Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-48/2024 02.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sərhəddə tikilmiş qanunsuz tikilinin sökülməsi və pəncərələrin bağlanması tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-31/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Zaqatala rayonu Çökəkoba kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1032 ha torpaq sahəsinin qonşuluğunda sərhəddə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikinti olan divarın sökülməsinə, onun həyətinə açılan pəncərələrin bağlanmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 15 fevral 2023-cü il tarixli, 2(033)-31/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1032 ha torpaq sahəsinin qonşuluğunda sərhəddə Cavabdeh tərəfindən öz mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikili (iddiaçıya məxsus torpaq sahəsinə daxil olduqda sol tərəfdə divara bitişik tikili) iki torpaq sahəsini ayıran sərhəd divarı saxlanılmaqla sökülməsi, Cavabdeh mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru açılmış 3 ədəd pəncərələrin bağlanması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Cavabdeh hər biri ayrı-ayrılıqda eyni məzmunlu ərizələr təqdim edərək bildirdilər ki, hazırkı mülki iş üzrə aralarında olan mübahisəyə barışıqla son vermək məqsədilə barışıq sazişi bağlamışlar, ona görə də təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 52.3-cü mаddəsinə əsаsən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 02 fevral 2024-cü il tarixli Barışıq sazişində göstərilmişdir ki, - Azərbaycan Repsublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmm icraatında olan 2(107)-48/2024 nömrəli mülki iş üzrə İddiaçı - (bundan sonra “İddiaçı” adlanacaq) və digər tərəfdən həmin iş üzrə Cavabdeh - (bundan sonra “Cavabdeh” adlanacaq) aralarında olan məhkəmə mübahisəsini barışıq yolu ilə həll etmək məqsədi ilə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 52.3, 122.3 və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı sazişi bağladıq.
1. "İddiaçı" və "Cavabdeh" aralarmda olan razılşamaya əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasmm icraatmda olan 2(107)-48/2024 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. Razılşmaya əsasən – "İddiaçı" - "Cavabdeh" tərəfindən, mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsi arasında yerləşən sərhəd divarının "Cavabdeh" tərəfindən öz mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş mübahisəli (sökülməsi tələb olunan) yardımçı tikilidən başlayaraq "Cavabdeh"ə məxsus fərdi yaşayış evinin sonu ilə paralel məsafəyədək 2,90 metr hündürlüyədək inşa edilməsi; "Cavabdeh" tərəfindən, "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsində "Cavabdeh"in mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə sərhəddə "Cavabdeh"in hasarı ilə paralel "İddiaçı" tərəfindən inşa edümiş sərhəd divarın, o cümlədən, divarın davamı olan yardımçı tikilinin (qarajın) sol hissəsinin sökülərək, yardımçı tikilinin (qarajın) arxa və sağ tərəfinin “Cavabdeh” tərəfindən inşa ediləcək sərhəd divara uyğun olaraq eyni hündürlükdə (2,90 metr) mişar daşı ilə inşa edilməsi; “Cavabdeh” tərəfindən, “İddiaçı”ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsində yerləşən yardımçı tikilinin (qarajın) üzərinin yarım dairə (qövsvari) şəklində metal konsturksiya (ferma) ilə örtülməsi və damının üzərinin "Prof Master" adlı dam örtüyü ilə bağlanması; - "Cavabdeh" tərəfindən, "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru, "Cavabdeh"in mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin 2-ci mərtəbəsindən açılmış 3 hissəli pəncərənin tam olaraq çölü bulanıq göstərən şüşə materialı ilə təchiz olunmuş qaydada saxlanılması, həmin 3 hissəli pəncərənin hərəkətli (ön və arxaya) olan orta hissəsinin döşəmədən hesablanmaqla 1,60 metrə qədər olan hissəsinin birdəfəlik hərəkətsiz olaraq bağlanması və yerdə qalan hissəsinin nəfəslik (forteşka) olaraq təchiz edilməsi müqabilində, iddiasından imtina edir və "Cavabdeh" tərəfindən mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisəli (sökülməsi tələb olunan) yardımçı tikilinin damının ətək hissəsinin (novça qarışıq) 30 sm (maksimum 35 sm) enində "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru quraşdırılmasına etiraz etmir.
3. "Cavabdeh" - "İddiaçı" tərəfindən iddiadan imtina edilməsi, "Cavabdeh" tərəfindən mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisəli (sökülmə tələb olunan) yardımçı tikilinin damının ətək hissəsinin (novça qarışıq) 30 sm (maksimum 35 sm) enində "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru quraşdırılmasına etiraz etməməsi müqabilində "Barışıq sazişi"nin 2-ci bəndində nəzərdə tutulmuş işləri öz vəsaiti hesabına görməyi öhdəsinə götürür. - "İddiaçı"-ya və "Cavabdeh"-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. Belə olan halda hazırkı mübaisə üzrə tərəflər arasında yuxarıda qeyd edilən şərtlərlə barışıq sazişinin bağlanması mübahisənin hüquqi həllinin ən məqbul variantı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər bаrışıq sаzişi bаğlаmışlаrsа və bu sаziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icrааtа xitаm verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olаn hаldа, məhkəmə kollegiyаsı hesаb edir ki, tərəflər arasında bağlanmış bаrışıq sazişi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun olduğundаn və digər şəxslərin hüquqlаrını və qаnunlа qorunаn mənаfelərini pozmаdığındаn təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Həmin Məcəllənin 402.2, 402.2.4-cü maddələinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş məhkəmə tikin-texniki ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti tərəflərdən (iddiaçı və cavabdehdən) bərabər qaydada 25 (iyirmi beş) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sərhəddə tikilmiş qanunsuz tikilinin sökülməsi və pəncərələrin bağlanması tələbinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5, 262, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı
qərara aldı:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: .... - Azərbaycan Repsublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(107)-48/2024 nömrəli mülki iş üzrə İddiaçı - (bundan sonra "İddiaçı" adlanacaq) və digər tərəfdən həmin iş üzrə Cavabdeh - (bundan sonra "Cavabdeh" adlanacaq) aralarında olan məhkəmə mübahisəsini barışıq yolu ilə həll etmək məqsədi ilə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 52.3, 122.3 və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı sazişi bağladıq.
1. "İddiaçı" və "Cavabdeh" aralarında olan razılşamaya əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-48/2024 nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. Razılşmaya əsasən – "İddiaçı" - "Cavabdeh" tərəfindən, mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsi arasında yerləşən sərhəd divarının "Cavabdeh" tərəfindən öz mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş mübahisəli (sökülməsi tələb olunan) yardımçı tikilidən başlayaraq "Cavabdeh"ə məxsus fərdi yaşayış evinin sonu ilə paralel məsafəyədək 2,90 metr hündürlüyədək inşa edilməsi; "Cavabdeh" tərəfindən, "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsində "Cavabdeh"in mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə sərhəddə "Cavabdeh"in hasarı ilə paralel "İddiaçı" tərəfindən inşa edümiş sərhəd divarın, o cümlədən, divarın davamı olan yardımçı tikilinin (qarajın) sol hissəsinin sökülərək, yardımçı tikilinin (qarajın) arxa və sağ tərəfinin "Cavabdeh" tərəfindən inşa ediləcək sərhəd divara uyğun olaraq eyni hündürlükdə (2,90 metr) mişar daşı ilə inşa edilməsi; "Cavabdeh" tərəfindən, "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsində yerləşən yardımçı tikilinin (qarajın) üzərinin yarım dairə (qövsvari) şəklində metal konsturksiya (ferma) ilə örtülməsi və damın üzərinin "Prof Master" adlı dam örtüyü ilə bağlanması; - "Cavabdeh" tərəfindən, "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru, "Cavabdeh"in mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin 2-ci mərtəbəsindən açılmış 3 hissəli pəncərənin tam olaraq çölü bulanıq göstərən şüşə materialı ilə təchiz olunmuş qaydada saxlanılması, həmin 3 hissəli pəncərənin hərəkətli (ön və arxaya) olan orta hissəsinin döşəmədən hesablanmaqla 1,60 metrə qədər olan hissəsinin birdəfəlik hərəkətsiz olaraq bağlanması və yerdə qalan hissəsinin nəfəslik (forteşka) olaraq təchiz edilməsi müqabilində, iddiasından imtina edir və "Cavabdeh" tərəfindən mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisəli (sökülməsi tələb olunan) yardımçı tikilinin damının ətək hissəsinin (novça qarışıq) 30 sm (maksimum 35 sm) enində "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru quraşdırılmasına etiraz etmir.
3. "Cavabdeh" - "İddiaçı" tərəfindən iddiadan imtina edilməsi, "Cavabdeh" tərəfindən mülkiyyətində olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisəli (sökülmə tələb olunan) yardımçı tikilinin damının ətək hissəsinin (novça qarışıq) 30 sm (maksimum 35 sm) enində "İddiaçı"ya məxsus Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,1032 ha torpaq sahəsinə doğru quraşdırılmasına etiraz etməməsi müqabilində "Barışıq sazişi"nin 2-ci bəndində nəzərdə tutulmuş işləri öz vəsaiti hesabına görməyi öhdəsinə götürür. - "İddiaçı"-ya və "Cavabdeh"-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci (eyni tərəflər arasmda, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasmda, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)-31/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “sərhəddə tikilmiş qanunsuz tikilinin sökülməsi və pəncərələrin bağlanması tələbinə dair” mülki iş üzrə işin icraatına xitam verilsin. Aparılmış məhkəmə tikin-texniki ekspertizalarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tərəflərdən (iddiaçı və cavabdehdən) bərabər qaydada 75 (yetmiş beş) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Elçin Hüseynov