Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-489/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə , İddiaçı(bundan sonra- iddiaçı) Cavabdehnə(bundan sonra –Birlik) qarşı “borcun silinməsi” tələbinə dair Göyçay Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tаrixli qətnaməsindən cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçının Göyçay rayonu, Qarabağlar kəndində yerləşən yaşayış evi təbii qazla təmin edilmiş və 17 avqust 2022-ci ildə yaşayış evinə quraşdırılmış qaz sayğacı G4 smart markalı, **********357 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. “Abonentin saldosundan” görünür ki, 2022-ci ilin may ayına iddiaçının təbii qazdan istifadəyə görə 779,10 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 779 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Laçın rayonu, Hocaz kənd sakinidir. 1992-ci ildə Laçın rayonunun işğalından sonra Göyçay rayon Qarabağlar kəndində ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. 2019-cu ilin iyul ayında ailəsi ilə birlikdə Bakıya köçüb orada işləmişlər. 2021-ci ilin sentyabr ayında məskunlaşdığı Göyçay rayonuna qayıtmışdır. xx.xx.2022-ci ildə ona qazdan istifadəyə görə 5,60 qəpik borc yazılmış, xx.xx.2022-ci il tarixində borcun miqdarı 779,10 manata qədər artırılmışdır. Hazırki qaz sayğacı smart kart tiplidir və o növ sayğaca borcun necə yazıldığını və ümumiyyətlə qazdan istifadəyə görə yazılmış 5,60 manat borcun bir ayın içində necə 779,10 manat artdığını anlamır. Məsələyə aydınlıq gətirmək üçün dəfələrlə qaz idarəsində olmuş, ona texniki səhv olduğunu demişlər və o, borcun ləğv edilməsini tələb etdikdə, bunun yalnız məhkəmə qaydasında mümkün olduğu bildirilmişdir. Ərizə və teleqramla dəfələrlə müraciət etməsinə baxmayaraq qaz idarəsindən ona heç bir cavab verilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Birlik iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Göyçay rayonu Qarabağlar kəndində yaşayan İddiaçı Talib oğluna məxsus fərdi yaşayış evinə xx.xx.2012ci il tarixdə ******* nömrəli, Elster G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2016-cı il tarixdə 1602AZ1301160 nömrəli SMART G-4 İTRON tipli qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə yenidən həmin qaz sayğacı **********5 nömrəli ZENNER G-4 markalı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Elə həmin vaxtdan da etibarən abonentin, hazırkı iş üzrə İddiaçı Talib oğlunun mənzilinə quraşdırılmış qaz sayğacının göstəricisi evdə yaşayış olmadığından götürülməmişdir. Lakin 2022-ci ilin may ayında sayğacların göstəriciləri götürülərkən İddiaçı Talib oğlunun mənzilinə quraşdırılmış qaz sayğacının üzərində 3978 m3 qaz sərfiyyatı olduğu müəyyən edilərək həmin məbləğin dəyəri olan 773,50 qəpik məbləğ abonentin **********00074 nömrəli abonent koduna işlənmişdir. 2022-ci ilin may ayında iddiaçı abonentin mənzilində **********5 nömrəli ZENNER G-4 markalı mexaniki qaz sayğacı olmuşdur. Həmin qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə həmin mexaniki tipli qaz sayğacı çıxarlaraq əvəzinə **********357 nömrəli, ZENNER G4T markalı SMARTKART qaz sayğacı quraşdırılmış, 773,50 qəpik məbləğ də həmin qaz sayğacının SMARTKART-ına yüklənmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli,13 nömrəli Qərarına əsasən əhali abonentləri üçün təbii qazın pərakəndə satış qiyməti 1200 m3-dək hər min kubmetr üçün 120 AZN, yəni hər kubmetr üçün 12 qəpik,1200 m3-dən 2500 m3-dək hər min kubmetr üçün 200 AZN, yəni hər kubmetr üçün 20 qəpik, 2500 m3-dən sonra isə hər min kubmetr üçün 250 AZN, yəni hər kubmetr üçün 25 qəpik məbləğində müəyyən edilmişdir. Həmin tariflər 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı Talib oğlunun qaz sayğacının üzərində olan 3978 m3 təbii qazın dəyəri də 1200m3-dək 12 qəpikdən,1200 m3-dən 2500 m3-dək olan 1300 m3 hissəsi 20 qəpikdən, ondan sonra qalan 1478 m3 hissəsi isə 25 qəpikdən hesablanmış, ümumilikdə hesablanmış 773,50 manat məbləğ iddiaçının abonent koduna işlənmişdir. İddiaçı Talib oğlunun mənzilindən müxtəlif vaxtlarda açılmış qaz sayğaclarına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı Talib oğlunun abonent koduna 2022ci ilin may ayında hesablanaraq vurulmuş 773,50 manat məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(046)- 213/2024 nömrəli iş üzrə qəbul etdiyi 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı **********00074 nömrəli abonent koduna hesablanmış 779 manat məbləğində borcun azaldılaraq 4 manat 20 qəpik məbləğində saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, abonentin saldosundan da göründüyü kimi istehlakçı İddiaçı məxsus Göyçay rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evində yaşayış olmadığına görə 2017-ci ilin üçüncü ayından 2022-ci ilin üçüncü ayına kimi təbii qazdan istifadəyə görə borc hesablanmamış, 2022-ci ilin dördüncü ayında 56 m3 təbii qazdan istifadəyə görə 5,60 manat, 2022-ci ilin beşinci ayında 3978 m3 təbii qazın dəyəri də 1200m3-dək 12 qəpikdən,1200 m3-dən 2500 m3-dək olan 1300 m3 hissəsi 20 qəpikdən, ondan sonra qalan 1478 m3 hissəsi isə 25 qəpikdən hesablanmış, ümumilikdə 773,50 manat məbləğ iddiaçının Göyçay XS-nin TQQ və SX-də olan **********00074 nömrəli abonent koduna işlənmişdir. Məhkəmə hesablanmış borcun məbləğinə münasibətdə qeyd edir ki, iddiaçının evində yerləşən qaz sayğacına baxış keçirilən zaman (2022-ci ilin may ayında) müəyyən olunmuş cihazlar (dəmir peçi (1/1) və 4 gözlü qaz plitələri (PQ-4) (1/)) 1 ay ərzinə 7/24 işlək vəziyyətdə olsalar da, qazın sərfi abonent saldosunda göstərilən həcmdə olması mümkünsüzdür. Eyni zamanda 2022-ci aprel ayında, yəni iddiaçının evində yaşayış olmadığı vaxtda Cavabdeh İB əməkdaşı tərəfindən qaz sayğacına baxmadan təbii qazdan istifadəyə görə təxmini olaraq borc məbləğinin abonent koduna hesablanması iddia ərizəsində qeyd olunan borcun da qanuni olaraq hesablanmasına şübhə yaradır. Həmçinin, qaz sayğacı artıq utulizasiya olunduğundan mübahisəli məsələni qanunvericilikdə nəzərdə tutlmuş qaydadada ekspertiza keçirməklə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Cavabdeh İB-in nümayəndəsi X2 ifadəsində göstərdiyi xüsusatlar, yəni qaz borularında yarana biləcək qazın sızıntıları nəticəsində 779,50 manat borcun yazılmış ola biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, bu fakt ehtimallara əsaslanmış və həqiqliyini təsdiq edən hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. Beləliklə 2022-ci ilin may ayında evdə artıq yaşayış olduğundan həmin dövrdə iddiaçı tərəfindən istifadə olunan qazın orta sərfi nəzərə alınmaqla, isifadə edilmiş təbii qazın həcmi 35 m3 olmaqla, 4,20 manat (35 x 0.12) müəyyən olunmalı, İddiaçı abonent koduna hesablanmış 779 manat məbləğində borc azaldılaraq 4 manat 20 qəpik məbləğində saxlanılmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv ediməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı abonent kodundan silinməsi qət edilmiş məbləğ onun yaşadığı mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin məhkəmə qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki,iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda məhkəmə yenə də əsassız qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə iddiaçın abonent koduna yazılmış 779 manat məbləği 4 manat 20 qəpik məbləğə qədər azaltmaqla onun abonent hesabından 774,80 manatın silinməsinə qərar vermişdir ki, bu da tamamilə əsassızdır. Belə ki, məhkəməyə Birlik tərəfindən təqdim edilmiş etiraz ərizəsində iddiaçının abonent koduna 2022-ci ilin may ayında cəmi 773,50 manat dəyərində təbii qazın dəyərinin vurulduğu bildirilmişdir. Göründüyü kimi qətnamə çıxarılarkən Birlik tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh Birliyinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Maddə 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əsassız hesab edilərək silinməsi tələb olunan 779 manat borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranan borcdur. İddiaçı qeyd olunan borc məbləğinə ona görə etiraz edir ki, 2022-ci ilin aprel ayında ona 5,60 manat məbləğində sərfiyyat yazıldığı halda, növbəti ayda, yəni 2022-ci ilin may ayında 779,10 manat məbləğində sərfiyyat yazılması anlaşılan deyil, yəni bir ay ərzində onun bu həcmdə qaz sərf etməsi inadırıcı deyil. İddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, 2019-cu ilin iyul ayında ailəsi ilə birlikdə Bakı şəhərinə getmiş, 2021-ci ilin sentyabr ayında Göyçay rayonunda yerləşən yaşadığı evə qayıtmışdır. Abonentin saldosu ilə müəyyən olunur ki, qeyd olunan vaxt intervalında iddiaçının abonent koduna sərfiyyat hesablanmamışdır. Saldo ilə müəyyən olunur ki, 2022-ci ilin aprel ayında 5,60 manat, may ayında isə 773,50 manat məbləğində sərfiyyat hesablanmışdır(5,60+773,50=779,10). İddiaçı 5,60 manat məbləğində qaz sərf etdiyini inandırıcı hesab etsə də, 773,50 manat məbləğində qaz sərf etdiyini inandırıcı hesab etmir. Halbuki, iddiaçı 2021-ci ilin sentyabr ayından Göyçay rayonunda yerləşən evində yaşamağa başladığını etiraf etmişdir. Cavabdeh Birlik bildirir ki, iddiaçı uzun müddət evdə yaşamadığından və sayğac evin həyətində yerləşdiyindən hər ay sayğaca baxış keçirmək və sərfiyyatı qeyd etmək mümkün olmamışdır. İddiaçının silinməsini tələb etdiyi məbləğ sayğacın üzərindən götürülmüş və sərfiyyat olunan qazın məbləğidir. Belə ki, iddiaçının evinə quraşdırılmış sayğac smart tipli sayğacla əvəz olunanda həmin sərfiyyat çıxarılmış(köhnə)sayğacdan götürülmüş və Tarif Şurasının qərarına uyğun hesablanaraq iddiaçının abonent koduna vurulmuşdur. Məhkəmə bildirir ki, borc məbləğinin düzgün hesablanmadığını(şişirdildiyini) təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 14.2ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2024cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-489/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-489/2024
07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver