Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-472/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X5 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)- 165/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxır İşin halları İddiaçı digərləri ilə birlikdə Ucar rayonu, Qazyan kəndində yerləşən 19 noyabr 2020ci ildə qeydiyyata alınmış 0.32 ha torpaq sahəsindəki 173.2 kvm fərdi yaşayış evi vardır. Həmin evdən Cavabdeh azyaşlı uşağı ilə birlikdə istifadə hüququ məhkəmə qaydasında təmin edilmişdir. İddaçı onların Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evindən 3600 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini istəyir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evindən 1800 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 06 sentyabr 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 30 dekabr 2007-ci il tarixdə Ağamir və 02 dekabr 2009-cu il tarixdə Elmir adlı övladları anadan olmuşdur. Evliliklərinin ilk vaxtlarında cavabdehlə mehriban yaşasalar da, sonradan həyat yoldaşının xasiyyətində ailəsinə qarşı laqeyidlik yaranmış, bu səbəbdən onlar ayrılmaq məcburiyyətində qalmışlar. Ucar Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, 02 dekabr 2009-cu il təvəllüdlü X6 onun himayəsində, 30 dekabr 2007-ci il təvəllüdlü X3 isə cavabdehin himayəsində qalması, 30 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat pulun ondan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh ona qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(063)-645/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdeh himayəsində olan Ağamirlə birlikdə mülkiyyətində olan Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda sözügedən evin bütün kommunal xərclərini o, ödəyir. Cavabdehlə bir yerdə yaşamaqları mümkün deyildr. Çünki nikahda olduqları müddətdə hər gün mübahisələri yaranmışdır, məhz bu səbəbdən nikahları pozulmuşdur. Bu da onun öz mülkiyyətində olan fərdi yaşayış evində sərbəst yaşamasına, xüsusən də, psixologiyasının pozulmasına ciddi təsir göstərmişdir. Ona görə də hesab edir ki, Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cavabdehə 1800 manat məbləğində kompensasiya ödənilməklə Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Təklif etdiyi kompensasiya ilə cavabdeh müəyyən müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzldə ümumən yaşadığı dövrü nəzərə aldıqda ağlabatan dövr kimi qəbul edilə bilər. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdır və yaşayış sahəsindən istfadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmr. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 1800 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Belə ki, cavabdehin yaşadığı Qazyan kəndi rayon mərkəzindən 7 km məsafədə yerləşir. Həmin kənd şəhər mərkəzindən uzaq məsafədə yerləşdiyi üçün evlərin bazar dəyəri, eləcə də krayə haqqı rayon mərkəzinə, eləcə də rayon mərkəzinə daha yaxın digər kəndlərə münasibətdə ucuzdur. Cavabdehin yaşadığı evə oxşar şəraitdə olan evin Qazyan kəndində 1 aylıq kirayə haqqı 40-50 manat təşkil edir. Kirayə haqqı aylıq 50 manat hesabı ilə götürüldükdə 3 il üçün 1800 manat təşkil edir. Mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddialara məhkəmələr tərəfindən baxılarkən, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə keçirilmiş rəylə razıdır, təkrar və ya əlavə ekspertiza keçirilməsini tələb etmir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə nikahları 06 sentyabr 2007-ci ildə qeydiyyata alınmışdır, birgə nikahdan iki uşaqları doğulmuşdur. Məhkəmənin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, qarşılıqlı razılığa görə oğlu Ağamir onun himayəsində, digər oğlu Elmir isə iddiaçının himayəsində saxlanılmışdır. Həmçinin, məhkəmənin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə oğlu Ağamirlə birlikdə hazırkı iş üzrə iddiaçının yaşadığı evə köçürülməsi qət edilmişdir, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Hazırda iddiaçının təklif etdiyi kompensasiya ilə razı deyildir, oğlu Elmirlə birlikdə davamlı surətdə yaşamaqları üçün kifayət deyildir, həmçinin, hazırda o, uşaqlarına baxır, iddiaçıya heç bir maneçilik törətmir, oğlu Ağamir hazırda xəstədir, təklif etdiyi kompensasiya ilə uşağının müalicəsini təmin edə bilər. İddiaçı bir otaqlı mənzililin dəyərini ödəyərsə bununla razılaşa bilər. Həmin 1 otaqlı evdə uşağı ilə birlikdə yaşamaqları mümkündür. Cavabdehin vəkili məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır və qanunsuzdur, iddiaçı həmin iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil, qeyd olunan ev paylı mülkiyyətdədir, digər mülkiyyətçilərin razılığı ilə üçüncü şəxsə qarşı iddia qaldıra bilər, ev naturada bölünmədiyindən iddiaçı cavabdehin evn hansı hissəsindən çıxarılmasını göstərməmişdir. İddia ərizəsində 3 il ağlabatan müddət kimi göstərilmişdir. Cavabdehin himayəsində olan uşağı ilə birlikdə oxşar şəraiti olan evdə həmin kompensasiya müqabilində yaşamağı mümkün deyildir. Cavabdeh uzun müddət kirayədə yaşaması da mümkün deyildir. Cavabdeh işləmir və himayəsində xəstə uşağı vardır. İddia ərizəsində iddiaçı kirayə haqqının 40-50 manat olduğunu göstərsə də ekspert rəyində kirayə haqqının 80-100 manat olduğu göstərilmişdir. Həmçinin, aylıq kirayə haqqının artması da mümkündür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 06 sentyabr 2007-ci il tarixdə nikahlarını bağlamışlar, cavabdeh iddiaçının qeydiyyatda olub yaşadığı Ucar rayonu, Qazyan kəndində yerləşən evə ailə üzvü kimi köçmüşdür, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 30 dekabr 2007-ci ildə Ağamir və 02 dekabr 2009-cu ildə Elmir adlı övladları anadan olmuşlar. Ucar Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(063)-44/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə X11 arasında olan nikah pozulmuş, boşanmadan sonra 02 dekabr 2009-cu ildə doğulmuş X6 İddiaçı yanında və 30 dekabr 2007-ci ildə doğulmuş X3 cavabdeh X7 yanında qalmaları qət edilmişdir. S.Məmmədova evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Ucar Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(063)-645/2020 nömrəli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan uşağı-30 dekabr 2007-ci ildə doğulmuş X10 ilə birlikdə cavabdeh İddiaçı yaşadığı və qeydiyyatda olduğu Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda isə iddiaçı cavabdehlə birgə yaşamaqlarının mümkünsüz olduğuna görə cavabdehə kompensasiya verilməklə yaşayş sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırkı iddia üzrə cavabdehin və uşağı Ağamir Aslanovun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə evə köçürülməsi qət edilmişdir, həmin fərdi yaşayış evi iddiaçının və digər şəxsin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmışdır, hazırda fərdi yaşayış evinin mülkiyyətçilərindən olan hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyətdə olan yaşayış sahəsindən cavabdehin istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tələb etmişdir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam veriməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir, buna görədə iddiçının təklif etdiyi kompensasiya cavabdehin və himayəsində olan uşağının davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib deyildir və yetərli deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququına xitam verilməsi tələbi barədə iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, yəni 300 manat məbləğində pul iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)-165/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiasının təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, m/h:AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 222.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Qəzyan kəndində 0,32 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 173.2 kv.m olan fərdi yaşayış evi üzrə X2 1/6 hissə torpaq sahəsində, X1 1/2 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsində, Bağırova Hicran Tahir qızının 1/6 hissə torpaq sahəsində və İddiaçı 1/2 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsində payları olmaqla daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində 19 noyabr 2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(063)-44/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X11 arasında bağlanılmış və 06 sentyabr 2007-ci il tarixdə Ucar rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 203 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 02 dekabr 2009-cu ildə doğulmuş X6 İddiaçı yanında və 30 dekabr 2007-ci ildə doğulmuş X3 cavabdeh X7 yanında qalmaları, 08 avqust 2019-cu il tarixdən başlayaraq İddiaçı 30 dekabr 2007-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulub X8 verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və cavabdeh X4 müştərək qaydada 125 (bir yüz iyirmi beş) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah ləğv edilmiş və bu barədə 21 noyabr 2019-cu ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeyd edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(063)-645/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbi barədə iddiası təmin edilmiş, iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşağı-30 dekabr 2007-ci ildə doğulmuş X10 ilə birlikdə cavabdeh İddiaçı yaşadığı və qeydiyyatda olduğu Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya və başqalarına məxsus Ucar rayonu, Qəzyan kəndində mülkiyyətdə olan 0.32 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 40000 manat və analoji evlərdə mövcud aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırda sözügedən evin bütün kommunal xərclərini o ödəyir. Cavabdehlə bir yerdə yaşamaqları mümkün deyildr. Çünki nikahda olduqları müddətdə hər gün mübahisələri yaranmış, məhz bu səbəbdən nikah pozulmuşdur. Ona görə də hesab edir ki, cavabdehə 1800 manat məbləğində kompensasiya ödənilməklə onun Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Lakin birinci instansiya məhkəməsi cavabdehin köçürüldüyü evin aylıq kirayə haqqının onun iddia ərizəsində göstərdiyi kimi 50 manat deyil, ekspert rəyinə əsasən 80-100 manat olduğunu və onun təklif etdiyi kommpensasiyanın məbləğinin az olmasını əsas gətirərək, onun iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. O, iş üzrə keçirilmiş rəylə razıdır, təkrar və ya əlavə ekspertiza keçirilməsini tələb etmir. İddia ərizəsindən görünür ki, o, qəbul olunmuş məhkəmə təcrübəsinə əsasən cavabdehə 3 illik kirayə haqqı verməklə onun istifadə hüququna xitam verilməsini tələb etmişdir. O, iddia ərizəsini verəndə aylıq kirayə haqqının 50 manat olmasını qəbul etdiyindən, ona hər ay üçün 50 manat olmaqla 3 il üçün cəmi 1800 manat kompensasiya ödəmək istəyirdi. Əgər o, keçirilmiş ekspert rəyi ilə razılaşdığını bildirirsə və cavabdehə 3 illik kirayə haqqını verməyi qəbul edirsə, ekspert rəyində də aylıq kirayə haqqının 80-100 manat olduğu göstərilmişdirsə, deməli o, cavabdehə 2880-3600 manat arası kompensasiya ödəməyi də qəbul edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi onun bu razılığını nəzərə almamış və iddia ərizəsində göstərdiyi 1800 manat kompensasiyanı az hesab edərək, onun iddia ərizəsini təmin etməmişdir. Kompensasiya məbləği iddianın predmetinə daxil olmadığından apellyasiya şikayətində onun tərəfindən Cavabdeh 3200 manat kompensasiya ödənilməklə onun paylı xususi mülkiyyətində olan Ucar rayonunun Qazyan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ona görə də, Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)- 165/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və onun iddia ərizəsinin təmin edilməsi və tərəfindən Cavabdeh 3200 manat kompensasiya ödənilməklə onun paylı xususi mülkiyyətimdə olan Ucar rayonunun Qazyan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə etiraz olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda cavabdehə evdən istifadə hüququna xitam verilməsi üçün 3600 manat təklif edir. Bu barədə olan ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)- 165/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X9 izahat verərək İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qərarda qeyd edilmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Konstitusiya Məhkəməsinin həmin qərarında həm də müəyyən edilmişdir ki, yaşayış hüququ əldə etmiş şəxs bu hüququn hansı maddi hüquq normasına əsasən, yəni 01 sentyabr 2000-ci ildən əvvəl istifadə hüququ əldə edilmişdirsə Mənzil Məcəlləsinin 123-cü və ya 01 sentyabr 2000-ci ildən sonra istifadə hüququ əldə edilmişdirsə Mülki Məcəllənin 228-ci maddəsinə əsasən əldə etməsinə baxmayarq hər bir halda, mənzil mülkiyyətçisinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verməklə həmin hüquqa xitam verməsi hüququnun gerçəkləşdirilməsi təmin edilməlidir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini hüququnu da vermir. Həmin qərarda mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq evlə təmin etmək öhdəliyi də qoyulmur. Hətta Konstitusiya Məhkəməsinin qərarında bu müddətin nə qədər olması da müəyyən edilməmişdir. Həmçinin sadalanan normalarda istifadəçilərə kompensasiyanın məbləğini mübahisələndirmək, müəyyənləşdirmək hüququ təsbit olunmamış, hətta bu mümkün olduqda belə onun məbləğinin hansı həcmə qədər artırılmasını tələb etməsi də tənzimlənməmişdir, əksinə bu hüququn mülkiyyətçiyə məxsus olması təsbit edilmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)- 165/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, eyni zamanda, onu da qeyd edir ki, iddiaçının cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini tələb etdiyi fərdi yaşayış evi iddiaçı ilə birlikdə digər şəxslərin paylı mülkiyyətində olduğundan onun payı bəlli olmayan yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsini təkbaşına tələb etməsi əsassız olmuşdur. Həmin fərdi yaşayış evinin digər mülkiyyətçisi olan iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş X1 apellyasiya məhkəməsində verdiyi izahatında apellyasiya şikayətinin təmin olunmasını xahiş etməsi iddiaçının apellyasiya şikayətinin təmin olunmasına əsas vermir. Çünki onun hazırki iş üzrə cavabdehin onun da paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə tələbi olmamışdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda qeyd olunan 12 iyul 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Birinc instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının ödəməli olduğu kompensasiyanın hazırki vəziyyətdə məbləğini müəyyən etmədən iddianı rədd etməkdə haqlı olmuşdur. Çünki, mübahisəli fərdi yaşayış evi iddiaçı ilə bərabər digər şəxslərin də paylı mülkiyyətində olduğundan, eyni zamanda sonuncular cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə iddia vermədiklərindən, cəmi verilməli olacaq kompensasiyanın məbləğini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri əlaqəli şəkildə tədqiq edib iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)-165/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(063)- 165/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-472/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-472/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver