Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-495/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdehnə və X12 İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və X12 İstismarı İdarəsinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)-168/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdehnə və X12 İstismarı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1902,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Kebeloba kəndində yaşayır. Evə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı plomblanmış qaz sayğacı ilə ölçülür. Qaz sayğacı küçədə quraşdırılmışdır. Cavabdeh təşkilatın işçiləri onun iştirakı olmadan qaz sayğacını dəyişmiş, dəyişəndən sonra qaz sayğacı normal işləməmiş və nəticədə artıq qaz sərfiyyatı yazılmışdır. O qaz çekində yazıldığı qədər qaz sərfiyyatı işlətməmişdir. Ona müqavilə yazılıb verilməmiş və müqavilə olmadığı halda ondan qalıq borc adı altında pul edə bilməzlər. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan İstifadə qaydalarının 4.8 və 4.9-cu maddələrində deyilir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi paylayıcı daşıyır. Bundan başqa cavabdeh sayğacın onun iştirakı olmadan dəyişiblər və onun tərəfindən sıradan çıxarıldığını sübut etmədən ona borc yazmışdır. Cavabdehlər qəsdən akt yazaraq ona süni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və qalıq borc kimi 1902,80 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Hesab edir ki, ona yazılmış 1902,80 manat qaz borcu silinməlidir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh nümayəndəsi X9 məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfin silinməsini tələb etdiyi 1902,80 manat borc məbləği yalnız sayğac göstəricisi ilə aparılmış hesabat əsasında yaranmış borc məbləğidir və hər hansı akt əsasında hesabatın aparılması mövcud deyildir. Həmçinin 1902.80 manat borcun 1540.40 manat hissəsinin İddiaçı Cavabdeh xeyrinə tutulmasına dair əvvəlki tarixdən qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)- 497/2023 saylı qətnamə mövcuddur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Odur ki İddiaçı Cavabdehnə qarşı pulun hesabdan silinməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ona məxsus qaz sayğacı küçədə yerləşir. Cavabdehlərin əməkdaşları onun xəbəri olmadan qaz sayğacını söküb aparmışlar və həmin sayğac dəyişdirildikdən üç gün sonra cavabdehin əməkdaşları xahiş etdikləri üçün akta imza etmişdir. Hər ay azda olsa ödəniş etmişdir. Lakin daha sonra borc çox hesablandığı üçün ödəniş edə bilməmişdir. Onun sayğacında 12 manat borc olmuşdur. Lakin cavabdehin əməkdaşları tərəfindən sayğac çıxarılıb yerinə quraşdırıldıqdan sonra borc 500 manatdan yuxarı göstərilmişdir. Daha sonra həmin borcu ödəyə bilmədiyi üçün üstünə yenə də borc yığılmışdır. Heç bir yerdə işləmir və ödəniş edə bilməz.
5. Cavabdeh X12 İstismar İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia edir ki, onun sayğacı dəyişdirildikdən sonra yuxarıda qeyd edilən borc məbləği hesablanmışdır. İddiaçıya məxsus qaz sayğacı dövlət yoxlanışından keçmiş və həmin sayğacda hər hansı bir müdaxilənin olması aşkar edilməmişdir. Yəni iddiaçıya hesablanmış borc qazın sızması nəticəsində deyil, sərfiyyata görə hesablanmış borcdur. İddiaçının iddiası əsassızdır. Belə ki, artıq bu tələbə məhkəmədə qiymət verilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(033)-497/2023 saylı qətnaməsi ilə iddiaçıdan 1540,40 manat pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra da iddiaçı qazdan istifadə etsə də onun tərəfindən ödənişlər edilməmişdir. Hazırda iddiaçının 2096 manat borcu vardır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)-168/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdehnə və X12 İstismarı İdarəsinə qarşı cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1902,80 (bir min doqquz yüz iki manat səksən qəpik) manat pulun silinməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)-497/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh İddiaçı 1540,40 (bir min beş yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaitinin, 35,41 (otuz beş manat qırx bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq iddiaçı “X6”nin hesabına ödənilməsi qət edilmiş, iddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra da ödənişlər etməmiş və onun məhkəməyə müraciət etdiyi tarixə 1902,80 manat borcu yaranmışdır. İddiaçı iddiasını cavabdeh təşkilatın işçilərinin onun iştirakı olmadan qaz sayğacını dəyişdirməsi, dəyişdikdən sonra qaz sayğacının normal işləməməsi, nəticədə artıq qaz sərfiyyatının yazıldığını və borcun miqdarının artıq hesablanması ilə əsaslandırsa da, 2024-cü ilin may ayının ******* nömrəli müayinənin nəticəsinə dair aktla iddiaçının abonenti olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində istehlak olunan qazın sərfiyyatını hesablayan sayğacda hər hansı bir qüsurun aşkar olunması halı müəyyən edilməmiş və həmin akt iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. İstehlak etdiyi qazın dəyərini ödəməli olan iddiaçının evində qaz istehlak olunmuş və quraşdırılmış sayğacın istehlak olunmuş qazı hesablaması işin mübahisə edilməyən halıdır. İddiaçıya da borc sayğacın sıradan çıxarılması ilə bağlı deyil, istehlak edilmiş qaza görə hesablanmışdır.
9. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdehnə və X12 İstismarı İdarəsinə qarşı cavabdehlər tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 1902,80 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 448.2, 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarının 5.5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikayəti vermişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ciddi qanun pozuntuları ilə qətnamə qəbul etmiş, prosessual hüquq normalarının tələblərini əməl etmədən verilmiş tələb istiqamətində araşdırma aparmamışdır.
13. İddia ərizəsində qeyd etmişdir ki, onun X12 İstismar İdarəsi ilə qazın istehlakına dair hər hansı bir müqaviləsi yoxdur. Məhkəmə işi araşdırarkən iddiada yazdığı bu faktı ümumiyyətlə araşdırmamışdır. Əksinə məhkəmə MPM-nin 77.1-ci maddəsini istinad etmişdir ki, guya, o, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, o, müqavilənin olmadığını iddia edirsə, müqavilənin olduğunu və yaxud da mövcudluğunu qarşı tərəf məhkəmədə sübut etməli idi və müqaviləni təqdim etməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, qanuni qüvvəsini almış 497/2023 saylı Zaqatala Rayon Məhkəməsinin qətnaməsi də qanunsuz olaraq qəbul olunmuş, onun qanunsuz olmağı ondan ibarətdir ki, qazın istehlakına dair onunla bağlanan hər hansı bir müqavilə olmadığı halda saxta müqavilə əsasında qətnamə qəbul olunmuşdur. Ona görə saxta adlandırır ki, 2017-ci ildə qazın sərfiyyatına görə hər 1 kub.m üçün 10 qəpik ödənilməsinə dair müqavilə tərtib edilmiş, həmin müqavilənin müddəti 1 il müəyyən edilmiş və müqavilə onun adına yazılsa da müqaviləni imzalayan şəxs hər hansı bir səlahiyyəti olmayan X10 adlı şəxs imzalamışdır. Lakin, o, isə Musayeva Sevil deyil.
14. Qeyd etdiyi faktlara görə iddia təmin olunmalı, əvvəlki qətnamədə qeyd olunanlar qanunsuz hesab olunmalı və borc silinməlidir. Belə olan halda məhkəmə qətnaməsi qanuni hesab edilə bilməz, qətnamə tamamilə ləğv edilməli, iddiası təmin edilməlidir.
15. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)- 168/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)-168/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları: 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)-168/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Şəki Apellyasiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(107)-495/2025 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)- 168/2025 nömrəli qətnaməsi qismən, yəni silinməsi tələb edilən 1902,80 manat pulun 1540,40 manat hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 362,40 manat hissəsində ləğv olunması üçün əsas yoxdur.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
29. Belə ki, mülki işin materiallarında olan 2024-cü ilin may ayının ******* nömrəli müayinənin nəticəsinə dair aktdan görünür ki, İddiaçı Abdulxalıq oğluna məxsus G4T markalı 12532396 nömrəli sayğacda (detektor) giliz və siqnalizasiyanın olmaması müəyyən edilmişdir.
30. Mülki işin materiallarında olan 12 iyun 2023-cü il tarixli G-4T Diafraqma markalı 12533296 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2023-cü ilin may ayı üçün qaz sərfiyyatı üzrə 1579,04 manat borcu yaranmışdır.
31. Mülki işin materiallarında olan 21 noyabr 2024-cü il tarixli G-4T Diafraqma markalı 12533296 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2024-cü ilin oktyabr ayı üçün qaz sərfiyyatı üzrə 1920,80 manat borcu yaranmışdır.
32. Mülki işin materiallarında olan 28 yanvar 2025-ci il tarixli G-4T Diafraqma markalı 12533296 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2024-cü ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə 2043,60 manat borcu yaranmışdır.
33. Mülki işin materiallarında olan 31 yanvar 2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, abonent kodu **********10000 olan, ünvan 1 ünvanda yaşayan İddiaçı Abdulxalıq oğlunun 2096,16 manat borcu vardır.
34. Mülki işin materiallarına olan Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)-497/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh ünvan 2 ünvanında yaşayan İddiaçı 1540,40 (bir min beş yüz qırx manat qırx qəpik) manat məbləğində pul vəsaitinin, 35,41 (otuz beş manat qırx bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “X6”nin hesabına ödənilməsi qət edilmişdir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti borcun silinməsi tələbinə dair iddiası üzrə iddia tələbinin 362,40 manat hissəsində təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)-168/2025 nömrəli qətnaməsi iddia tələbinin 362,40 manat hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti borcun silinməsi tələbinə dair iddiası üzrə iddia tələbinin 362,40 manat hissəsində təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(033)-168/2025 nömrəli qətnaməsi iddia tələbinin 362,40 manat hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.