Məhkəmə qərarları › İş №2(107)-513/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-513/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-513/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1699/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1699/2020 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 160 manat borcun enerji hesabından silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 160 manat borcun enerji hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən ona məxsus evdən təqribən 10 metr aralıda elektrik sayğacı quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə işıq nəzarətçisi “Pərviz” adlı şəxs elektrik enerjisinin sərfiyyatına dair hesab-bildiriş vermək üçün onlara gəlmişdir. Həmin şəxs oğlunu çağıraraq sayğacın işləmədiyini, sayğacın göstəricisində rəqəmlərin görünmədiyini, bu səbəbdən də onlara hesab-bildiriş verə bilməyəcəyini bildirmişdir. Eyni zamanda elektrik sayğacının nasazlığı barədə Şəki EŞ-nə xəbər vermələrini məsləhət bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, poçt rabitəsi vasitəsi ilə elektrik sayğacının işləməməsi və sayğacın rəqəmlərinin görünməməsi barədə Şəki EŞ-nə məktub göndərmişdir. Bundan başqa həmin gün saat 11:00 radələrində “Şimal-Qərb” RETSİ-nin X1 və Bərpası Bölməsinin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq sayğaca baxış keçirən zaman sayğacın göstəricisinin oxunmadığı halı aşkar olunaraq 184893 nömrəli akt tərtib edilmişdir. Bundan sonra əməkdaşlar tərəfindən sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə xx xxxxxxx 2020-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokolun “yoxlama zamanı aşkar olunan qüsurlar” bölməsində qeyd edilmişdir ki, “termiki qızma nəticəsində sayğacın giriş yuvaları yanıb, daxili sxemdə naqillər bitişib, sayğac yüksüz rejimdə 180 A göstərir”. Göründüyü kimi savğacdakı nasazlıq nə onun, nə də ki, ailə üzvlərinin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. xx xxxxxx 2020-ci il tarixdə nəzarətçi ona zəng vuraraq, enerji sərfiyyatına görə 160 manat borcunun olduğunu bildirmişdir. O, buna inanmamış, borcunu terminalda yoxladıqda enerji hesabında 160 manat borc yazıldığını görmüşdür. Nəzarətçi əvvəl sayğacın göstəricisinin oxunmadığını, rəqəmlərin görsənmədiyini və bu səbəbdən də hesab-bildiriş verə bilməyəcəyini bildirdiyi halda 160 manat borcun hesabına necə yazıla bilərdi. Bundan başqa onun enerji sərfiyyatına görə heç vaxt borcu olmamış, hər ay sayğacın göstəricisinə uyğun olaraq sərf etdiyi enerjiyə görə 15-25 manat civarında ödənişlər etmişdir. Özü də ailəsi ilə birlikdə hər gün axşama kimi sahədə təsərrüfat işləri ilə məşğul olur. Heç televizora baxmağa da vaxtı olmur. Evdə yalnız enerji işləyən soyuducudur, bir də evdə işıq yandırırlar. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, Şəki rayonu Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında onun adına olmaqla **********01684 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları X.Abdullayev, X.Hacıbabayev və V.Cəlilov tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının göstəricisinin oxunmadığı aşkar edilmiş və “X2 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı baxış akt tərtib olunmuşdur. Tərtib olunmuş baxış aktının bir nüsxəsi imzalanmaqla İddiaçı verilmiş və akta əsasən xx xxxxxxxx 2020-ci il tarixdə Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş, sayğac yeni smart tipli PAUD-MP106 elektrik sayğacı ilə əvəz edilərək möhürlənmişdir. Bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və tərtib olunmuş protokolu iddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş protokolda iddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə elektrik sayğacının laboratoriya yoxlanmasında iştirak etməsi bildirilmişdir. Laboratoriyanın xx xxxxxxx 2020-ci il tarixli, 195037 saylı protokolu ilə elektrik sayğacının texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180 A yük göstərdiyi barədə rəy verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı akta əsasən heç bir hesablama aparılmamış və həmin akt baxış aktı kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda, 2013-cü ilin noyabr ayından 2020-ci ilin sentyabr ayının 12-nə qədər olan dövrlər üzrə görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 995.76 manat olmuş və o, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 835.00 manatını ödəmişdir. Buradan açıq aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçının xx xxxxxxxx 2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 160.76 manat (995.76- 835.00=160.76) qalıq borcu olmuşdur. Yuxarda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixə iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 132.76 manatdır. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə yalnız cavabdeh tərəfindən təqdim edilmiş "abunə haqqında" məlumat cədvəlini mötəbər sübut kimi qəbul etmişdir. Həmin məlumat cədvəlinə əsasən məhkəmə qeyd edir ki, 2013-cü ilin noyabr ayından 2020-ci ilin sentyabr ayının 12-nə qədər olan dövrlər üzrə iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 995,76 manat olmuş və o, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 835 manatını ödəmişdir. Buradan da açıq-aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçının xx xxxxxxxx 2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 160,76 manat qalıq borcu olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən hesab-bildirişlərə baxılsaydı hər şey aydın olardı. Həmin hesabbildirişləri məhkəməyə təqdim etsə də, məhkəmə qəbul etməmiş və araşdırmamışdır. Bundan başqa iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 195037 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, elektrik sayğacının texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180A yük göstərdiyi barədə rəy verilmişdir. Buradan da aydın olur ki, cavabdeh ona əsassız yerə, sərf etmədiyi elektrik enerjisinə görə borc hesablamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1699/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1699/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Belə ki, iş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********01684 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 184893 nömrəli aktdan görünür ki, İddiaçı sayğacın göstəricisinin oxunmadığı aşkar edilmişdir. Aktın doğruluğunu abonent İddiaçı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan abonent İddiaçı iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, R184893 saylı akta əsasən sayğacın yeni smart tipli PAUD-MP106 elektrik sayğacı ilə əvəz edilərək möhürləndiyi göstərilmişdir. İş materiallarında olan abonent İddiaçı iştirakı ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 195037 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, elektrik sayğacının texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180 A yük göstərdiyi barədə rəy verilmişdir. İş materiallarında olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı akta əsasən heç bir hesablama aparılmamış və həmin akt baxış aktı kimi qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2013-cü ildən xx xxxxxxx 2020-ci ilədək olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı xx xxxxxxxx 2020-ci il tarixə istifadə etdiyi 995.76 manat elektrik enerjisindən 835.00 manat ödəmiş, ödənilməmiş 160.76 manat qalıq borcu olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Şəki rayonu Baş Göynük kəndində yerləşən mənzildə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək akt tərtib edilmiş, laboratoriya tərəfindən sayğacın texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180 A yük göstərdiyi barədə rəy verilmişdir. Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə əsasən xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı akta əsasən heç bir hesablama aparılmamış və həmin akt baxış aktı kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b)məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1699/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1699/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar