Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-463/2022 03.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin-əqdin etibarsız sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı4 və onun vəkili X2, Cavabdeh2 və onun vəkili Vəkil iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40402037, JN 117 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998ci il tarixli, 54 saylı qərarı üzrə ona və digər iddiaçılar İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu Sarıca qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14,59 hektar pay torpaq sahəsi verilmişdir. Həmin mülkiyyətçilərdən İddiaçı3 onun həyat yoldaşı, digər mülkiyyətçilər X10, İddiaçı1 və İddiaçı2 isə uşaqlarıdır. Onlar həmin torpaq sahəsinin 6 hektarını 13 dekabr 2006-cı ildə X1, qalan hissəsi isə özlərinin öztifadəsində qalmışdır. Onlar 14,59 hektar pay torpaq sahəsinın adlarına reyestrdə qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər və bundan sonra həmin torpaq sahəsinin 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmasını bilmişlər. Halbuki, onlar həmin torpaq sahəsinin hər hansı bir hissəsini Cavabdeh2 satmamışlar, bununla bağlı onlarla Cavabdeh2 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2005-ci tarixli, 4Ə-233 nömrəli müqavilədən xəbərləri yoxdur və həmin müqavilədəki imzalar onlara məxsus deyildir. Halbuki, həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi o, və iş üzrə digər iddiaçılar həmin torpaq sahəsinin alqısatqısına dair Cavabdeh2 ilə razılaşmamışlar və ondan həmin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı bir məbləğdə pul almamışlar. Buna görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Həmin imzaların onlara aid olması ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında müvafiq rəy verilsə də, həmin rəylə razılaşmırlar. İddianı müdafiə edir və hesab edir ki, iddiaları əsaslıdır. İddiaları əsaslı olduğundan 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-439/2021 saylı, 15 sentyabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddialarının təmin edilməməsi, iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 126 manatın iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 hazırda mübahisələndirdikləri, yəni etibarsız hesab edilməsini tələb etdikləri müqavilə 31 may 2005-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə bağlanarkən iddiaçılar İddiaçı4 və İddiaçı3 qeyd edilən müqaviləni imzalamışlar və belə bir müqavilənin bağlanmasından 31 may 2005-ci il tarixdə məlumatlı olmuşlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 14 ildən də əvvəl bilmişlər. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən də 14 il əvvəldən iddia müddətinin axımı başlanılmışdır. Həmin vaxtdan 14 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçılar 30 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət etmişlər. İşin bu halı işdə olan ekspert rəyi ilə də müəyyən edilir. İddiaçılar həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh tərəf də iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları iddia müddəti ötürüldüyündən təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 dövlət büdcəsinə ödədikləri 10 manat dövlət rüsumu məbləği onların özlərinə aid edilməlidir. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 126 manat iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3, 29.1, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 373.1, 373.2, 374.1, 375.1, 375.2, 389.1, 389.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40402037, JN 117 sayl torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı üzrə ona və digər iddiaçılar İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu Sarıca qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14,59 hektar pay torpaq sahəsi verilmişdir. Həmin mülkiyyətçilərdən İddiaçı3 onun həyat yoldaşı, digər mülkiyyətçilər X10, İddiaçı1 və İddiaçı2 isə uşaqlarıdır. Onlar həmin torpaq sahəsinin 6 hektarını 13 dekabr 2006-cı ildə X1, qalan hissəsi isə özlərinin istifadəsində qalmışdır. Onlar 14,59 hektar pay torpaq sahəsinın adlarına reyestrdə qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər və bundan sonra həmin torpaq sahəsinin 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmasını bilmişlər. Halbuki, onlar həmin torpaq sahəsinin hər hansı bir hissəsini Cavabdeh2 satmamışlar, bununla bağlı onlarla Cavabdeh2 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2005-ci tarixli, 4Ə-233 nömrəli müqavilədən xəbərləri yoxdur və həmin müqavilədəki imzalar onlara məxsus deyildir. Halbuki, həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi o, və iş üzrə digər iddiaçılar həmin torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə razılaşmamışlar və ondan həmin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı bir məbləğdə pul almamışlar. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Qanunvericiliyin qeyd edilən tələblərindən də göründüyü kimi 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynlərinin bağlaya bilməsi nəzərdə tutulmuşdur. İş üzrə digər iddiaçılar xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi 31 may 2005-ci il tarixdə bağlanarkən onların 14 yaşı tamam olmamış və onlar həmin vaxt yetkinlik yaşlarına çatmamışlar. Buna görə də xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 adından həmin alqı-satqı müqaviləsini onların valideynlərinin bağlamaq hüquqları olmuşdur. İddiaçılar İddiaçı4 və İddiaçı3 da həmin hüquqlarından istifadə edərək uşaqları olan X10, İddiaçı1 və İddiaçı2 adından hazırda mübahisələndirilən 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışlar. Lakin birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə tamamilə yanlışdır. Belə ki, Ailə Məcəlləsinin 55.4-cü maddəsinə Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. İş materiallarından göründüyü kimi xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 adından həmin alqı-satqı müqaviləsini onların valideynlərinin bağlamaq hüquqları olmamış və onların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır. Buradan da göründüyü kimi həmin müqavilə saxtadır və əgər həmin müqavilə həqiqətən də tərəflər arasında bağlansaydı notarius yetkinlik yaşına çatmayan uşaqların adından əqd bağlamaq üçün qəyyumlu hə himayəçilik orqanının razılığını tələb edərdi. Bundan əlavə həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə iclası zamanı Cavabdeh2 izahatında aralarında bağlanmış alqısatqı müqavilənin altındakı imzanın özünə deyil, nümayəndəsi Həmid müəllimə aid olduğunu bildirmişdir. Halbuki, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş və məhkəməyə təqdim edilmiş 4Ə-233 nömrəli notariat işində Cavabdeh2 nümayəndəsi kimi Həmid adlı şəxsin iştirak etməsinə dair hər hansı bir etibarnamənin olduğu müəyyən edilməmişdir. Həmçinin, sonradan Cavabdeh2 vəkili Vəkil həmin müqavilədəki satıcılar qrafasındakı imzaların Mayıl və Esmira tərəfindən icra edilməklə müqavilədəki digər imzanın isə Cavabdeh2 özünə məxsus olduğunu bildirərək Cavabdeh2 bununla bağlı yazdığı ərizəsini məhkəməyə təqdim etsə də, məhkəmə Cavabdeh2 sonradan yazdığı həmin ərizəsində göstərdiklərini deyil, onun məhkəmə iclası zamanı verdiyi izahatında göstərdiklərini daha doğru hesab edir. Buna görə də məhkəmə iş üzrə toplanmış sənədlərə ümumilikdə hüquqi qiymət verərək, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsində alıcı qismində Cavabdeh2 adından çəkilmiş imzanın ona aid olmaması barədə Cavabdeh2 özünün məhkəmə iclası zamanı verdiyi izahatını əsas götürərək, həmin müqavilənin Cavabdeh2 tərəfindən imzalanmaması qənaətinə gəlir. Beləliklə, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin, iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 hazırki tələbləri ilə bağlı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmələrini və cavabdeh tərəfindən iddiaya iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 iddiaları iddia müddəti ötürüldüyünə görə təmin edilməməlidir. Bununla bağlı qeyd edilməlidir ki, işin faktiki halları ilə öz təsdiqini tapır ki, iddiaçılardan xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 adından həmin alqı-satqı müqaviləsininin varlığından məlumatlı olmasından söhbət gedə bilməz. Belə olan halda hazıkı iş üzrə iddia müddətini tətbiqi əsaslı deyil. Belə ki, MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin vaxt iddiaçılar azyaşlı olduğundan və müqavilədə tərəf qismində iştirak etmədiklərində onların həmin vaxt hüquqlarının pozulmasından xəbərləri ola bilməzdi. Digər iddiaçılar İddiaçı4 və İddiaçı3 da həmin müqavilənin mövcudluğundan xəbərləri olmamışdır. Belə ki, onlara verilmiş 15 may 2006-cı il tarixli JN:349 KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəki rayonu 2 nömrəli DNK-nin 13.12.2006-cı il tarixli 4ə-/478 nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçıların mülkiyyətində olan 14,59 hektar torpaq sahəsi satılmış və yerdə qalan 8,59 hektar torpaq sahəsinə onlara 15 may 2006-cı il tarixli JN:349 KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Buradan da görünür ki, 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi saxtadır. Əgər qeyd edilən 8,59 hektar torpaq sahəsi Cavabdeh2 satılsaydı Şəki rayonu 2 nömrəli DNK-da 13.12.2006-cı il tarixli 4ə-/478 nömrəli alqı-satqı müqaviləsi bağlanmazdı. Həmin qeyd edilən dövlət aktı əsasında da mübahisəli torpaq sahəsi bu illər ərzində iddiaçıların istifadəsində olmuş və həmin torpaq sahəsi iddiaçılar tərəfindən idarə edilmişdir. Həmçinin qeyd edir ki, iş materiallarından da görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 12 avqust 2015-ci il tarixdə verilmiş **********99 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Buradan da görünür ki, əgər həmin müqavilə saxta olmasaydı həmin müqaviləni elə həmin tarixdə cavabdeh tərəfindən DƏDRX-nin Şəki Ərazi İdarəsinə təqdim edər və mülkiyyət hüquqlarını qeydə alardı. Buradan da görünür ki, Cavabdeh2 bu illər ərzində həmin torpaq sahəsindən istifadə etməmiş və buna görə də iddiaçıların həmin müqavilənin mövcudluğundan xəbərlərinin olması və buna görə də iddia müddətinin tətbiq edilməsi qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 və onun vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Azərbaycan Respublikası MM-nin 30.1-ci maddəsinəəsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə nəticə olaraq düzgün olsa da, qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşsa da iddianın təmin edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Şəki Rayon Torpaq Şöbəsi tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair KOD 40402037, JN 117 nömrəli, 13712 qeydiyyat nömrəli dövlət akta əsasən, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu Sarıca kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 14,59 hektar pay torpaq sahəsi ayrılmışdır. İddiaçı4, İddiaçı3 və X10 ilə Cavabdeh2 arasında bağlanmış, Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı4, İddiaçı3 və X4 Rayon Torpaq Şöbəsi tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş 13712 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 14,59 hektar torpaq sahəsinin 9 (8,5925) hektarını Cavabdeh2 oluna satmışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 12 avqust 2015-ci il tarixdə verilmiş **********99 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə X9 arasında bağlanmış 23 may 2018-ci il tarixli daşınmaz əmlakın bağlanması müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan bir çox torpaq sahələrini, o cümlədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 12 avqust 2015-ci il tarixdə verilmiş **********99 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsini X5 bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 01 iyun 2018-ci il tarixdə verilmiş **********99 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi X3 adına qeydə alınmışdır. Hazırda iddiaçılar İddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki şəhər 2 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması barədə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini iddiaçıların iddia müddətini ötürməsi səbəbilə təmin etməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadan iddia tələbini iddia müddətini tətbiq edərək, təmin etməmişdir. Eyni zamanda kəsici müddətə istinad etmişdir. Halbuki birinci instansiya məhkəmə iddia ərizəsinə kəsici müddətə istinad etməklə qiymət verməli olduğu halda qiymət verməmiş, nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Əqdin mübahisələndirilmiş hesab olunması üçün mübahisələndirmə ilə bağlı iradə ifadəsinin MM-in 354.2-ci maddəsində nəzərdə tutulan müddətlər ərzində qarşı tərəfə çatmış olması şərt deyildir. Əsas olan odur ki, mübahisələndirməklə bağlı iradə sözügedən müddətlər ərzində ifadə edilmiş olsun. Əqd, müvafiq haqq sahibinin mübahisələndirmə ilə bağlı iradəsini ifadə etdiyi anda deyil, bu iradə ifadəsini qarşı tərəfin öyrəndiyi və ya öyrənməli hesab olunduğu anda etibarsız hesab olunur. Yəni nə qədər ki, mübahisələndirmə ilə bağlı iradə ifadəsi qarşı tərəfə hələ çatmayıb, həmin əqd etibarsız hala gəlmiş olmaz. Hətta mübahisələndirmə ilə bağlı iradə ifadəsi qarşı tərəfə göndərilmiş olmasına baxmayaraq, qarşı tərəf bunu öyrənməmişdən əvvəl mübahisələndirmə haqqı sahibi bu haqqından açıq və ya üstü qapalı şəkildə imtina etdiyini ona (əqdin qarşı tərəfinə) bildirərsə, əqdin etibarlılığı öz mövcudiyyətini davam etdirər. Sözügedən bu müddətlər iddia müddəti olmayıb, kəsici müddətlərdir. Bunun (yəni mübahisələndirmə müddətlərinin kəsici müddət olmasının) səbəbləri və iddia müddətləri ilə olan fərqləri barəsində aşağıdakıları qeyd etmək olar. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi əqdi mübahisələndirə bilmək üçlün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur. İradəsi zədələn¬miş olan şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi, əqdin etibarsız hala gəlməsi üçün zəru¬ri və kafidir. Əqdin etibarsız hala gəlməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti olmadığına görə, sözügedən müddətlərin iddia müddəti olmalarının mümkün olmadığı da özü-özlüyündən anlaşılır. Çünki iddia müddətləri, adın¬dan da məlum olduğu kimi, yalnız məhkəmədə qaldırmaqla təmin oluna bilən tələblər üçün olan bir müddəti bildirir. Mübahisələndirmə ilə bağlı arzu olunan nəticənin əmələ gələ bilməsi üçün isə, məhkəmə qərarına ehtiyac yoxdur. Nəticə etibarı ilə, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlərdir, ancaq kəsici müddətlərin isə, məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. İkincisi, iddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məsələn, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində əlaqədar tərəf əqdi mübahisələndirməyibsə və ya üstün satınalma haqqından (hüququndan) istifadə etməyibsə (MM.m.218.2), artıq əqdi mübahisələndirmək haqqı və ya üstün satmalma haqqı da aradan qalxmış olur. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Yuxanda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40402037, JN 117 sayl torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı üzrə ona və digər iddiaçılar İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu Sarıca qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14,59 hektar pay torpaq sahəsi verilmişdir. Həmin mülkiyyətçilərdən İddiaçı3 onun həyat yoldaşı, digər mülkiyyətçilər X10, İddiaçı1 və İddiaçı2 isə uşaqlarıdır. Onlar həmin torpaq sahəsinin 6 hektarını 13 dekabr 2006-cı ildə X1, qalan hissəsi isə özlərinin istifadəsində qalmışdır. Onlar 14,59 hektar pay torpaq sahəsinın adlarına reyestrdə qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər və bundan sonra həmin torpaq sahəsinin 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmasını bilmişlər. Halbuki, onlar həmin torpaq sahəsinin hər hansı bir hissəsini Cavabdeh2 satmamışlar, bununla bağlı onlarla Cavabdeh2 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2005-ci tarixli, 4Ə-233 nömrəli müqavilədən xəbərləri yoxdur və həmin müqavilədəki imzalar onlara məxsus deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır. Belə ki, işin hallarının obyektiv araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2020-ci il tarixli, 4/196 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 4Ə-233 nömrəli notariat işinin 9-cu vərəqəsində olan 31 may 2005-ci il tarixli, 4Ə233 reyestr nömrəli müqavilənin aşağı hissəsində “İMZALAR 1” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Mayıl” yazısı İddiaçı4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 4Ə-233 nömrəli notariat işinin 9-cu vərəqəsində olan 31 may 2005-ci il tarixli, 4Ə-233 reyestr nömrəli müqavilənin aşağı hissəsində “İMZALAR 2” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Esmira” yazısı İddiaçı3 tərəfindən icra olunmuşdur Ekspertizaya təqdim olunmuş, 4Ə-233 nömrəli notariat işinin 9cu vərəqəsində olan 31 may 2005-ci il tarixli, 4Ə-233 reyestr nömrəli müqavilənin aşağı hissəsində “İMZALAR 1” qrafasındakı imzada və həmin imzanın qarşısındakı “Mayıl” yazısında, “İMZALAR 2” qrafasındakı imzada və həmin imzanın qarşısındakı “Esmira” yazısında qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Belə olduğu halda məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən imzalanmışdır. Yəni iddiaçıların müqavilə barədə artıq müqavilə imzalandığı vaxt məlumatları olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddət ötürülmüşlər. İddiaçı həmçinin apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iş üzrə digər iddiaçılar xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi 31 may 2005-ci il tarixdə bağlanarkən onların 14 yaşı tamam olmamış və onlar həmin vaxt yetkinlik yaşlarına çatmamışlar. xx xxxxxx 1991ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 adından həmin alqı-satqı müqaviləsini onların valideynlərinin bağlamaq hüquqları olmamış və onların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, iddiaçılar müqavilə bağlandığı andan uşaqlarının hüquqlarının pozulmasından xəbərdar olmuş və bununla bağlı ötən 17 il ərzində qanunla müəyyən edilmiş hər hansı bir hərəkəti etməmişlər. Mülki Məcəllənin fiziki şəxslərlə bağlı İİİ fəslinin normalarından göründüyü kimi hazırki iddianın predmetini təşkil edən əqdləri yetkinlik yaşına çatmayanların adından onların valideynləri bağlayır, o cümlədən həmin əqdlərlə bağlı onların pozulmuş hüquqları həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada qorunur. Yəni qeyd edilənlər onu ehtiva edir ki, yetkinlik yaşında olmadığı vaxt şəxsin əmlakı barəsində bağlanılmış əqd üzrə iddia müddətinin axımı şəxsin yetkinlik yaşına çatdığı vaxtdan deyil, onun valideynlərinə, qəyyumuna və himayəçilərinə münasibətdə qanunda göstərilən ümumi əsaslarla davam edir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, qəyyumluq və himayəçilik orqanının razılığının alınmasına ehtiyac yoxdur. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı1 xx.xx.1993-cü ildə anadan olmaqla 2011-ci ildə, İddiaçı2 xx.xx.1995-ci ildə anadan olmaqla 2013-cü ildə, iddiaçı X10 xx.xx.1991-ci ildə anadan olmaqla 2009-cu ildə yetkinlik yaşına çatmışlar və həmin tarixdən sonrakı müddət də ehtimal olaraq əsas götürüldüyü halda da Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddət ötürülmüşdür. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(075)-439/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat iddiaçılar İddiaçı4, İddiaçı3, X10, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-463/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-463/2022
03.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver