Məhkəmə qərarları › İş №2(107)-475/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-475/2022

04.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-475/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair ilk və cavabdeh Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın vərəsələr arasında bölünməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iddiaçılar İddiaçı1, digər iddiaçılar X6 və İddiaçı5 nümayəndəsi, həmçinin özü iddiaçı olan İddiaçı4, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi X17 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair ilk və cavabdeh Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)-1005/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, X15 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları X3 cavabdeh/iddiaçı Cavabdeh ilə 14 iyul 2017-ci il tarixdə Qəbələ RİHB-nın Bunud kənd İƏD-su üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 01 nömrə ilə dövlət qeydiyyatına alınmış, evləndikdən sonra qadına “Səmədova” soyadı verilmişdir. X2 əvvəlki evlilikdən İddiaçı1, X15, İddiaçı5, İddiaçı4 və İddiaçı3 adlı uşaqları olmuşdur. X18 18.12.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı/cavabdehlər İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X7 miras qalan, İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin, habelə “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin və mirasın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda cavabdeh/iddiaçı Səmədova (Qəribova) Mələk Akif qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 miras qalan, İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakın onun tərəfindən qəbul edilməsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən və digər miras əmlakdan payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı/cavabdehlər tələbi onunla əsaslandırmışlar ki, X30 analarından boşanaraq, Qəbələ rayon sakini olmuş Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Atalarının ikinci nikahından övladı olmamışdır. Lakin ataları analarından ayrılsa da onlardan atalıq qayğısını əsirgəməmiş, vəfat etdiyi günədək imkanı daxilində onlara maddi və mənəvi dəstək olmuşdur. Atalarının sağlığında özünə məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili və idarə etmək hüququnu etibarnamə əsasında İddiaçı1 etibar etmiş və həmin avtomobil hazırkı vaxtadək daimi onun istifadəsində olmuşdur. X30 18.12.2020-ci il tarixdə Covid-19 virusuna yoluxması səbəbindən vəfat etmişdir. Atalarının bütün dəfn və hüzr xərclərini onlar çəkmişlər. Atalarının vəfatından bir neçə gün sonra onlar İsmayıllı notariat ofisinə mirasın qəbul edilməsi barədə müraciət etmiş, bu barədə notariat ofisində qeydiyyat aparılmış lakin hazırkı vaxtadək onlara heç bir cavab verilməmişdir.Buna baxmayaraq hazırda onlar sözügedən evdə yaşayaraq mirası eyni vaxta faktiki qəbul etmişlər. Eyni zamanda Türkiyə respublikasında yaşayan bacıları da atalarının dəfninə pandemiya ilə əlaqədar gələ bilməmişlər, lakin mirasın qəbulu ilə bağlı niyətlərini bildirməklə digər bacılarına etibarnamə vermişlər. Bildirirlər ki, atalarından İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaq, 1 böyük zal, 1 mətbəx və 1 sanuzeldən ibarət fərdi yaşayış evi, “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili və digər ev məişət əşyaları miras qalmışdır. Mübahisələndirilən hər iki miras əmlak cavabdehlə evlənməmişdən əvvəl atalarına məxsus olmuş, cavabdeh isə həmin əmlaklarla bağlı heç bir əsaslı əlavələr, artırmalar etməmişdir. İddiaçı/cavabdeh İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, mübahisəli evdə doğulmuş və orada böyüyüb boya–başa çatmışdır. Onun bütün uşaqlığı və gəncliyi həmin mübahisəli evdə olmuşdur. Çünki mübahisəli ev onun atası evi olmuşdur, bacıları da həmin evdə doğulub boya-başa çatmış və sonradan ailə quraraq köçmüşlər, o isə maddi vəziyyətinin pis olması səbəbindən Bakı şəhərinə köçərək taksi fəaliyyəti ilə məşğul olur. Eyni zamanda atasından miras qalmış minik avtomobili də etibarnamə əsasında onun istifadəsindədir. O və bacıları atasına məxsus evə gəlmək istədikdə cavabdeh onlara maneçilik yaradır. Lakin onlar cavabdehin həmin evdə yaşamasına etiraz etmir. Buna baxmayaraq cavabdeh onları ata evlərinə buraxmır və əsassız olaraq miras əmlakdan pay istəyir. Odur ki, iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı cavabdehlər İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı məhkəmə iclasında iştirak etməmiş, onları etibarnamə üzrə səlahiyyətli nümayəndə/bacıları İddiaçı4 təmsil etmişdir. Məhkəmə iclasında iddiaçı/cavabdeh və eyni zamanda digər iddiaçı/cavabdehlər İddiaçı2 (X15), X38 (İddiaçı5) qızının etibarnamə üzrə sələhiyyətli nümayəndəsi İddiaçı4 iddia tələbini müdafiə etmiş, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, atasına məxsus sözügedən fərdi yaşayış evində doğulub böyümüşdür. 2005-ci ildə ailə quraraq köçmüş, lakin mütəmadi olaraq atası evinə gəlib getmişdir. Belə ki, ailə quran vaxtadək həmin fərdi yaşayış evində digər bacıları ilə birlikdə yaşamış, bacısı Günel 2014-cü il tarixdə, digər bacısı Natavan isə 2015-ci il tarixdə ailə quraraq, Türkiyə Respublikasına getmişlər. Ataları hər iki bacısının və onun toy mərasimlərini sözügedən fərdi yaşayış evində etmişdir. Atası rəhmətə gedənə qədərmütəmadi olaraq ona baş çəkmişlər, qayğısına qalmışlar, eyni zamanda atasının yas mərasimlərini də onlar keçirmişlər. Atası 2018-ci il tarixdə hazırkı iş üzrə cavabdehlə evlənmiş və 2020-ci ildə rəhmətə getmişdir. Məhz bundan sonra cavabdeh onları evə buraxmamışdır. Hesab edir ki, onlar digər bacı-qardaşları ilə birlikdə mirası qəbul etmişlər. Ona görə də iddianın təmin edilməsi, qarşılqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı/cavabdeh İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Cavabdeh/iddiaçı Səmədova (Qəribova) Mələk Akif məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, 14 iyul 2017-ci il tarixdə İsmayıllı rayon sakini X18 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Əri 18.12.2020-ci il tarixdə vəfat etmişdir. Ərinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 19.04.2018-ci il tarixli, RX seriyalı, 125926 saylı çıxarışa əsasən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcuddur. Ərinin ölümündən sonra miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsə olaraq o qəbul etmiş, ərinin sağ vaxtı onunla birgə yaşamaqla təsərrüfatı idarə etmiş və onun qayğılarını çəkmiş, vəfat etdikdən sonra isə el adəti ilə dəfn etmişdir. Dəfn və yas mərasimlərinin bütün xərclərini özü çəkmişdir. Sonradan da mirası qəbul edərək idarə etmiş və mirasın şəksiz qəbulunu nümayiş etdirmişdir. Belə ki, o hal-hazırda da sözügedən fərdi yaşayış evində yaşayır və evin bütün kommunal xərclərini də o ödəmiş və hal-hazırda da ödəyir. Bundan əlavə əri hələ sağ olarkən əlyazma vəsiyyətnaməsi də qoyaraq, bütün əmlakını ona vəsiyyət etmişdir. Bundan başqa, mərhum əri ondan əvvəl də bir neçə dəfə ailəli olmuş və hazırkı uşaqları üçün də ev tikmişdir. Belə ki, iddiaçı/cavabdehlərin hazırkı iddia etdikləri ev və həyətyanı torpaq sahəsi ilə heç bir əlaqələri olmamışdır. Onlardan ikisi Türkiyə Respublikasında yaşamaqla mirasa dair hər hansı ərizə və ya hərəkətləri olmamış, X30un yas mərasimlərində heç bir xərc çəkməmişlər. O, əri öldükdən sonra ondan qalan mirası qəbul etdiyini notariat ofisinə bildirmiş, ona bu barədə məhkəməyə müraciət olunması barədə cavab verilmişdir. Hesab edir ki, iddiaçı/cavabdehlər mirası qəbul etməmişlər. Ona görə də iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X16 göstərmişdir ki, iddiaçı/cavabdeh İddiaçı1 arvadıdır. O, evlənərkən qaynatasına məxsus fərdi yaşayış evinə gəlin köçmüş, lakin maddi vəziyyətləri pis olduğundan sonradan işləmək üçün Bakı şəhərinə yerləşmişlər. Lakin, Bakı şəhərində yaşasalar da mütəmadi olaraq qaynatasına baş çəkmişlər, onun qayğısına qalmışlar, onun yas mərasimini də əri vermişdir. Eyni zamanda qaynatasına məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ərinin istifadəsindədir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X3 cavabdeh/iddiaçı Cavabdeh ilə 14 iyul 2017-ci il tarixdə Qəbələ RİHB-nın Bunud kənd İƏD-su üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 01 nömrə ilə dövlət qeydiyyatına alınmış, evləndikdən sonra qadına “Səmədova” soyadı verilmişdir. X2 əvvəlki evlilikdən İddiaçı1, X15, İddiaçı5, İddiaçı4 və İddiaçı3 adlı uşaqları olmuşdur. X18 18.12.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. X3 vəfat etdikdən sonra cavabdeh İddiaçı1 və iddiaçı/Cavabdeh vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsələr arasında mübahisə olduğundan həmin şəhadətnamənin verilməsi dayandırılmış və məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab eymişdir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində qeyd etmişdir ki‚ miras toplusuna AR ƏMDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab etmişdir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı/cavabdehlər İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 miras qoyan mərhum Fazil Səmədovun övladları, cavabdeh/iddiaçı Cavabdeh isə onun arvadı olmaqla mirasın açıldığı vaxt onun vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhum Fazil Səmədov öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh miras açıldıqdan sonra miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, oğlu İddiaçı1 isə atasına məxsus minik avtomobilini idarə etməklə, eyni zamanda atası öldükdən sonra onun dəfn mərasimini təşkil etməklə ondan qalmış mirası faktiki qəbul etmişlər. Eyni zamanda İddiaçı1 və Cavabdeh miras qoyan Fazil Səmədovun ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiklərini bəyan etmişlər. Ona görə də məhkəmə hesab edir ki, mərhum Fazil Səmədovun birinci növbəli vərəsələri, arvadı Cavabdeh və övladı İddiaçı1 ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da həm iddiaçı/cavabdeh İddiaçı1, həm də cavabdeh/iddiaçı Cavabdeh mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Məhkəmə digər vərəsələrə münasibətdə qeyd etmişdir ki, İddiaçı4 özünün də ifadəsində qeyd etdiyi kimi 2005-ci il tarixdə ailə quraraq başqa təsərrüfatı idarə etmiş, digər bacıları Natavan və İddiaçı5 isə 2014 və 2015-ci il tarixlərdə ailə quraraq Türkiyə Respublikasına getmişlər, həmin tarixdən isə Azərbaycan Reaspublikasına gələ bilməyərək, atalarının dəfn və yas mərasimlərində iştirak etməmişlər. Eyni zamanda iddia ərizəsində atalarından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etiklərini bildirsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İş materiallarından da göründüyü kimi, vərəsələrdən sadəcə Cavabdeh və İddiaçı1 vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılması barədə notariat orqanı tərəfindən məhz onlara cavab məktubu ünvanlanmışdır. Digər vərəsələr isə notariat orqanına müraciət etməmişlər. Göründüyü kimi digər vərəsələr qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiklərindən həmin hüquqlarını itirmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki‚ X2 vərəsələrindən iddiaçı/cavabdeh İddiaçı1 və cavabdeh/iddiaçı Cavabdeh mirasa faktiki sahiblik etməklə onu faktiki qəbul edərək həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən və minik avtomobilindən istifadə etmiş‚ həmçinin sahibliyi həyata keçirmişdir. X1 miras qalmış mübahisəli fərdi yaşayış evinə, 0.06 hektar həyətyanı torpaq sahəsinə və minik avtomobilinə mirası faktiki qəbul etmiş onun birinci növbəli vərəsəsi kimi oğlu iddiaçı/cavabdeh İddiaçı1 və arvadı Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdeh/iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində mərhum əri Fazil Səmədovdan miras qalmış fərdi yaşayış evinin, torpaq sahəsinin və minik avtomobili olan miras əmlakın onun tərəfindən qəbul edilməsini, minik avtomobilinə və “digər miras əmlaklarına” dair isə onun payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, hazırki tələb üzrə “digər miras əmlakları” ifadəsi mücərrəd anlayış olmaqla, qeyri müəyyəndir və konkret olaraq hansı əmlakların (daşınar və ya daşınmaz, bölünəbilən və ya bölünəbilməyən) olması göstərilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)-1005/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) ilkin iddia qismən təmin edilmiş, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların iddiaçı/cavabdeh İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaklara İddiaçı1 miras payının ½ hissədə müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi və “Volkswagen Bora-minik” markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobildən ibarət miras əmlakın cavabdeh/iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X1 miras qalmış “Volkswagen Bora-minik” markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobil miras əmlaka cavabdeh/iddiaçı Cavabdeh payının ½ hissədə müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1186, 1187.1, 1187.2, 1243, 1245 və 1255-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X23 arasında 14 iyul 2017-ci il tarixdə Qəbələ RİHB-nın Bunud kənd İƏD-si üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 01 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra qadına “Səmədova” soyadı verilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 07.09.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı1, X15, İddiaçı5, İddiaçı4 və İddiaçı3 ataları, X18 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 18.12.2020-ci il tarixdə ölmüşdür. İşdə olan AR ƏMDK–nin yanında DƏDRX–in hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki,İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X10 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19.04.2018-ci il tarixdə 37 nörmə ilə qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş, 31.08.2021-ci il tarixli, 2003 saylı arayışdan görünür ki, 2018-2022-ci illər üzrə 22 nömrəli təsərrüfatbaşına uçot kitabının 184-cü səhifəsinə əsasən, Səmədova X21 şəhəri, K.Əhmədov küçəsi, ev 11 ünvanında yaşayır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 31.08.2021-ci il tarixli, N11319 saylı Cavabdeh ünvanlanmış məktubdan görünür ki, 23.12.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğuna görə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılmışdır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 27.08.2021-ci il tarixli, N213057 saylı X11 ünvanlanmış məktubdan görünür ki, 23.12.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğuna görə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılmışdır İşdə olan etibarnamənin surətindən görünür ki, X12 mülkiyyət hüququ ilə məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən 18.02.2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı1 etibar edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı4, X15 və İddiaçı5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı4, X15 və İddiaçı5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, ataları X18 analarından boşanaraq ayrıldıqdan sonra Qəbələ rayon sakini olmuş Cavabdeh ilə 2018-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Atalarının Cavabdeh övladı olmamışdır. Lakin ataları analarından ayrılsa da, övladlarından atalıq qayğısını əsirgəməmiş, əlləri çörəyə çatanadək, hətta vəfat etdiyi günədək imkanı daxilində onlara maddi və mənəvi kömək göstərmişdir. İddiaçı1, İddiaçı5 və İddiaçı3 dolanışıq xatirinə Bakı şəhərində bir evdə kirayədə yaşadıqlarından ataları sağlığında onlara maddi dəstək olaraq özünə məxsus “VOLKSWAGEN BORA MİNİK” markalı 20CU968 dövlət qeydiyyat nişanlı avtomobilini də sürmə hüququ ilə İddiaçı1 etibar etmişdir və avtomobil daim onların istifadəsində olmuşdur. Təkcə sürmə hüququ Teymurda olmuşdur. Ataları Fazil 18 dekabr 2020-ci ildə Covid-19 virusuna yoluxmaqla qısa müddət ərzində vəfat etmişdir. Atalarının vəfatı xəbərini eşidən kimi dərhal İsmayıllı şəhərinə gəlmişlər. Həmin vaxt iki bacıları, yəni X15 (İddiaçı2) və İddiaçı5 (X38) Türkiyə Respublikasında ərdə olmaqla Covid-19 virusu ilə əlaqədar ölkələrarası karantin rejimi ilə bağlı gələ bilməmiş, ancaq mirasın qəbulu ilə bağlı onların adından da notariat orqanına müraciət etməyi onlara tapşırmış, bu barədə Bakıda kirayədə yaşayan bacıları İddiaçı4 etibarnamə vermişlər. Cavabdeh dəfnə gəldikləri elə ilk gün onları atalarının həyətinə buraxmaq istəməmiş, hay-küy qaldırmış, barələrində polisə əsassız şikayət etmişdir. Aydın olmuşdur ki, Mələk atalarından qalan mirası tək özü əldə etmək üçün bu vasitələrə əl atır. Atalarının bütün dəfn və hüzr xərclərini onlar - övladları çəkmişlər. Baxmayaraq ki, evdə atalarına məxsus xeyli miqdarda nəqd pul olmuş və həmin pulu da Mələk mənimsəmişdir. Atalarının vəfatından bir neçə gün sonra Mələyin miras barədə qərəzli niyyətini nəzərə alaraq onlar İsmayıllı notariat ofisinə mirasın rəsmi qəbulu barədə müraciət etmişlər. İsmayıllı notariat ofisinin xüsusi notariusu Abdulla Cabbarov bu barədə qeyd aparmış, lakin onlara bu günədək hər hansı rəsmi sənənd verilməmişdir. Cavabdeh hüquq-mühafizə orqanlarına ardıcıl şikayətlərinə baxmayaraq, onlar - vərəsələr İddiaçı1, İddiaçı3 və İddiaçı4 atalarının vəfatını “qırx” mərasimi bitənədək və ondan xeyli müddət sonra miras evdə yaşamaqla mirası eyni zamanda faktiki olaraq da qəbul etmişlər. Həmçinin, Türkiyə Respublikasında yaşayan bacıları X38 (yəni İddiaçı5) və İddiaçı2 (yəni X19) atalarının dəfninə ölkələrarası gediş-gəliş Covid-19 virusuna görə bağlı olduğundan gələ bilməmiş, lakin mirasın qəbulu ilə bağlı niyyətlərini onlara bildirmiş və mirasın qorunmasını onlara - İddiaçı1, İddiaçı3 və İddiaçı4 tapşırmışlar. Daim bu məsələ ilə əlaqədar onlarla əlaqə saxlayırlar. Həmçinin də onlar hüquqlarının müdafiəsi və onları təmsil etmələri barədə bacıları İddiaçı4 Türkiyə Respublikasında notarial qaydada təsdiq olunmuş və apostol qeydiyyatı aparılmış etibarnamə göndərmişlər. Həmin etibarnamənin əsli İsmayıllı rayon notariat ofisində saxlanılmaqla məhkəmə sorğusu olmadan bizə verilməmişdir. Atalarından İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanda 0,06 deyil, 0,12 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaq, 1 böyük zal, 1 mətbəx və 1 sanuzeldən ibarət fərdi yaşayış evi, “VOLKSWAGEN BORA MİNİK” markalı 20CU968 dövlət qeydiyyat nişanlı avtomobil və digər ev-məişət əşyaları miras qalmışdır. Mübahisələndirilən hər iki miras əmlak ataları tərəfindən cavabdehlə ailə qurmamışdan əvvəl atalarına məxsus olmuşdur. Cavabdeh atalarıyla ailə qurduqdan sonra qeyd edilən miras əmlaklarda heç bir əsaslı əlavələr, artırmalar edilməmişdir. Onlar qanunamüvafiq qaydada mirasın bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişlər. Lakin məlum olmuşdur ki, cavabdeh olan vərəsə, Cavabdeh notariat ofisinə rəsmi qaydada müraciət edərək mirasın bölüşdürülməsində mübahisə olduğunu bildirmişdir. Bu səbəbdən notarius qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilənədək onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, onlar mirasın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İsmayıllı rayon məhkəməsində sədrlik edən hakim İlqar Hüseynovun sədrliyi ilə mübahisəyə baxılaraq onların iddiası qismən təmin edilmişdir. Belə ki, məhkəmə mirasın yalnız faktiki vəziyyətdə onun arvadı Cavabdeh və qardaşları İddiaçı1 tərəfindən qəbul edildiyi fikrinə gələrək mirasın hər birinə 1/2 pay olmaqla həmin iki şəxsin arasında bölünməsinə dair son nəticəyə gəlmişdir. Lakin hakim İddiaçı1, İddiaçı2 (yəni X15), X33 (yəni İddiaçı5), İddiaçı3 və İddiaçı4 mirası həm rəsmi, həm də faktiki vəziyyətdə qəbul etməsini nəzərə almamış, dəfələrlə məhkəmə prosesində xahiş etməklərinə baxmayaraq İsmayıllı notariat ofisindən mirasın qəbulu üçün rəsmi müraciətləri barədə sənədləri sorğu edib almamışdır. İsmayıllı rayon məhkəməsi mirasın vərəsələr tərəfindən faktiki qəbulu ilə bağlı şərh verərkən cavabdeh/iddiaçı Cavabdeh miras evdə yaşamaqla mirası faktiki idarə etməsini, beş övladdan, yəni iddiaçı/cavabdehlərdən biri olan iddiaçı/cavabdeh İddiaçı1 isə miras minik avtomobilini etibarnamə əsasında idarə etməsini əsas tutaraq mirasın faktiki olaraq həmin iki vərəsə tərəfindən qəbul edildiyi inamına gəlmişdir. Bu isə tamamilə yalnış fikrdir ona görə ki, əvvəla miras qoyanın beş övladı da miras qoyanın ölümündan az sonra notariat ofisinə mirasın qəbulu barədə rəsmi müraciət etmişdir. Eyni zamanda mirasın faktiki qəbulu ilə bağlı da cəhdlər etsə də elə ilk gündən cavabdeh/iddiaçı olan vərəsə Cavabdeh miras qoyanın doğma övladları olan digər vərəsələri miras evə buraxmamış, polisə, prokurorluğa və sair orqanlara əsassız şikayətlər edilməklə vərəsələrin mirasla əlaqəsini kəsmək üçün cəhdlər etmişdir. Buna baxmayaraq vərəsələr hətta polisin göstərişi ilə qapını sındırmaqla evə daxil ola bilmişlər. Vərəsə Cavabdeh miras avtomobilin digər vərəsələrdən geri alınaraq ona verilməsi barədə polisə şikayətlər etmişdir. Cavabdeh/iddiaçı Cavabdeh yalan şikayətlərinə və məhkəmədəki yalan izahatlarına baxmayaraq miras qoyanın dəfn xərclərini iddiaçı/cavabdehlər şəkmiş, atalarının vəfatından sonra mütəmadi miras evə gəlib-getmiş, mirasın qorunmasını təmin etmiş, miras avtomobildən faktiki vəziyyətdə birgə istifadə etmişlər. Bununla da mirası şəksiz qəbul etdiklərini nümayiş etmişlər. Bu faktla əlaqədar iddiaçı/cavabdehlər miras evlə ən yaxın qonşuluqlarında yaşayan əmilərini şahid kimi təqdim etsələr də məhkəmə tərəfindən həmin şəxslər şahid qismində dindirilməmişlər. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)- 1005/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və mərhum ataları X7 qalan mirasın onlar - birinci növbədə vərəsələr olan İddiaçı1, İddiaçı2 (yəni X15), X38 (yəni İddiaçı5) İddiaçı3, İddiaçı3 və İddiaçı4 tərəfindən qəbul edilməsinin müəyyən olunmaqla mirasın həmin vərəsələr arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz və etiraza əlavə verərək İsmayıllı rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qətnaməsindən iddiaçıların verdikləri apellvasiva şikayətinin və birinci instansiya məhkəməsində mirasın qəbulu ilə baqlı verdikləri iddiaların rədd olunmasını, mərhum əri X8 miras qalmış İsmayıllı səhəri. K.Əhmədov küçəsi ev 11 ünvanda yerləşən fərdi vasavıs evinin və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakın bütövlükdə tərəfimdən qəbul edilməsinin müəyyən olunması, bu barədə birinci instansiya məhkəməsində verdiyimin qarşılıqlı iddiamın bütövlükdə təmin, edilməsi. “VOLKSWAGEN BORA-MİNİK” markalı ** CU *** dövlət qevdivvat nişanlı avtombildən və digər miras əmlakdan payının müəvvən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, digər iddiaçılar X6 və İddiaçı5 nümayəndəsi, həmçinin özü iddiaçı olan İddiaçı4 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinə verdiyi etirazın isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X26 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)-1005/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Həmin Məcəllənin 1187.1-ci maddəsinə əsasən vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Həmin Məcəllənin 1187.2-ci maddəsinə əsasən bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Göründüyü kimi qanunvericilik ev vəsiyyətnaməsinin forma və məzmununu, etibarlılıq dərəcəsini konkret olaraq göstərmişdir. Belə olan halda hazırki iş materiallarına surəti əlavə edilmiş Səmədov Fazil tərəfindən əlyazma olaraq yazılmış və onun tərəfindən imza edilmiş vəsiyyətnamə içərikli əlyazısı Mülki Məcəllənin tələblərinə əsasən vəsiyyətnamə olaraq qəbul edilə bilməz. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləriilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014– cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri– sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)- 1005/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş və məhkəmə tərəfindən müəyyən olunmuş iş üçün əhəmiyyətli olan halları sübut edilməmiş saymışdır. Mülki işin materiallarında olan Arayışdan görünür ki, İddiaçı3 11 avqust 1976-cı ildə İsmayıllı şəhərində doğulmuşdur. X4 və anası X22 olmuşdur. (i/v 15) Məhkəməyə təqdim edilmiş, tərəflərin mübahisələndirmədiyi nikahın pozulması haqqında Şəhadətnamənin surətindəndən görünür ki, X20 və X13 arasındakı nikah 25 aprel 2017-ci il tarixdə Rusiya Federasiyası Altay diyarı Rubtsovka şəhəri 2 saylı məhkəmə sahəsinin barışdırıcı hakiminin qətnaməsi ilə ləğv edilmiş və bu barədə həmin gün 213 saylı akt qeydi tərtib olunmuşdur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarı ilə X14 0.06 ha torpaq sahəsi verilmişdir ki, həmin torpağın mülkiyyətə verilməsinə dair JN-148F KOD 40701004 olan Şəhadətnamə verilmişdir. İsmayıllı rayon İHB-nın 20 iyun 2021-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində X14 fərdi yaşayış evi tikməyə icazə verilmişdir. 11.08.1998-ci il tarixdə doğulmuş X5 tərəflərin mübahisələndirmədiyi ərizəsindən görünür ki, o, X4ndan miras qalmış əmlakdan heç bir pay istəməmişdir və hal-hazırda da istəmir. Məhkəmə kollegiyası hesab edir ki, X10 ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xüsusatları da tam araşdırmamışdır. Belə ki, ilkin olaraq mirasa daxil olan əmlaklar müəyyən edildikdən sonra həmin mirası qəbul etmək səlahiyyəti olan şəxslərin dairəsi müəyyən edilməlidir. Mülki işdə X10 ölümündən sonra ondan miras qalmış əmlakı birinci növbədə kimlərin qəbul etmək səlahiyyəti olması, onlardan hansıların mirası qəbul edib etməməsi ətraflı araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X7 miras qalmış əmlakın dairəsi ilə yanaşı, onu faktiki qəbul edənlərin dairəsinin müəyyən edilməsi üçün də ətraflı araşdırma aparılmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu barədə müəyyən etdiyi hüquqi mövqe nəzərə alınmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar X10 övladlarıdır. İddiaçıların valideyinləri boşanmış, ataları X18 14 iyul 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha girmişdir. Onların ataları X18 18 dekabr 2020-ci ildə vəfat etmişdir. Cavabdeh notariat ofisinə rəsmi qaydada müraciət edərək mirasın bölüşdürülməsində mübahisə olduğunu bildirmişdir. Bu səbəbdən notarius qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilənədək onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Müvafiq sorğular edilməklə müəyyən edilmişdir ki, 24 dekabr 2020-ci il tarixdə İddiaçı1 və İddiaçı3 tərəfindən, 27 yanvar 2021-ci il tarixdə İddiaçı4 tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı İsmayıllı Rayon Dövlət Notariat kontoruna müraciət edilmişdir. Həmçinin, mülki işin materiallarından görünür ki, 7 iyun 2021-ci il tarixdə İddiaçı2 (X15) və X38 (İddiaçı5) tərəfindən İddiaçı4 etibarnamə verilmişdir. (i/v 18-19) 18 iyun 2021-ci il tarixdə X15 və İddiaçı5 adından İddiaçı4 tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı İsmayıllı Rayon Dövlət Notariat kontoruna müraciət edilmişdir. Buradan da görünür ki, mirasın qəbulu ilə bağlı iddiaçıların hər biri aşkar iradə ifadəsi irəli sürmüşdür. X15 və İddiaçı5 tapşırığını yerinə yetirən İddiaçı4 həmin etibarnamələr əsasında İsmayıllı Rayon Dövlət Notariat kontoruna müraciət etmiş, göstərilən etibarnaməni də Notariat kontoruna təqdim etmişdir. İddiaçı4 adına mirasın qəbulu ilə bağlı hərəkətlərin edilməsinin konkret göstərildiyi etibarnamələrin göndərilməsi X15 və İddiaçı5 mirasın qəbulu ilə bağlı faktiki hərəkətlərini təsdiq edir. Beləliklə aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmə ilkin olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər edilməsinə dair iş materiallarında olan sübutları araşdırmamış, obyektiv həqiqətə nail olunması üçün ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi hər iki iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı4, X15 və İddiaçı5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)-1005/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair ilk iddiası və cavabdeh Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, 18 dekabr 2020-ci ildə ölmüş X7 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların İddiaçı1, X15, İddiaçı5, İddiaçı3, İddiaçı4 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlakda İddiaçı1, X15, İddiaçı5, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin payı bərabər olaraq 1/6 hissədə müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, X15 və İddiaçı5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(037)-1005/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair ilk iddiası və cavabdeh Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçılar İddiaçı1, İddiaçı2 (X15), X38 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. 18 dekabr 2020-ci ildə ölmüş X7 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların İddiaçı1, X15, İddiaçı5, İddiaçı3, İddiaçı4 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Həmin miras əmlakda İddiaçı1, X15, İddiaçı5, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin payı bərabər olaraq 1/6 hissədə müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar