Məhkəmə qərarları › İş №2(107)-460/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-460/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-460/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Union Lizinq "Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ daxili lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinə dəyən zərər, sübutetmə yükü, dispozitiv norma, kəsici müddət, ekspertiza) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh vəkili X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli AL-41 saylı Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 may 2016-cı il tarixə 1594,64 AZN əsas, 1177,25 AZN mükafat və həmin günə hesablanmış 733,46 AZN manat dəbbə pulu, 6563 AZN dəymiş zərər, cəmi 10068,35 AZN borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq “Union Lizinq" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Şirkəti ASC ilə Cavabdeh arasında 22 aprel 2014-cü il tarixli AL-41 saylı X4 müqaviləsinə əsasən "xxxx" Şirkəti ASC təsviri bu müqavilədə göstərilən 2013-cü il buraxılışı olan ** PU *** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519514 ban, 0173 mühərrik nömrəli, qara rəngli "Daewoo Gentra" markalı minik avtomobili 12450 manat məbləğinə "xxxx" Şirkəti ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Şirkəti ASC-dən illik 17 % hesablanmaqla 60 ay müddətə hər ay sabit məbləğ olmaqla 309,43 AZN , ümümilikdə isə 18564,93 AZN məbləğində pulu "xxxx" Şirkəti ASC -nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18564,93 manatın 12450 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" Şirkəti ASC -nin mülkiyyətində olan ** PU *** dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra" markalı minik avtomobil 25 may 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərində yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş aktına əsasən avtomobilə 6563 manat ziyan dəymişdir. Lizinq alan Cavabdeh 22 aprel 2014-cü il tarixli AL-41 saylı Daxili Lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 may 2016-ci il tarixə 1594,64 AZN əsas məbləğdən gecikmə 1177,25 AZN mükafat və həmin günə hesablanmış 733,46 AZN manat dəbbə pulu, cəmi 3505,35 AZN borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 sentyabr 2015-ci il tarixdə 310 manat məbləğində olmuşdur. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Ona "xxxx" Şirkəti ASC tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsi ilə (hakim V.Məlikov) iddia təmin edilmiş, Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli Daxilli Lizinq müqaviləsinin ləğv edilməsi, Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 may 2016-ci il tarixə 1594,64 AZN əsas, 1177,25 AZN mükafat və həmin günə hesablanmış 733,46 AZN manat dəbbə pulu, 6563 AZN dəymiş zərər, cəmi 10068,35 AZN borc və 30 manat məbləğində dövlət rüsumu alınaraq “Union Lizinq" ASC- nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Müqaviləyə əsasən Cavabdeh illik 17 % hesablanmaqla 60 ay müddətə hər ay sabit məbləğ olmaqla 309,43 AZN , ümümilikdə isə 18564,93 AZN məbləğində kredit verilməsi barədə razılaşma əldə edilmişdir. Cavabdeh banka olan borcunun ödənilməsi üçün məlumat verilmişdir. Göründüyü kimi Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; "xxxx" Şirkəti ASC ilə Cavabdeh arasında 22 aprel 2014-cü il tarixli AL-41 saylı X4 kredit müqaviləsinə əsasən "xxxx" Şirkəti ASC təsviri bu müqavilədə göstərilən 2013-cü il buraxılışı olan ** PU *** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519514 ban, 0173 mühərrik nömrəli, qara rəngli "Daewoo Gentra" markalı minik avtomobili 12450 manat məbləğinə "xxxx" Şirkəti ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Şirkəti ASC-dən illik 17 % hesablanmaqla 60 ay müddətə hər ay sabit məbləğ olmaqla 309,43 AZN , ümümilikdə isə 18564,93 AZN məbləğində pulu "xxxx" Şirkəti ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18564,93 manatın 12450 manatı əsas məbləğ təşkil edir. Cavabdeh mmüvəqqəti istifadəsinə verilmiş "xxxx" Şirkəti ASC -nin mülkiyyətində olan ** PU *** dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra" markalı minik avtomobil 25 may 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərində yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6563 manat ziyan dəymişdir. Lizinq alan Cavabdeh 22 aprel 2014-cü il tarixli AL-41 saylı Daxilli Lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 may 2016-ci il tarixə 1594,64 AZN əsas məbləğdən gecikmə 1177,25 AZN mükafat və həmin günə hesablanmış 733,46 AZN manat dəbbə pulu, cəmi 3505,35 AZN borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 sentyabr 2015-ci il tarixdə 310 manat məbləğində olmuşdur. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişdir. Ona "xxxx" Şirkəti ASC tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişdir. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərclər iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.3-cü, 442-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 739.1-ci, 470.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə onun məhkəmə iclaslarında iştirakını təmin etməmiş, iddiaçı tərəf onun əlaqə ünvanlarını əlaqə nömrələrini bildiyi halda , bu barədə məhkəməni məlumatlandırmamışdır. İddiaçı tərəf məhkəməyə müraciət etməmişdən öncə ona xəbərdarlıq (Pretenziya məktubu ) göndərmişdir. Lakin bu məktubda onun "xxxx"ASC -yə olan borc məbləğim 3505.35 manat olduğu göstərilsə də, iddia ərizəsində tələb edilən məbləğ 10068,35 manat göstərilmişdir. İddiaçı ilə aralarında lizinq müqaviləsinin 22 aprel 2014- tarixdə bağlandığını və həmin tarixdən etibarən o ödənişlərini yerinə yetirdiyini, lakin iddiaçı onun tərəfindən edilmiş ödənişlər nəzərə alınmadığını göstərmişdir. O aylıq ödəliklərinin icrasını həyata keçirə bilməcəyini anladıqda lizinq obyektinin iddiaçı tərəfə təhvil verilməsini təmin etmişdir. Lizinq obyekti olan, yəni "xxxx" Şirkəti ASC mülkiyyətində olan 2013-cü il buraxılışı olan ** PU *** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519514 ban, 0173 mühərrik nömrəli, qara rəngli "Daewoo Gentra" markalı minik avtomobilinə tərəfindən heç bir zərər yetirilməmişdir, yəni onun istifadəsində olarkən avtomobil tam yararlı vəziyyətdə olmuşdur. Halbuki, iddiaçı iddia edir ki, guya 25 may 2016-cı il tarixdə avtomobil istifadəyə yararsız vəziyyətdə şirkətdə yerləşdirilmiş və qüsür aktına əsasən avtomobilə 6563 manat ziyan dəymişdir. Qüsur aktı onun iştirakı olmadan tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747- 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam hissədə mübahisələndirir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq tam təmin etmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx"Açıq Səhmdar "xxxx" Şirkəti ASC ilə Cavabdeh arasında 22 aprel 2014-cü il tarixli AL-41 saylı X4 müqaviləsinə əsasən "xxxx" Şirkəti ASC təsviri bu müqavilədə göstərilən 2013-cü il buraxılışı olan ** PU *** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA519514 ban, 0173 mühərrik nömrəli, qara rəngli "Daewoo Gentra" markalı minik avtomobili 12450 manat məbləğinə "xxxx" Şirkəti ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Şirkəti ASC-dən illik 17 % hesablanmaqla 60 ay müddətə hər ay sabit məbləğ olmaqla 309,43 AZN , ümümilikdə isə 18564,93 AZN məbləğində pulu "xxxx" Şirkəti ASC -nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18564,93 manatın 12450 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" Şirkəti ASC -nin mülkiyyətində olan ** PU *** dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra" markalı minik avtomobil 25 may 2016-cı il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərində yerləşdirilmişdir. Lizinq alan Cavabdeh 22 aprel 2014-cü il tarixli AL-41 saylı Daxili Lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 may 2016-ci il tarixə 1594,64 AZN əsas məbləğdən gecikmə 1.051,20 manat borcu vardır. Eyni zamanda ekspert rəyi ilə lizinq obyekti olan ** PU *** dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra" markalı minik avtomobilinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5755,0 manat təşkil etdiyi müəyyən edilir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı ziyanla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olsa da iddianın tam rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası ilk olaraq iddia tələbinin əsas borc, faiz və dəbə puluna münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmamışdır. İş materiallarında olan məhkəmə kollegiyası tərəfindən təyin edilmiş, 27 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehin iddiaçıya 25 may 2016-ci il tarixə 1594,64 AZN əsas borc, əsas məbləğdən gecikmə 1.051,20 manat borcu vardır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1594,64 AZN əsas borc, əsas məbləğdən gecikmə 1.051,20 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdehin 1594,64 AZN əsas borc, əsas məbləğdən gecikmə 1.051,20 manat cəmi 2645,84 manat borcu vardır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı tam təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" Şirkəti ASC -nin mülkiyyətində olan ** PU *** dövlət qeydiyyat nişanlı, "Daewoo Gentra" markalı minik avtomobilinə dəymiş ziyanla bağlı aşağıdakıları qeyd edir; Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. MPM-in 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında lizinq hüquq münasibətlərinin yarandığı, müqavilə bağlandıqdan sonra lizinq obyektinin cavabdehə təhvil verildiyi, habelə lizinq obyektinin 25 may 2016-cı il tarixdə zədələnmiş şəkildə iddiaçıya təhvil verildiyi işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı lizinq obyektinə dəymiş zərərə görə pulun ödənilməsi tələbini əsaslı hesab etsə də, həmin tələbin qanuni əsasına ümumiyyətlə istinad etməmişlər. Mülki Məcəllənin qeyd olunan tələbin qanuni əsasını təşkil edən 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması (onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti) riskini lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadığı halda lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məzmunundan görünüyü kimi həmin norma dispozitiv normadır və tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda müəyyən edilmədiyi halda tətbiq oluna bilər. Lakin işə baxmış məhkəmə tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəflər arasında bağlanmış müqavilə normalarına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması barədə qənaətə gəlmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab edir. Bu baxımdan hazırkı mübahisə, həmçinin Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. İstinad olunan maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. İş materialları və iddiaçının iddia ərizəsindən görünür ki, lizinq obyekti 25 may 2016-cı il tarixdə iddiaçıya təhvil verilmişdir. İddia ərizəsi isə məhkəməyə 13 aprel 2018-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəf məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianı lizinq obyektinə dəymiş ziyanın ödənilməsi barədə gəldiyi nəticə əsassızdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq tam təmin etmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 1594,64 AZN əsas borc, əsas məbləğdən gecikmə faizi 1.051,20 manat, cəmi 2645,84 manat pul alınaraq iddiaçıya ödənilməli, iddia ərizəsi qalan hissədə rədd edilməlidir. Ekspertiza xərcləri olan ümumi məbləği 250 manatın 125 manatı iddiaçıdan, 125 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 17 may 2018-ci il tаrixli, 2(039)-1229/2018 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərclərini təşkil edən 250 (iki yüz əlli) manatın 125 (yüz iyirmi beş) manatı iddiaçıdan, 125 (yüz iyirmi beş) manatı isə cavabdehdən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar