Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-469/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ”qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1659/2020 nömrəli qərardadından İddiaçı qız tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1 ayrı-ayrılıqda çıxış edərək iddianı müdafiə etdiklərini bildirdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, hazırkı tələb iddiaçı tərəfindən 2019-cu il tarixdə irəli sürülmüş, məhkəmə tərəfindən baxılaraq iddia qismən təmin edilmiş və qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 1659/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icrааtınа xitаm verilmişdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1659/2020 nömrəli qərardadından iddiaçı şikayət verərək qərardadın ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi ilə baxılan predmetlə hazırkı iddia predmetinin fərqli-fərqli mahiyyəti var. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1659/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi X1 şikayətinin təmin edilməsi və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)- 1659/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1659/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1659/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, İddiaçı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1011/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Göstərilən hаllаr nəzərə аlınаrаq işin icrааtınа xitаm verilməlidir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1011/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ona və ailə üzvlərinə məxsus Şəki şəhər 125-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh tərəfindən 0.50 sm. enində, 16 m. uzunluğunda bünövrə qazaraq beton töküb bərkitmə işi aparması, ona məxsus torpaq sahəsi ilə heç bir ara məsafəsi saxlamadan sərhəddə qeyri-qanuni inşa etdirdiyi yaşayış evinin sökülməsi, yolun hərəkət hissəsində qeyri-qanuni zəbt etmiş ərazidəki altıaçığın sökülməsi, bura döşənmiş beton piltələrin sökülməsi və hərəkət hissəyə aid yola əkilmiş ağacların təmizlənməsi” tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə (beton) işlərinin sökülməsi qət edilmiş, iddia qalan hissədə, o cümlədən yaşayış evinin sökülməsi hissədə təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya və kassasiya şikayətləri verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1011/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə işin icrааtınа xitаm verilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-1659/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-469/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-469/2021
28.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver