Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-503/2023 17.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, maddi hüquq normalarında səhv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2(075)- 111/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının X1na məxsusdur. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 19 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin nümayəndələri fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, 19 sentyabr 2022-ci il tarixli, NDM seriaylı 029929 nömrəli akt tərtib etmişlər. Həmin aktla yoxlama zamanı sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması, yəni sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin daxil olması aşkar olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 029929 nömrəli akt üzrə hesablanmış 596 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1na məxsusdur. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin nümayəndələri fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirən zaman elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğunu və kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsilə sayğac dövrədən qismən kənarlaşdırıldığını bildirmişlər. Bu səbəbdən 19 sentyabr 2022-ci il tarixdə 029929 saylı akt tərtib edərək, həmin akt əsasında 596 manat məbləğində cərimə hesablanmışdır. Göstərmişdir ki, qeyd olunan sayğac fərdi yaşayış evindən kənarda yerləşir. Sayğac onun iştirakı olmadan açılmış və sayğac labaratoriyaya aparılan zaman sayğacın müayinəsi üçün dəvət edilməmişdir. Sayğacın üzərində plomb varsa sayğaca müdaxilə qeyri-mümkündür. Onlardan başqa qonşuluqlarında yerləşən digər evlərədə cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib olunmuşdur. Bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən hesablaşma elektrik sayğaclarının örtük qutularında DSM möhürü olmalıdır. Hesablaşma elektrik sayğaclarının örtük qutularında sözügedən möhür olmadıqda istehlakçı məsuliyyət daşıyır, bir şərtlə ki, hesablaşma elektrik sayğacının DSM möhürünün qoparılmasında istehlakçının təqsiri müəyyən edilsin. Lakin hesablaşma elektrik sayğacının dövlət möhürünün zədələnməsində istehlakçının təqsiri müəyyən edilməmiş və ya cavabdeh bu halı təkzib edə bilməmişdir. Enerji satış şöbəsinin nəzarətçisi hesablaşma sayğaclarının texniki parametrləri haqqında məlumatı, hesabat ayında xidməti sahəsi üzrə texnoloji sərfiyyat itkilərinin müəyyənləşdirilməsi və enerji balansının çıxarılması zamanı məlumatlı olmaq və balansa nəzarət etmək məqsədilə sahədəki digər istehlakçıların qoyulmuş ümumi gücü və eləcə də onlara məxsus olan şəxsi güc transformatorlarının və elektrik verilişi xətlərinin parametrləri haqqındakı məlumatları şəbəkənin müvafiq şöbə və xidmətlərindən qəbul etməlidir. Lakin cavabdeh tərəf enerji satış şöbəsinin nəzarətçisinin sahəni qidalandıran elektrik verilişi xəttinin başında və ya budaqlanma düyün nöqtələrində quraşdırılmış hesablaşma və ya balans sayğaclarının texniki parametrləri haqqında məlumatı şəbəkənin müvafiq şöbə və xidmətlərindən qəbul etməsi barədə sübutu mövcud deyildir. Hesab edir ki, tərtib edilən akt və onun əsasında yazılmış cərimə əsassızdır. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X19 29 mart 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 029929 saylı akt əsasında əsassız hesablanmış 596.00 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının ünvan 2ndə yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X10 adına olmaqla **********16689 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən ünvan 2ndə İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X9 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu, sayğacın giriş faza yuvasına “sıfır” xətti, sıfır yuvasına isə “faza" xətti daxil edilərək kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsiylə sayğacın dövrədən qismən kənaşdırılaraq X9 edildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X9 Qaydalarının” 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029929 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, NDM029929 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 4586 kvt.s, dəyəri 596.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EElQ"-nın 8.17 İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun mUəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EElQ"-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu qaydaların 8.17- ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İddiaçı cavabdeh “Azərişıq" ASC-yə xx.xx.2022-ci il tarixli 029929 saylı akt əsasında əsassız hesablanmış 596.00 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları R.Osmanov, V.Əhmədov və N.Həmidov 19 sentyabr 2022-ci il tarixli, NDM seriaylı 029929 saylı X9 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər.
6. Bundan başqa, cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması, yəni sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin daxil olduğu halda bazada DDS-26 kimi göstərilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi.
7. Cavabdeh təşkilatın əməkdaşları X9 zamanı istehlakçı tərəfindən X9 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər.
8. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X9 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar.
9. Şəki Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2(075)-111/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, 029929 saylı akt əsasında hesablanmış 596 manat borcun İddiaçı hesabından silinməsi, 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X9 Qaydaları”ın 8.15 və 8.33-cü maddələrinə və həmin qaydalara 2.4.2-ci əlavəyə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, X4 EŞ-nin enerji satış bazasında **********16689 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.
12. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli, NDM seriaylı 029929 nömrəli aktdan görünür ki, yoxlama zamanı sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması, yəni sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin daxil olması aşkar olunmuşdur.
13. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 iyun 1978-ci il tarixli, İ-ЖГ 433536 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X16 arasında 15 iyul 1978-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir.
14. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 avqust 1979-cu il tarixli, Vİ-ЖГ 379492 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1979-cu il təvəllüdlü İddiaçı atası X7, anası X8r.
15. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 iyun 2020-ci il tarixli, AZ-İİ 080810 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 20 may 2020-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 170 nömrə ilə qeyd edilmişdir.
16. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 04 dekabr 2022-ci il tarixli, 4706 nömrəli məktubundan görünür ki, 20 may 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və X11r.
17. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, izahlı lüğətə görə akt dedikdə, hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. başa düşülür. Akt hər hansı bir iş və hadisəni qanuniləşdirib hüquqi sənəd statusu verməkdir. xx.xx.2022-ci il tarixdə ünvan 2ndə İddiaçı yaşadığı fərdi yaşayış evinə akt tərtib edilərkən abonent tərəfindən sayğacın giriş faza yuvasına “sıfır” xətti, sıfır yuvasına isə “faza” xətti daxil edilərək kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsiylə sayğacın dövrədən qismən kənaşdırılaraq X9 edildiyi aşkar edilmişdir.
19. “X9 Qaydaları”nın 8.33-cü bəndləri (hal şahidlərinin iştirtakı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “X9 Qatdaları”nın 8.17 və 8.17-2 bəndləri yaradlılmışdır. Mübahisələndirilən NDM029929 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən “X9 Qatdaları”nın 8.17 və 8.17-2 bəndlərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi qətnamədə istinad olunan hüquq norması ləğv edilmişdir.
20. Ona görə də, Şəki Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2(075)- 111/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o sayğaca heç bir müdaxilə etməmişdir. “0” və fazanın nə olduğunu və necə quraşdırıldığını da bilmir. Sayğacın yazdığı sərfiyyatı həmişə vaxtında ödəmişdir. Ailəvi olaraq evdən getdikləri zaman sayğacı ayırmış, lakin evə qayıtdıqda sayğacın hələ də işlədiyini görmüşdür.
23. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
24. "xxxx" ASC-dən mütəxəssis olaraq cəlb edilmiş X17 izahat verərək bildirmişdir ki, o, sözü gedən akt tərtib edilərkən orada olmuşdur. Yoxlamanı onlar deyil, "xxxx" ASC-nin mərkəzi filialından gələn əməkdaşlar həyata keçirmişdir. Yoxlama zamanı həqiqətən də sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin daxil olması aşkar olunmuşdur. Bir qayda olaraq, belə olduqda, enerji istifadə olunur, lakin sərfiyyat yazılmır. Hazırki halda isə, İddiaçı həmin vaxta kimi yazılan sərfiyyatlarda, həmçinin sonuncunun ödənişlərində heç bir problem olmamışdır. Həmçinin, İddiaçı məxsus evdə quraşdırılmış sayğac çıxarılaraq aparılmış, daha sonra geri gətirilərək yenidən quraşdırıldıqda, yenə sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xətti daxil olmuşdur. Mütəxəssis olaraq cəlb edilmiş X17 “X9 qaydaları”nda vətəndaşa 3 ay üçün cərimə hesablanması göstərildiyi halda, nə üçün hazırki halda iddiaçıya 300 gün üçün cərimə hesablandığı barədə suala onun nə üçün elə hesablanması barədə məlumatlı olmadığını bildirməklə cavab vermişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X9 Qaydaları”: 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X9 Qaydaları”na 06 yanvar 2010- cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddəsnin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh Şəki Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2(075)-111/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına istinad edilməsində səhvə yol vermişdir.
31. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X9 Qaydaları”nın 8.33-cü maddəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “X9 Qaydaları”nın 8.17 və 8.17-2 bəndləri yaradılmışdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
32. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti qismən – bu qətnamənin 19-cu bəndində göstərilmiş dəlillərə aid hissədə əsaslıdır.
33. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şiakyətinin dəlilləri qalan hissədə əsaslı deyil və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
34. Bu qətnamənin 24-cü bəndindən göründüyü kimi, "xxxx" ASC-dən mütəxəssis olaraq cəlb edilmiş X12 izahatları iddiaçının bildirdikləri ilə üst-üstə düşdüyündən onu deməyə əsas verir ki, aktda qeyd edilən sayğacın giriş faza yuvasına “0” xətti, “0” yuvasına isə “faza” xəttinin qoşulması vətəndaşın deyil, cavabdeh təşkilatın sayğacı quraşdıran əməkdaşlarının səhvi olmuşdur. Həmçinin, iddiaçıya cərimənin hesablandığı müddət ərzində İddiaçı yazılmış sərfiyyatda və sonuncunun ödənişlərində heç bir problem olmamışdır.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulduğuna görə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2(075)-111/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası yenidən təmin edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2(075)-111/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanla bağlı abonent X6 barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, 029929 nömrəli akt əsasında hesablanmış 596 manat borc **********16689 saylı abonent hesabından silinsin. 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev