Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-48/2025 19.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum X5 miras qalmış ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92. 2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi tələbi”nə dair ilkin iddia, Cavabdeh3 İddiaçı, Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum atası X5 miras qalmış ******* nömrəli, **********34- 10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ hissə olmaqla müəyyən edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: təmir xərci, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X14 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4, Cavabdeh3 vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum X5 miras qalmış ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92. 2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi tələbi”nə dair ilkin iddia, Cavabdeh3 İddiaçı, Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum atası X5 miras qalmış ******* nömrəli, **********34- 10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ hissə olmaqla müəyyən edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(024)-39/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək **********34 saylı Çıxarışa əsasən əri X12 məxsus olmuş və ondan miras qalmış 0.03 ha torpaq sahəsi və onun üzərində olan 92.2 kv.m sahəsi olan yaşayış evinin faktiki qəbul edilməsinə və miras əmlakın tam həcmdə onun mülkiyyətinə verilməsi barədə, Cavabdeh3 Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müariciət edərək mərhum atası X5 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı 2/4 olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum X5 miras qalmış ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, əri X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hazırda **********34 qeydiyyat nömrəli Çıxarışa əsasən ondan 0.03 ha torpaq sahəsi və onun üzərində olan 92.2 kv.m sahəsi olan yaşayış evi miras qalmışdır. O, mərhum əri ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamışdır. Cavabdehlər isə ərinin 1ci nikahından doğulmuş uşaqlarıdır. O, nikah bağladığı gündən indiyə qədər ərindən miras qalmış evdə yaşayır. O, miras əmlakı faktiki qəbul etmiş və buna görə də miras əmlakı tam həcmdə öz adına rəsmiləşdirilməsinə hüququ olduğunu düşünür. Cavabdehlər isə nə notariat ofisinə müraciət etməklə nə də faktiki olaraq miras əmlakı qəbul etməmişlər. Bundan əlavə o həmin evə gəldikdən sonra, ev çox köhnə olduğuna görə 20 000 manat məbləğində təmir-tikinti işləri aparmışlar. Həmin evdə işləyən ustalar Yusifov Nüsrət və Abdullayev Nəzir olmuşdur. Həmin vaxtlar ustalara o qulluq etmiş, evə lazım olan bütün materialları əri həmin vaxt astma xəstəsi olduğundan Abdullayev Taleh və Əliyev Şərif adlı qohumları almışlar. Bunlardan əlavə həmin tikinti işlərinə şahid onun Əzizov Namiq və Əzizova Maya adlı qonşularıdır. Hesab edir ki, çəkdikləri xərcin 10 000 manatı heç miras əmlakına daxil deyildir. Həmin məbləğin müəyyənləşdirilməsi üçün tikinti-texniki ekspertizanın keçirilməsi ilə müəyyənləşdirmək olar. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum X5 miras qalmış ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən ərinin mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsi nə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində ilkin iddia üzrə iddiaçının ¼ hissə payının müəyyən edilməsi, həmçinin təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. Cavabdeh3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum atası X5 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə” iddia tələbində İddiaçı cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
5. Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum X2 vəfatından sonra ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.metr olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi miras əmlakı olaraq qalmışdır. Həmin miras əmlak onun, bacısı Cavabdeh2 və qardaşı Cavabdeh4 tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir. Belə ki, atasının vəfatından sonra ilk iki ay onlar həmin evdə yaşamış və təsərüfatı idarə etmişlər. Həmçinin atasından miras qalmış pay torpaq sahəsi otuz ilə yaxın müddətdir ki, faktiki olaraq onların istifadəsindədir. Həmin torpaqlar onların tərəfindən idarə edilir. X2 vəfatından sonra onun dörd vərəsəsi-o, oğlu Cavabdeh4, qızı Cavabdeh2 və ikinci arvadı İddiaçı Mövlüd qızı qalmışdır. Qardaşı Cavabdeh4, bacısı Cavabdeh2 öz paylarından onun xeyrinə imtina edirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum atası X5 miras qalmış ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyəti olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evi və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsi ilə bağlı mirasın onun tərəfindən tam olaraq faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlak üzərində onun payı ¾ olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil gəlmiş, Cavabdeh2, Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiklərini və mərhum ataları X5 miras qalmış bütün əmlaklardan onların hər birinə düşən ¼ hissədən bacısı Cavabdeh3 xeyrinə imtina etdiklərini göstərmiş, üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə cavabdehlər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə və Cavabdeh2, Cavabdeh4 və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etmiş, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil qarşılıqlı iddianı müdafiə etmiş, ilkin iddianı qismən qəbul etmişdir.
9. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, Cavabdeh3 tərəfindən mirasın faktiki qəbul edilməsinə etiraz etmir. Qarşılıqlı iddianı qəbul edir. Məhkəmədən ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ilkin iddia ərizəsinə və İddiaçı izahatına uyğun izahat verərək və qarşılıqlı iddianı qəbul etdiyini göstərərək məhkəmədən ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi, Vəkil qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq onu göstərdi ki, ilkin iddianın 10000 manat tələbinə dair hissəsini qəbul etmir. Ona görə də, ilkin iddianın qismən təmin edilməsinə etiraz etmədiyini göstərərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 30 yanvar 2024-cü il tarixli, 2(024)-39/2024 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olmuş və ondan miras qalan 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X10 mülkiyyətində olmuş və ondan miras qalan 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların ilkin iddia üzrə İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olmuş və ondan miras qalan 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X10 mülkiyyətində olmuş və ondan miras qalmış 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı ¼ hissə qanun üzrə payının müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi, ilkin iddianın təmirə xərclənmiş 10000 manat pulun ilkin iddia üzrə iddiaçıya verilməsi tələbi”nə dair hissəsi əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi, mərhum X5 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən X10 mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X10 mülkiyyətində olmuş və ondan miras qalan 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, mərhum X5 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, **********34-10301 reyestr nömrəli DƏDR-dən Çıxarışa əsasən onun mülkiyyətində olmuş 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evindən ibarət və JN-0378 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X10 mülkiyyətində olmuş və ondan miras qalan 2.33 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlakların hər biri üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ¾ hissə qanun üzrə payının müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4-də yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X6 mülkiyyətindədir. JN-0378, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən isə Qax rayonu Qaxmuğal kəndində yerləşən 2.33 ha torpaq sahəsi X3, X13, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmişdir. X13 ilə Lətifova (Məmmədova) Gülbahar Möhlüd qızının nikahları xx.xx.2011-ci ildə rəsmi qeyd edilmişdir. X13 xx.xx.2022-ci ildə ölmüş, onun arvadı İddiaçı, qızı Cavabdeh3, oğlu Cavabdeh4 və qızı Cavabdeh2 ibarət vərəsələri qalmışdır. İddiaçı və Cavabdeh3 mərhum Yaşar Məmmədovdan miras qalmış əmlakların faktiki qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklradan özlərinə düşən payı, eyni zamanda İddiaçı miras əmlaka çəkdikləri xərclərin əvəzi olaraq Cavabdeh3 10 000 manat pul tələb edir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mərhum atalarından miras qalmış əmlaklardan özlərinə düşən hər birinin ¼ hissə paylarından Cavabdeh3 xeyrinə imtina etmişlər.
Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
14. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mirasın faktiki qəbul edilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı və Cavabdeh3 mərhum ataları Yaşar Məmmədovanın ölümündən sonra miras əmlaklardan yaşamaqla və istifadə etməklə mirası faktiki qəbul etdiklərin açıqaşkar nümayiş etdirmişlər. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Belə ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi müddətihüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iclasında həm İddiaçı həm də Cavabdeh3 nümayəndəsi onların mirasın faktiki qəbul etməsinə etiraz etmədiklərini bildirmişlər. Beləliklə müəyyən edildi ki, vərəsələr arasında onların mirası faktiki qəbul etmələri ilə bağlı heç bir narazılıq yoxdur. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddianı, Cavabdeh3 nümayəndəsi Vəkil isə ilkin iddianı qəbul etmişlər.
15. Məhkəmə hər iki iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. X7 üzrə 4 vərəsəsi vardır. Onların miras əmlaklar üzərində qanun üzrə payları bərabər hesab edilir. X10 mülkiyyətinə verilmiş Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4də yerləşən 0.03 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı qanun üzrə payı ¼ hissə, Cavabdeh3 qanun üzrə payı isə ¾ hissə və JN-0378, KOD 40310005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, X13, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 ümumibirgə mülkiyyətinə verilmiş 0.33 ha torpaq sahəsinin Yaşar Məmmədovun payına düşən 1/5 hissəsi üzərində İddiaçı qanun üzrə payı ¼ hissə, Cavabdeh3 payı isə 3/4 hissə təşkil edir. Çünki digər vərəsələr Cavabdeh4 və Cavabdeh2 miras əmlakların hər birindən özlərinin hər birinə düşən ¼ hissə paylardan Cavabdeh3 xeyrinə imtina etmişlər. İlkin iddianın miras əmlaklara çəkilmiş 10000 manat xərclərlə bağlı hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən ilkin İddiaçı miras əmlaklara 10000 manat xərc çəkməsini təsdiq edəcək hər hansı bir əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır və ilkin iddia tələbi qismən, qarşılqlı iddia tələbi isə tam olaraq əsaslıdır.
16. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1133.2, 1134.1, 1147.1, 1151.1, 1159.1, 1159.1.1 və 1257.2-cimaddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, mərhum əri 2001-ci ildə, yəni 23 il əvvəl arvadından boşanmışdır. Həmin tarixdə nə uşaqları nə də özü onların yaşadıqları evə gəlməmişdi. 1906-ci il tarixdə həmin evə o, gəldiyində ev baxımsız tökülmüş vəziyyətdə idi, əlində olan pulları, hətta qardaşının şəhid pulu olan 11 000 manat pulu həmin evə xərcləmişdir, ümumilikdə 20000 manat pul xərclənmiş, evin hamamı, ayaqyolunu təzələmişlər, evin dam örtüyünü tam yeniləmişlər, əlavə otaqlar artırmışlar. Yəni ev əsaslı təmir edilmişdir. Pulun demək olar ki tamını o və onun qohumları xərcləmişlər, çünki mərhum əri xəstə və pensiyaçı adam idi. Buna baxmayaraq o, xərclədiyi pulun yarısını iddia edir. Həmçinin onun ölümünə qədər ona o, qulluq etmiş övladları heç vaxt nə gəlməmişlər nə də qulluq etməmişlər. Yalnız yas mərasimində iştirak etmişlər. O, mərhum uşaqların vərəsəlikdən pay almalarına etiraz etməmişdir, bir şərtlə ki, onun 18 il ərzində ora qoyduğu zəhmət xərçin heç olmasa yarısını o, əldə edə bilsin. Məhkəmə isə xərclərin sübut edilməməsini bildirir. O, iddia ərizəsində Yusifov Nüsrət, X11 Taleh, Əliyev Şərif adlı, Əzizov Namiq və Əzizova Maya adlı şahidlərinin olduğunu bildirmişdir, bundan əlavə cəkilmiş xərclərə dair siyahı təqdim etmişdir. X17 dəfələrlə məhkəmə iclasında iştirak etmişdir. Digər şahidlər də məhkəmə iclasına gəlmək istəmişlər. Vəsatətlərini təqdim etmişdir. Məhkəmə nə şahidləri dinləməmiş, nə də ki, ekspertiza keçirməmişdir. Ekspertiza keçirilsə idi və şahidlər dinlənilsə idi tikintinin aparılması, xərclərin çəkilməsi sübut olacaqdır. Belə olan halda məhkəmə sübut olmaması səbəbi ilə iddianın əsassız olmaması barədə qənaətə gəlməsi doğru deyildir.
19. Hesab edir ki, belə olan halda cavabdeh onun hesabına əsasız varlanmışdır. Onun cəkdiyi xərclər miras əmlakdan ayrılaraq ona ödənilməlidir. Sübutları təqdim etsə də sübutlara qiymət verməmişir. Ekspertiza keçirilməmişdir.
20. O, şahidlərin və çəkilmiş xərclərin siyahılarını məhkəməyə təqdim etmişdir. Yenə də həmin sübutları sübut saymamışdır. Bunlardan başqa sübut təqdim edilməsinə zərurət var idisə məhkəmə onların təqdim edilməsini təklif edə bilərdi. Lakin məhkəmə verdikləri sübutlara belə qiymət verməmişdir. Məhkəmə onun vəsatətinə baxmayaraq onun tərəfindən aparılan yaxşılaşdırmaların aparılması üçün çəkdiyi məsrəflərin olub olmaması, həmçinin miqdarını müəyyən etməyə belə lazım bilmədi. Həmin əmlakın tamı mərhum ərinə məxsus olmamışdır, orada onun çəkdiyi zəhmət və xərclər hesabına cavabdeh əsassıs varlanmış olur. Onun bildirməyinə baxmayaraq ki, həmin xərclərin həcmi və xarakteri, xərclərin əmələ gəlmə vaxtı ekspertiza nəticəsində ortaya cıxacaqdı. Hesab edir ki, bu mübahisənin araşdırması üçün ekspertiza mütləq idi.
21. Məhkəmə 10000 manat xərc çəkməyini təsdiq edəcək hər hansı bir əsaslı və mötəbər sübutun məhkəməyə təqdim etməməyini əsas götürmüşdür. Halbuki, o, sübutlarını təqdim etmişdir.
22. Odur ki, Qax Rayon Məhkəməsinin 2(024)-39/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın “cavabdehdən 10000 manat məbləğin alınaraq ona ödənilməsinə dair hissəsinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin 2(024)-39/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin qismən, yəni ilk iddianın təmin edilməmiş, cavabdehlərdən 10 000 manat məbləğin alınaraq ona ödənilməsinə dair hissədə ləğv edilməsi, həmin hissədə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 2(024)-39/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 2(024)-39/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 2(024)-39/2024 nömrəli xx.xx.2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və üçüncü şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
34. Apellyasiya şikayətindən görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni ilk iddianın təmin edilməmiş təmirə xərclənmiş 10000 manat pulun ilk iddia üzrə iddiaçıya verilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kolegiyası Qax Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(024)- 39/2024 nömrəli qətnaməsin əsaslılığını ilk iddianın rədd edilmiş təmirə xərclənmiş 10000 manat pula aid hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, mübahisələndirilən hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışa əsasən Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4-də yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X10 mülkiyyətinə rəsmiləşdirilmişdir. X13 ilə Lətifova (Məmmədova) Gülbahar Möhlüd qızının nikahları xx.xx.2011-ci ildə rəsmiləşdirilmişdir. X13 xx.xx.2022-ci ildə ölmüş, onun arvadı İddiaçı, qızları Cavabdeh3, Cavabdeh2 və oğlu Cavabdeh4 ibarət vərəsələri qalmışdır. X1 vərəsələri sonuncudan qalmış miras əmlakla bağlı məhkəməyə ilk və qarşılıqlı iddia tələblərini təqdim etsələr də, mirasda payın müəyyən edilməsi hissəsində onlar qarşılıqlı razılığa gəlmişlər. Lakin İddiaçı miras əmlakın təmirinə özü tərəfindən əlavə xərclərin çəkilməsinə istinad edərək, 10000 manat təmir xərcini cavabdehlərdən tələb etmiş, cavabdeh tərəfdən iddia tələbi həmin hissədə qəbul edilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
39. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin ekspertiza keçirməməsi, ekspertiza keçirilsə idi tikintinin aparılması, xərclərin çəkilməsinin sübut olunacağı, həmin xərclərin həcmi və xarakteri, xərclərin əmələ gəlmə vaxtının ekspertiza nəticəsində ortaya cıxacağına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
40. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Buna baxmayaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 04 iyun 2024-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının nəticəsi üzrə verilmiş 07 iyul 2025-ci il tarixli 10/1991 nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.
41. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli 10/1991 nömrəli rəydə göstərilmişdir ki, Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4 ünvanında baxış zamanı mübahisə predmeti olan tikililərin iki mərtəbədən ibarət fərdi yaşayış evi, həmin evin girişə nisbətdə sağ hissəsinə bitişik mətbəx, evin ön hissəsində yerləşən talvar, həyətyanı sahədə yerləşən altıaçıq, tövlə və sanitar qovşaqdan ibarət olduğu müşahidə olunmuşdur. Həmçinin baxış zamanı fərdi yaşayış evinin girişə nisbətdə sağ hissəsinə bitişik mətbəx tikilisinin üst hissəsində (fərdi yaşayış evinin sağ yan divarına bitişik) təmir-tikintisi tamamlanmamış sahənin mövcud olduğu müşahidə olunmuşdur. Lakin, tədqiq olunan tikililərin ilkin vəziyyətinə dair məlumatlar Mərkəzə təqdim edilmədiyindən yuxarıda qeyd olunan tikililərdə yenidənqurma və təmir-bərpa işlərinin aparılıb aprılmamasının müəyyən edilməsi mümkün olmamışdır.
42. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən qərardadda ekspert qarşısında qoyulmuş 3-cü sual üzrə tədqiqat aparılmadı.
43. Beləliklə İddiaçı Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4 ünvanında təmir işlərini aparması öz təsdiqini tapmamışdır.
44. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2025-ci il tarixli 10/1991 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun sübutlarını təqdim etməsi, onun çəkdiyi zəhmət və xərclər hesabına cavabdehin əsassız varlanmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə yaşayış evinə dair altı ədəd fotoşəkil əlavə edilsə də, sonuncu tərəfindən Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4 ünvanında məhz onun tərəfindən, yaxud da məhz onun özünün vəsaiti hesabına təmir işlərinin aparılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
46. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
48. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
49. Bundan əlavə məhkəmə kollegiyasının iclasında mirasqoyanın olümündən sonra Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4 ünvanında cavabdehlərin deyil, məhz İddiaçı yaşaması, mirasın kütləsinə daxil olmuş həmin əmlakın ¼ hissəsinə məhz İddiaçı qızının miras payının müəyyən edilməsi, Qax şəhəri, X23 küçəsi, döngə 5, ev 4 ünvanında məhz onun tərəfindən, yaxud da məhz onun özünün vəsaiti hesabına təmir işlərinin aparılmasına dair məhkəməyə heç bir sübutun təqdim edilməməsi də diqqətə alınmaqla cavabdehlərin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vəsatətlərini təqdim etsə də məhkəmənin şahidləri dinləməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə şahidlərin dindirilməsinə dair vəsatət təqdim etməsi halı müəyyən edilməmişdir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisələndirilən hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(024)-39/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Apellyasiya şikayətinin təmin edilməməsi nəzərə alınaraq məhkəmə kollegiyasının qərardadının icrası üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq, dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(024)-39/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq, dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.