Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-488/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasını onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsi mərhum atası Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsus olmuş, atası İsbəndiyar Xəlilov xx xxxxx 1995-ci il tarixdə vəfat etmişdir. Mərhum atası sağlığında xx.xx.1989-cu il tarixdə vəsiyyətnamə tərtib edərək, özünün ölüm gününə qalmış mübahisəli yaşayış sahəsini və bütün ev əşyalarını ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə 2-C-492 reyestr nömrəsi ilə qeydə alınmışdır. O, atasının vəfatından sonra həmin evdə yaşamış və bununla da miras əmlaka faktiki sahiblik etməklə onu idarə etmişdir. Atası İsbəndiyar Xəlilov xx.xx.1995-ci il tarixdə vəfat etdiyindən hazırkı mübahisəyə miras açılarkən qüvvədə olan maddi hüquq normalarına uyğun baxılmalıdır. Qanuna görə, mirası qəbul etmiş hesab edilməsinin şərti kimi vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi əsas götürülür. Qardaşı Cavabdeh2 atası öləndən sonra həmin evdə yaşamamış və mirası faktiki idarə etməmişdir. 2001-2002-ci illərdə həmin miras əmlaka qayıdaraq yaşamağa başlamış, bacısı Cavabdeh1 isə 1992-ci ildə ərə getdiyindən həmin evdə yaşamamış və ümumiyyətlə, mirası faktiki qəbul etməmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 1 saylı DNK tərəfindən verilmiş reysetrdə 2-V-86 nömrə ilə qeyd edilmiş xx.xx.2009-cu il tarixli və reyestrdə 2-V-47 nömrə ilə qeyd edilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər və daşınmaz əmlakın dövlət reyetsrindən RX seriyalı, ******* nömrəli Çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Hazırkı iddia ilə məhkəməyə müraciət olunmasının səbəbi odur ki vəsiyyətnamə ola-ola vəsiyyət üzrə yox, qanun üzrə vərəsəliklə miras əmlakda paylar müəyyən edilmişdir. Zaqatala Dövlət Notariat Kontorunda xx.xx.1989-cu il tarixdə 2-C-492 reyestr nömrəsi ilə qeydə alınmış və həmin tarixdə Xəlilov İsbəndiyar Nurməhəmməd oğlu tərəfindən tərtib olunmuş vəsiyyətnamədən də görünür ki, vəsiyyət edən ona məxsus ünvan 2 ünvanında yerləşən iki otaqlı, aynabəndli, altı zirzəmili evini və bütün ev əşyalarını oğlu İddiaçı, yəni ona vəsiyyət etmişdir. Zaqatala şəhər XDS İK-nın xx.xx.1965-ci il tarixli 1 nömrəli qərarı ilə X2 tərəfindən tikilmiş Zaqatala şəhəri Sahil küçəsindəki 3 nömrəli evin rəsmiləşdirilməsi qərara alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə qeydə alınmış evin texniki pasportuna əsasən Zaqatala şəhəri Sahil küçəsi 3 nömrəli ev Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsusdur. Sonradan həmin evin yerləşdiyi küçənin adı və evin nömrəsi dəyişdirilmişdir. Hal-hazırda ev S.Kazımov küçəsi 54 ünvanında yerləşmişdir. Həmin yaşayış evi mərhum atasının olduğu və ona vəsiyyət də olunduğu üçün elə bilmişdir ki, özünün sayılır. Qanunverciliyə əsasən deyə bilər ki, həmin əmlak ona vəsiyyət olunduğu üçün yarısı ona çatmalıdır. Mirasda məcburi pay olaraq mirasın digər yarısı da ondan başqa bir bacı və bir qardaşı olduğu üçün 3 yerə bölünməlidir. Buna görə də hazırkı iddia ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin əsaslı olduğunu hesab edir və təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Zaqatala şəhəri S.Kazımov küçəsində yerləşən 54 nömrəli ev xx xxxxx 1995-ci il tarixdə vəfat etmiş atası Xəlilov İsbəndiyar Nurməhəmməd oğlundan miras qalmışdır. Zaqatala rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 2-V-86 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2009-cu il tarixli şəhadətnaməyə əsasən onun həmin miras əmlakda 1/3 payı müəyyən edilmiş və 2-V-47 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnaməyə əsasən bacısı Cavabdeh1 həmin miras əmlakda 1/3 payı müəyyən edilmişdir. Sonradan bacısı Xəlilova X5 şəhəri S.Kazımov küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evində olan 1/3 payını xx xxxxxx 2013-cü il tarixli fərdi yaşayış evinin bəxşişi müqaviləsinə əsasən ona bağışlamış və Zaqatala şəhəri S.Kazımov küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evi üzərində olan özünün 2/3 payı daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı ona və bacısına qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə əvvəllər müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli, 2(033)-68/2015 nömrəli qətnaməsinə əsasən həmin iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı yenidən eyni tələblə və əlavə olaraq vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsini və mirasda payların müəyyən edilməsini tələb edir. İddiaçının tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair” iddiasının “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi tələbinə dair” hissəsi üzrə mülki işin icraatına MPM-in 261.0.2-ci maddəsinə əsasən (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması) xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması səbəbindən qətnamə ləğv edilməlidir. Belə ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin yaşayış sahəsi mərhum atası Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsus olmuş və atası İsbəndiyar Xəlilov xx xxxxx 1995-ci il tarixdə vəfat etmişdir. Mərhum atası sağlığında xx.xx.1989-cu il tarixdə vəsiyyətnamə tərtib edərək, özünün ölüm gününə qalmış mübahisəli yaşayış sahəsini və bütün ev əşyalarını ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə 2-C-492 reyestr nömrəsi ilə qeydə alınmışdır. O, atasının vəfatından sonra həmin evdə yaşamış və bununla da miras əmlaka faktiki sahiblik etməklə onu idarə etmişdir. Atası İsbəndiyar Xəlilov xx.xx.1995-ci il tarixdə vəfat etdiyindən hazırkı mübahisəyə miras açılarkən qüvvədə olan maddi hüquq normalarına uyğun baxılmalıdır. Qanuna görə, mirası qəbul etmiş hesab edilməsinin şərti kimi vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi əsas götürülür. Qardaşı Cavabdeh2 atası öləndən sonra həmin evdə yaşamamış və mirası faktiki idarə etməmişdir. 2001-2002-ci illərdə həmin miras əmlaka qayıdaraq yaşamağa başlamış, bacısı Cavabdeh1 isə 1992-ci ildə ərə getdiyindən həmin evdə yaşamamış və ümumiyyətlə mirası faktiki qəbul etməmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 notariat orqanından adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Bütün bunlar ondan xəbərsiz baş vermiş və o, heç bir sənədə imza atmamışdır. Vəsiyyətnamə ola-ola vəsiyyət üzrə yox, qanun üzrə vərəsəliklə miras əmlakda paylar müəyyən edilmişdir. Zaqatala Dövlət Notariat Kontorunda xx.xx.1989-cu il tarixdə 2-C-492 reyestr nömrəsi ilə qeydə alınmış və həmin tarixdə Xəlilov İsbəndiyar Nurməhəmməd oğlu tərəfindən tərtib olunmuş vəsiyyətnamədən də görünür ki, vəsiyyət edən ona məxsus ünvan 2 ünvanında yerləşən iki otaqlı, aynabəndli, altı zirzəmili evini və bütün ev əşyalarını oğlu İddiaçı, yəni ona vəsiyyət etmişdir. Bundan əlavə mövcud olan hazırkı bölgüdə evin zirzəmisinin kimə məxsus olması göstərilmir. Zaqatala şəhər XDS İK-nın xx.xx.1965-ci il tarixli 1 nömrəli qərarı ilə X2 tərəfindən tikilmiş Zaqatala şəhəri Sahil küçəsindəki 3 nömrəli evin rəsmiləşdirilməsi qərara alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evin texniki pasportuna əsasən Zaqatala şəhəri Sahil küçəsi 3 nömrəli ev Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsusdur. Sonradan həmin evin yerləşdiyi küçənin adı və evin nömrəsi dəyişdirilmişdir. Hal-hazırda ev S.Kazımov küçəsi 54 ünvanında yerləşmişdir. Həmin yaşayış evi mərhum atasının olduğu və ona vəsiyyət də olunduğu üçün elə bilmişdir ki, onun özünün sayılır. Mirasda məcburi pay olaraq mirasın digər yarısı da ondan başqa bir bacı və bir qardaşı olduğu üçün 3 yerə bölünməlidir. Əgər vəsiyyətnamə düzgün deyildirsə, notarius vəsiyyəti tərtib edərkən həmin əmlakın vəsiyyət edənin mülkiyyətində olub-olmamasını niyə araşdırmamışdır... Əgər əmlak vəsiyyət edənə məxsus deyildirsə, niyə vəsiyyətnamə notarius tərəfindən tərtib və təsdiq edilərək reyestrə daxil edilirdi... Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instanasiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 390/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Zaqatala rayon 2 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə Cavabdeh1, habelə cavabdeh qurumların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş çıxarışdan görünür ki, Xəlilov İsbəndiyar Nurməhəmməd oğlu ilə X14 xx.xx.1961-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 1 nömrə ilə qeyd aparılmışdır. Tərəflər nikaha daxil olduqdan sonra kişi “Xəlilov”, qadın “Xəlilova” soyadını qəbul etmişlər. İşə əlavə edilmiş Zaqatala rayon VVAQ Bürosu tərəfindən xx xxxxxx 1968-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş və bu barədə 249-cu səhifədə qeydiyyat aparılmışdır. Onun atası Xəlilov İsbəndiyar Nurməhəmməd oğlu, anası X10r. İşə əlavə edilmiş Zaqatala Dövlət Notariat Kontorunda xx.xx.1989-cu il tarixdə 2-C- 492 reyestr nömrəsi ilə qeydə alınmış və həmin tarixdə Xəlilov İsbəndiyar Nurməhəmməd oğlu tərəfindən tərtib olunmuş vəsiyyətnamədən görünür ki, vəsiyyət edən ona məxsus ünvan 2 ünvanda yerləşən iki otaqlı, aynabəndli, altı zirzəmili evini və bütün ev əşyalarını oğlu İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş Zaqatala rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 295471 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Xəlilov İsbəndiyar Nurməhəmməd oğlu xx.xx.1995-ci ildə ürək-damar çatışmazlığından Zaqatala rayonunda ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 55 nömrə ilə qeyd aparılmışdır. İşə əlavə edilmiş ünvan 2 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki ev sahibi X3 məxsusdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsindən Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun adına verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 162 nömrə ilə uçota alınmış A seriyalı 060273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala rayon X9 xx.xx.2003-cü il tarixli 110 nömərli qərarı ilə Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna Zaqatala rayonunun Ziliban kəndində yerləşən 524,27 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2008-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Zaqatala şəhəri S.Kazımov küçəsində 0,0521 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,7 kv.m yaşayış, 42,8 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqəsində Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Zaqatala şəhəri S.Kazımov küçəsində 0,0521 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,7 kv.m yaşayış, 42,8 kv.m köməkçi, 125,5 kv.m ümumi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evində Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun payı xx.xx.2008-ci il tarixdə 2/3 hissə, Cavabdeh2 payı isə xx.xx.2011-ci il tarixdə 1/3 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində adlarına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda 2-v-86 reyestr nömrəsi ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə xx.xx.1995-ci il tarixdə ölmüş Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun vərəsəsi ünvan 2-də yaşayan oğlu Cavabdeh2 miras əmlakdan irs almalıdır. Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsus həmin əmlak ünvan 2-də 0,0521 ha həyətyanı torpaq sahəsində yerləşən, 1963-cü ildə tikilmiş, 2 mərtəbəli, 4 otaqlı, 82,7 kv.m yaşayış sahəsi, 42,8 kv.m köməkçi sahəsi və 125,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən ibarətdir. Vərəsə Cavabdeh2 mərhum atası Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsus ünvan 2-də 0,0521 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Vərəsələr Cavabdeh1 və İddiaçı düşən, mərhum ataları Xəlilov İsbəndiyar Nurməhəmməd oğluna məxsus həmin evin 2/3 hissəsi açıq qalır. İşə əlavə edilmiş xx.xx.2012-ci il tarixdə Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunda 2-V-47 nömrəli reyestrlə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə xx.xx.1995-ci il tarixdə ölmüş Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun vərəsəsi ünvan 2-də yaşayan qızı Cavabdeh1 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2-də 0,0521 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. İddiaçı 1/3 hissəsi açıq saxlanıldı. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X13 İradə İsfəndiyar qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********97-10301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən, ünvan 2 ünvanında 0,0521 ha torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli, 4 (dörd) otaqlı, yaşayış sahəsi 82,7 kv.m, yardımçı sahəsi 42,8 kv.m, ümumi sahəsi 125.5 kv.m olan fərdi yaşayış evinda Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun payı 1/3 hissədən, Cavabdeh2 payı 1/3 hissədən və Cavabdeh1 İsfəndiyər qızının payı 1/3 hissədən ibarətdir. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda 4Ə-30 reyestr nömrəsi ilə qeydə alınmış “Fərdi yaşayış evinin bəxşiş müqaviləsi”ndən görünür ki, Cavabdeh1 İsfəndiyar qızı ƏMDK-nin yanında DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən verilmiş MA ******* nömrəli, reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan Çıxarışa və ƏMDK-nin yanında DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 176 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən, hüquq müəyyənedici sənəd üzrə 0,0521 ha torpaq sahəsində yerləşən, 1963-cü ildə tikilmiş, 2 (iki) mərtəbəli, 4 (dörd) otaqlı, yaşayış sahəsi 82,7 kv.m, yardımçı sahəsi 42,8 kv.m, ümumi sahəsi 125.5 kv.m olan fərdi yaşayış evindən ona düşən hissəni qardaşı Cavabdeh2 bağışlamışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Zaqatala şəhəri S.Kazımov küçəsində 0,0521 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,7 kv.m yaşayış, 42,8 kv.m köməkçi, 125,5 kv.m ümumi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evində Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun payı 1/3 hissə - qeydiyyat tarixi xx.xx.2008-ci il, Cavabdeh2 payı isə 2/3 hissə - qeydiyyat tarixi xx.xx.2013-cü il olmaqla daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində adlarına qeydiyyata alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(107)170/2014 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 ünvan 2 nömrəli ünvanda yerləşən yaşayış evinin ikinci mərtəbəsindəki 27,80 kv.m sahəsi olan otağa köçürülməsi, cavabdehlər İddiaçı, X18 və X7 həmin otaqdan çıxarılmaları qət edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(033)-68/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə, Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontoruna və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh1 qarşı Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 verilmiş reyestrdə 2-v-86 nömrə ilə qeyd edilmiş xx.xx.2009-cu il tarixli və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 verilmiş reyestrdə 2-v-47 nömrə ilə qeyd edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Zaqatala şəhəri S.Kazımov küçəsində 0,0521 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,7 kv.m yaşayış və 125,5 kv.m ümumi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evinin 2/3 hissə payının cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 mülkiyyətinə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(033)-269/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və X4 cavabdehlər İddiaçı İsfəndiyar oğlu, X18, X12 və X11 qarşı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən bir otaqdan, həmin mərtəbədə yerləşən dəhlizdən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindəki ümumi istifadədə olan ayaqyoludan istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilərək aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, ünvan 2 nömrəli ünvanda 0,0521 ha torpaq sahəsində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən sahəsi 27.80 kv.m olan bir otaqdan, həmin mərtəbədə yerləşən dəhlizdən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindəki ümumi istifadədə olan ayaqyoludan iddiaçılar Cavabdeh2 və X4 istifadə etmələrinə cavabdehlər İddiaçı İsfəndiyar oğlu, X18, X12 və X15 tərəfindən yaradılan maneələr qanunsuz hesab edilərək, belə hərəkətlərin aradan qaldırılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(107)1323/2017 nömrəli qətnaməsindən görünür ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(033)-269/2017 nömrəli qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(102)-8417/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(107)-1323/2017 nömrəli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)79/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)806/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və X4 cavabdehlər İddiaçı və X16 qarşı dəhlizdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Yuxarıda qeyd olunduğu kimi Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Zaqatala rayon 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğvi, vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddiasının “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi tələbinə dair” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-in xx xxxxxxxx 1964-cü il tarixli Qanunu ilə qəbul edilmiş və xx xxxxxx 1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 100-1-ci maddəsində müəyyən edilmişdir ki, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Həmin Məcəllənin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 537-ci maddəsinə görə hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin faktiki hallarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən iki otaqlı ev istər vəsiyyət edildiyi xx.xx.1989-cu il tarixdə, istərsə də miras qoyanın öldüyü xx.xx.1995ci il tarixədək X1 (vəsiyyət edənin) xüsusi mülkiyyətində olmamışdır. Bu isə həm də o deməkdir ki, X1 ünvan 2 ünvanında yerləşən, sahiblik və istifadəsində olan iki otaqlı ev barəsində sərəncam vermək, o cümlədən onu vəsiyyət etmək hüququ olmamışdır. İş materiallarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə aid 524,27 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon X9 xx.xx.2003-cü il tarixli 110 nömərli qərarı ilə Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun mülkiyyətinə verilmiş və onun mülkiyyət hüququ Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008-ci il tarixdə 162 nömrə ilə uçota alınmış A seriyalı 060273 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsi və orada yerləşən 2 mərtəbəli 4 otaqlı 82,7 kv.m yaşayış, 42,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Xəlilov İsbəndiyar Nurməhəmməd oğlunun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq bu barədə MH-0004568 nömrəli, qeydiyyat tarixi xx.xx.2008-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. İşə ələvə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi tələbinə dair” iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən miras əmlakla bağlı tərəflər arasındakı mübahisələrə dair əvvəlki məhkəmə qərarları hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. İddiaçı ona verilmiş vəsiyyətnamənin nəzərə alınaraq miras əmlakda daha üstün payının müəyyən edilməsi üçün dəfələrlə məhkəmə mübahisələri açmış, lakin məhkəmələr tərəfindən həmin vəsiyyətnamənin hüquqi qüvvəsi tanınmamış və İddiaçı iddia tələbləri əsassız hesab edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin “vəsiyyətnamə nəzərə alınmaqla mirasın bölünməsi və payların müəyyən edilməsi” hissəsi üzrə iddianı rədd edərkən yenə də qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarlarına istinad etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan İddiaçı digər vərəsələrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və bu şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı artıq mübahisələndirmək hüququ yoxdur. Həmin hüquq müəyyənedici sənədlər qüvvədə olduğu halda isə miras əmlakın yenidən bölünməsi və payların yenidən müəyyən edilməsi qeyri-mümkündür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, işin faktiki halları və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-390/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 390/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-488/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-488/2021
17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver