Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-505/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı Regional Ərazi filialına qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 27 avqust 2021-ci il tarixli 50 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işin baxılmamış saxlanması, iddiaçı Ərizəçi, yenidən ümumi qaydada iddia ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Ərizəçi Seyidov X1 Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)- 1010/2021 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi ,mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadı ilə Ərizəçi Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)- 1010/2021 nömrəli qərardadından verdiyi şikayətin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmədiyindən geri qaytarılması qərara alınmışdır. Ərizəçi Seyidov X1 Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(019)- 1010/2021 nömrəli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadın ləğv edilməsi, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 6 yanvar 2022-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadı ilə Ərizəçi Balakən Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(019)- 1010/2021 nömrəli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Ərizəçi Seyidov X1 Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)- 1010/2021 nömrəli qərardadından şikayət vermiş, eyni zamanda ərizə verərək şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadı ilə Ərizəçi ərizəsi təmin edilmiş, Ərizəçi Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 nömrəli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi, hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadı ilə Ərizəçi şikayətinin əsassız olduğundan təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmış və şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)- 1010/2021 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə mövcud deyildir. Ona görə də, şikayət təmin edilməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu mаddəsinə əsаsən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(019)-1010/2021 saylı qərаrdаdı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-505/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-505/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver