Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-456/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi X8 və vəkili X9 iştirakları ilə, İddiaçı Qanuni nümayəndə Oqtay qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Mingəçevir Regional Cavabdeh2 ofisinə qarşı miras əmlakın qəbul edilməsi və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(051)-1693/2021 nömrəli qətnaməsindən iddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi və vəkili X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(051)-1693/2021 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin olunmuş, X4 miras qalmış Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilə dair iddiaçının uşaqları X10 və İddiaçı üçdə bir hissə, Cavabdeh1 üçdə bir hissə və Cavabdeh3 üçdə bir hissə paylarının müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçı Qanuni nümayəndə Oqtay qızı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Mingəçevir Regional Cavabdeh2 ofisinə qarşı miras əmlakın qəbul və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi X18 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Ülviyyə X1 ilə 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 08.01.2000-ci il təvəllüdlü Mətin və Sürayyə adlı əkiz uşaqları olmuşdur. İddiaçı Qanuni nümayəndə ailə qurarkən qayınatası X6 mülkiyyətində olan Mingəçevir şəhəri Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilinə gəlin köçmüşdür. İddiaçı halhazırda da iki övladı ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçının əri Mətləb Məmmədov 2018-ci ilin aprel ayında, qayınatası Zahid Məmmədov isə 02 dekabr 2020-ci ildə vəfat etmişlər. Qaynatasının ölümündən sonra baldızları iddiaçını evdə rahat yaşamağına imkan vermirlər. İddiaçının baldızı Cavabdeh1 atasının ölümündən sonra köçüb həmin mənzildə yaşayır. Halbiki Cavabdeh1 ailə qurduqdan sonra ata evindən köçüb getmiş və eyni zamanda qeydiyyatdan çıxmışdır. İddiaçı övladlarının qanuni nümayəndəsi kimi qayınatasının ölümündən sonra mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddianın təmin olunmasını, X4 miras qalmış Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №li evin 21 №-li mənzilin iddiaçının uşaqları X15 və X11 tərəfindən qəbul olunması və miras payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, miras payların müəyyən edilməsi tələbini qəbul edir., lakin iddiaçının izahatı ilə razı deyil. Miras qoyan Zahid Məmmədov onun atasıdır. Atası 02 dekabr 2020-ci ildə vəfat etmiş, ondan Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzili miras qalmışdır. Atasının ölümündən 10-15 gün sonra iddiaçı və atası miras qalmış həmin mənzilin satılmasını, iddiaçıya ayrı bir mənzil almasını təklif etdilər. O və bacısı bildirdi ki, atasının yas mərasimini yola salsınlar, sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul edib, vərəsəlik şəhadətnaməsi aldıqdan sonra mənzili satarlar. Atasının 3 nəfər övladı olmuşdur- o, bacısı Vüsalə, qardaşı Mətləb, yəni iddiaçının əri. Qardaşı Mətləb atasından əvvəl, 2018-ci ilin aprel ayında vəfat etmişdir. Birinci dərəcəli vərəsələr o, bacısı Vüsalə və vəfat etmiş qardaşı Mətləbin azyaşlı uşaqlarıdır. Onlar mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişlər. Lakin notariat ofisində vərəsəliklə bağlı iddiaçı tərəfindən mübahisə yaradıldığına görə onlara vərəsəlik şəhadətnaməsi verilmədi. Atasından qalmış mirasdan onun da payının müəyyən olunmasını xahiş edir. Cavabdeh3 da digər Cavabdeh1 izahatına uyğun izahat verərək onun da atasından miras qalmış mənzildən payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir Regional Cavabdeh2 ofisinə məhkəmə bildirişi göndərilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi və vəkili X17 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsi vərəsələr arasında miras paylarını müəyyən edərkən AR MM-nin 1299-cu maddəsinin tələblərini pozmuş, vərəsələr arasında miras payını bərabər şəkildə bölməklə qanunsuzluğa və ədalətsizliyə yol vermişdir. Həmin maddənin 1-ci bəndinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. İddiaçı və onun ailə üzvləri uzun müddət, yəni 2008-ci ildə rəsmi ailə qurduqdan sonra miras qoyanla birlikdə yaşamış və ümumi təsərrüfat idarə etmişlər. İddiaçının uşaqları biri oğlan, digəri qız olmaqla ekizdirlər. Artıq yetkinlik yaşına yaxınlaşırlar. İddiaçının uşaqları ilə birlikdə 3 nəfər ailə üzvünün digər yaşayış və ya sığınacaq yerləri yoxdur. Cavabdehlərin isə özlərinə məxsus normal yaşayış evləri və şəraitləri vardır. Onların iddiaçı ilə bərabər paya sahib olaraq miras evdə yaşamasına heç bir zərurət yoxdur. Bu hal tərəflər arasındakı münasibətlərin gərginliyinə də uyğun gəlmir. Hazırki qış şəraiti və tərəflərin mövcud yaşayış evində yaşamaq ehtiyaclarının olubolmaması vəziyyəti də miras əmlakın satılmasını da istisna edir. Hesab edirlər ki, iddiaçının bir ildən çox 11 ilə yaxın müddətdə miras qoyanla birlikdə yaşaması miras qoyana qulluq və qayğı göstərməsi, ev təsərrüfatını birlikdə idarə etməsini, ailə üzvlərinin sayını və müxtəlif cinsdən olmasını, başqa yaşayış yerlərinin olmamasını, miras əmlakın satılması əvəzində yeni yaşayış evi almaq imkanının olmamasını nəzərə alaraq qətnamə dəyişdirilməli, iddiaçıya münasibətdə AR MM-nin 1303-cü maddəsi tətbiq edilərək, iddiaçının üstünlük hüququ təmin edilməlidir. Ona görə də, apellyasiya şikayətini təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(051)-1693/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini və X4 miras qalmış Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 saylı evin, 21 saylı mənzilinə dair iddiaçının uşaqları X10 və İddiaçı dörddə iki hissə, Cavabdeh1 dörddə bir hissə və Cavabdeh3 dörddə bir hissə payları müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi X19 və vəkili X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Mingəçevir Regional Cavabdeh2 ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi və vəkili X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(051)-1693/2021 nömrəli qətnaməsi X4 miras qalmış Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilə iddiaçının uşaqları X3 payı altıda bir hissə və İddiaçı payı altıda bir hissə, onlara mütənasib olaraq Cavabdeh1 payı altıda iki hissə və Cavabdeh3 altıda iki hissə müəyyən edilməklə dəyişdirilməli, qətnamənin qalan – mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzili X6 mülkiyyətindədir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02 dekabr 2020-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X6 vərəsələri arvadı X12, oğlu Mətləb Məmmədov, qızları Cavabdeh3 və Cavabdeh1dır. X20 və oğlu Mətləb Məmmədov vəfat etmişlər. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 28 aprel 2018ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X14 28 sentyabr 1974-cü ildə anadan olmuşdur, atası X16, anası X5r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 xx xxxxxxxx 1978-ci ildə, Cavabdeh1 01 avqust 1976-cı ildə anadan olmuşlar, ataları X16, anaları X5r. İşdə olan nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Qanuni nümayəndə arasında 21 oktyabr 2008-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmışdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2010-cu ildə anadan olmuş X10 və X7 atası X14, anası Qanuni nümayəndədır. İşə əlavə olunmuş Mingəçevir Regional Cavabdeh2 ofisi tərəfindən iddiaçıya göndərilmiş 14 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaşlar olduğuna görə, mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir, məhkəməyə müraciət edə bilərlər. İşə əlavə olunmuş Mingəçevir Regional Cavabdeh2 ofisi tərəfindən məhkəməyə göndərilimiş 10 noyabr 2021-ci tarixli cavab məktubunda göstərilir ki, X4 qalmış mirasa dair notariat ofisində 02.02.2021-ci il tarixdə V-50/2012 saylı vərəsəlik işi açılmışdır. X2 vərəsələri-qızları Cavabdeh1, Cavabdeh3, Qanuni nümayəndə tərəfindən verilmiş ərizəyə əsasən nəvələri İddiaçı və X10 mirası qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1, 1243.2 və 1246-cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1159.1.3-cü maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzili X6 mülkiyyətindədir. Zahid Məmmədov 02 dekabr 2020-ci ildə vəfat etmiş, həmin mənzil miras qalmışdır. İddiaçı miras əmlakdan Mətin və Sürəyya adlı 2 nəfər uşaqlarının, miras qoyanın nəvələrinin paylarının müəyyən olunmasını tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 miras qoyanın övladları, iddiaçının uşaqları isə miras qoyanın vərəsə olacaq oğlunun uşaqlarıdır ki, onların atası Mətləb isə mirasın açıldığı vaxt sağ olmamışdır. Qeyd edilənlərə əsasən həm iddiaçının uşaqları, həm də cavabdehlər birinci növbədə vərəsələridir. Vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasını açılması, ya şəxsin vərəsəlik hüququ əldə etməsi, ya da onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmə qanunvericilikdə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. İş materiallarından görünür ki, tərəflər qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmişlər.İddiaçının uşaqları və cavabdehlər Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçının uşaqları Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən vəfat etmiş atasına çatası paydan bərabər miras almalıdırlar. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin olunmalı, X4 miras qalmış, Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilə dair iddiaçının uşaqları X10 və İddiaçı üçdə bir hissə, Cavabdeh1 üçdə bir hissə və Cavabdeh3 üçdə bir hissə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, miras əmlakdan iddiaçının uşaqları X10 və İddiaçı paylarını birlikdə üçdə bir hissə müəyyən etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakdan hər bir şəxsin payı dəqiq müəyyən edilməlidir. Bu səbəbdən də, iddiaçı Qanuni nümayəndə Oqtay qızının uşaqları X10 və İddiaçı paylarının birgə müəyyən edilməsi düzgün deyildir. X10 və İddiaçı ayrıayrılıqda paylarının müəyyən edilməsi üçün kəsrin məxrəc hissəsi ən kiçik ortaq bölünənə yüksəldilməli və X3 miras əmlakdan payı altıda bir hissə və İddiaçı miras əmlakdan payı altıda bir hissə müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində onun bir ildən çox, 11 ilə yaxın müddətdə miras qoyanla birlikdə yaşaması, miras qoyana qulluq və qayğı göstərməsi, ev təsərrüfatını birlikdə idarə etməsini nəzərə alaraq AR MM-nin 1303-cü maddəsinin tətbiq edilməli olması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göstərilən normanın tələbi bir neçə əmlakın miras qaldığı halda payların müəyyən edilməsi zamanı miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin ev və ya mənzilin onun payına düşməsi üçün üstünlük hüququnu göstərir. Hazırki halda isə, payları müəyyənləşdirilən miras əmlak yalnız Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzil olduğundan və bu səbəbdən də, iddiaçı təklikdə həmin evi pay olaraq ala bilməyəcəyindən mənzilə miras payları qanunvericiliklə müəyyən edilmiş adi qaydada, yəni bərabər şəkildə müəyyən edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, miras əmlakdan iddiaçının uşaqları X10 və İddiaçı paylarını birlikdə üçdə bir hissə müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən iddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi və vəkili X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(051)-1693/2021 nömrəli qətnaməsi X4 miras qalmış Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №li mənzilə iddiaçının uşaqları X3 payı altıda bir hissə və İddiaçı payı altıda bir hissə, onlara mütənasib olaraq Cavabdeh1 payı altıda iki hissə və Cavabdeh3 altıda iki hissə müəyyən edilməklə dəyişdirilməli, qətnamənin qalan – mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi və vəkili X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 2(051)-1693/2021 nömrəli qətnaməsi X4 miras qalmış Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №li mənzilə iddiaçının uşaqları X3 payı altıda bir hissə və İddiaçı payı altıda bir hissə, onlara mütənasib olaraq Cavabdeh1 payı altıda iki hissə və Cavabdeh3 altıda iki hissə müəyyən edilməklə dəyişdirilsin. Qətnamənin qalan – mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-456/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-456/2022
09.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver