Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-498/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1na və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X6 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndələri X7 və vəkil Nümayəndə və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1na və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-51/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı atası X21 18 may 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 5ində yerləşən ümumi sahəsi 0,6759 ha olan torpaq sahəsi, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi), Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi, "xxxx" MMC-də nizamnamə kapitalında mayalarının miqdarı 10 payı və "xxxx" ASC-nin üzrə hər birinin nominal dəyəri 0,50 (əlli qəpik) olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhmin miras qalması iddia edilir. Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun X1 tərəfindən 17 dekabr 2019-cu il tarixli 2V1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V-1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə X38 şəhadətnamələr verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun X1 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 dekabr 2019-cu il tarixli 2V1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V- 1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə X38 şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin paylarının yenidən müəyyən edilərək miras qalmış əmlaklar üzərində onun payının 1/4 hissəsi olmasına dair və ya qeyd olunan şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxil edilməsi ona da digər vərəsələr olan Havva, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlaklardan bərabər hissədə pay verilməsinə, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin ləğvinə, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında Dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X21 18 may 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 5ində yerləşən ümumi sahəsi 0,6759 ha olan torpaq sahəsi, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi), Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi, "xxxx" MMC-də nizamnamə kapitalında mayalarının miqdarı 10 payı və "xxxx" ASC-nin üzrə hər birinin nominal dəyəri 0,50 (əlli qəpik) olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhm miras qalmışdır. Atası vəfat edəndə onun 15 yaşı olmuşdur, o yetkinlik yaşına çatmayan və məhdud fəaliyyət qabiliyyətli olduğu üçün notariusa gedib X38 şəhadətnamə ala bilməmişdir. Atasının birinci həyat yoldaşı və ondan olan övladları onun xəbəri olmadan notariusa müraciət edərək yuxarıda adı çəkilən əmlaklara qanun üzrə X38 şəhadətnamələr almışlar. Həmin qanun üzrə X38 şəhadətnamələr Kebeloba kənd icra nümayəndəliyi tərəfindən verilmiş və onun adı qeyd olunmamış arayış əsasında verilmişdir. Notarius da öz növbəsində onun vərəsə olduğunu bildiyi halda vərəsəlik şəhadətnaməsi alarkən onu vərəsəliyə dəvət etməmiş və vərəsələr arasında mübahisənin olub-olmamasını araşdırmamışdır. Həmin şəhadətnamənin verilməsi ilə aşağıda qeyd olunan qanunlar pozmuşdur: 1.Vərəsələr arasında miras əmlaka dair mübahisə vardır. Həmin mübahisənin olmasını notarius şəhadətnamə verərkən bilmişdir. Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 2.Notariusun verdiyi X38 şəhadətnamə qanunsuzdur ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsində qeyd olunur ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Notariusun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyəti hesab olunmalı əmlaklar başqa şəxsə verilmiş, beləliklə ona ziyan dəymişdir. Qeyd olunan maddələrdən görünür ki, notarius öz vəzifələrini tamamilə yerinə yetirmədən ona düşən payı da onun yetkinlik yaşına çatmayan şəxs olmağından istifadə edərək digər vərəsələrə vermişdir. Atasının miras qalmış əmlakları barədə məlumat əldə etdikdən sonra notariusa müraciət etmişdir. Notariusdan mərhum atası Şamil Məmmədovdan miras qalmış əmlaklar barədə verilmiş vərəsəlik haqqında şəhadətnamələrinə onun da adının daxil edilməsini xahiş etmişdir. Lakin notarius ona imtina məktubu verərək mirasdan pay almaq üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Hazırki vərəsəlik işində notarius vərəsəlik şəhadətnaməsini mirasın açıldığı gündən 6 ay bitdikdən sonra vermişdir və vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmiş vərəsə Maraqlı şəxs1 notariusa təqdim etdiyi ərizədə yalnız 2 vərəsənin özünün və oğlanları Murad və Cəbrayılın olduğunu bildirərək notariusa yalan məlumat vermişdir ki, guya onlardan başqa MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Eyni zamanda digər vərəsələr, yəni Murad və Cəbrayıl da onun miras qoyanın vərəsəsi olmasını notariusdan gizlətmişlər. Bundan başqa, vərəsələrin dairəsini müəyyən etmək üçün ünvan 12i ərazi dairəsinin nümayəndəsi notariusa miras qoyanın vərəsələrinə dair xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Həmin arayışda onun adı vərəsələr sırasında yoxdur. Beləliklə, miras qoyanın digər vərəsələri, kənd icra nümayəndəsi və notarius birləşərək atasından ona düşən miras payın üzərində qanunsuz sərəncam verərək şəhadətnamə vermişlər. O, isə məhdud fəaliyyət qabiliyyəti olduğuna görə aidiyyatı orqanlara müraciət edə bilməmiş, vərəsəlikdən ona pay düşəcəyi barədə məlumatı olmamışdır. Yalnız indi məlumatı olduğuna görə məhkəməyə müraciət edir. Qeyd etdiklərinə əsasən notariusun miras əmlaklar üzərində verdiyi vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməklə ləğv edilməli, miras qalmış əmlaklar üzərində onun da payı müəyyən edilməlidir. Vərəsələr dairəsindən Səkinət, Asiyat və Fatma özlərinə düşən paydan imtina etdiklərinə görə onlara pay verilməməlidir. Vərəsələrin dairəsi 4 nəfərdən ibarət olduğuna görə hər birinə miras əmlakın 1/4 hissəsi olaraq paylar müəyyən edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri alındıqdan sonra mirasın bağışlanması haqqında vərəsələr arasında müqavilə imzalanmışdır. Vərəsəlik şəhadətnamələri ləğv edildiyi halda mirasın bağışlanması haqqında müqavilə də ləğv edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyat və çıxarışlar da ləğv edilməlidir. Miras açılan zaman onun 15 yaşı olduğundan məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. (AR MM-nin 28.3-cü maddəsi). Məhdud fəaliyyət qabiliyyətli olduğundan mirası qəbul edə bilməmişdir. Qanuni nümayəndəsi isə bununla maraqlanmamışdır. Fəaliyyət qabiliyyəti isə xx.xx.2021-ci il tarixdə, yəni 18 yaşı bitəndən sonra olmuşdur. Həmin tarixdən notariusa müraciət edərək atasından miras qalmış əmlakların taleyi ilə maraqlanmışdır. Lakin ona rəsmi məlumat 1 il sonra xx.xx.2022-ci il tarixdə verilmişdir. Miras qalmış əmlaklardan ona da pay ayrılması ilə əlaqədar digər vərəsələrin etirazları yoxdur. Ona görə ki, onlar dəfələrlə anasının yanına nümayəndələrini göndərərək miras əmlaklardan ona çatacaq payların veriləcəyini bildirmişlər. Onların bu hərəkətinə görə hesab edir ki, miras əmlakdan ona da pay ayrılmasına heç bir etirazı yoxdur. Qeyd olunan qanunları əsas tutaraq hesab edir ki, mirasın qəbul edilməsinin müddəti ona şamil edilməməlidir. Ona görə ki, onun fəaliyyət qabiliyyəti yaranan zaman artıq miras əmlaklar üzərində vərəsəlik şəhadətnamələri verilmiş digər vərəsələrə paylar müəyyən edilərək onun vərəsəlik hüququ kobud şəkildə pozulmuşdur. Bu hüququn bərpası yalnız məhkəməyə müraciət etmək yolu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1300.1-ci maddələrinin MPM-nin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-nin 1291-ci və MPMnin 24.1-ci maddələrinin mənasına görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. MM-nin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə tətbiq edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. MM-nin 1323-cü maddəsində qeyd olunur ki, bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Qeyd olunan maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin qərarlarından görünür ki, notarius öz öhdəsinə düşən vəzifələri lazımınca yerinə yetirmədən miras qalmış əmlaka payları müəyyən edərək vərəsəlik şəhadətnamələri vermişdir. Onun da miras qoyanın vərəsəsi olmağına dair digər vərəsələrin heç bir mübahisəsi yoxdur. Yəni, vərəsələr arasında hər hansı vərəsənin vərəsə olması mübahisə predmeti deyildir. Eyni zamanda miras əmlakdan onun da payının olmasını digər vərəsələr mübahisə etmirlər. Lakin onun adının da vərəsəlik şəhadətnamələrinə yazılması notariat qaydasında mümkün deyil, ona görə ki, bu əməliyyat vərəsəlik şəhadətnaməsi verilənədək aparılmalı idi. Ona görə də miras qalmış əmlak üzərində vərəsələrin paylarının məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, miras qalmış əmlaklara dair verilmiş qanun üzrə X38 şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxil edilməsi, o da digər vərəsələr olan Maraqlı şəxs1, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlakdan bərabər hissədə pay almalıdır və yaxud da məhdud fəaliyyət qabiliyyətli vərəsənin vərəsəlik hüququ kobud şəkildə pozulduğuna görə verilmiş vərəsəlik haqqında şəhadətnamələr ləğv edilməli və miras qalmış əmlak üzərində vərəsələrin payları yenidən müəyyən edilməlidir.
4. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin əsassız olduğunu, qanunvericilikdə vərəsələrin miras qoyanın vəfatından sonra altı ay ərzində Notariat orqanına müraciət etməli olduğunun aydın şəkildə qeyd edildiyini və iddiaçı qeyd edilən müddət ərzində vəfat etmiş atasından miras qalmış əmlakı faktiki qəbul etmədiyini və qanunvericilikdə nəzərdə tutulan qaydada da müraciət etmədiyini bildirmişdir. İddiaçı bu halı tam fəaliyyət qabiliyyətli olmaması ilə əsaslandırmış, lakin onun 2021-ci ildə 18 yaşı tamam olmuş və o bundan sonra da notariusa müraciət etməmişdir. Qanun tərəfindən vərəsənin susması onun miras əmlakdan imtinası kimi qəbul edilir. Hesab edir ki, iddiaçının hərəkətsizliyi onun mirasdan imtinası kimi qiymətləndirilməli və iddia rədd edilməlidir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, miras qoyan X21 18 may 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra birinci növbədən olan vərəsələri Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 375 nömrəli 12 dekabr 2019- cu il tarixli arayışı ilə müəyyən edilmiş və həmin sənədə əsasən miras qoyan X14 birinci növbədən olan vərəsələri miras qoyanın 31 iyul 1975-ci tarixdə nikaha daxil olduğu arvadı Maraqlı şəxs1 və onların birgə nikahından anadan olmuş uşaqları X34, Maraqlı şəxs3, Maraqlı şəxs4, X22 və X9. Miras qoyan X14 vərəsələri Maraqlı şəxs1, Maraqlı şəxs3 Məmmədov X36 rayon 2 saylı notariat kontoruna ərizə ilə müraciət edərək 18 may 2019-cu il tarixdə vəfat etmiş X10 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ibarət miras əmlaklara dair X38 şəhadətnamələrin verilməsini xahiş etmişlər. Digər vərəsələr X22, X23 və X34 hər biri ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixli ərizələrə əsasən X10 miras qalmış əmlakın özlərinə düşən hissəsində vərəsəliyi qəbul etməmiş və qəbul etməyəcəklərini bildirmişlər.
7. X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç miras qoyanın mülkiyyətində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında olan olan 10 pay maya miqdarından, Bakı şəhəri, Sabunçu rayonu Pirşahı qəsəbəsi ünvanında 3.99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilidən (uşaq sağlamlıq düşərgəsi) ibarət miras əmlakdan, "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.50 (əlli qəpik) manat olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki ) ədəd adi adlı səhmdən, Abşeron Rayonu Mehdiabad Qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən, ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.6759 ha olan torpaq sahəsindən, Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsindən, Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsindən bərabər hissədə pay almışlar və 18 may 2019-cu il tarixdə vəfat etmiş miras qoyan X14 mülkiyyətində olmuş əmlaklardan pay almalarına dair Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1213 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 dekabr 2019-cu il tarixli Qanun üzrə X38 Şəhadətnamə, reyestrdə 2V-1232 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019-cu il tarixli Qanun üzrə X38 Şəhadətnamə, 2V-1233 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli Qanun üzrə X38 Şəhadətnamə, reyestrdə 2V-1234 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019-cu il tarixli Qanun üzrə X38 Şəhadətnamə, reyestrdə 2V-1235 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019-cu il tarixli Qanun üzrə X38 Şəhadətnamə, reyestrdə 2V-550 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 iyul 2020-ci il tarixli Qanun üzrə X38 Şəhadətnamə, reyestrdə 2V-549 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 iyul 2020-ci il tarixli Qanun üzrə X38 Şəhadətnamə verilmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs4 reyestrdə 3M-604 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 19 dekabr 2019-cu il tarixli X3 əsasən 18 may 2019-cu il tarixdə vəfat etmiş X10 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsinin) Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-1232 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini, reyestrdə 3M- 605 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 19 dekabr 2019-cu il tarixli X3 əsasən X14 adında olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.50 (əlli qəpik) manat olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhmin xx.xx.2019-cu il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-1233 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini, reyestrdə 3M-221 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 iyul 2020ci il tarixli X41 müqaviləsinə əsasən Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-550 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini, reyestrdə 3M-220 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 iyul 2020-ci il tarixli X41 müqaviləsinə əsasən vəfat etmiş X10 miras qalmış Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-549 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışlar.
8. 2V-1233 nömrəli “Qanun üzrə X38” şəhadətnamə əsasında X16 məxsus "xxxx" ASC üzrə 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd səhm Maraqlı şəxs3 mülkiyyətinə keçirilmişdir. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçilərindən olmuş X14 nizamnamə kapitalında olan payına 17 dekabr 2019-cu il tarixdə verilmiş, reyestrdə 2V-1213 nömrə ilə qeyd edilmiş Qanun üzrə X37 Şəhadətnamə əsasında dəyişiklik xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 oktyabr 2022-ci il tarixli **********73 nömrəli məktubundan görünür ki, X14 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) 17 dekabr 2019-cu il tarixli 2V-1232 saylı qanun üzrə X38 şəhadətnamə sənədi əsasında xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Maraqlı şəxs3 adına 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Digər 2V- 1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə X38 şəhadətnamə sənədləri əsasında qeydiyyatın aparılması ilə bağlı məlumat aşkar edilməmişdir.
9. İddiaçı iddia ərizəsi ilə müraciət edərək özünün də 18 may 2019-cu il tarixə vəfat etmiş X14 birinci növbədən olan vərəsələrindən olduğunu, atası vəfat edərkən onun 15 yaşında olduğu üçün məhdud fəaliyyət qabiliyyətli olduğunu üçün Notariat orqanına müraciət edib X38 Şəhadətnamə ala bilmədiyini əsas gətirərək Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun X1 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 dekabr 2019-cu il tarixli 2V-1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019cu il tarixli 2V-1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V-1235 saylı reyestrdə qeydə alınmış Qanun üzrə X38 Şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin paylarının yenidən müəyyən edilərək miras qalmış əmlaklar üzərində onun payının 1/4 hissəsi olmasına dair və ya qeyd olunan şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına onun da adının daxil edilməsi ona da digər vərəsələr olan Havva, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlaklardan bərabər hissədə pay verilməsinə, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin ləğvinə, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında Dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsində notariusun qanunsuz hərəkətləri nəticəsində 18 may 2019- cu il tarixdə vəfat etmiş X16 məxsus miras əmlakdan pay ala bilmədiyini qeyd etmiş və o öz mövqeyini notariusun onun vərəsə olduğunu bildiyini, vərəsəlik şəhadətnaməsi verilərkən onu vərəsəliyə dəvət etmədiyini və vərəsələr arasında mübahisənin olubolmadığını araşdırmaması ilə əsaslandırmışdır.
11. Təqdim edilmiş sənədlərdən və vərəsəlik işinə əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri Maraqlı şəxs1, X34, Maraqlı şəxs3, Maraqlı şəxs4, X22, X9. Həmin vərəsəlik işində olan sənədlərdən müəyyən edilir ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri siyahısında qeyd edilmiş şəxslərdən X34, X22, X23 miras əmlakdan imtina etmişlər. Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş və həmin əmlaklardan bərabər hissədə pay almışlar. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət başa çatdığından Zaqatala rayon 2 saylı Notariat Ofisinin X1 vərəsələrin siyahısında qeyd edilən hər bir vərəsənin razılığı əsasında haqlı olaraq qanun üzrə X38 17 dekabr 2019-cu il tarixli 2V-1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V-1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə X38 şəhadətnamələr vermişdir.
12. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 iyul 2022-ci il tarixli 170 nömrəli arayışında vərəsələr siyahısında digər vərəsələrlə yanaşı İddiaçı da adı qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Notariat Ofisinə təqdim etdiyi 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışın həqiqiliyini və tamlığını şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda həmin arayışın qanuniliyi mübahisələndirilməmiş və həmin sənədinin saxta olmasına dair sübut da təqdim edilməmişdir.
13. Göründüyü kimi, Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 may 2019-cu il tarixdə vəfat etmiş X14 birinci növbədən olan vərəsələrinə dair iki fərqli arayış təqdim edilmiş və 13 iyul 2022-ci il tarixdə verilmiş 170 nömrəli arayışda vərəsələr siyahısında İddiaçı da adı qeyd edilmişdir.
14. Həmin arayışın və digər mülki iş materialların tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı xx xxxx 2003-cü il tarixdə anadan olmuş İddiaçı miras qoyan X14 öldüyü məqamda məhdud fəaliyyət qabiliyyətli olmaqla onun birinci növbə vərəsəsi olmuşdur. Məhdud fəaliyyət qabiliyyətli vərəsə olan İddiaçı qanuni nümayəndəsi qanunla müəyyən edilmiş altı ay müddətində 18 may 2019-cu il tarixdə vəfat etmiş miras qoyan X14 ölümü ilə açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə ilə müraciət etməmiş və eyni zamanda miras qoyana məxsus əmlaklara sahiblik etməklə və onları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişdir.
15. Məhkəmə “iddiaçının atası öləndə və miras açılarkən onun 15 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyətli olduğu üçün aidiyyəti orqanlara müraciət edə bilməməsi və buna görə miras əmlakdan pay düşəcəyi barədə məlumatlı olmaması” na münasibət bildirərək qeyd edir ki, iddiaçı mübahisəli vərəsəlik şəhadətnamələrin verilməsindən 2 ildən artıq müddət keçdikdən sonra, yetikinlik yaşına çatdıqdan (iddiaçı xx xxxx 2003-cü ildə anadan olub, 14 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır) təxminən 1 ildən artıq müddətdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində də hüquqlarından istifadə etməmişdir. Ona görə də, iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
16. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 726 nömrəli 26 iyun 2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət etmiş, ona 18 may 2019-cu il tarixdə ölmüş mərhum atası X2mış miras əmlaklara xx.xx.2019-cu il tarixli 2V1213 reyestr nömrəli, xx.xx.2019-cu il tarixdə 2V-1232, 2V-1234, 2V-1235 reyestr nömrəli qanun üzrə X38 şəhadətnamələr verildiyi və ona mərhum atası-X14 ölümündən sonra qalmış mirasdan pay almaq üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir.
17. Məhkəmə onu da qeyd edir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
18. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər, yəni iddia tələbinin “qanun üzrə X38 şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, şəhadətnamələrə qismən dəyişiklik edilərək iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” hissəsi də əsaslı sayıla və göstərilən dəlillər həmin tələbin təmin edilməsi üçün əsas ola bilməz.
19. Göründüyü kimi, tələbin bu hissəsi ilk tələbdən (qanun üzrə X38 şəhadətnamələrin etibarsız hesab edilməsi) dоğаn törəmə tələblərdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissələri də əsаslı оlа bilərdi.
20. Eyni zamanda toplanmış materiallardan görünür ki, iddiaçının ləğvini tələb etdiyi qanun üzrə X38 şəhadətnamələr əsasında yalnız 1 əmlak üzrə Çıxarış qeydiyyata alınmışdır. Belə ki, X14 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) 17 dekabr 2019-cu il tarixli 2V-1232 saylı qanun üzrə X38 şəhadətnamə sənədi əsasında xx.xx.2019- cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Maraqlı şəxs3 adına qeydiyyata alınmışdır. Digər 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə X38 şəhadətnamə sənədləri əsasında qeydiyyatın aparılması ilə bağlı məlumat aşkar edilməmişdir. 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə X38 şəhadətnamələr əsasında qeydiyyat aparılmadığından iddia həmin hissədə də rədd edilməlidir. Həmçinin 2V-1232 saylı qanun üzrə X38 şəhadətnamə əsasında qeydə alınan çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydurmа əqd hesаb оlunа bilməz. İddiаçının dəlilləri bütünlüklə əsаssızdır.
21. Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-51/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1na və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3 Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Kebeloba kənd ərazi dairəsi üzrə nümayəndəliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə X38 şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, şəhadətnamələrə qismən dəyişiklik edilərək iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28, 30, 33. 36, 337, 345, 1133, 1145, 1159, 1243, 1244, 1246, 1248, 1255, 1268 və 1273-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
23. Azərbaycan Respublikası ünvan 12i Ərazi Dairəsi üzrə nümayəndəliyinin 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışından görünür ki, X21 xx.xx.2019-cu ilədək Kebeloba kəndində olan evində yaşamışdır. Mərhumun vəfatından sonra onun birinci növbəli sağ qalmış vərəsələri Maraqlı şəxs1, Maraqlı şəxs4, X34, X23, X25, Maraqlı şəxs3dir.
24. Azərbaycan SSR Zaqatala rayonu Car kənd soveti tərəfindən 31 iyul 1975-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X29 ilə X18 nikahlarını bağlamışdırlar. Nikahdan sonra ərə Mamedov, arvada Mamedova familiyası verilmişdir.
25. V-663(2019) nömrəli Maraqlı şəxs1 tərəfindən ünvan 8 ünvanlanmış ərizədən görünür ki, o, 18 may 2019-cu il tarixdə vəfat etmiş əri X10 miras qalmış bütün daşınar və daşınmaz əmlaka X38 şəhadətnamə verilməsini xahiş etmişdir.
26. Azərbaycan SSR Zaqatala rayonu Car kənd soveti tərəfindən 05 noyabr 1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə anadan olmuş Maraqlı şəxs3 atası X21, anası Maraqlı şəxs1dır.
27. Maraqlı şəxs3 tərəfindən ünvan 8 ünvanlanmış ərizədən görünür ki, o, 18 may 2019-cu il tarixdə vəfat etmiş atası X10 miras qalmış bütün daşınar və daşınmaz əmlaka X38 şəhadətnamə verilməsini xahiş etmişdir.
28. X5 AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1976-cı il tarixdə anadan olmuş Maraqlı şəxs4oviçin atası X21, anası Maraqlı şəxs1dır.
29. Maraqlı şəxs4oviç tərəfindən ünvan 8 ünvanlanmış ərizədən görünür ki, o, 18 may 2019-cu il tarixdə vəfat etmiş atası X10 miras qalmış bütün daşınar və daşınmaz əmlaka X38 şəhadətnamə verilməsini xahiş etmişdir.
30. Zaqatala Rayon VVAQ Şöbəsi tərəfindən 30 yanvar 1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 23 yanvar 1978-ci il tarixdə anadan olmuş X12 atası X21, anası Maraqlı şəxs1dır.
31. Zaqatala rayonu Car İcra Nümayəndəliyi tərəfindən 11 avqust 2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X30 ilə X35 nikahlarını bağlamışdırlar. Nikahdan sonra ərə Heraçiyev soyadı, arvada Heraçiyeva soyadı verilmişdir.
32. Reyestrdə 8İ-15802 nömrə ilə qeyd edilmiş X22 tərəfindən verilmiş **********802 nömrəli ərizədən görünür ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş atası X10 miras qalmış daşınar və daşınmaz əmlakdan ona düşən paya vərəsəliyi qəbul etməmiş və etməyəcəkdir. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir.
33. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 dekabr 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, 23 noyabr 1988-ci il tarixdə anadan olmuş X11 atası X21, anası Maraqlı şəxs1dır.
34. Bakı şəhəri Səbail Rayon VVAQ Şöbəsi tərəfindən 05 oktyabr 2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X31 nikah bağlamışdırlar. Nikahdan sonra ərə Tatarayev, arvada Tatarayeva soyadı verilmişdir.
35. Reyestrdə 8İ-15804 nömrə ilə qeyd edilmiş X23 tərəfindən verilmiş **********804 nömrəli ərizədən görünür ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş atası X10 miras qalmış daşınar və daşınmaz əmlakdan ona düşən paya vərəsəliyi qəbul etməmiş və etməyəcəkdir. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir.
36. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 dekabr 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, 23 noyabr 1988-ci il tarixdə anadan olmuş X11 atası X21, anası Maraqlı şəxs1dır.
37. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 aprel 2012-ci il tarixdə verilmiş nikah haqında şəhadətnamədən görünür ki, X42 ilə X26 nikahlarını bağlamışdırlar. Nikahdan sonra ərə Pirimov, arvada Pirimova soyadı verilmişdir.
38. Reyestrdə 8İ-15803 nömrə ilə qeyd edilmiş X34 tərəfindən verilmiş **********803 nömrəli ərizədən görünür ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş atası X10 miras qalmış daşınar və daşınmaz əmlakdan ona düşən paya vərəsəliyi qəbul etməmiş və etməyəcəkdir. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir
39. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********86- 06301 olan Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi) tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1778 nömrəli vərəqində qeydiyyata alınmışdır.
40. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********58 olan ünvan 5ində yerləşən 0,6759 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (ƏKİN) təyinatlı torpaq sahəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır.
41. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********34 olan Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır.
42. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********06- 06301- 083016 olan ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 8876 nömrəli vərəqində qeydiyyata alınmışdır
43. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********06- 06301- 083017 olan ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 9118 nömrəli vərəqində qeydiyyata alınmışdır
44. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş çıxarışdan görünür ki, emitent Bakı tikinti sənaye dəstləşdirmə ASC nominal dəyəri 0,5 manat olan 207484 adi adlı səhmi yerləşdirilmişdir.
45. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx/xx-1417 nömrəli məktubdan görünür ki, 26 noyabr 2019-cu il tarixinə X16 məxsus "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.5 (əlli qəpik) manat olan 168492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhm girov öhdəliyi ilə yüklənməmiş və həbsdə deyildir.
46. 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş X27 Reyestrindən Çıxarışdan görünür ki, ********** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış AZROSE Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X21 nizamnamə kapitalında 10 paya, təsisçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22750000 paya sahibdir.
47. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1213 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 dekabr 2019- cu il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç 13 saylı ərazi vergilər idarəsi tərəfindən xx.xx.2019 il tarixdə verilmiş dövlət qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən olan X14 nizamnamə kapitalında mayalarının miqdarı 10 pay olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
48. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1232 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2008 tarixdə X16 verilmiş **********8606301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında 3.99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilidən (uşaq sağlamlıq düşərgəsi) ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
49. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1233 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2018 il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə və xx.xx.2019-cu il tarixli 01/03- 1417 nömrəli arayışına əsasən mərhum X14 adında olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.50 (əlli qəpik) manat olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki ) ədəd adı adlı səhmdən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
50. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1234 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Rayon Ərazi tərəfindən xx.xx.2007 tarixdə X16 verilmiş **********34 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar
51. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-1235 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 643/2019 nömrəli vərəsəlik işi üzrə 19 dekabr 2019- cu il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X16 verilmiş **********58 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 0.6759 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
52. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-604 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 19 dekabr 2019-cu il tarixli mirasın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019-cu il tarixdə vəfat etmiş X10 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsinin) və Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-1232 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
53. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-605 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 19 dekabr 2019-cu il tarixli mirasın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019-cu il tarixdə vəfat etmiş X10 miras qalmış Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2018 il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrinə və xx.xx.2019-cu il tarixli xx/xx-1417 nömrəli arayışına əsasən mərhum X14 adında Olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0.50 (əlli qəpik) manat olan 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki ) ədəd adı adlı səhmin xx.xx.2019cu il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V1233 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
54. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-550 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 iyul 2020-ci il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019- cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X17 verilmiş **********06- 06301- 083017 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
55. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-549 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 663/2019 nömrəli vərəsəlik işi üzrə 17 iyul 2020-ci il tarixli qanun üzrə X38 şəhadətnamədən görünür ki, xx.xx.2019- cu il tarixdə ölmüş X14 vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs3, oğlu Maraqlı şəxs4oviç ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X17 verilmiş **********06- 06301- 083016 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət miras əmlakdan bərabər hissədə pay almalıdırlar.
56. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-221 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 iyul 2020ci il tarixli X41 müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019cu il tarixdə vəfat etmiş X10 miras qalmış Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-550 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
57. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-220 nömrəsi ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 17 iyul 2020ci il tarixli X41 müqaviləsindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs4 18 may 2019cu il tarixdə vəfat etmiş X10 miras qalmış Bakı ş, Səbail r. Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-549 reyestr nömrəli qanun üzrə X38 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Maraqlı şəxs3 bağışlamışdırlar.
58. Azərbaycan Respublikası ünvan 12i Ərazi Dairəsi üzrə nümayəndəliyinin 170 nömrəli 13 iyul 2022-ci il tarixli arayışından görünür ki, X21 xx.xx.2019-cu ilədək Kebeloba kəndində olan evində yaşamışdır. Mərhumun vəfatından sonra onun birinci növbəli sağ qalmış vərəsələri arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4, qızı X32, qızı X19, qızı X20, oğlu Maraqlı şəxs3, oğlu İddiaçıdur.
59. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı xx xxxx 2003-cü il tarixdə Balakən rayonunda anadan olmuş, ünvan 10 ünvanında qeydiyyatdadır.
60. Milli Depozit Mərkəzinin xx/xx-1933 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 27 dekabr 2019-cu il tarixində 2V-1233 nömrəli “Qanun üzrə X38” şəhadətnamə əsasında X16 məxsus "xxxx" ASC üzrə 168492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd səhm Maraqlı şəxs3 mülkiyyətinə keçirilmişdir.
61. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 noyabr 2022ci il tarixli **********098800 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə bağlı 19 dekabr 2019-cu il tarixli qanun üzrə X38 şəhadətnamə dövlət reyestrinə dəyişiklik edilməsi məqsədilə İdarəyə təqdim edilməmişdir. Hüquqi şəxsin dövlət reyestrində son dəyişiklik xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
62. 398743 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********86-06301 olan Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs3 adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1778 nömrəli vərəqində qeydiyyata alınmışdır.
63. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 oktyabr 2022-ci il tarixli **********73 nömrəli məktubundan görünür ki, X14 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) 17 dekabr 2019-cu il tarixli 2V-1232 saylı qanun üzrə X38 şəhadətnamə sənədi əsasında xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Maraqlı şəxs3 adına 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmışdır.Digər 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə X38 şəhadətnamə sənədləri əsasında qeydiyyatın aparılması ilə bağlı məlumat aşkar edilməmişdir
64. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin 04 noyabr 2022-ci il tarixli **********781100 nömrəli məktubundan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçilərindən olmuş X14 nizamnamə kapitalında olan payına 17 dekabr 2019cu il tarixdə verilmiş, reyestrdə 2V-1213 nömrə ilə qeyd edilmiş qanun üzrə X38 şəhadətnamə əsasında dəyişiklik xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Məlumat bazasında X38 şəhadətnamə əsasında pay almış şəxslərə “X27 reyestrindən çıxarış”ın verilməsi halı aşkar edilməmişdir.
65. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 726 nömrəli 26 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 18 may 2019-cu il tarixdə ölmüş mərhum atanız-X2mış miras əmlaklara xx.xx.2019-cu il tarixli 2V-1213 reyestr nömrəli, xx.xx.2019-cu il tarixdə 2V- 1232, 2V-1234, 2V-1235 reyestr nömrəli qanun üzrə X38 şəhadətnamələr verilmiş və ona mərhum atası-X14 ölümündən sonra qalmış mirasdan pay almaq üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir.
66. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
67. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, apelyasiya şikayətinə əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Mazıx kənd icra nümayəndəsinin verdiyi 93 nömrəli arayışda vərəsələrin dairəsi tam göstərilmədiyinə görə məhkəmə həmin arayışı saxta sənəd hesab etmiş və saxta arayış əsasında verilmiş qanun üzrə X38 şəhadətnaməni isə etibarlı sənəd hesab etmək olmaz qərarına gəlmişdir. Hazırki işdə də Kebeloba kənd icra nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 375 nömrəli arayışında mərhumun vərəsələrindən olan yetkinlik yaşına çatmamış olan hazırda İddiaçı adı həmin arayışa vərəsələrin dairəsinə daxil edilməyərək icra nümayəndəsi tərəfindən vərəsələrin dairəsinə dair arayışdakı məlumatlar saxtalaşdırılmışdır. Lakin məhkəmə bu arayışı saxta sənəd hesab etməmişdir. Burada artıq sual yaranır ki, nəyə görə məhkəmə Mazıx kənd icra nümayəndəsinin verdiyi arayışda vərəsələrin dairəsi gizlədildiyi halda arayışı saxta sənəd hesab etmiş, lakin Kebeloba kənd icra nümayəndəliyinin verdiyi arayışı isə (oxşar saxtakarlıqla) saxta sənəd hesab etməmişdir?
68. Ali Məhkəmənin mövqeyi də ondan ibarətdir ki, miras haqqında məlumat alan notarius vərəsələri dəvət etmək üçün öz vəzifələrini yerinə yetirməlidir. Hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmişdir. Belə ki, Maraqlı şəxs3 tərəfindən notariusa təqdim edilmiş ərizədən və ərizənin arxasına əlavə edilmiş vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən verilmiş çıxarışdan görünür ki, notarius avtomatlaşdırılmış qeydiyyat sisteminə sorğu göndərərək miras qoyan şəxs X14 vətəndaşlıq vəziyyəti aktları barədə məlumat əvəzinə onun oğlunun ailə vəziyyəti barədə məlumat əldə etmişdir. Buradan görünür ki, notarius vəfat etmiş şəxsin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarış əldə etməklə onun vərəsələri barəsində, yəni övladları və arvadı barəsində məlumat əldə edə bilər. Lakin nədənsə notarius belə bir məlumat əldə etməsinə baxmayaraq avtomatlaşdırılmış sistemdən mərhumun ailə üzvləri barədə verilmiş çıxarışı vərəsəlik işinə əlavə etməmiş, həmin çıxarışın əvəzinə kənd icra nümayəndəliyinin məlumatları saxtalaşdırılmış arayışı vərəsəlik işinə əlavə etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, mərhum X28 vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparmaq və onun ailə üzvləri (arvadı və övadları barədə) məlumatlar aşkar etmək mümkündür. Həmin arayışdan görünür ki, mərhumun oğlu İddiaçıadı da avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcuddur. Bu sənədlər onu deməyə əsas verir ki, notarius vərəsəlik işini hazırlayarkən miras qoyanın daha bir yetkinlik yaşına çatmayan vərəsəsi olduğundan məlumatlı olmuşdur. Ona görə ki, bu məlumatı əldə etmək notariusun vəzifə borcudur.
69. Məhkəmənin gəldiyi bu nəticə tamamilə qanuna ziddir. Məhkəmə bir abzasda birbirinə zidd fikirlər söyləməklə məşğuldur. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı miras açılan zaman yetkinlik yaşına çatmayan məhdud fəaliyyət qabiliyyətli vərəsə olmuşdur. Məhkəmə bu fikirdən irəli gələn hüquqi nəticələri araşdırmadan iddiaçının miras qoyana məxsus əmlaklarına sahiblik etmədiyini və onları idarə etməyə faktiki başlamadığını qeyd etmişdir.
70. Miras qoyan vəfat edən günə onun vərəsələrindən biri yetkinlik yaşına çatmayan şəxsdirsə və o atasının ölümünə görə müavinət alırsa, atasının ölümünə görə müavinət alma hərəkəti miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkət hesab olunur. Məlum olmuşdur ki, İddiaçı mərhum atası Şamil Məmmədovun ölümünə görə onun öldüyü vaxtdan (xx.xx.2019-cu il) 2 ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən ailə başçını itirməsinə, yəni atasının ölümünə görə hal-hazıradək müavinət almaqdadır. Bu hallar isə iddiaçıın atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. Məhkəmə isə iddiaçının sübut təqdim edə bilməməsinə və yetkinlik yaşına çatmayan biri üçün həyata keçirilməsi çətinlik yaradan hallara istinad etməklə məhkəmə araşdırmasının həyata keçirilməsi qənaətinə gəlmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim olunmuş arayışdan da görünür ki, iddiaçı atasının ölümünə görə (pensiya arayışı anasının adına hazırlanmışdır) müavinət almaqdadır.
71. İddianın ilk tələbi, yəni birinci hissəsi hüquqi məsələdir, yəni şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı bir texniki işlərin görülməsi hər hansı bir idarə təşkilatlara sorguların göndərilməsinə, ekspertizaların keçirilməsinə heç bir lüzum yoxdur. Şəhadətnamələrin etibarsız olub-olmamasını müəyyən etmək hüquqi məsələ olduğundna işə baxan məhkəmənin dərin düşüncəsinə ehtiyacı vardır. İddianın ikinci hissəsinin həlli isə birinci hissənin həllindən asılıdır. Yəni, iddianın birinci hissəsi təmin edildiyi halda iddianın ikinci hissəsinin həllinə öz təsirini göstərir və iddianın ikinci hissəsinin həlli üçün müəyyən texniki məsələləri həll etməyə ehtiyac yaranır. Yəni, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyi halda həmin şəhadətnamə əsasında müvafiq qeydiyyatın aparılıbaparılmaması və müvafiq çıxarışların verilib-verilməməsini aydınlaşdırmaq məcburiyyəti yaranır. Hazırki iddiaya məhkəmədə baxılmağa başlayarkən məhkəmə tərəfindən iddianın ikinci hissəsi ilə bağlı hərəkətlərin olub-olmaması, vərəsəlik şəhadətnamələr əsasında müvafiq qeydiyyatların aparılıb-aparılmaması, müvafiq çıxarışların verilib-verilməməsi məsələlərinə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən aidiyyatı orqanlara sorğular göndərilərək cavablar alındı və bu sorğuların verilməsi, cavabların alınması 5 aya yaxın vaxtımızı aldı. Hesab etdim ki, iddianın ikinci hissəsinə dair məhkəmə tərəfindən araşdırmalar aparılırsa deməli məhkəmə iddianın birinci hissəsinin və iddiaçının haqlı olması qənaətinə gəlmişdir.
72. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)- 51/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
73. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
74. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri X15 və vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
75. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-51/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
76. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 36.1-ci maddəsinə əsasən Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 345.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2.-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
77. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu: 55-ci maddəsinin birinci abzasına əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X38 şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinin birinci abzasına əsasən X38 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. 59-cu maddəsinin birinci abzasına əsasən notarius qanun üzrə X38 şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinin 2-ci abzasına əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir.
79. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
80. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
81. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarı
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
83. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
84. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)- 51/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
86. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 67-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə sözü gedən vərəsələrin dairəsi ilə bağlı arayış ünvan 12i ərazi dairəsinin nümayəndəsi tərəfindən verilmişdir. Hazırki iddiaçı isə ünvan 11 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, ünvan 12i ərazi dairəsinin nümayəndəsinin hazırki iddiaçının varlığından məlumatının olmaması təbii olmuşdur və həmin arayışın saxta hesab olunmasına əsas yoxdur.
87. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 69-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 1244cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının deyil, onun qanuni nümayəndəsinin miras əmlakı qanunda göstərilən müddət ərzində qəbul etməməsi arqumentini gətirmişdir (bax. §14) ki, həmin arqument də qanunun tələbinə uyğun olduğundan əsaslıdır.
88. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamənin 15-16-cı bəndlərindən göründüyü kimi, hazırki iddiaçı yetkinlik yaşına çatdıqdan sonra da, nə qanunda mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə edilməsi üçün müəyyənləşdirilmiş 2 ay, nə də mirasın qəbulu üçün müəyyənləşdirilmiş 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi istiqamətində hər hansı hərəkət etməmişdir. O, yalnız 26 iyun 2022-ci ildə 18 may 2019-cu il tarixdə ölmüş mərhum atası X2mış miras əmlaklara vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Notariat Ofisinə müraciət etmişdir.
89. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 70-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır. Odur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında sığorta ödənişinin sığortaolunanın vərəsələrinə ödənilməsi barədə müddəaların olması bu ödənişin məqsədini dəyişmir. Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.” Konstitusiya Məhkəməsinin göstərilən qərarının mənasından görünür ki, ailə başçısını itirməyə görə ödənilən əmək pensiyası da sığortaolunanın vərəsələrinə ödənilməsinə baxmayaraq, miras əmlak olaraq dəyərləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddiaçının atasının ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə ödənilən pensiyanı alması onun atasından qalan miras əmlakı qəbul etməsi olaraq dəyərləndirilə bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, apellyatorun istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında baxılmış mülki işin halları hazırki işlə oxşarlıq təşkil etmədiyindən həmin qərardakı yanaşmanın hazırki işə tətbiq edilməsi düzgün olmazdı. Belə ki, apellyatorun istinad etdiyi işdə vərəsənin miras əmlakı faktiki olaraq qəbul etməsi konkret hərəkətlərlə ifadə olunmaqla aşkar olmuşdur. Miras əmlakın heç bir formada qəbul edilməsi yönündə hərəkətlər aşkar edilmədiyi halda, sadəcə müavinətin alınmasına əsaslanılmaqla mirasın qəbul edilmiş hesab olunması halı mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin konkret işlər üzrə qərarları vahid məhkəmə təcrübəsinin formalaşmasında faydalılığı baxımından mühüm əhəmiyyət kəsb etsə də, preyudisial əhəmiyyət daşıdığı və sübut kimi istinad olunduğu hallar istisna olmaqla, başqa işlər üzrə məhkəmələr tərəfindən istinad edilə bilməz.
90. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 68 və 71-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərilənlər, xüsusilə bu qətnamənin 15, 16 və 87-88-ci bəndlərində qeyd olunanlar əsasında birinci instansiya məhkəməsinin hazırki iddianın rədd edilməsi ilə bağlı gəldiyini nəticənin haqlı olduğu sübuta yetirildiyindən, eyni zamanda apellyasiya şikayətinin həmin dəlilləri sadəcə formal mülahizələrə əsaslanmaqla, konkret sübut xarakteri daşımadığından məhkəmə kollegiyası həmin dəlillərlə bağlı araşdırma aparmamışdır.
91. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-51/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
92. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-51/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.