Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-466/2023 08.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması, icra qeydinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, keçirilmiş hərracın etibarsız sayılması və nəticələrinin ləğv edilməsi tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşı kredit borcu və çəkilmiş xərcin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair (Açar sözlər: Müqavilələrin, hərracın, hərrac protokolunun etibarsızlığı, icra qeydinin, çıxarışın ləğvi, pulun ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24 qızının katibliyi ilə, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M22 №-li 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, 3M-23 №-li 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin ləğv edilməsi, icra qeydinin ləğv edilməsi, əmlakın hərracda satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair ilk iddia ilə, Cavabdeh İddiaçı2 qarşı kredit borcun və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 22 aprel 1997-ci ildə X7 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların bigə nikahlarından 20 mart 2013-cü ildə Tunar adlı bir uşaqları olmuşdur. Birgə qazanclarından 2010-cu ilin iyul ayında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini alqı-satqı yolu ilə almışlar, mənzil iddiaçının əri Zeynal Rüstəmovun adına qeydə alınmışdır. Onlar Rusiya Federasiyasında yaşayırdılar. 2017-ci ildə iddiaçının əri Zeynal Rusiya Federasiyasında İlyas Abdullayevdən 2.000.000 (iki milyon) rubl borc almışdır. Həmin borcla bağlı Azərbaycan Respublikasında İlyasın qardaşı oğlu Cavabdeh ilə iddiaçının qardaşı İddiaçı2 arasında formal olaraq borc müqaviləsi bağlanmışdır. Yəni Cavabdeh İddiaçı2 heç bir borc verməsə də 31 yanvar 2017- ci ildə Ruslan Samirə 60000 (altmış min) manat borc pul verməsi barədə aralarında kredit müqaviləsi bağlanmış, eləcə də həmin gün Ruslan X1 adından qardaşı X9 arasında ipoteka müqaviləsi bağlanmış və birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuşdur. İddiaçının əri də götürmüş olduğu borcdan ayrı-ayrı vaxtlarda ödəməklə, cəmi ******* rublu ödəmişdir. 18 sentyabr 2020-ci ildə iddiaçının əri Zeynal Rüstəmov vəfat etmişdir. Onun ölümündən bir müddət sonra Cavabdeh iddiaçıya zəng edərək mənzili öz adına keçirdiyini bildirərək mənzildən çıxmağı tələb etmişdir. Bundan sonra DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 30 dekabr 2021-ci il tarixli cavab məktubu ilə məlum olmuşdur ki, birgə mülkiyyətdə olan mənzil "xxxx" MMC-nin 73 №-li 22 noyabr 2021-ci il tarixli hərracın yekun protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Cavabdehla İddiaçı2 arasındakı kredit müqaviləsi Samirin bacısının əri X12 əmisi İlyas Abdullayevdən almış olduğu borca görə bağlanmışdır. Həmin borcun çox hissəsi də Zeynal Rüstəmovun sağlığında ödənilmişdir. Lakin cavabdeh R.X13 ölümündən sonra borcun ipoteka predmetinə yönədilməsi üçün tədbirlər görmüş, borcun ödənilən hissəsi nəzərə alınmamışdır. Bundan əlavə ipoteka qoyulmuş mənzil birgə nikah müddətində əldə edilmiş mənzil idi. Mənzilə tutma yönəldilərkən Z.Rüstəmovun vərəsəsi, eləcə də birgə mülkiyyətçi olan İddiaçı1 məlumat verilməmişdir. İddiaçının əri Zeynal Rüstəmov 18 sentyabr 2020-ci ildə vəfat etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Mingəçevir “Asan Xidmət” Mərkəzinin notariat ofisindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, vəfat etmiş Zeynal Rüstəmova məktub göndərilir, ancaq məktubun hansı ünvana göndərilməsi, çatıb-çatmaması, əgər çatmamışdırsa çatmaması səbəbi barədə məlumat yoxdur. Bundan başqa icra qeydi Mingəçevir şəhər icra və probasiya şöbəsinə daxil olandan sonra icra vərəqəsi üzrə ölmüş şəxsin evinin satılması ilə bağlı hərəkətlər həyata keçirilmiş, mənzil qiymətləndirilmiş, hərraca sifariş verilmişdir. Halbuki, “İcra haqqında” qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda icra məmuru qərar qəbul edərək Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüququ varisi ilə əvəz edir. Lakin qanunun bu tələblərinə riayət edilməmiş, iddiaçı vərəsə kimi cəlb olunmamışdır. Eləcə də mənzil hərrac təşkilatı tərəfindən həraca çıxarılanda da iddiaçıya və ya ipotekaya qoyana bildiriş göndərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını, Cavabdeh ilə X9 arasında Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilə dair Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-23 №-li 31 yanvar 2017- ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması, 02 fevral 2017-ci il tarixli ipotekanın qeydiyyatının ləğv edilməsi, Mingəçevir regional “Asan xidmət” mərkzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-1645 №-li qeydə alınmış icra qeydinin ləğv edilməsi, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilin hərracda satılmasına dair "xxxx" MMC tərəfindən 22 noyabr 2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması, əmlakın xx.xx.2021-ci il tarixli qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı2 Cavabdeh iki il müddətinə 60000(altmış min) manat borc pul almışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq borcalan İddiaçı2 bacısının əri X2 mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuş, Zeynal Rüstəmovun qardaşı, etibarnamə üzrə nümayəndəsi X9 ipoteka müqaviləsini imzalamışdır. İddiaçı2 kredit müqaviləsinin şərtlərinə riayət etməyərək kredit borcunu ödəmədiyi üçün ipoteka qoyulmuş mənzil icra qeydinə əsasən hərraca çıxarılmış, mənzil hərracda Cavabdeh özü tərəfindən alınmışdır. Kredit müqaviləsi bağlanan, eləcə də ipoteka predmetinə tutma yönəldilən zaman, hərracın keçirilməsi zamanı qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Həmçinin, 2022-ci ildə kredit və ipoteka müqaviləsini mübahisələndirmək hüquqları bitmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmn Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ona görə də kredit müqaviləsinin əhəmiyyətsiz tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması, icra qeydinin və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, keçirilmiş hərracın etibarsız sayılması və nəticələrin ləğv edilməsi tələbi iddia müddətinin keçməsini tədbiq edərək iddianın rədd edilməsi barədə, həmçinin, qarşılıqlı iddianın təmin olunması, İddiaçı2 kredit müqaviləsi üzrə borcundan ödənilməmiş 4450(dörd min dörd yüz əlli) manat, 2750( iki min yeddi yüz əlli) manat xidmət haqqı pulun və 92,50(doxsan iki manat əlli qəpik) manat pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 nümayəndəsi, Vəkil1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı-cavabdeh İddiaçı2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı1 onun bacısıdır. Bacısı ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2017-ci ilin yanvar ayında Cavabdeh və bacısının əri Zeynal Rüstəmovun qardası Samir Rüstəmov onun yanına gələrək “Asan xidmətə” gedərək müqavilə bağlamaq lazım olduğunu dedilər. O, müqavilə bağlamağa ehtiyat etdiyini bildirsə də ona dedilər ki, sənlik heç bir iş yoxdur. Borc pul X19 adlı adam arasında alınıb-verilir. O da bundan sona müqaviləyə imza etməyə razılıq verdi. Ancaq o, borc verilmiş pulu görməmiş, məbləğini də bilməmişdir. Bacısının ərinin ölümündən sonra ona məlum olmuşdur ki, guya Cavabdeh 60000 manat borc pul alması barədə kredit müqaviləsini imzalamışdır. Həmçinin, ona məlum olmuşdur ki, bacısıgilin yeganə yaşayış evi olan mənzili aşağı qiymətə hərraca çıxarılmış və Cavabdeh həmin mənzili hərracda alaraq öz mülkiyyətinə keçirmişdir. Mənzil dəyərindən aşağı qiymətə hərraca çıxarılmış və alınmışdır. O, cavabdehdən mənzilin özləri tərəfindən satılmasını, borcun ödənilməsini, qalan pulla bacısı üçün torpaq sahəsi və ya bir otaqlı olsun mənzil mənzil almasını xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Qeyd etdiyi kimi onunla Cavabdeh arasında kredit müaviləsi bağlanarkən pul olmamış, müqavilə yalnız görünüş üçün başqa müqaviləni pərdələmək məqsədi ilə bağlanmışdır. Ona görə də hesab edir ki, həmin müqavilə əhəmiyyətsizdir və onunla Cavabdeh arasında Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 saylı 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz tanınmasını xahiş edir. Hərrac qanunu pozmaqla həyata keçirilmişdir. Qarşılıqlı iddia ilə tələb olunan xərc qanunsuz həyata keçirilmiş hərrac ilə bağlıdır. Ona görə də qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, X7 onun qardaşı, ilk iddia üzrə İddiaçı1 qardaşının arvadıdır. Qardaşı ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. X20 İlyas adlı adamdan aldığı borca görə mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair ipoteka müqaviləsi bağlanması üçün ona etibrnamə vermişdir. Həmçinin, həmin borca görə İlyasın qardaşı oğlu Cavabdehla qardaşının qaynı İddiaçı2 arasında kredit müqaviləsi bağlanmalı idi. Ona görə də bu barədə İddiaçı2 da bildirildikdən sonra birlikdə Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinə getmişlər və aralarında 31 yanvar 2017-ci ildə kredit müqaviləsi, eləcə də ipoteka müqaviləsi bağlanmışdır. Qardaşı Zeynal almış olduğu borcun bir hissəsini ödəmişdir. 2020-ci ilin sentyabr ayında qardaşı vəfat etdi. Qardaşının vəfatından sonra Cavabdeh tələbi ilə ipoteka qoyulmuş mənzil hərraca çıxarılmış, hərracda mənzili Cavabdeh almışdır. Mənzilin hərraca çıxaılmasından onun, eləcə də qardaşının arvadının xəbəri olmamışdır. Mənzilin hərracda satılması nəticəsində qardaşının ailəsi evsiz qalmışdır.
8. Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər icra və probasiya şöbəsinin nümayəndəsi X10 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, icra işi onun icraatında olmamışdır. Hazırda Mingəçevir şəhər icra və probasiya şöbəsində işləməyən digər icra məmurunun icraatında olmuşdur. Lakin şöbədə olan icra işindən görünür ki, Mingəçevir regional “Asan xidmət” mərkəzndə notariat ofisinin icra sənədinə əsasən icra tədbirləri görülmüş, ipoteka qoyulmuş mənzil icra məmurunun sifarişi ilə "xxxx" MMC tərəfində qiymətləndirilmiş və mənzil hərraca çıxarılaraq satılmışdır. Hesab edir ki, icra hərəkətləri zamanı qanunun tələblərinə riayət edilmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin notariat ofisinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, işə üçüncü şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür.
10. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsi ilə (M.Kərimova), ilk iddianın qismən təmin olunması, ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız sayılması, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, kredit müqaviləsi tərəflər arasında razılaşma ilə könüllü, tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olaraq bağlanmış və müqavilə notariat ofisində təsdiq edilmişdir. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin təminatı olaraq X7 mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini ipoteka qoymuşdur və tərəflər arasında notariat qaydasında təsdiqlənmiş ipoteka müqaviləsi bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsi bağlanan zaman Z.Rüstəmovla nikahda olan, hazırkı iş üzrə İddiaçı1 razılıq ərizəsi alınmışdır.
12. İcra qeydi Mingəçevir icra və probasiya şöbəsinə göndərildikdən sonra tələbin könüllü icrası barədə borclular İddiaçı2 və X4 bildiriş yazılmışdır. Lakin bildirişdə borcluların poçt ünvanları qeyd edilməmiş və bildirişin ipoteka qoyan Zeynal Rüstəmova göndərilməsini təsdiq edən poçt sənədi işə əlavə edilməmişdir. Ona görə də tələbin könüllü icrası barədə bildirişin borclulara göndərilməsi inandırıcı deyil.
13. Məhkəmə müəyyən etdiyi hallara əsasən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia Cavabdeh ilə İddiaçı2 arasında Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 saylı 31 yanvar 2017- ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, Cavabdeh ilə X9 arasında Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-22 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, ipoteka qeydinin ləğv edilməsi hissəsində təmin olunmamalıdır.
14. Məhkəmə qeyd etmişdir ki, borc verən Cavabdeh ilə borc alan İddiaçı2 arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana iki il müddətinə, xx.xx.2019-cu il tarixə kimi qaytarmaq şərti ilə 60000 (altmış min) manat borc pul vermiş, həmin borcun ödənilməsi təminatı olaraq Cavabdeh, X7 və İddiaçı2 arasında 31 yanvar 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, Z.Rüstəmovun mülkiyyətində olan Mingəçevir şəhəri Üzeyir Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipoteka qoyulmuşdur. İpoteka müqaviləsinin 9.2-ci bəndində göstərilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 38.1-ci maddəsində göstərilir ki, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Kredit müqaviləsi üzrə götürülmüş öhdəlik borc alan tərəfindən yerinə yetirilmədiyinə, 60000 manat kredit borcu müqavilədə göstərilən müddətdə ödənilmədiyinə görə ipoteka saxlayan ipoteka predmetinə, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönəldilməsi haqqında icra qeydi verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş, 30 dekabr 2020-ci ildə kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə ödənilməmiş 60000 manat kreditin ödənilməsi üçün X4 məxsus, ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönədilməsi barədə icra qeydi verilmişdir. Məhkəmə hesab etmişdir ki, notariusun icra qeydinin verilməsi zamanı qanunun tələbləri pozulmamışdır, ona görə də ilk iddia Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönədilməsi barədə Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinin 30 dekabr 2020- ci il tarixli icra qeydinin ləğv olunması tələbinə dair hissədə də təmin olunmamalıdır.
15. Məhkəmə qeyd etmişdir ki, işdə olan ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin qiyməti ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 60000 (altmış min) manat müəyyən edilmişdir. Lakin ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka qiyməti qeyd edilmiş olsa da tərəflərin razılığı olmadan icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmetin yenidən qiymətləndirilərək qiymət 55000 manat müəyyən edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş "xxxx" MMC hərrac təşkilatının ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərrac keçirilməsinə dair sənədlərə əlavə edilmiş “açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, hərracın keçirilməsi vaxtı, tarixi, yer barədə sifarişçiyə, tələbkara və borclulara bildiriş yazılmışdır. Lakin bildirişin boclu-ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədi sənədlərə əlavə olunmamışdır. Həmçinin, “İpoteka haqqında” qanunun 36.1-ci maddəsində göstərilmiş müddətlər (5 təqvim günü və 3 təqvim günü) ölkə daxilində göndərilmiş bildirişlər üçün nəzərdə tutulmuşdur. İş materiallarından isə məlum olmuşdur ki, ipoteka qoyan-borclu Zeynal Rüstəmov ölkə daxilində yaşamamışdır və qeydiyyatda olmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, hərracın keçirilməsinə dair sənədlərə əlavə olunmuş "xxxx" MMC-nin 22 noyabr 2021-ci il tarixli 43 №-li protokolundan görünür ki, hərracda 2 nəfər-X8 və tələbkar Cavabdeh iştirak etmişdir. Tələbkar 55500 manat təklif etməklə X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilin qalibi olmuşdur. Qeyd edilən sənədlərə əlavə olunmuş "xxxx" MMC-nin direktoru X16 ilə Cavabdeh arasıda bağlanmış “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilədə göstərilir ki, “təşkilatçı” daşınmaz əmlakı, X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini alıcının tam mülkiyyətinə verilməsi, alıcı isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməsi öz öhdəsinə götürür. Ödəniş forması köçürmə ilə və ya nəğd ola bilər. Lakin ödənişin köçürmə ilə və ya nəğd yolla icra olunması barədə sənəd hərrac sənədlərinə əlavə olunmamışdır.
18. Məhkəmə iş materiallarını araşdırıb hesab etmişdir ki, ilk iddia ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılmalıdır.
19. Məhkəmə, həmçinin, hesab etmişdir ki, ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərrac “İpoteka haqqında” qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyinə görə hərrac etibarsız hesab edildiyi üçün hərracın keçirilməsi ilə əlaqədar ödənilmiş 2750 manat, kredit müqaviləsi üzrə ödənilməmiş 4450 manat və dövlət rüsumu kimi ödənilmiş 92,50 manat pul tələbinə dair qarşılıqlı iddia təmin olunmamalıdır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 331.1, 354.1, 389.1, 390.1, 405.1, 406.1, 416.1, 416.2-ci maddələri, Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli” qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli” qərarı, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 10.1, 10.2, 36.1, 37.1, 38.2, 43.3, 47-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
21. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəf apellyasiya şikayətləri vermişlər.
22. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ipoteka müqaviləsi bağlanan zaman İddiaçı1 razılıq verməmişdir. Müqavilənin bağlanmasından isə 30 dekabr 2021-ci il tarixli DƏDRX-nin 17 sayıl Ərazi İdarəsinin məktubuna əsasən xəbərdar olmuşdur. Heç bir icra hərəkətində onun adı keçməmişdir və ona hər hansı məlumat verilməmişdir.
23. Zeynal Rüstəmov 18 sentyabr 2020-ci ildə vəfat etməsinə baxmayaraq «Notariat haqqında» Azərbaycan Respublikası qanunun 76- cı maddəsinin tələbləri pozulmaqla icra qeydi verilmişdir. Halbuki, qanunun tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
24. Mingəçevir Asan Xidmət Mərkəzinin Notariat Ofisindən 07 fevral 2022-ci ildə onlara ünvanlanmış məktubdan görünür ki, vəfat etmiş Zeynal Rüstəmova məktub göndərilməsi barədə qəbz vardır, ancaq məktubun hansı ünvana göndərilməsi bilinmir,çatması barədə isə məlumat yoxdur.
25. Məhkəmə ancaq formal mülahizə yürüdərək iddianı tam təmin etməmişdir. Halbuki, tərəflərin verdiyi izahatları çəkişmə prinsipinə əsasən təhlil etməklə qiymətləndirmək məhkəmənin vəzifəsidir.
26. Odur ki qeyd edilənləri nəzərə alaraq, Mingəçevir şəhər məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsini ləğv edilməsi, iddianın təmin edilməsini xahiş edir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çıxarılmış qətnamə prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul edilmiş, qanunsuz və əsassızdır.
28. Elektron Məhkəmə Sistemindən görünür ki, ilk iddia 03 mart 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmişdir. 7 ay 4 günə işə baxılmışdır. 12 dəfə məhkəmə iclası keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona etibarnamə vermişdir. Bundan sonra 11 məhkəmə iclası olmuş, bütün iclaslarda da iştirak etmişdir. 1). xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası; 2).xx.xx.2022- ci il tarixli məhkəmə hazırlıq iclası (qarşılıqlı iddia ərizəsi vermişdir); 3).xx.xx.2022- ci il tarixli məhkəmə hazırlıq iclası (iddia müddətinin tətbiqi barədə ərizə vermişdir); 4). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 5). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 6). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 7). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 8). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 9). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 10). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 11). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası; təxir 12). xx.xx.2022- ci il tarixli məhkəmə baxışı iclası-yekun qərar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 172.1.3-cü maddəsinə əsasən digər mübahisələrə dair işlərə 4 ay müddətində məhkəmədə işə baxıb həll edilməsi müddəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 188.1-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir: 188.1.1. işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; 188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; 188.1.3. qarşılıqlı iddia verildikdə; 188.1.4.əlavəsübutlar təqdimvətələb etmək zərurəti yarandıqda; 188.1.5. işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; 188.1.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. 188.3. İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Qarşılıqlı iddia ərizəsi verildikdən sonra məhkəmə iclası 10 dəfə təxirə salınmışdır.
29. Bundan başqa ilk iddia ərizəsindən görünür ki, tələbin bir hissəsi əmlakın hərracda satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbidir. Hərracı keçirən orqan "xxxx" MMC-dir. Yekun məhkəmə qərarı "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir etməklə qəbul edildiyi halda, bu təşkilat üçüncü şəxs qismində məhkəmə iclasına işdə iştirak etməyə cəlb olunmamışdır.
30. Qətnamədə göstərilmişdir ki, iş materailları ilə müəyyən edildi ki, icra qeydi Mingəçevir icra və probasiya şöbəsinə göndərildikdən sonra tələbin könüllü icrası barədə borclular İddiaçı2na və X4 bildiriş yazılmışdır. Lakin bildirişdə borcluların poçt ünvanları qeyd edilməmiş və bildirişin ipoteka qoyan Zeynal Rüstəmova göndərilməsini təsdiq edən poçt sənədi işə əlavə edilməmişdir. Ona görə də tələbin könüllü icrası barədə bildirişin borclulara göndərilməsi inandırıcı deyil. Məhkəmə iclasında ksero surətini təqdim etdiyi, apellyasiya şikayətinə əlavə etdiyi “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş” və poçt sənədi zərfdən görünür ki, ipoteka saxlayan Cavabdeh tərəfindən ipoteka qoyan X2 yaşadığı RF, Sankt-Peterburq şəhəri, Sadovaya küçəsi ev 112-114, mənzil 45 ünvanına bildiriş rəsmi olaraq göndərilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunmuş icra işindən müəyyən olunur ki, 2021-ci ilin yanvar ayında borclu İddiaçı2 icra sənədi imza etdirilməklə təqdim olunmuşdur. Bundan başqa borclu İddiaçı2 izahat verməkdən imtina etdiyi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən akt tərtib olunmuşdur.
31. Tərəflərin razılaşmasına əsasən ipoteka predmeti olan mənzil 2017-ci ilin yanvar ayında 60.000 manat qiymətlədirilmişdir. 2017-ci ilin əvvəllərində Mingəçevir şəhərində o cümlədən başqa ərazilərdə daşınmaz əmlakın qiyməti yüksək olmuşdur. Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 78 №-lievin 30 №-li mənzili 2021-ci ilin ortalarında mənzilin hərraca çıxarılma ərəfəsində bir il yarım davam edən karantin dövrünün ciddi problemlər, maliyyə çətinlikləri yaratdığı dövrdə daşınmaz əmlakın qiymətlərinin aşağı enməsi ilə nəticələnmişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 191 №-li xx.xx.2021-ci il tarixli hesabatında göstərilir ki, Mingəçevir şəhər icra və probasiya şöbəsinin 231626/20-3-8 saylı xx.xx.2021-ci il tarixli sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 78 №-li evin 30 №-li mənzilin qiyməti 55.000 (əlli beş min) manat təşkil edir.
32. Məhkəməyə "xxxx" MMC tərəfindən təqdim olunmuş Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərracın keçirilməsinə dair sənədlərdən müəyyən olunur ki, hərrac qanunvericilin tələblərinə uyğun olaraq keçirilmişdir.
33. Məhkəmə qətnaməsində göstərilir ki, "xxxx" MMC-nin direktoru X16 ilə Cavabdeh arasıda bağlanmış “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilədə göstərilir ki, “təşkilatçı” daşınmaz əmlakı, X4 məxsus Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini alıcının tam mülkiyyətinə verilməsi, alıcı isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməsi öz öhdəsinə götürür. Ödəniş forması köçürmə ilə və ya nəğd ola bilər. Lakin ödənişin köçürmə ilə və ya nəğd yolla icra olunması barədə sənəd hərrac sənədlərinə əlavə olunmamışdır. Hakim həmin nəticəyə gəlməklə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022ci iltarixli, 2(051)-808/2022 saylı qətnaməsini qəbul etməklə işə baxan hakim tərəfindən kredit verən, ipoteka saxlayan, tələbkar, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh konstitsion, mülki prosessual, mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud surətdə pozulmuşdur.
34. Cavabdeh tərəfindən 31 yanvar 2017-ci il tarixdə müqaviləyə əsasən İddiaçı2 60000 (altmış min) manat faizsiz olaraq borc pul verilir. Müqavilənin şərtinə uyğun olaraq borcalan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin müddəti bitdikdən sonra 3 ilə yaxın müddət ərzində borc alan alan tərəfindən borc verənin hüquqları pozulmaqla borcu qaytarmaqdan qərəzli olaraq yayınaraq, ipoteka predmetinin satılmasına maneçilik törədilməsi müəyyən olunur. Bu hərəkətlərlə borc verən Cavabdeh maddi vəziyyətini çətinləşdirir. Məhkəmə qarşılıqlı iddianı təmin etməməklə borc verən Cavabdeh maddi vəziyyətini qərəzli olaraq daha da aşağı salır. Halbuki, qarşılıqlı iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, beş il ərzində 60000 (altmış min) manat puldan gəlir əldə edə bilməmiş, əksinə 4450 (dörd min dörd yüzəlli) manat, 2750( iki min yeddi yüzəlli) manat xidmət haqqı pulun və 92,50(doxsan iki manatəlli qəpik) manat xərcə düşmüşdür.
35. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)- 808/2022 saylı qətnaməsinin ilk iddia üzrə ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-lievin 30 №-li mənzilinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021ci il tarixdə keçirilmiş hərrac, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılması hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması- İddiaçı2 kredit müqaviləsi üzrə borcundan ödənilməmiş 4450 (dörd min dörd yüz əlli) manat, 2750 (iki min yeddi yüz əlli) manat xidmət haqqı pulun və 92,50 (doxsan iki manat əlli qəpik) manat pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir şəhər məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsinin ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, ilk iddianın tam təmin edilməsini, cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş edir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 onun və digər İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir şəhər məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsinin ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, ilk iddianın tam təmin edilməsini, cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş edir.
39. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsinin ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilməsini, hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız sayılması hissəsində də ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
40. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş edir.
41. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin və "xxxx" MMC-nin nümayəndələri heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 337.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3- cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Qərarlar:
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
44. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X25 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
45. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun; 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 44-cü maddəsinə əssən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
46. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 57.3-cü maddəsinə əsasən ipoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
47. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun; 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
48. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın; 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.
49. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun; 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
51. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirirlər. Belə ki, iddiaçılar Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsinin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh isə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətlərinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
54. Belə ki, iddiaçların apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən, yəni ilk iddianın rədd edilmiş icra qeydinin ləğv edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsi üçün, cavabdehin apellyasiya şikayətlərinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qismən, yəni qarşılıqlı iddianın rədd edilmiş kredit borcundan ödənilməmiş pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsi üçün əsasdır.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçıların apellyasiya şikayətlərinin ipoteka müqaviləsi bağlanan zaman İddiaçı1 razılıq verməməsi, müqavilənin bağlanmasından 30 dekabr 2021-ci il tarixli DƏDRX-nin 17 sayıl Ərazi İdarəsinin məktubuna əsasən xəbərdar olması, kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması və ipoteka qeydiyyatının ləğv edilməsinə dair dəlillərini əsaslı hesab etmir.
57. Belə ki, kollegiyanın iclasında müəyyən edilmişdir ki, borc verən Cavabdeh ilə borc alan İddiaçı2 arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana iki il müddətinə, xx.xx.2019-cu il tarixə kimi qaytarmaq şərti ilə 60000(altmış min) mant borc pul vermiş, həmin borcun ödənilməsi təminatı olaraq Cavabdeh, X7 və İddiaçı2 arasında 31 yanvar 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, Z.Rüstəmovun mülkiyyətində olan Mingəçevir şəhəri Üzeyir Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ipotekaya qoyulmuşdur.
58. Eyni zamanda müəyyən edilmişdir ki, kredit müqaviləsi tərəflər arasında razılaşma ilə könüllü, tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olaraq bağlanmış və müqavilə notariat ofisində təsdiq edilmişdir. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin təminatı olaraq X7 mülkiyyətində olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilini ipoteka qoymuşdur və tərəflər arasında notariat qaydasında təsdiqlənmiş ipoteka müqaviləsi bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsi bağlanan zaman Z.Rüstəmovla nikahda olan, hazırkı iş üzrə İddiaçı1 razılıq ərizəsi alınmışdır.
59. Kollegiya qeyd etməyi vacib bilir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur.
60. Beləliklə məhkəmə kollegiyası tərəfindən kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, ipoteka müqaviləsinin etibarsızlığı üçün əsas ola biləcək hallar müəyyən edilməmişdir.
61. Birinci instansiya məhkəməsi ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-16451 nömrə ilə qeydə alınmış icra qeydinin ləğv edilməsinə dair ilk iddia tələbinin rədd edilməsində mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinin 9.2-ci bəndində göstərilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. Kredit müqaviləsi üzrə götürülmüş öhdəlik borc alan tərəfindən yerinə yetirilmədiyinə, 60000 manat kredit borcu müqavilədə göstərilən müddətdə ödənilmədiyinə görə ipoteka saxlayan ipoteka predmetinə, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönəldilməsi haqqında icra qeydi verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş, 30 dekabr 2020-ci ildə kredit müqaviləsinə əsasən müəyyən edilmiş müddətdə ödənilməmiş 60000 manat kreditin ödənilməsi üçün X4 məxsus, ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönədilməsi barədə icra qeydi verilmişdir. Məhkəmə hesab etmişdir ki, notariusun icra qeydinin verilməsi zamanı qanunun tələbləri pozulmamışdır, ona görə də ilk iddia Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzilinə tutma yönədilməsi barədə Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinin 30 dekabr 2020- ci il tarixli icra qeydinin ləğv olunması tələbinə dair hissədə də təmin olunmamalıdır.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin notariusun icra qeydinin verilməsi zamanı qanunun tələblərinin pozulmamasına dair mövqeyi ilə razılaşmır və birinci instansiya məhkəməsi tərəfindən 30 dekabr 2020- ci il tarixli icra qeydinin verilməsi zamanı qanunun tələblərinin pozulmasına dair iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instasiya məhkəməsi icra qeydinin ləğvi hissəsində ilk iddianı təmin etməməklə maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.
63. Belə ki, tərəflər arasında icra qeydinin ləğvi, hərrac protokolunun etibarsızlığı və çıxarışın ləğvi ilə bağlı yaranmış hüquq münasibətləri kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mübahisədir.
64. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə 31 yanvar 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlandıqdan sonra, yəni 19 sentyabr 2020-ci ildə ipoteka qoyan X7 vəfat etmişdir. 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası təmin edilmədiyindən kredit verən və ipoteka saxlayan Cavabdeh 25 noyabr 2020-ci il tarixdə kredit alan İddiaçı2 və ipoteka qoyan X4 ayrı ayrılıqda icra qeydinin aparılacağı barədə bildirişlər göndərmiş, borcun ödənilməsi üçün 20 günlük müddət müəyyən edilmişdir.
65. Məhkəmə Kollegiyası qeyd edir ki, vəfat etmiş şəxsin hüquqi varisləri müəyyən edilərək, icra qeydinin aparılacağı barədə bildiriş onun varislərinə göndərilməməklə yanaşı, X15, Notariat Haqqında Qanunun və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələbləri pozularaq ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ilkin prosedurlara riayət edilmədən birbaşa bu barədə icra qeydinin verilməsinə dair notariat orqanına müraciət edilmiş, notariat orqanı da icra qeydinin verilməsinədək qanunvericilikdə riayət edilməsinin məcburiliyi müəyyən edilmiş tələbləri diqqətə almadan 30 dekabr 2020-ci il tarixli icra qeydini vermişdir.
66. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin tələbindən də göründüyü kimi ipoteka saxlayan icra qeydinin aparılacağı barədə bildirişdən əvvəl ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyanın ünvanına bildiriş göndərməli, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalı, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəfin tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilmək hüququ nəzərə alınmalı, ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutmanın ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialına 30 dekabr 2020-ci il tarixli icra qeydi, onun verilməsi üçün əsas olmuş sənədlər əlavə edilsə də həmin sənədlər arasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş, həmin bildirişin qeydə alınmasına dair ərizə mövcud deyildir və ipoteka saxlayan tərəfindən də bu sənədlər məhkəməyə təqdim edilməmişdir. İpoteka saxlayanın nümayəndəsi (vəkili) tərəfindən elektron qaydada məhkəmə kollegiyasına göndərilmiş, notariat orqanının onun sorğusuna cavab olaraq yazdığı 03 may 2023-cü il tarixli, 915 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən də icra qeydinin verilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş, həmin bildirişin qeydə alınmasına dair ərizənin notariat orqanına təqdim edilmədiyi, bir sözlə ipoteka saxlayan tərəfindən icra qeydinin verilməsinə dair ərizə ilə notariat orqanına müraciət etməsindən əvvəl qanunverilcilikdə riayət edilməsi imperativ olan ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ilkin tələblərə riayət edilməməsi müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra qeydinin verilməsində qanunvericilikdə nəzərdə tutulan tələblərin pozulmaması nəticəsinə gələrkən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-38-ci maddələrinin, Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin və Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinin tələblərini diqqətə almamışdır.
69. Məhkəmə kollegiyası hərracın, hərracın yekunları üzrə alqı-satqının etibarsızlığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla, cavabdehin/qarşılıqlı iddiaçının ilk iddianın təmin edilmiş hissəsinin rədd edilməli olmasına, "xxxx" MMC tərəfindən təqdim olunmuş Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərracın keçirilməsinə dair sənədlərdən hərracın qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsinin müəyyən olunmasına dair dəlilləri ilə razılaşmamaqla qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ilkin prosedurlara riayət edilmədən keçirilmiş hərrac və onun nəticələri etibarlı hesab edilə bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə ipoteka qoyan bununla bağlı ilkin məlumatlandırılmaqla o, qanunvericilikdə ona verilən imkanlar çərçivəsində ipoteka predmetinə tutmanın yönəldilməsinə öz münasibətini bildirmək, bunu zamanında mübahisələndirmək imkanına malik olmalıdır. Bununla yanaşı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi verilməmişdən artıq həyatda olmayan ipoteka qoyanın hüquqi varisləri işə cəlb edilməmiş, beləliklə də onlar hərracın keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmamış, onların ipoteka predmetinə olan gözlənilən mülkiyyət hüquqları pozulmuşdur.
70. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinin tələbindən də göründüyü kimi hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Hansı ki, iş materialı ilə ipoteka qoyana, onun hüquqi varislərinə belə bir bildirişin göndərilməsinə dair poçt sənədinin olması müəyyən edilməmişdir.
71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin qiymətinin ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 60000 (altmış min) manat müəyyən edilməsi, lakin ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka qiyməti qeyd edilmiş olsa da tərəflərin razılığı olmadan icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmetin yenidən qiymətləndirilərək qiymət 55000 manat müəyyən edilməsinə dair mövqeyi ilə razılaşmaqla, cavabdehin/qarşılıqlı 2021-ci ilin ortalarında mənzilin hərraca çıxarılma ərəfəsində bir il yarım davam edən karantin dövrünün ciddi problemləri, maliyyə çətinlikləri yaratdığı dövrdə daşınmaz əmlakın qiymətlərinin aşağı enməsi ilə nəticələnməsi, "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatda mənzilin qiymətinin 55.000 manat təşkil etməsinə dair dəlili ilə razılaşmamaqla qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 60000 (altmış min) manat müəyyən edilməsinə baxmayaraq, həmin qiymətin mübahisələndirilməsi halı müəyyən edilməmişdir.
73. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi ipoteka saxlayan Cavabdeh tərəfindən ipoteka qoyan X2 yaşadığı RF, Sankt-Peterburq şəhəri, Sadovaya küçəsi ev 112-114, mənzil 45 ünvanına bildirişin rəsmi olaraq göndərilməsi, 2021-ci ilin yanvar ayında borclu İddiaçı2 icra sənədi imza etdirilməklə təqdim olunması, borclu İddiaçı2 izahat verməkdən imtina etdiyi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən akt tərtib olunması, əmlakın hərracdan alınmasına dair ödənişin köçürmə ilə və ya nəqd yolla icra olunması barədə sənədin hərrac sənədlərinə əlavə olunmamasına dair nəticəyə gəlməklə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinin tələblərinin pozulmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ilkin prosedurlara riayət edilmədən keçirilmiş hərrac və onun nəticələri etibarlı hesab edilmədiyi halda şikayətin həmin dəlilləri hərracın etibarlı olmasının əsası kimi qəbul edilə bilməzlər.
74. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hərrac potokolunun etibarsız hesab edilməsinin, 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və çıxarışın ləğv edilməsinin təmin edilməməsinə dair mövqeyi ilə razılaşmamaqla qeyd edir ki, iddiaçılar tərəfindən iddia tələbində hərracın, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi xahiş edilməklə yanaşı ünvan 4 ünvanında yerləşən əmlakın hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın 22 noyabr 2021-ci il tarixli 073 №-li protokolunun etibarsız hesab edilməsi, əmlakın alqı-satqısına dair 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi xahiş edilsə də birinci instansiya məhkəməsi həmin tələblərə hüquqi qiymət vermədən, tələblərin həmin hissələri üzrə əlavə əsaslandırma aparmadan ilk iddianın qalan hissədə təmin olunmamasına dair ümumi nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
75. Belə ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
76. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
77. Məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsində İpoteka haqqında, Notariat haqqında, İcra haqqında Azərbaycan Respublikasının Qanunlarının tələblərinin pozulması müəyyən edildiyindən hərracın nəticələrinə dair ünvan 4 ünvanında yerləşən əmlakın hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın 22 noyabr 2021-ci il tarixli 073 №-li protokolunun da etibarlı sənəd kimi qəbul edilməsi mümkünsüzdür və iddiaçılar hərrac protokolunun etibarsızlığını tələb etməkdə haqlı olmuşdur.
78. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsi mümkünsüzdür.
79. Belə ki, “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Azərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi müvqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının müvcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir.
80. İş materialları ilə müəyyən olunmuşdur ki, ipoteka saxlayan Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyanın yaxud onun vərəsələrinin adına hər hansı bir bildiriş göndərilmədiyini, həmin bildirişin qeydiyyata alınmadığını, beləliklə ipoteka saxlayan olaraq qanunvericiliyin sadalanan normalarının pozulması ilə hərracın keçirildiyini, hərrac protokolunun, hərracın nəticələrinə dair müqavilənin imzalanmasını bilirdi və ya ən azından bilməli idi. Hansı ki, sonradan həmin protokol və müqavilə əsasında Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində əmlakın alqı-satqısına dair 13 dekabr 2021-ci il tarixli qeydiyyat aparılmış və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.
81. Kollegiya hesab edir ki, şərh edilənlər nəzərə alınaraq ilk iddia üzrə iddiaçıların Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində əmlakın alqı-satqısına dair aparılmış 13 dekabr 2021-ci il tarixli qeydiyyat və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair tələbləri də əsaslıdır.
82. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə 7 ay 4 günə işə baxılması, 12 dəfə məhkəmə iclası keçirilməsi, qarşılıqlı iddia ərizəsi verildikdən sonra məhkəmə iclasının 10 dəfə təxirə salınması, işə baxılarkən prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 172.1.3-cü maddəsinə əsasən digər mübahisələrə dair işlərə məhkəmədə 4 ay müddətində baxılması, Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən işə baxılmasının müddətinin 2 ay müddətinə uzadılması imkanlarının nəzərdə tutulmasına baxmayaraq, İnsan Hüquqları Üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
83. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilk və qarşılıqlı iddia tələblərinin mövcudluğu, məhkəmə tərəfindən sorğuların verilməsi, proses tərəflərinin ayrı-ayrı vaxtlarda əlavə sübutların, sənədlərin təqdim edilməsi məqsədi ilə məhkəmə iclaslarının təxirə salınmasına dair xahişləri, əsassız təxirə salınma hallarının müəyyən edilməməsi, İnsan Hüquqları Üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri də diqqətə alınaraq məhkəmə tərəfindən işə baxılma müddətinin ötürülməsinin prosessual pozuntu kimi şərh edilməsi mümkünsüzdür.
84. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yekun məhkəmə qərarının "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir etməklə qəbul edildiyi halda, bu təşkilatın üçüncü şəxs qismində məhkəmə iclasına işdə iştirak etməyə cəlb olunmamasına dair dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 57.1-ci maddəsində üçüncü şəxsin cəlb edilməsi imperativ vəzifə olaraq məhkəmənin üzərinə qoyulmamış, qəbul ediləcək qətnamənin tərəflərin hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə onların prosesdə iştirak edə bilmə imkanları nəzərdə tutulmuşdur.
85. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-ni iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməsə də məhkəmə kollegiyası tərəfindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməməklə, yaxud da əlavə müraciət ünvanlamamaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinin məhdudlaşdırılması ilə nəticələnməsinə dair heç bir fikir ifadə etməmişdir.
86. Məhkəmə kollegiyası cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh 2750 manat xidmət haqqı pul və 92,50 manat xərcə düşməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, ipoteka predmeti olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 №-li evin 30 №-li mənzili ilə bağlı hərrac “İpoteka haqqında” qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən, hərrac etibarsız hesab edildiyindən birinci instansiya məhkəməsi həmin hissədə qarşılıqlı iddia tələbini rədd etməkdə doğru nəticəyə gəlmişdir.
87. Məhkəmə kollegiyası cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh borc alan tərəfindən borc verənin hüquqları pozulmaqla borcu qaytarmaqdan yayınması, məhkəmənin qarşılıqlı iddianın 4450 manatını təmin etməməklə haqlı olmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, mülki iş materiallarına əlavə edilən 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc alan İddiaçı2 borc verən Cavabdeh aldığı 60000 manat borcu 31 yanvar 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materialı ilə İddiaçı2 tərəfindən ipoteka predmeti olan əmlakın satışından əlavə 4450 manatın Cavabdeh qaytarılması halı müəyyən edilməklə buna dair hər hansı bir sübut təqdim edilməmişdir.
88. Məhkəmə kollegiyası hesab edir ki, pulun tutulmasına dair icra qeydinin qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi müəyyən edildiyindən, onun ləğvinə dair iddiaçıların tələbi haqlı hesab edildiyindən birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair qarşılıqlı iddia tələbini təmin etməməkdə yanlış nəticəyə gəlmişdir.
89. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin edilməmiş ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-16451 nömrə ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən əmlakın hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın 22 noyabr 2021-ci il tarixli 073 №-li protokolunun etibarsız hesab edilməsi, əmlakın alqısatqısına dair 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməmiş 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcundan ödənilməmiş 4450 manat pulun tutulmasına dair hissələrində ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 və İddiaçı2 ilk iddiaları icra qeydinin ləğv edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və çıxarışın ləğv edilməsi hissələrində, Cavabdeh qarşılıqlı iddiası kredit borcundan ödənilməmiş 4450 manat pulun tutulması hissəsində təmin edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-808/2022 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin edilməmiş ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-16451 nömrə ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən əmlakın hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın 22 noyabr 2021-ci il tarixli 073 №-li protokolunun etibarsız hesab edilməsi, əmlakın alqı-satqısına dair 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməmiş 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcundan ödənilməmiş 4450 manat pulun tutulmasına dair hissələrində ləğv edilsin, həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 ilk iddiaları icra qeydinin ləğv edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və çıxarışın ləğv edilməsi hissələrində təmin edilsin. ünvan 4 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-16451 nömrə ilə qeydə alınmış icra qeydi ləğv edilsin, ünvan 4 ünvanında yerləşən əmlakın hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın 22 noyabr 2021-ci il tarixli 073 №-li protokolu etibarsız hesab edilsin, əmlakın alqı-satqısına dair 13 dekabr 2021-ci il tarixli qeydiyyat və Cavabdeh adına verilmiş çıxarış ləğv edilsin. Cavabdeh qarşılıqlı iddiası kredit müqaviləsi üzrə kredit borcundan ödənilməmiş pulun tutulması hissəsində təmin edilsin. İddiaçı2 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcundan ödənilməmiş 4450 manat pul tutularaq Cavabdeh verilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.