Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-464/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun hesabdan silinməsi” tələbinə dair iddiası təmin edilərək «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş abonent (əsas istehlakçı və ya subabonent) qrupuna dair xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt əsasında **********01189 (**********9) saylı abonent kod hesabında qeydə alınmış 1900.00 (bir min doqquz yüz) manat borcun X3 hesabından silinməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya “xxxx” ASC) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, «xxxx» ASC tərəfindən **********9 saylı abonent kod hesabına vurulmuş NDQ seriyalı, 007557 nömrəli akt üzrə 1900.00 (bir min doqquz yüz) manat borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, mərhum nənəsi X3 mirasını faktiki qəbul etməklə Şəki rayonu Oraban kəndində ailəsi ilə birlikdə yaşayır. O, istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəyir. Əslində o, həyat yoldaşı ilə tək qaldığından elektrik enerjisindən çox istifadə etmirlər. O, taxta ustasıdır. Məişətdə istifadə etdiyi əşyaları həyətdə özünə məxsus dəzgahla özü hazırlayır. Həmin dəzgah bir fazada işləmədiyi üçün həyətə üçfazalı naqil çəkdirmişdir. Lakin həmin sex uzun müddətdir ki, işləmir. xx xxxx 2020-ci il tarixdə işıq idarəsinin işçiləri evlərinə baxış keçirərkən yaşadıqları evə məxsus və həmin dəzgahı işlətmək üçün olan sayğaca baxış keçirərkən guya ona müdaxiləni aşkar etmişlər. Həmin vaxt onlara ümumiyyətlə həmin dəzgahdan istifadə etmədiyini bildirmiş, cavabdehin əməkdaşları evə məxsus sayğacı şəbəkədən ayırıb akt tərtib etmişlər. Lakin bir müddət sonra geri qayıdıb əslində səhv etdiklərini, üçfazalı sayğacda müdaxilə olduğunu bildirərək evə məxsus sayğaçı qoşmuş, dəzgaha məxsus sayğacı şəbəkədən ayırıb getmişlər. O, həmin sayğacla heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Adına mövcud olan VÖEN kənd təsərrüfatı təyinatlı olmuş və 3-4 il qabaq dondurulmuşdur. Yəni cərimə yazılan vaxt o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmamış və ya fəaliyyətini hər hansı şəkildə həyata keçirməmişdir. Sonradan işıq idarəsinə müraciət etdikdə ona 1900 manat cərimə yazıldığı barədə məlumat almışdır. O, X2 qaydalarını pozmamışdır. Hesab edir ki, yazılan cərimə də əsassızdır. Ona görə də əsassız hesablanmış akt üzrə məbləğ silinməlidir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (dülgər sexi) X3 adına olmaqla Şəki EŞnin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Qeyd olunduğu kimi xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akt tərtib olunan sayğac Şəki EŞ-nin enerji satış bazasında X3 adına qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X4 aiddir. Məmmədov Mövlam Binyamin oğlunun iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. İddiaçının “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi ilə Şəki Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prosessual normalar pozulmuşdur. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Şəki EŞ-nin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil, kommersiya məhkəməsində qaldırılmalı idi. Bundan başqa xx xxxx 2020-ci il tarixində “xxxx” ASC-nin əməkdaşları R.Osmanov, V.Abdullayev və V.Səmədov tərəfindən Şəki rayonu Oraban kəndində yerləşən iddiaçının istifadəsində olan X5 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı obyektə və fərdi yaşayış evinə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akt tərtib olunmuşdur. Sayğac uçot dəstinə baxış keçirilərək nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq-aşkar öz əksini tapır. Həmçinin, çəkilmiş həmin video görüntüdə iddiaçı kənar xətdən istifadə etdiyini etiraf edir. Bundan sonra xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akta əsasən “xxxx” ASCnin Akt komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 365 gün üçün 0.xx xxxxxxx 21200 kvts, dəyəri 1908.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. “xxxx” ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri «xxxx» ASC apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti nümayəndənin birinci instansiya məhkəməsində verdiyi izahata uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********01189 (**********9) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli aktdan görünür ki, obyektə və fərdi yaşayış evinə elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu aşkar edilmişdir. Abonentin nümayəndəsi kimi qeyd edilmiş Adil Məmmədov aktı imzalamaqdan imtina etmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri M.Abdullayev tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli “Texniki sahələr üzrə tələblər”dən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.xx xxxxxxx 21200 kvts, 1908.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xəttin ləğv edilməsi nəzərdə tutulmuşdur. Şəki şəhər İHB-nin Baş Kəldək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum nənəsi X4 məxsus olan və Şəki rayonu Oraban kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş abonent (əsas istehlakçı və ya subabonent) qrupuna dair xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt əsasında **********01189 (**********9) saylı abonent kod hesabında qeydə alınmış 1900.00 (bir min doqquz yüz) manat borcun əsassız hesab edilərək X3 hesabından silinməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı mərhum nənəsi X3 mirasını faktiki qəbul etməklə Şəki rayonu Oraban kəndində ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları evlərinə baxış keçirərkən yaşadıqları evə məxsus və həmin dülgər dəzgahını işlətmək üçün olan sayğaca baxış keçirərkən guya sayğaca müdaxiləni aşkar etmişlər. Həmin vaxt onlara ümumiyyətlə həmin dəzgahdan istifadə etmədiyini bildirmiş, cavabdehin əməkdaşları evə məxsus sayğacı şəbəkədən ayırıb akt tərtib etmişlər. Lakin bir müddət sonra geri qayıdıb əslində səhv etdiklərini üçfazalı sayğacda müdaxilə olduğunu bildirərək evə məxsus sayğaçı qoşmuş, dəzgaha məxsus sayğacı şəbəkədən ayırıb getmişlər. O, həmin sayğacla heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Adına mövcud olan VÖEN kənd təsərrüfatı təyinatlı olmuş və 3-4 il qabaq dondurulmuşdur. Yəni cərimə yazılan vaxt o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmamış və ya fəaliyyətini hər hansı şəkildə həyata keçirməmişdir. Sonradan cavabdehə müraciət etdikdə ona 1900 manat cərimə yazıldığı barədə məlumat almış və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X2 qaydalarının”: 7.6-cı bəndinə görə, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə görə, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.32-ci bəndinə əsasən, məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti cəkmişdirsə,yaxud elektrik sayğacının göstəririşini təhrif etmək ücün qurğu quraşdırmışdırsa,həmcinin mənzildə quraşdırılmış hesablaşma elektirik sayğacını zədələyərək onu sıradan cıxarmışdırsa və ya sayğacı sxemdən cıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən acmalı və hesablaşma elektirik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət ücün,ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən gostərilən pozuntulara yol verildikdə,X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektirik naqilin cəryan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektirik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, iddiaçının istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının və cavabdeh «xxxx» ASC-nin “Şimal-Qərb” X6 və Satışı İdarəsinin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında və məhkəmə kollegiyasının iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Sayğacın nasaz olması iddiaçının vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu Oraban kəndində yerləşən mənzildə X2 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu ilə əlaqədar “X2 qaydalarının” pozulması əsas götürülərək NDQ seriyalı, 007557 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. İstehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda iddiaçının sayğacdan kənar şəkildə X2 etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa NDQ seriyalı, 007557 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində ”xx xxxx 2020-ci il tarixli, NDQ 007557 saylı akt tərtib olunan sayğac Şəki EŞ-nin enerji satış bazasında X3 adına qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ X4 aiddir, iddiaçının iddia qaldırmaq hüququ yoxdur” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından və iddiçının və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan da müəyyən edilir ki, X7 2003-cü ildə vəfat etmişdir. 2003-cü il tarixdən də cavabdeh təşkilat X3 vəfat etməsini bilmiş, lakin həmin tarixdən indiki tarixədək X7 istehlakçı kimi qeydiyyata alınmış, adına müqavilə bağlamış, ölmüş şəxsin adına bildirişlər göndərmiş, sonda isə xx xxxx 2020-ci il tarixli, NDQ seriyalı, 007557 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilat X3 2003-cü ildə öldüyünü bildiyi halda həmin ünvanda yaşayan və X2 edən iddiaçı ilə yeni müqavilə bağlamamış, onu istehlakçı kimi qeydiyyata alınmışdır. Bundan başqa işdə olan Şəki şəhər İHB-nin Baş Kəldək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, iddiaçı mərhum nənəsi X4 məxsus, Şəki rayonu Oraban kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. İşdə olan Şəki şəhər İHB-nin Baş Kəldək kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən sabiq Oraban kənd sakini mərhumə X3 həqiqi varisidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1152/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-464/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-464/2021
04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver