Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-468/2023 12.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçilar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqı-satqısı müqavilələrinə əsasən iddiaçıların mülkiyyətində olan 0,6276 hektar və 1,5695 hektar torpaq sahələrini Cavabdeh satmışlar. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh hər müqavilə üzrə nəzərdə tutulmuş 14500 manat məbləğində puldan 1000 manatını ödəmiş, qalan məbləğləri isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli sazişə əsasən nisyə alqı-satqısı müqavilələri üzrə qalan məbləğlərin cavabdeh tərəfindən ödənilməsi tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarix müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Sonradan iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə göndərərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-2664 saylı və 12 sentyabr 2016-cu il tarixli 4Ə-2665 saylı Daşınmaz əmlakın nisyə alqı-satqısı müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı olmaqla digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəməyə 09 yanvar 2023-cü il tarixdə teleqram göndərərək, xəstə olduğu üçün məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və nisyə alqı-satqısı müqaviləsinin onun iştiakı olmadan ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlara torpaq islahatı aparılan zaman keçmiş Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən Samux Rayonu Sərkar kənd ərazisi hissəsində olmaqla, yəni 0.6279 ha və 1.5695 ha əkinə yararlı torpaq sahəsi xüsüsi mülkiyyətə verilmişdir. Onlar maldarlıqla məşğul olmaq niyyətinə düşmüşlər. Bu məqsədlə 2019-cu ildə X8 ilə öz aralarında sövdələşmə aparmışlar. Sövdələşmə zamanı razılığa gəlmişlər ki, Natiq Məhərrəmova 30.000 manat pul veriləcək, əvəzində ondan 200 baş xırda buynuzlu mal-qara alınacaq və əlavə olaraq mal-qara saxlamaq üçün 30 ha torpaq sahəsi icarəyə götürüləcək. Nəticədə pul vəsaitləri olmadığı üçün xüsusi mülkiyyətdə olan torpaq sahələrinin satılması üçün alıcı gəzmişlər. ünvan 1 ünvanda yaşayan Cavabdeh onların iki hissədə olan 2.1971 (0.6276+1.5695) ha torpaq sahəsini 29.000 manata almaq istədiyini bildirmişdir. Onlar onunla razılaşmış, Gəncə "ASAN xidmət" mərkəzinin notariat ofisində 12 sentyabr 2019-cu il tarixdə hər iki torpaq sahəsinin hər birinə Daşınmaz Əmlakın nisyə alqı-satqısı müqaviləsi bağlamışlar. Hər iki müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 1000 manat pulu İddiaçı1 notarius tərəfindən bankda açılan depozit hesaba ödəyir. Hər bir müqavilə üzrə yerdə qalan 13500 manat, yəni ümumilikdə 27000 manat pulu xx.xx.2021-ci il tarixə kimi bankda açılan depozit hesaba ödəməyi alıcı öhdəsinə götürür. Lakin alıcı tərəf ödənişi xx.xx.2021-ci il tarixə kimi ödəməmişdir. Nəticədə Gəncə "Asan xidmətinin notarius ofisində xx.xx.2021-ci il tarixdə hər iki müqavilənin 5-ci bəndə nəzərdə tutulmuş ödəniş müddəti xx.xx.2022-ci il tarixə kimi ödənilməsi barədə alqı-satqısı müqaviləsinə dəyişiklik edilərək saziş bağlamışlar. X1 alıcıya bir daha izah etmişdir ki, ödənişi depozit hesab vasitəsi ilə həyata keçirməlidir. Alıcı bir daha müqavilənin şərtlərinə əməl edəcəyinə vəd vermişdir. Alıcı Cavabdeh xx.xx.2019cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın nisyə Alqı-satqısı müqavilələrinin şərtlərinə və xx.xx.2021-ci tarixdə bağlanmış sazişin tələbinə əməl etməmişdir. O, ilkin ödənişdən başqa bankda olan depozit hesaba heç bir pul vəsaiti ödəməmişdir və bu barədə müvafiq arayış alınmışdır. Cavabdeh bir alıcı kimi müqavilələrin şərtlərinə və verdiyi vədə əməl etmir. Ondan ödəniş tələb etdikdə hədə-qorxu gəlir. Ona ödəniş barədə rəsmi poçt vasitəsi ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. O, ona pretenziya məktubu vermişdir. Həmin məktubda aydın görünür ki, alıcı müqavilə şərtinə əməl etməmişdir. Bundan əlavə pretenziya məktubunda imza tarixini xx.xx.2022-ci il yazılmışdır və həmin tarixə hələ 10 ay vardır. Bu səbəbdən həmin pretenziya müqavilə şərtinə ziddir və heç bir hüquqi əhəmiyyəti yoxdur. Alıcı Cavabdeh ödənişdən yayınmaq məqsədilə müqavilə şərtinə əməl etmir. Belə ki, o, ödənişi bankda olan depozit hesaba ödəmək əvəzinə 2021-ci ilin aprel ayında İddiaçı2, X5 və İddiaçı3 hər birinə 1000 manat olmaqla cəmi 3000 manat ödəniş etmişdir. Bundan başqa alıcı heç bir ödəniş etməmişdir. Bununla alıcı müqavilənin 5-ci bəndinin tələblərinə əməl etməmişdir. Onlar tərəfindən Daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsində bir satıcı kimi nəzərdə tutulmuş bütün bəndlərə əməl etmişlər. Satıcılar tərəfindən müqavilələrin heç bir bəndinin tələbi pozulmamışdır. Lakin alıcı tərəfin müqavilənin şərtləri pozulmuşdur və bankda olan depozit hesaba heç bir ödəniş edilməmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
7. Əvvəllki məhkəmə iclasında iddiaçı olmaqla digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 izahat verərək bildirdi ki, qonşusu onun və ailə üzvlərinin mülkiyyətlərində olan evi satacağını bilib, həmin evi ona satmağını xahiş etmişdir. Həmin torpağı 30.000 manat satacağını bildirmiş və onlar öz aralarında razılaşmışlar. Ona Asan xidmətə gedib müqavilə bağlamasını istəmişdir. Onlar orada 2 illik nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh orada həmin günü depozitə 2000 manat pul qoymuşdur. Qalan pulu isə hissə-hissə ödəyəcəyini bldirmişdir. Bir il tamam oldu, lakin o heç bir ödəniş etməmişdir. Poçt vasitəsi ilə o uşaqların adına 3000 manat pul göndərmişdir. Sonra yenidən zəng etdi ki, 10.000 manat pul göndərəcək. O ondan həmkin pulu depozitə qoymağını istəmişdir. Lakin o özü gəlmədən pulu verməyəcəyini bildirmişdir. Sonradan o yenidən ona möhlət verməyni istəmişdir. O ona 3 ay müddətinə möhlət vermişdir. Lakin o yenidən öz üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmədən idianın təmin olunaraq müqavilənin ləğv olunmaını xahiş etmişdir. Hzırda cavabdeh tərəfindən pul məbləğinin ödənilməsini qəbul etmir. İddianın təmin edilməsini xahiş etmişdir.
8. Əvvəllki məhkəmə iclasında iddiaçı X4 iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək onun dediklərini təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Əvvəllki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı1 onun qonşusu olmuş, İddiaçı1 özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini satmaq istədiyini bilmiş, həmin torpaq sahəsi almaq üçün ona müraciət etmiş, qarşılıqlı razılıq əsasında 29000 manata Vədadil Qarayevə və onun ailə üzvlərinə məxsus 2 hissədən ibarət torpaq sahəsni ona nisiyyə şəkildə satılmasını razılaşdırmışlar. Bununla bağlı 12 sentyabr 2019cu il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişlər. İddiaçı1 onun ailə üzvləri ilə onun arasında həmin tarixdə 4Ə-2665 saylı, Vədadil Qarayevlə onun arasında isə həmin tarixdə 4Ə-2664 saylı daşınmaz əmlakın nisiyyə alqı-satqısı müqaviləsi imzalanmış, müqvilənin şərtlərinə görə ilkin olaraq 2000 manat Vədadil Qarayevin adına açılmış depazit hesabına köçürmüşdür. Sonradan “Coronavirus” infeksiyasının yayılması ilə işləri zəifləmişdir. Pandemiyanın yayıldığı müddətdə Vədadil Qarayevin oğlanlarının hər birinə poçt vasitəsi ilə 1000 manat olmaqla cəmi 3000 manat pul göndərmişdir. Məhkəmə tərəfindən müddət təyin ediləcəyi təqdirdə müqavilənin icra edilməməsini də kompensasiya etməklə 29.000 manat ödəməyə hazırdır. İddia təmin ediləcəyi təqdirdə həmin torpaq sahəsi ilə bağlı çəkilmiş xərclərinin də nəzərə alınmasını məhkəmədən xahiş edir.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçilar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqısatqısı müqavilələrinə əsasən iddiaçıların mülkiyyətində olan 0,6276 hektar və 1,5695 hektar torpaq sahələrini cavabdehə satmışlar. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh hər müqavilə üzrə nəzərdə tutulmuş 14500 manat məbləğində puldan 1000 manatını ödəmiş, qalan məbləğləri isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli sazişə əsasən nisyə alqı-satqısı müqavilələri üzrə qalan məbləğlərin cavabdeh tərəfindən ödənilməsi tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. Sonradan cavabdeh qalan məbləğdən cavabdehlərə cəmi 5000 manat ödəniş etmişdir. Müqavilələr üzrə nəzərdə tutulmuş müddət başa çatmasına baxmayaraq Cavabdeh qalan məbləği iddiaçılara ödəməmişdir.
11. Məhz iddiaçılar, iddia ərizəsində göstərilmiş müqavilələrin ləğvi üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidirlər. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçıların öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin olunmalıdır.
12. Belə ki, iş materiallarına əlavə edilmiş nisyə alqı-satqısı müqavilələrindən görünür ki, iddiaçılar müqavilə üzrə öhdəliklərinə əməl etmiş və mübahisə predmeti olan torpaq sahələrini cavabdehə satmışlar. Lakin cavabdeh tərəfindən müqavilələrin şərtlərinə əməl edilməsi, həmin müqavilələrdə, eyni zamanda müqavilələrə dair sonradan bağlanmış sazişin şərtlərinə əməl etməsi və qeyd edilən vaxtda ödəməli olduğu pul məbləğini iddiaçılara ödəməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir.
13. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, iddiaçılar İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə- 2664 saylı və xx.xx.2019-cu il tarixli, 4Ə-2665 saylı nisyə alqı-satqısı müqavilələrinin ləğv edilməsi, 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 152, 157, 390, 404, 421, 567, 568, 570, 600 və 646-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4Ə-2664 nömrəli nisyə alqı-satqısı müqaviləsinin surətindən görünür ki, İddiaçı1, ona məxsus Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 0,6276 hektar olan torpaq sahəsini Cavabdeh 14500 manat satmış, alıcı Cavabdeh, müqavilənin şərtlərinə uyğun olaraq həmin məbləğin 1000 manatını İddiaçı1 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 13500 manat məbləği isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
16. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4Ə-2665 nömrəli nisyə alqı-satqısı müqaviləsinin sutərindən görünür ki, İddiaçı1, X4, X2, İddiaçı2 və İddiaçı3, onlara məxsus Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 1,5695 hektar olan torpaq sahəsini Cavabdeh 14500 manat satmış, alıcı Cavabdeh, müqavilənin şərtlərinə uyğun olaraq həmin məbləğin 1000 manatını İddiaçı1 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 13500 manat məbləği isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götümüşdür.
17. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli sazişdən görünür ki, tərəflər aralarında bağladıqları xx.xx.2019-cu il tarixli, 4Ə-2664 nömrəli nisyə alqı-satqısı müqaviləsinin 5-ci bəndinə dəyişiklik edərək qalan məbləğin ödənilməsi müddətini xx.xx.2022-ci il tarixədək müəyyən etmişlər.
18. İş materiallarında olan İddiaçı1 tərəfindən Cavabdeh ünvanlanmış 06 yanvar 2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı1 nisiyə alqı-satqı müqaviləsi üzrə borcu ödəmədiyi üçün müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırdığı ilə bağlı xəbərdar etmişdir.
19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ona satıldıqdan sonra orada müxtəlif meyvə ağacları əkmişdir. 2020-ci ildə dəfələrlə qalıq borc məbləğini ödəmək istəsə də cavabdehlər, xüsusilə İddiaçı1 bunun qarşısını almışdır. Belə ki, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar sonununcun yaşı 65-dən yuxarı olduğundan o notariusa gəlməmiş və ödəniş prosesində iştirak etmədiyindən ödənişin depozit hesaba ödənilməsi mümkün olmamışdır. Dəfələrlə onun tərəfindən cavabdehlərə pretenziya məktubları göndərilərək ödəniş edilməsi üçün notariusa və banka dəvət edilsələr də, sonuncular onun çağırışlarına gəlməmişlər. Eləcə də, 2020-ci ildən mübahisə predmeti olan torpaq sahəsindən və həmin sahədə yerləşən bağdan cavabdehlər istifadə etməklə həmin bağdan gəliri onlar əldə etmişlər. Onu isə həmin torpaq sahəsinə buraxmamışlar. Sonradan Vədadil ona bildirmişdir ki, onların ödənişin əldə edilməsindən yayınmalarına səbəb həmin sahəni daha böyük qiymətə satmaqdır. Əgər bu xüsusda razılaşma əldə olunsa sahəni ona təhvil verə və ödənişin edilməsi üçün lazimi çağırışlara gələ bilərlər. O isə buna etiraz etmişdir. Hətta məhkəmə prosesində də dəfələrlə qalıq borc məbləğini ödəməyə hazır olduğunu bildirmişdir, lakin cavabdehlər həmin pulu almaqdan imtina etmişlər. Bu səbəbdən də məhkəmənin onun müqavilə üzrə öhdəlikləri icra etməməyilə bağlı gəldiyi qənaət yanlışdır. Ona müqavilə üzrə öhdəlikləri icra etmək üçün şərait yaradılmamışdır.
21. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)- 66/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
24. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 567-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 568-ci maddəsinə əsasən satıcı alqı-satqısı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqısı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 570-ci maddəsinin tələblərinə əsasən əgər alqı-satqısı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Nisyə alqı-satqı müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf – satıcı mülkiyyətində olan (daşınmaz) əmlakı alıcının mülkiyyətinə verməklə, müqavilədə nəzərdə tutulan satış məbləğindən, digər tərəf – alıcı aldığı əmlakı (sahəni) öz məqsədləri üçün istifadə edib, gəlir əldə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Göründüyü kimi, Cavabdeh müqavilələr üzrə müəyyənləşdirilmiş məbləğdən cavabdehlərə cəmi 5000 manat ödəniş etmiş, müqavilələr üzrə nəzərdə tutulmuş müddət başa çatmasına baxmayaraq qalan məbləği iddiaçılara ödəməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi şərh olunmuş hüquq normalarına əsasən tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi haqqında iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyatorun göstərdiyi halalr işin materialları ilə təsdiq olunmur. Apellyator göstərdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-66/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev