Məhkəmə qərarları › İş №2(107)-50/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-50/2022

23.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-50/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X1 və üçüncü şəxs Maraqlı şəxs qarşı miras üzərində qanun və vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ləğv, icraatdan çıxarma, MPM 384.0.6) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X1 və üçüncü şəxs Maraqlı şəxs qarşı miras üzərində qanun və vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-122/2021 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X1 və üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 25 oktyabr 2010-cu ildə vəfat etmiş X5 miras qalmış DƏDRdə 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X7 məxsus hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın adına yazılmış, 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)- 122/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) ilkin iddia tələbi təmin edilmiş, İddiaçı 25 oktyabr 2010-cu ildə vəfat etmiş X5 miras qalmış DƏDR-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X7 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququnun verilməsi qət edilmişdir. Həmin qətnаmədən iş üzrə üçüncü şəxs Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Zaqatala şəhəri 1 nömrəli fındıqçılıq sovxozunda yerləşən 2 otaqlı mənzil Reus Ninanın adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 sentyabr 2009-cu ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Vera Mixaylovna 25 oktyabr 2010-cu il tarixdə ölmüşdür. İşə əlavə edilmiş 05 may 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, X8 Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə 40212077 nömrəli kodla JN 0038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 1,02 ha torpaq sahəsini Maraqlı şəxs vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamədən görünür ki, Vera Mixaylovna həmin torpaq sahəsini sonradan İddiaçı vəsiyyət etmişdir. Məhkəmə kolelgiyası hesab edir ki, hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-122/2021 nömrəli qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmur. Belə ki, iş üzrə tərəflərin mübahisələndirdiyi 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon Fındıqlı kəndində yerləşməklə mərhum bacılar X8 və X4 ümumi birgə mülkiyyətində olmuş, bu əmlakın 12 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda Nina Mixaylovanın mülkiyyətinə iş materiallarında olan 190 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında verilmiş 2 otaqlı, 39 kvm sahəsi olan yaşayış evi miras qalmışdır. X9 Mixaylovnadan əvvəl, yəni 18 sentyabr 2009-cu ildə, Reus Mixaylovna isə 25 oktyabr 2010-cu ildə vəfat etmişdir. Hər iki bacının heç bir vərəsəsi olmamışdır. İşin bu faktiki halını tərəflər mübahisələndirməmişlər. Hazırkı iş üzrə mübahisə mərhum bacıların ümumi birgə mülkiyyətində olan 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinə münasibətdədir. Belə ki, mübahisələndirilən 2,02 ha torpaq sahəsinin 1,01 ha hissəsini Nina Mixaylovna iş üzrə üçüncü şəxs Maraqlı şəxs vəsiyyət etmiş və torpaq sahəsinin həmin hissəsi müahisələndirilmir. Məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, qalan 1,02 ha torpaq sahəsini Vera Mixaylovna iş materiallarında olan 05 may 2005-ci il tarixli vəsiyyətnamə əsasında üçüncü şəxs Maraqlı şəxs vəsiyyət etmiş, bundan sonra 19 dekabr 2009-cu il tarixdə miras qoyan Vera Mixaylovna fikrini dəyişərək yeni vəsiyyətnamə ilə sözügedən torpaq sahəsini sonradan iş üzrə İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər. Həmin Məcəllənin 1221-ci maddəsinə əsasən sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220ci maddəsinin tələbinə əsasən sonrakı vəsiyyətnamə əvvəlki vəsiyyətnaməni ləğv etdiyindən hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)- 122/2021 nömrəli qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı Maraqlı şəxs cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və İddiaçı qarşı 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddiaçı Maraqlı şəxs cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və İddiaçı qarşı Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunmuş 19 dekabr 2009cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Maraqlı şəxs iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 10 (on) manatın özünə aid edilməsi, iddiaçı Maraqlı şəxs 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4.) qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(107)-702/2022 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apeliyəsiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13 oktyabr 2022-ci ildə həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, qəbul edilən qətnamə Maraqlı şəxs maraqlarına toxunmadığından həmin apellyasiya şikayətinə baxılması mümkün deyildir. Ona görə də, hazırki mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməklə, iş apelyasiya baxışından çıxarılmalı və Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin hansı məzmunlu qərar qəbul etməsi əhəmiyyət kəsb etmir, ona görə ki, qətnamə üzrə apellyasiya şikayəti əsasında araşdırma aparılmamışdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X1 və üçüncü şəxs Maraqlı şəxs qarşı miras üzərində qanun və vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair 2(075)-122/2021 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar