Məhkəmə qərarları › İş №2(107)-462/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-462/2024

26.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-462/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X18 ibarət tərkibdə, X37 qızının katibliyi ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tаrixli, 2(014)-933/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X6 ilə X10 01 avqust 1958-ci ildə bağlanmış rəsmi nikahından yeddi uşağı- Yeganə(hazırki iş üzrə iddiaçı), Dürdanə(hazırki iş üzrə cavabdeh), Fərhad(hazırki iş üzrə cavabdeh), Şirin, Fərqanə, Təranə və Mahir doğulmuşdur. X26 03 sentyabr 2001-ci il, X6(bundan sonra- miras qoyan) 25 iyul 2020-ci il, sonuncuların övladları olan Fərqanə 30 iyul 2011-ci il, Təranə 31 may 2012-ci il, Mahir isə 30 mart 2021-ci ildə ölmüşdür. Mingəçevir regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, 2V-376 reyestr nömrəli vəsiyyətnamə ilə müəyyən olunur ki, miras qoyan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızına- hazırki iş üzrə iddiaçıya vəsiyyət etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyanın, evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun və X7, Cavabdeh1 Şirin oğlunun və X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır(iddiaçı bildirir ki, torpaq sahəsinin digər birgə mülkiyyətçiləri olan Şirin, Fərhad və Mahir onun qardaşlarıdır, lakin onların ata adları və digər məlumatları çıxarışda düzgün qeyd olunmayıb). Miras qoyanın qızı Cavabdeh3 xx.xx.2023-cü ildə ərizə ilə notariusa müraciət edərək anasından miras qalmış əmlakdan imtina etdiyini bildirmişdir. Miras qoyanın vərəsəsi(oğlu) X11 arvadı Rəhimova(Məhərrəmova) Sevinc Davud qızı; vərəsə(qızı) X12 uşaqları X40 və X33; vərəsə(qızı) X22 uşaqları X23, X24 və X27 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən X6, X28, Cavabdeh1 Şirin oğlu və X8 ümumibirgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində X3 1/4 hissə payının müəyyən olunması, miras qoyan X2 miras qalmış ünvan 2 ünvanında yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evinin və həmin ünvanda olan 1/4 hissə torpaq payının yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, X2 miras qalmış ünvan 2 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evindən və 0,06 ha torpaq sahəsində olan 1/4 hissə əmlak payına bütöv şəkildə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci ildə X26 ilə X3 birgə evliliyindən doğulmuşdur. Valideynlərinin ondan başqa X29, Cavabdeh1, Əliyeva (Məhərrəmova) Təranə Əziz qızı, Məhərrəmova (Əsədova) Dürdanə Əziz qızı, Məhərrəmova (Hacıyeva) Fərqanə Əziz qızı, X30 adında, cəmi 7 övladı olmuşdur. X50 03 sentyabr 2001-ci ildə, anası X6 25 iyul 2020-ci ildə, bacısı X36 31 may 2012-ci ildə, bacısı X31 30 iyul 2011-ci ildə, qardaşı X30 30 mart 2021-ci ildə, qardaşı X29 isə Ukrayna Respublikasında ölmüşdür. X1 ünvan 2 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evi və X29, Cavabdeh1 Şirin oğlu və X25 ilə ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi miras qalmışdır. X17 08 iyun 2020-ci ildə ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını ona vəsiyyət etmişdir. Miras əmlak onun idarəçiliyində və sahibliyindədir. O, mirasın qəbulu ilə bağlı Ağdaş rayon Notariat Ofisinə müraciət etmişdir. Bununla əlaqədar ona 08 fevral 2023-cü il tarixli məktubla cavab verilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə olduğundan müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməyi təklif edilmişdir. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən X6, X28, Cavabdeh1 Şirin oğlu və X8 ümumibirgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində X3 1/4 hissə payının müəyyən olunması, miras qoyan X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evinin və həmin ünvanda olan 1/4 hissə torpaq payının yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, X2 miras qalmış ünvan 2 ünvanda yerləşən 161,8 kv.metr sahədən ibarət yaşayış evindən və 0,06 ha torpaq sahəsində olan 1/4 hissə əmlak payına bütöv şəkildə onun payının müəyyən olunmasını istəyir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(014)- 933/2023 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia tələbi qismən təmin edilmiş, X2 miras əmlak kimi qalmış ünvan 3 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinin və torpaq sahəsinin İddiaçı vəsiyyət edilməsi nəzərə alınmaqla, o cümlədən İddiaçı və X30 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə, İddiaçı ünvan 3 ünvanında yerləşən 161,8 kv.metr sahəsi olan yaşayış evinə 3/4 hissə payı, X11 1/4 hissə payı, 0,06 hektar olan torpaq sahəsinə İddiaçı 3/16 hissə payı, X11 1/16 hissə (öz payı ilə birlikdə 5/16) payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ünvan 3 ünvanında yerləşən 161,8 kv.metrdən ibarət yaşayış evi mərhum X3 tam mülkiyyətində olmuşdur, 0,06 hektar torpaq sahəsi isə X6, X29, Cavabdeh1 və X11 ümumi birgə mülkiyyətindədir və X6 həmin torpaq sahəsinin dörd mülkiyyətçisindən biridir. X6 bütün əmlaklarını İddiaçı vəsiyyət etmişdir. Lakin onun məcburi pay sahibi olan vərəsələri (X19, X13, X14, X20, X29, Cavabdeh1 və X30) vardır. X4, X13 miras qoyandan (X2) əvvəl vəfat ediblər. X14 notarial ərizə yazaraq öz hüququndan imtina etmişdir. X29 və Cavabdeh1 uzun müddətdir ki, Azərbaycanda yaşamırlar, şifahi əldə etdiyi məlumata görə X5 vəfat etmişdir. X2 miras qalmış torpaq sahəsi və yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə İddiaçı və X30 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh2 isə öz atasından (X30) qalan əşyalara sahiblik etməklə öz atasından mirası faktiki qəbul etmişdir. Eyni zamanda mərhum X6 ölən günədək özünə məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Belə olan halda mübahisə predmeti olan yaşayış evinin 1/2 hissəsi İddiaçı, qalan 1/2 hissəsi isə digər vərəsələrin, eyni zamanda torpaq sahəsi mərhum X3 və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olduğundan X3 payına düşən 1/4 hissəsinin 1/8 hissəsi İddiaçı, qalan 1/4 hissəsi isə digər mülkiyyətçilərin paylarıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151.1, 1159.1.3, 1193, 1243.2, 1243.3, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 107, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə vərəsələrin sayının 7 nəfər olmasına baxmayaraq Böyükxanım Məhərrəmovadan miras qalmış yaşayış evinə 3/4 hissə payı, X11 1/4 hissə payı, 0,06 hektar olan torpaq sahəsinə İddiaçı 3/16 hissə payı, X11 1/16 hissə (öz payı ilə birlikdə 5/16) payı müəyyən etmişdir. Halbuki, Mahir Məhərrəmovun anasından qalan mirası qəbul etdiyi təqdirdə yaşayış evinə İddiaçı 1/2 hissə vəsiyyətnamə üzrə, 1/2 hissə paya münasibətdə isə 6/7 hissədə müəyyən edilməli, X11 payı isə həmin evin 1/2 hissəsindən 1/7 hissə, yəni 1/14 hissə müəyyən edilə bilərdi. 0,06 hektar olan torpaq sahəsinə isə Böyükxanım Məhərrəmovanın 1/4 hissə payında 1/2 hissə vəsiyyətnamə üzrə, qalan 1/2 hissədə payı 6/7 hissədə, Mahir Məhərrəmovun payı Böyükxanım Məhərrəmovadan miras qalmış 1/4 hissədə payından 1/14 hissə olmuşdur. Məhkəmə qanun üzrə vərəsələrin payını vəsiyyətnamə olmasına baxmayaraq Mahir Məhərrəmovun payı kimi bölmüşdür. Məhkəmə maddi hüquq normasını pozaraq Mahir Məhərrəmovun məcburi payını müəyyən edərkən qanun üzrə vərəsələri nəzərə almaqla düşən payın yarısına payını müəyən etməli olduğu halda, qanun üzrə vərəsələrin payını 1/2 hissədə bölərək Mahir Məhərrəmova müəyyən etmişdir. Halbuki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məhkəmə İddiaçı payını qanunsuz olaraq Mahir Məhərrəmovun payının artırılmasına yönəltmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rəhimova(Məhərrəmova) Sevinc Davud qızı izahatında mübahisənin qanuni şəkildə həll edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, miras qoyan ilə X10 01 avqust 1958-ci ildə bağlanmış rəsmi nikahından yeddi uşağı- Yeganə, Dürdanə, Fərhad, Şirin, Fərqanə, Təranə və Mahir doğulmuşdur. X26 03 sentyabr 2001-ci il, miras qoyan 25 iyul 2020-ci il, sonuncuların övladları olan Fərqanə 30 iyul 2011-ci il, Təranə 31 may 2012-ci il, Mahir isə 30 mart 2021-ci ildə ölmüşdür. İddiaçı, qardaşı X15 Ukrayna Respublikasında yaşadığını və orada öldüyünü bildirsə də, sonuncunun ölümünü təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Miras qoyan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızına- hazırki iş üzrə iddiaçıya vəsiyyət etmişdir. Miras qoyandan miras qalmış və hazırki iş üzrə mübahisə predmeti olan əmlaklar bunlardır: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/4 hissəsi. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi miras qoyanla bərabər digər mülkiyyətçilər- Şirin, Fərhad, Mahirin adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Mülki Məcəllənin 214.1-ci maddəsinin tələblərinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan normanın tələbindən çıxış edərək Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 1/4 hissəsi üzərində miras qoyanın payı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, X2 miras qalmış torpaq sahəsi və yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə İddiaçı və X30 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh2 isə öz atasından (X30) qalan əşyalara sahiblik etməklə öz atasından mirası faktiki qəbul etmişdir. Eyni zamanda mərhum X6 ölən günədək özünə məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Belə olan halda mübahisə predmeti olan yaşayış evinin 1/2 hissəsi İddiaçı, qalan 1/2 hissəsi isə digər vərəsələrin, eyni zamanda torpaq sahəsi mərhum X3 və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olduğundan X3 payına düşən 1/4 hissəsinin 1/8 hissəsi İddiaçı, qalan 1/4 hissəsi isə digər mülkiyyətçilərin paylarıdır. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. Məhkəmə bildirir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan vərəsələr Cavabdeh1, Cavabdeh3, X30 və X29 miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Miras qoyanın vərəsələri olan X31(30 iyul 2011-ci il) və X36(31 may 2012-ci il) miras qoyandan əvvəl vəfat etmişlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 1194-cü maddəsinin tələbinə görə, miras qoyanın övladları Fərqanə və Təranə miras açılan vaxt sağ olmadıqlarından onlar məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyil. Çünki qanunvericiliyin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 aprel 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Belə ki, həmin qərarda göstərilir ki,”... Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur... Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur”. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarından görünür ki, miras qoyanın qızı-vərəsəsi Cavabdeh3 06 iyun 2023cü ildə ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiyini bildirmişdir. Beləliklə müəyyən olunur ki, mirasdan imtina qanunla müəyyən olunmuş müddətdə olmamışdır. Yəni miras əmlak 25 iyul 2020-ci ildə açılmasına baxmayaraq mirasdan imtina 2023-cü ilin iyun ayında həyata keçirilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, vərəsənin mirasdan imtinası qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə prossesual qənaət prinsipindən çıxış edərək hesab edir ki, miras qoyan X2 miras qalmış əmlaklara(fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 1/4 hissəsi) vəsiyyətnamə üzrə vərəsə olan iddiaçının 6/10 payı, mirasdan məcburi pay almaq hüququ olan vərəsələr Cavabdeh1, X30, X29 və Məhərrəmova(Əsədova) Dürdanə Əziz qızının hər birinin 1/10 payı müəyyən edilməlidir. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən X6, X28, Cavabdeh1 Şirin oğlu və X8 ümumibirgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində X3 1/4 hissə payı müəyyən olunsun. X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m olan fərdi yaşayış evinin 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1, 1/10 hissəsinə X15, 1/10 hissəsinə X11, 1/10 hissəsinə Məhərrəmova(Əsədova) Dürdanə Əziz qızının payı müəyyən edilsin. X2 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 161,8 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/4 hissəsinin 6/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1, 1/10 hissəsinə X15, 1/10 hissəsinə X11, 1/10 hissəsinə Məhərrəmova(Əsədova) Dürdanə Əziz qızının payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar