, evdə təmir işləri aparmışdır. Vəsiyyətnamədən avqust ayında xəbəri olmuşdur.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, mübahisəli ev atasından qalmışdır. Göndərdiyi etiraz ərizəsini nəzərə alınmamasını xahiş etmişdir. Bildirmişdir ki, qardaşının mirası qəbul etməsinə razıdır. Çünki vərəsə olaraq qardaşının da mirasda payı var. Həmin evin yerləşdiyi torpaqda olan başqa evdə yaşayır. İddiaçının payının müəyyən olunmasına razıdır. Atası vəfat edəndən sonra o, həmin evdə də, öz evində də yaşamış, evin bütün xərclərini o ödəmişdir. Atasının yasında qardaşı İddiaçı iştirak etmişdir, lakin həmin evdə qalmamışdır. Gedib-gəlmişdir. İddiaçı, avqust ayından bəri həmin evdə yaşayır. Vəsiyyətnamədən avqust ayında xəbəri olmuşdur. Vəsiyyətnamədə göstərilən otaqların ona və bacısına verilməsinə razıdır.

6. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx.xx.2023-cü il tarixli, 2(075)- 82/2023 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdeh Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı X2 miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdiyi 0.17 hektar həyətyanı torpaq sahəsinə üzrə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi, X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının atası X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. O, rəhmətə getdikdən sonra ondan Şəki rayonu Qoxmuq kəndi ərazisində 0.17 hektar torpaq sahəsində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evi miras qalmışdır. X7, 27 fevral 2007-ci il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək fərdi yaşayış evini iddiaçıya, həmin evin günbatan tərəfində yerləşən iki otağını isə qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. X23 vəfat etdikdən sonra iddiaçı onun tərəfindən mirasın faktiki qəbul edildiyini, ona düşən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Eyni zamanda müəyyən edilmişdir ki, miras qoyan şəxs X23 31 dekabr 2021ci il tarixdə vəfat etmiş, lakin ondan miras qalmış əmlaka dair vərəsəlik 2022-ci ildə açılmışdır.

9. Həmçinin müəyyən edilmişdir ki, X23 2021-ci il tarixdə öldükdən sonra ondan miras qalmış Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi vəsiyyət və qanun üzrə vərəsəsi qızı Maraqlı şəxs2 tərəfindən qəbul edilmiş və 26 yanvar 2022-ci il tarixdə Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə rəsmi qaydada müraciət etmişdir. X1 və X19 notariat ofisinə rəsmi qaydada ərizə ünvanlayaraq miras əmlakın qəbul edilməsi müddətini ötürdüklərini bəyan etmişlər. Həmçinin digər vərəsələrin, o cümlədən İddiaçı mirası qəbul etməsi faktı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz.

11. Məhkəmə hesab etmişdir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. 2007-ci ildə notarial qaydada vəsiyyətnamə tərtib edərək fərdi yaşayış evini İddiaçı, həmin evin günbatan tərəfində yerləşən iki otağını isə qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. Eyni zamanda Miras qoyan X17 7 nəfər birinci növbə vərəsəsi vardır.

12. Məhkəmə hesab etmişdir ki, miras qoyan şəxs X23 2021-ci il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq vərəsəlik hüquq münasibəti barədə mübahisə hazırkı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

13. Məhkəmə hesab etmişdir ki, miras qoyan X23 2021-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan Şəki rayonunda yaşadığından mirasın açıldığı yer Şəki rayonudur. Miras əmlaka X17 öldüyü məqamadək malik olduğu Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi daxildir.

14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, tərəflərin və şahid ifadələri ilə iddiaçının mirasın açıldığı tarixdən 8-9 ay sonra, yəni avqust-sentyabr aylarında X13 miras qalmış Şəki rayon Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçərək yaşamağa başlamış, bununla da mirasın qəbulu üçün qanunla nəzərədə tutulmuş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

15. Məhkəmə qeyd etmişdir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

16. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara, İddiaçı tərəfindən miras əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına və sair bu kimi iradə ifadələrinə hüquqi qiymət verərək qanunvericiliyin tətbiqi baxımından iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

17. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı X2 miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdıyi 0.17 hektar həyətyanı torpaq sahəsinə üzrə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi, X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiysının 29-cu maddəsinin V hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1243.1, 1243.2, 1246, 1273-1, 1262, 1151-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli, Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarları, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

20. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iş materiallarından göründüyü kimi üçüncü şəxs kimi iştirak etmiş, vərəsələrdən Maraqlı şəxs2 izahatında atasından miras qalmış ev üzrə İddiaçı iddiasının qəbul edilməsini bildirərək, onun hərdən miras qalmış evə gedib gəldiyini, 2022-ci ilin avqust ayında isə həmin evdə yaşadığını bildirmişdir. Bundan başqa İddiaçı uzun müddətdir ki, xəstəlikdən əzab çəkir. Məhz buna görədə mirasın faktiki notarial qəbulu üçün müraciət edə bilməmişdir. Bacısı Maraqlı şəxs2 ilə münaqişəli olduğundan və Maraqlı şəxs2 miras əmlakının yerləşdiyi həyətdə baş bir evdə yaşadığından İddiaçı evdə yaşamamaqla mirasa faktiki sahibliyi nümayiş etdirə bilməmişdir. Lakin sonradan münaqişələri başa çatdığından miras əmlakında yaşamağa başlamışdır. Hal-hazırda da yaşayır. Artıq vərəsələr arasında münaqişə yoxdur. Məhz buna görə də hesab edir ki, İddiaçı mirası qəbul etmişdir.

21. İş üzrə məhkəmə qətnaməsindən göründüyü kimi, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Həmin şəxslərin bir neçəsi bir dəfə birinci instansiya məhkəməsinə gəlsələr də məhkəmədən asılı olmayan səbəbdən məhkəmə iclasının təxirə salınması səbəbindən onların dinlənilməsi mümkün olmamışdır. Buna görə də onlar yenidən dəvət edilərsə onların hər biri iddiaçı FəxrəddinXalıqovun mirası qəbul etməsini təsdiq edəcəkdir. İşə baxan məhkəmə iddiaçının miras əmlakı olan evdə miras qoyanın ölümündən sonra mirasın qəbulu müddətində yaşamamasını göstərərək iddia tələbini təmin etməmişdir. Bununla razılaşmır. Belə ki, İddiaçı miras qoyanın ölümündən sonra atasının qardaşı ilə birlikdə yasını təşkil etmiş, onun bütün yas mərasimində miras əmlakında qalmaqla adəti üzrə mərhumun adınalarını, qırx mərasimini təşkil etmişdir. Miras əmlakı baxımsız, yaşamaq üçün normal şəraitin olmaması səbəbindən İddiaçı həmin evdə yaşamamışdır. Lakin daim həmin evə nəzarət etmişdir. Bundan başqa qardaşı Ramazan Xalıqov həmin evə bir sıra şəxsi əşyalarını yerləşdirərək evin qapısını bağlamış və nəzarəti qardaşı İddiaçı həvalə etmiş və bəyan etmişdir ki, həmin atalarından miras qalan ev qardaşı İddiaçıdur. Bunu üçüncü şəxslərdə təsdiq edə bilər. Mirasın qəbulu təhcə mirasa sahiblik etməkdən ibarət deyil, eyni zamanda idarə etməsidə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul edilmiş sayılır. Bndan başqa iş materiallarından göründüyü kimi, İddiaçı həm də vəsiyyət üzrə vərəsədir. İlk öncə notariat kontoruna vəsiyyət üzrə vərəsə Maraqlı şəxs2 müraciət etmişdir. O miras əmlakının tamamının ona verilməsini xahiş etmişdir. Bundan xəbər tutan İddiaçı da dərhal notariat kontoruna müraciət etmiş və orda tərəflər arasında mirasla bağlı mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materialları ilə tərəflərin izahatı ilə İddiaçı mirası qəbul etməsi öz təsdiqini tapsa da məhkəmə iddia tələbinin əsassız rədd etmişdir.

22. Qeyd edilənlərə əsasən Şəki rayon məhkəməsinin xx.xx.2023-cü il, e-2(075)- 82/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 İddiaçı apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini göstərmişdir.

27. Cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi, üçüncü şəxslər Maraqlı şəxs1, X15, X14, X16, X19 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etsə də, digər üçüncü şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən kollegiya Şəki rayon məhkəməsinin xx.xx.2023-cü il, e-2(075)-82/2023 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Şəki Apellyasiya Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(107)-45/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-82/2023 nömrəli qətnaməsi mirasın qəbul edilmə faktının müəyyən edilməsi hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı X2 miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdıyi 0.17 hektar həyətyanı torpaq sahəsinə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsinə dair gəldiyi nəticə, hüquqi əsaslandırma ilə razılaşmır və mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə, həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissələrində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, X9, X6, X10 və X12 mərhum ataları X23 31 dekabr 2021-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndində vəfat etmişdir. X7 vəfat etdikdən sonra ondan Şəki rayonu Qoxmuq kəndində yerləşən 4 yaşayış otağından, ümumi sahəsi 112.7 kv.metrdən ibarət fərdi yaşavış evi və həmin evin yerləşdiyi 0.17 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır.

39. İşin hallarından görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.

40. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

41. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

42. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini əsaslandıran hal kimi iddiaçının mirasın açıldığı tarixdən 8-9 ay sonra, yəni avqust-sentyabr aylarında X13 miras qalmış Şəki rayon Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçərək yaşamağa başlaması, bununla da mirasın qəbulu üçün qanunla nəzərədə tutulmuş müddəti ötürməsi ilə əsaslandırmışdır.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin əsas dəlili olan İddiaçı mirası qəbul etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

44. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

45. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

46. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin İddiaçı həm də vəsiyyət üzrə vərəsə olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan 27 fevral 2007-ci il tarixli, notarial qaydada təsdiq edilməklə reyestrdə 7e-1/757 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X7 Şəki rayonu Qoxmuq kəndində yerləşən evini və əmlakını oğlu İddiaçı, həmin evin günbatan tərəfində yerləşən iki otağı qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir.

49. İşdə olan X21 məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə dair 14 yanvar 2012-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, X21 məxsus fərdi yaşayış evinin 4 yaşayış otağı 17.4, 20.7, 19.9 və 19.3 kvadratmetr olmaqla müxtəlif ölçülərdədirlər.

50. Kollegiya qeyd edir ki, 27 fevral 2007-ci il tarixli vəsiyyətnamədə mirasqoyan əvvəlcə Şəki rayonu Qoxmuq kəndində yerləşən evini və əmlakını oğlu İddiaçı vəsiyyət etdiyini qeyd etsə də sonra, eyni vəsiyyətnamədə evin günbatan tərəfində yerləşən iki otağı qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etdiyini göstərmiş, lakin vəsiyyətnamədə müxtəlif ölçülü otaqlardan hansının Maraqlı şəxs2 və hansının Maraqlı şəxs1 vəsiyyət edilməsinə aydınlıq gətirilməmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

52. Məhkəmə kollegiyası mübahisəli əmlakda miras payının müəyyən edilməli olmasına dair iddia tələbi ilə razılaşsa da, vəsiyyətnamədə təyin edilmiş vərəsələrin miras payları dəqiq müəyyənləşdirilmədiyindən, payların müəyyən edilməsində 27 fevral 2007-ci il tarixli, notarial qaydada təsdiq edilməklə reyestrdə 7e-1/757 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin diqqətə alınmasını doğru hesab etmir.

53. Məhkəmə kollegiyası hesab edir ki, payların müəyyən edilməsi zamanı X1nın 07 yanvar 2023-cü il tarixli, X12 isə 18 yanvar 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş, mirasdan imtinaya dair ərizələri də diqqətə alınmamalıdır.

54. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi vərəsələrdən hər biri atalarının yas mərasimində iştirak etməklə onun 31 dekabr 2021-ci il tarixdə vəfat etməsindən məlumatlı olsalar da, X1 və X19 mirasdan imtinaya dair ərizələrini atalarının vəfatından bir ildən də artıq bir müddət keçdikdən sonra imzalamışlar.

56. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsindən iddiaçıya düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsində haqlı olmamaqla yanaşı, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni də nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni X17 öldüyü 31 dekabr 2021-ci il tarixə onun birinci növbə vərəsələri övladları İddiaçı, Maraqlı şəxs2, Maraqlı şəxs1, X15, X14, X16 və X8, yəni 7 vərəsədən ibarət olmuşlar.

58. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla iddiaçı ilə yanaşı digər vərəsələrin də vərəsəlik payları müəyyənləşdirilməli və vərəsələrdən hər birinin miras əmlakda 1/7 payı müəyyən edilməlidir.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsində doğru nəticəyə gəlmədiyindən ödənilmiş dövlət rüsumu məbləğinin bütünlükdə iddiaçıya aid edilməsinə dair gəlinmiş nəticə də əsaslı olmamışdır.

60. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-82/2023 nömrəli qətnaməsi X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissələrində ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsindən ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməli, X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsindən İddiaçı, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, X9, X6, X10, X12 hər birinin 1/7 miras payı müəyyən edilməlidir.

61. Məhkəmə kollegiyası hesab edir ki, ümumi iddia tələbinin bir hissəsinin təmin edilməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumunun 50 manatı iddiaçının özünə aid edilməli, 50 manat dövlət rüsumu isə cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisindən alınıb İddiaçı qaytarılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-82/2023 nömrəli qətnaməsi X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qarşı X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsindən ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. X2 miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsindən İddiaçı, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, X9, X6, X10, X12 hər birinin 1/7 miras payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun 50 manatı iddiaçının özünə aid edilsin, 50 manat dövlət rüsumu isə cavabdeh Şəki Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisindən alınıb İddiaçı qaytarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar