Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-487/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, cavabdeh ASC “xxxx”-ın nümayəndəsi Tağıyev Elnur Məmməd oğlunun iştirakı ilə, İddiaçı Musayev Tariyel Əsgər oğlunun cavabdehlər “xxxx” MMC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və ASC “xxxx”-na qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1751/2019 nömrəli qətnaməsindən iddiaçı Musayev Tariyel Əsgər oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1751/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiaçı Musayev Tariyel Əsgər oğlunun cavabdehlər “xxxx” MMC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və ASC “xxxx”-na qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli, 30 nömrəli protokolun və həmin protokol əsasında hərrac təşkilatı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Musayev Tariyel Əsgər oğlunun dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilmişdir. İşin halları İddiaçı Musayev Tariyel Əsgər oğlu cavabdehlər “xxxx” MMC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və ASC “xxxx”-na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 30 nömrəli protokolun və həmin protokol əsasında hərrac təşkilatı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsiiclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Musayev Tariyel Əsgər oğlu məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı Musayev Tariyel Əsgər oğlu məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuş ərizəsində, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsiiddiaçı Musayev Tariyel Əsgər oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Musayev Tariyel Əsgər oğlu iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-464/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, ipoteka predmeti olan Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kvadrat metr ümumi, 76 kvadrat metr yaşayış, 199 kvadrat metr yardımçı sahədən ibarət olan 4 otaqlı, 109A nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 55500 manatla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Salamov Mustafa Mirbala oğlunun "xxxx" ASC-nə olan 22352,39 manat əsas, 7437,78 manat faiz, 500 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər olmaqla, 30340,17 manat borcun ödənilməsi, iddianın xx xxxx 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldə çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan peniyanın tutulmasına dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 26593/10 nömrəli sifariş məktubu ilə "xxxx" MMC hərrac təşkilatı tərəfindən hərrac keçirilmiş, xx xxxxxx 2019-cu il tarixli 30 nömrəli hərracın yekunları barədə protokol tərtib edilmiş və həmin protokol əsasında hərrac təşkilatı ilə "xxxx" ASC arasında xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və ipoteka predmeti olan Şəki qəhəri, N.Nərimanov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən, ümumi 275 kvadrat metr olan 1 mərətəbəli, 4 otaqlı 109A saylı ona məxsus rərdi yaşayış evi 35381,25 manata "xxxx" ASC-yə satılmışdır. Hərrac keçirilərkən hərrac təşkilatı hərracın keçirilməsi ilə bağlı müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş və qanun pozuntusuna yol vermişdir. Bu səbəbdən də hərracm yekunları barədə protokol və əmlaka dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Birinci hərrac xx xxxxxx 2018-ci il tarixdə keçirilib, birinci elan xx.xx.2018-ci -idə "Kaspi" qəzetində verilib. Lakin 2-ci elan və bildiriş barədə məlumatı olmamış və ikinci bildiriş ona göndərilməmişdir. Təkrar hərrac isə xx xxxxxx 2019-cu il tarixdə keçirilib, lakin qanunun tələbinə zidd olaraq 1-ci elan və birinci bildiriş xx.xx.2019-cu il tarixdə, yəni hərracın keçiirlməsinə 1 ay qalmış yox, 20 gün qalmış verilmişdir. 2-ci elan və bildiriş barədə isə heç bir məlumatı olmamış, bildiriş ona göndərilməmişdir. Göründüyü kimi hərrac təşkilatı qanunun tələblərini pozmaqla hərrac keçirmişdir. Əgər qanuna uyğun olaraq hərrac keçirilsə idi, təkrar hərracda iştirak etsə idi o, özü həmin əmlakı ala bilərdi. Lakin bununla bağlı ona nə bildiriş göndərilmiş, nə də ki, elan verilmişdir. Göründüyü kimi hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmiş və bu səbəbdən də hərrac etibarsız sayılmalıdır. Buna görə də “xxxx” MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 30 nömrəli protokolun və həmin protokol əsasında hərrac təşkilatı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2018- ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh ASC “xxxx”-nın nümayəndəsi Tağıyev Elnur Məmməd oğlu izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci tarixdə verilmiş xx xxxx 2017-ci tarixli, 2 (075)-464/2017 nömrəli icra sənədi icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru da həmin icra sənədi üzə icraata başlamaq haqqında qərar qəbul etmiş və qəbul etdiyi qərarı tərəflərə, o cümlədən iş üzrə borclu Musayev Tariyel Əsgər oğluna göndərmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət bitdikdən sonra müvafiq məktubla Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci tarixdə verilmiş xx xxxx 2017-ci tarixli, 2 (075)- 464/2017 nömrəl icra sənədində göstərilən, Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 55500 manatla açıq hərracda satılmasının təşkil edilməsi üçün icra vərəqəsi müvafiq sənədlərlə birlikdə “xxxx” MMC-nə göndərilmişdir. Bundan sonra “xxxx” MMC tərəfindən hərraclar təyin edilmiş, hərracların vaxtı və yeri barədə tərəflərə müvafiq bildirişlər göndərilmişdir. Təyin edilmiş hərraclarda icra sənədində qeyd edilən əmlaklar satılmadığından üçüncü hərracda tələbkar kimi ASC “xxxx”-ı qalib elan edilmiş və bununla bağlı xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə 30 nömrəli protokol qəbul edilmişdir. Bundan sonra həmin protokol əsasında icra sənədində qeyd edilən əmlakla bağlı “xxxx” MMC ilə ASC “xxxx” arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlanmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi icraya yönəlmə barədə borclulara, o cümlədən Musayev Tariyel Əsgər oğluna lazımi məlumat vermiş, icra vərəqəsini onlara da göndərmiş, o cümlədən, hərrac təşkilatı da hərracın keçirilməsi barədə bildirişləri göndərmişdir. “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” MMC xx xxxxxxx 2019-cu il tarixdə birinci instansiya məhkəməsinədaxil olmuş iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddiaçı Musayev Tariyel Əsgər oğlu cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, ASC “xxxx” və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2018ci il tarixli hərracın yekunları barədə 30 nömrəli protokolun və hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməni xahiş etmişdir. İddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçının-borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin, xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə və “xxxx” MMC-nə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Birinci instansiya məhkəməsionların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Musayev Tariyel Əsgər oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Musayev Tariyel Əsgər oğlu apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamədən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Hərrac təşkilatı qanunun tələblərini pozmaqla hərrac keçirmişdir. Əgər qanuna uyğun olaraq hərrac keçirilsəydi, təkrar hərracda iştirak etsəydi həmin əmlakı özü ala bilərdi. Bundan başqa hərracın keçirilməsi barədə göndərilmiş bildirişlərin ona çatması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu halları araşdırmamış v\ə hüquqi qiymət verməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1751/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh ASC “xxxx”-ın nümayəndəsi Tağıyev Elnur Məmməd oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1751/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər “xxxx” MMC-nin, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri və iddiaçı Musayev Tariyel Əsgər oğlu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdeh ASC “xxxx”-ın nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Musayev Tariyel Əsgər oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(075)-1751/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci tarixdə verilmiş xx xxxx 2017-ci tarixli, 2(075)-464/2017 nömrəli icra sənədindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci tarixli, 2 (075)-464/2017 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ipoteka predmeti olan Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 55500 (əlli beş min beş yüz) manatla satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Salamov Mustafa Mirbala oğlunun ASC «Xalq» Bankına olan 22352,39 manat əsas, 7437,78 manat faiz, 500 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 (iyirmi) manat məbləğində çəkilmiş xərclər olmaqla,cəmi 30340,17 (otuz min üç yüz qırx manat, 17 qəpik) manat borcun ödənilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci olan 120 manat pulun Salamov Mustafa Mirbala oğlundan alınaraq “xxxx” MMC-nin VÖEN: **********, AZ53CDBB**********0944002081, “xxxx” ASC. VÖEN: **********, Müxbir hesab: AZ30NABZ********************, KOD: 505174; SWİFT: CDBBAZ22 hesabına köçürülməsi qərara alınmışdır. İşdə olan Şəki rayonu İcra və Probasoya Şöbəsi tərəfindən “xxxx” MMC-nə göndərilmiş xx xxxxxx 2018-ci il tarixli, 26593/5 nömrəli məktubdan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci tarixdə verilmiş xx xxxx 2017-ci tarixli, 2(075)- 464/2017 nömrəli icra sənədində göstərilən, Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 55500 manatla açıq hərracda satılmasının təşkil edilməsi üçün icra vərəqəsi müvafiq sənədlərlə birlikdə Şəki rayonu İcra və Probasoya Şöbəsi tərəfindən “xxxx” MMC-nə göndərilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən Şəki rayonu İcra və Probasoya Şöbəsinə, ASC “xxxx”-na və Musayev Tariyel Əsgər oğluna göndərilmiş açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli, 06/56 nömrəli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci tarixli, 2 (075)-464/2017 nömrəli icra vərəqəsi üzrə ipoteka qoyan Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan və ipoteka predmetinə tutma yönəldilməli olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 55500 manatla hərracının keçirilməsi ünvan 1 D (4-cü mərtəbə, 2-ci qapı) ünvanında xx xxxxxx 2018-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən Şəki rayonu İcra və Probasoya Şöbəsinə, ASC “xxxx”-na və Musayev Tariyel Əsgər oğluna göndərilmiş açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli, 06/56-1 nömrəli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci tarixli, 2 (075)-464/2017 nömrəli icra vərəqəsi üzrə ipoteka qoyan Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan və ipoteka predmetinə tutma yönəldilməli olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti olan 55500 manatın 15 faizi endirim qiyməti olan 47175 manatla hərracının keçirilməsi ünvan 1 D (4cü mərtəbə, 2- ci qapı) ünvanında xx xxxxxx 2019-cu il tarixdə, saat 11:00-a təyin edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 30 nömrəli yekun protokoldan görünür ki, Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan və ilkin satış qiyməti 55500 manat müəyyən edilmiş Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi 15 faiz endirimli qiyməti 47175 manat üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evi 35381 manata ASC “xxxx”-na satılmışdır. İşdə olan “xxxx” MMC ilə ASC “xxxx” arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evi 35381 manata ASC “xxxx”-na satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun aşağıda göstərilən maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər vəya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 416.1-ci mаddəsinə əsаsən həmin Məcəllədə müəyyənləşdirilmiş qаydаlаrı pоzmаqlа keçirilən hərrаc mаrаqlı şəxsin iddiаsı üzrə məhkəmə tərəfindən etibаrsız sаyılа bilər. Həmin Məcəllənin 416.2-ci mаddəsinə əsаsən hərrаcın etibаrsız sаyılmаsı hərrаcı udmuş şəxslə bаğlаnаn müqаvilənin etibаrsızlığınа səbəb оlur. “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 42.1-ci mаddəsinə əsаsən hərrаcın təşkilаtçısı hərrаcın keçirilməsinə dаir kütləvi infоrmаsiyа vаsitələrində elаn dərc etdirir, ipоtekа sаxlаyаnа və ipоtekа qоyаnа verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elаn və bildiriş hərrаcın keçirilməsinə ən geci 30 təqvim günü qаlmış verilir. Hərrаcın keçirilməsinə 15 təqvim günü qаlmış ikinci elаn verilir. Elаndа və bildirişdə hərrаcın vаxtı, yeri, fоrmаsı, оnun predmeti və keçirilmə qаydаsı, ilkin sаtış qiyməti, hərrаcdа iştirаk üçün behin məbləği, оnun ödənilməsi müddəti və qаydаsı, hərrаcdа iştirаk hüququnu əldə etməküçün sənədlərin siyаhısı, hаbelə аlış qiymətinin ödənilməsi müddəti və qаydаsı hаqqındа məlumаt оlmаlıdır. Hərrаcın iştirаkçısı hərrаcın predmetinin ilkin sаtış qiymətinin 5 fаizi miqdаrındа beh ödəməlidir. Həmin Qаnunun 43.1-ci mаddəsinə əsаsən hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qаnunun 43.1-ci mаddəsinə əsаsən Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qаnunun 43.5-ci mаddəsinə əsаsən təkrаr hərrаc sözü gedən Qаnunun 42-ci mаddəsində nəzərdə tutulmuş qаydаdа keçirilir. Hərrаc təşkilаtçısı ipоtekа predmetini ilkin sаtış qiymətilə, həmin qаnunun 43.1.2-ci mаddəsində nəzərdə tutulmuş səbəbə görə sаtış qiymətindən 15 fаiz аşаğı qiymətə hərrаcа çıxаrır. Həmin Qаnunun 43.7-ci mаddəsinə əsаsən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qаnunun 44-cü mаddəsinə əsаsən bu qаnunlа müəyyən edilmiş qаydаlаrı pоzmаqlа keçirilən hərrаc Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 416-cı mаddəsində nəzərdə tutulmuş nəticələrə səbəb оlur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci tarixdə verilmiş xx xxxx 2017-ci tarixli, 2 (075)-464/2017 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində olan və ipoteka predmetini təşkil edən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evi xx xxxxxx 2019-cu il tarixdə keçirilən açıq hərracda ASC “xxxx”-ı tərəfindən alınmışdır. Bununla bağlı “xxxx” MMC ilə ASC “xxxx” arasında hərracın yekunları üzrə alqı-satqı barədə xx xxxxxx 2019-cu il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında qeyd edilən fərdi yaşayış evi ASC “xxxx”-nin mülkiyyətinə keçmişdir. İddiaçı Musayev Tariyel Əsgər oğlu da hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyini, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hərracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək hazıki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx”-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında, cavabdeh “xxxx” MMC isə məhkəməyə daxil olmuş etiraz ərizəsində iddianı qəbul etmədiyini bildirmiş, digər cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Göründüyü kimi iddiaçı Musayev Tariyel Əsgər oğlu xx xxxxxx 2019-cu il tarixdə hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyini, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini, hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmədiyini, hərracların keçirilməsi ilə bağlı bildiriş göndərmədiyini əsas gətirərək xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan evlə bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyan lazımınca xəbərdar edilmişdir. İş materiallarında olan Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclular əmlakın açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. Musayev Tariyel Əsgər oğlunun mülkiyyətində Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 275 kv.m ümumi, 76 kv.m yaşayış, 199 kv.m yardımçı sahədən ibarət olan 4 (dörd) otaqlı, 109 A nömrəli fərdi yaşayış evinin ilkin hərracda alıcısı olmadığından növbəti hərracdakı qiyməti 15% endirimlə 47175 manat müəyyən edilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin qanununun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə banka təklif olunmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İpoteka qoyana ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Bundan başqa qeyd olunan sifariş məhkəmə qərarının icrası olaraq hərraca göndərilmiş və bu barədə qərar qəbul olunarkən borclu şəxslər məhkəmə proseslərindən məlumatlı olmuşlar. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi icraya yönəlmə barədə şəxslərə lazımi məlumat vermiş, icra vərəqəsini onlara da göndərmiş, o cümlədən, hərrac təşkilatı da hərracın keçirilməsi barədə bildirişləri göndərmişdir. “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə 30 nömrəli protokol əsasında hərracın keçirilməsinin yekunlarına görə “xxxx” MMC ilə ASC “xxxx” arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə xx xxxxxx 2019-cu il tarixli müqavilə imzalanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları barədə 30 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə görə hərrac təşkilatı və alıcı arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir və bununla bağlı iddianın əsaslı olmasını sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə iddianı əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı Musayev Tariyel Əsgər oğlu iddia ərizəsinin xahiş edirəm hissəsində etibarsız hesab edilməsini tələb etdiyi hərracın yekunları barədə protokolun tarixini xx xxxxxx 2018-ci il və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin tarixini isə xx xxxxxx 2018-ci tarixi kimi göstərsə də, iş materiallarında olan Şəki Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2018-ci tarixdə verilmiş xx xxxx 2017-ci tarixli, 2 (075)-464/2017 nömrəli icra sənədi üzrə keçirilmişhərracın yekunları barədə protokoldan və həmin protokol əsasında hərrac təşkilatı ilə “xxxx” ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, həmin sənədlər xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmişdir. İddiaçı Musayev Tariyel Əsgər oğlu iddia ərizəsinin məzmununda da həmin tarixlərin xx xxxxxx 2019-cu il olduğunu göstərmişdir. Buna görə də məhkəmə iddiaçı Musayev Tariyel Əsgər oğlunun iddia ərizəsinin xahiş edirəm hissəsində etibarsız hesab edilməsini tələb etdiyi hərracın yekunları barədə protokolun tarixini xx xxxxxx 2019-ci il əvəzinə mexaniki olaraq səhvən xx xxxxxx 2018-ci tarixi kimi və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin tarixinin isə xx xxxxxx 2019-cu il tarixi əvəzinə mexaniki olaraq səhvən xx xxxxxx 2018-ci tarixi kimi göstərilməsi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Musayev Tariyel Əsgər oğlunun cavabdehlər “xxxx” MMC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və ASC “xxxx”-na qarşı “xxxx” MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli, 30 nömrəli protokolun və həmin protokol əsasında hərrac təşkilatı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2019- cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddianın təmin edilməməsi nəzərə alınaraq iddiaçı Musayev Tariyel Əsgər oğlunun dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hərracın keçirildiyi vaxt qüvvədə olmuş “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun hərracın keçirilmə qaydasını nəzərdə tutan 42.1-ci mаddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Musayev Tariyel Əsgər oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1751/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1751/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı Musayev Tariyel Əsgər oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-487/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-487/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver