Məhkəmə qərarları › İş №2(107)-513/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-513/2023

18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-513/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras payının müəyyən edilməsi, prosessual hüquq varisləri, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X9 və Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli, 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsindən İddiaçı hüquqi varisi X19, onun nümayəndəsi X3 və İddiaçı hüquqi varisi X12 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X2na və anası X23 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı İddiaçı hüquqi varisi müəyyən edilənək dayandırılmışdır. Sonradan Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə İddiaçı onun hüquqi varisi X19 ilə əvəzlənmiş və işin icraatı təzələnmişdir. İddiaçı hüquqi varisi X12 nümayəndəsi, həmçinin vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli, 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli, 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X2na və anası X23 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Həmçinin Cavabdeh3 cavabdeh kimi işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, X2, anası isə X24r. Onlar qeyrirəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X10, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X13 doğulmuşdur. İddiaçı qardaşı X10 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X2 03 iyun 1997-ci ildə, anası X32 isə 23 fevral 2011-ci ildə ölmüşdür. Balakən rayonu Şərif kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı X2na və anası X23 Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X20, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X2nun mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə, 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum X2nun mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə, 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə, 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum X2nun mirasına xx.xx.2012-ci il tarixdə, 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə, 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünür ki, 1928-ci ildə anadan olmuş X20 xx.xx.1952-ci ildə X10, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X13 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, X9 və X23 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 satmasına dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir. İddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 23 dekabr 2022-ci il tarixli, 2(019)- 7/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ölmüş İddiaçı hüquqi varisi X15 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. X2, anası isə X24r. Onların ər-arvad münasibətlərindən dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X17, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X13 doğulmuşdur. İddiaçı qardaşı X10 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X2 03 iyun 1997-ci ildə, anası X32 isə 23 fevral 2011-ci ildə ölmüşdür. Balakən rayonu Şərif kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı X2na və anası X23 Balakən rayonu Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmiş və qeyd edilmişdir ki, İddiaçı Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X20, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X2nun mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilmişdir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə, 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum X2nun mirasına isə xx.xx.2012-ci il tarixdə, 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019cu il tarixdə, 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı atası və anasından miras qalmış əmlakları qəbul etdiyini, ondan başqa mərhumların digər vərəsələrinin olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı Cavabdeh2 tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, 05 iyul 2012- ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum X2na və anası X23 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı hüquqi varisi X15 aid edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 350, 354.1, 354.2, 149.2, 1263, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1243, 1243.2, 1243.3, 1246, 1255, 1256, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321, 1321.2, 1322-ci maddələri, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1 və 22.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi işin aşağıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur, X2, anası isə X24r. Onlar qeyr-rəsmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X10, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X13 doğulmuşdur. İddiaçı qardaşı X10 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X2 03 iyun 1997-ci ildə, anası X32 isə 23 fevral 2011-ci ildə ölmüşdür. Balakən rayonu Şərif kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı X2na və anası X23 Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Qeyd edilən əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X20, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X11 mirasına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bildirmişdirlər ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum X2nun mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum X2nun mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsinin 01 saylı 10 yanvar 2020-ci il tarixli arayışından görünmüşdür ki, 1928-ci ildə anadan olmuş X20 xx.xx.1952-ci ildə X10, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X13 adında uşaqları doğulmuşdur. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Həmçinin 25 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə1 məhkəməyə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı və həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA 619931 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətini təqdim etmişdir. Həmin sənədlərdən görünmüşdür ki, X9 və X23 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında iş olduğu halda, Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Buna görə də Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Cavabdeh1 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4763 ha hissəsini Cavabdeh3 satmasına dair Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4-Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilməklə onlara hüquqi qiymət verilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X1 öz sağlığında oğlu İddiaçı ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi vermiş, İddiaçı Rusiya Federasiyasından Balakən rayonuna qayıdarkən atasının ona verdiyi evdə yaşamış, X7 ölümündən sonra da onun dəfn mərasimlərində iştirak edərkən həmin evdə qalmış, həmin torpaq sahəsində mütəmadi olaraq bir neçə il əkin-biçin eləmiş, Cavabdeh1 sonradan İddiaçı atasından miras qalmış əmlaklara buraxmamış, onlar arasında miras üstündə narazılıq olmuşdur. Sonradan Maksud həmin torpaqda olan bir otaqlı evi də sökmüşdür. Həmin faktlar iş üzrə iddiaçı tərəfin məhkəməyə gətirdiyi şahidlər qeyd edilən halları və İddiaçı atasından miras qalmış əmlakı qəbul etdiyini təsdiq etsələr də məhkəmə həmin ifadələri hansı əsasla sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Balakən rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1243.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan Mülki Məcəllənin 1243.2-ci, 1243.3-cü, 1257-ci, 1291-ci maddələrinin tələblərini pozaraq mərhumlara məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməmiş, iddiaçını miras payından məhrum etmişdir. Eyni zamanda miras əmlak məhkəmədə mübahisələndirildiyi halda, Cavabdeh1 mirasın bir hissəsini başqa şəxsin adına özgəninkiləşdirməklə formal olaraq “vicdanlı alıcı” faktı yaratmaqla iddianın rədd olunması üçün sübutlar toplamaqla obyektiv həqiqətin müəyyən olunmasına maneələr yaratmışdır. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır. Apellyasiya şikayətində Balakən Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hansı maddi hüquq, hansı prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. Aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilə bilməz. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonu Şərif kəndində anadan olmuşdur, göstərilənlər həqiqəti əks etdirmir. X2, anası isə X24r. Onlar qeyri-nigah ilə evlənmiş, nigahlarını rəsmiləşdirməmişlər. Apellyasiya Məhkəməsinin nəzərinə çatdırmışdır ki, mərhum qardaşı İddiaçı ailəsindən o qədər uzaq və məlumatsız olmuşdur ki, o, ata-anasının rəsmi nikahla evləndiklərindən xəbərsiz olmuşdur. O isə ata-ananın yanında olmuş və onların rəsmi evlənmələri barədə şəhadətnaməni Balakən Rayon Məhkəməsinə təqdim etmişdir. Apellyasiya şikayətinin əsassız olmasını daha bir faktla sübut edir ki, mərhum qardaşı İddiaçı 1996-cı ildə Rusiya Federasiyasına getmiş, orada yaşamış, hal-hazırda da onun ailəsi Rusiya Federasiyasının Maxaçqala şəhərində yaşayırlar və Rusiya Federasiyasının vətəndaşlarıdır. Bütün bu illər ərzində mərhum İddiaçı ancaq ata və ananın ölüm xəbərini eşidəndə Balakənə gəlmiş, iki gün yasda iştirak etdikdən sonra çıxıb Rusiyaya getmişdir. Yas yerinə gəldikdə isə o onların evində yox, Zaqatala şəhərində tanışlarının evində qalmışdır. Onun ata-ananın ölümündən sonra təsərrüfatı idarə etməsi, yas mərasimini yola salmasını, baş daşını qoymasını, əkin-biçin işlərini aparmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. O isə xəstə olarkən ata-ananın yanında olmuş, onların əziyyətlərini çəkmişdir. Öləndə isə onların yas mərasimini yola salmış, baş daşını özü qoymuşdur. Onların ölümündən sonra da təsərrüfatı özü idarə etmişdir. Mirasın qəbulunu şəksiz nümayiş etdirmişdir. Mirasın qəbulu ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Apellyasiya şikayətində mərhum İddiaçı tərəfindən mirasın bir hissəsini qəbul etməsi, mərhum X2 öz sağlığında oğlu İddiaçı və ona məxsus torpaq sahəsində olan bir otaqdan ibarət evi verməsi, İddiaçı Rusiya Federasiyasından Balakən rayonuna gələndə həmin evdə qalmasına dair göstərilənlər həqiqətə uyğun deyil və cəfəngiyatdan başqa bir şey deyildir. Belə ki, mərhum İddiaçı mərhum atasının sağlığında Balakən rayonu Şərif kəndində onların evdən 2 km aralıda 1000 (min) manata torpaq sahəsi almışdır. Sonradan İddiaçı atasının yanına gələrək pula ehtiyacı olduğundan həmin torpaq sahəsini satmasını xahiş etmişdir. Mərhum atası həmin torpaq sahəsini 1000 (min) manata satıb Şəmsəddinə vermişdir və Şəmsəddin Rusiya Federasiyasına getmişdir. O onların həyətdə olan evdə heç vaxt qalmamışdır. Nə atasının sağlığında, nə də atası öləndən sonra. O, Zaqatalada arvadının evində qalmışdır. İş üzrə dindirilmiş şahidlərdən heç biri İddiaçı tərəfindən onların həyətdəki balaca evdə qalması, onların təsərrüfatda əkin-biçin etmələri barədə məhkəməyə hər-hansı ifadə verə bilməmişdir və sübut təqdim edə bilməmişdirlər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə qarşı “Balakən rayon Notariat Öfisi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2V- 733 reyestr nömrəli, 05 iyul 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, 30 dekabr 2019-cu il tarixli 2V-734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X9 və X23 məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın paylan bərabər olmaqla vərəsələr arasında bölünməsi, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə- 644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsindən İddiaçı hüquqi varisi X19, onun nümayəndəsi X3 və İddiaçı hüquqi varisi X12 nümayəndəsi, həmçinin vəkil Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili Nümayəndə1 apellyasiya şikayətini təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı hüquqi varisi X19, onun nümayəndəsi X14 və İddiaçı hüquqi varisi X19, Cavabdeh2 və üçüncü şəxslər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəməyə məktub göndərərək məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 140-cı mаddəsinə əsаsən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı (keçmiş Аzərbаycаn SSR) Mülki Məcəlləsinin 527-ci mаddəsinə əsаsən vərəsəlik qаnun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci mаddəsinə görə vərəsəlik mirаs qоyаn şəxsin ölməsi ilə, yаxud оnun ölmüş elаn edilməsi ilə аçılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin məcəllənin 1282-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. Həmin məcəllənin 1283-cü maddəsinə əsasən əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir. Həmin məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardır; 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları və sair. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı; “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsini apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi mübahisləndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. X2, anası isə X24r. Onların ər-arvad münasibətlərindən dörd uşaqları olmuşdur: xx.xx.1952-ci ildə X10, xx.xx.1956-cı ildə İddiaçı, xx.xx.1958-ci ildə Cavabdeh1 və xx.xx.1961-ci ildə X13 doğulmuşdur. İddiaçı qardaşı X10 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı X2 03 iyun 1997-ci ildə, anası X32 isə 23 fevral 2011-ci ildə ölmüşdür. Balakən rayonu Şərif kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı X2na və anası X23 Balakən rayonu Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə 1.13 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.13 torpaq sahəsinə JN 730 KOD 40100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin əmlaklar İddiaçı atasının və anasının ölümündən sonra miras qalmışdır. İddiaçı həmin əmlaklardakı payını vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə Cavabdeh2nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Həmin sənədlər Cavabdeh2ndə araşdırılmış, ona 13 yanvar 2020-ci il tarixli, 14 nömrəli cavab məktubu verilmiş və qeyd edilmişdir ki, İddiaçı Cavabdeh2nə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X20, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum atası X11 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Bildirilir ki, mirası faktiki qəbul edən vərəsə olan qardaşı Cavabdeh1 mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum atası X11 mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməmişdir. Şikayətdə apellyator bildirmişdir ki, İddiaçı valideynlərinin ölümündən sonra onların dəfnini həyata keçirmişdir. Onların ölümündən sonra həmin təsərrüfata gedib-gəlmişdir. Həmin müddətdə İddiaçı qardaşı Cavabdeh1lə heç bir mübahisələri olmamışdır. Şəmsəddinin qardaşı ilə mirasla bağlı mübahisələri olmadığından, həm də hüquqi məlumatsızlığından Cavabdeh2nə mirasın qəbulu haqqında ərizə verməmişdir. İddiaçı qardaşı Cavabdeh1 ondan xəbərsiz Cavabdeh2nə müraciət etmiş, Cavabdeh2 tərəfindən mərhumların digər vərəsələrinin olub-olmaması araşdırmadan onun mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, mərhum X2nun mirasına xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019- cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mərhumların üç nəfər vərəsələri olduğu halda, Cavabdeh2 tərəfindən mərhumlardan qalmış miras əmlaklara Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə, xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə bütün mirasa məcburi pay saxlanılmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdehə verilmiş şəhadətnamələr qanunsuz sayılmalı və digər vərəsələrin də payı müəyyən edilməlidir. Kollegiya şikayətin həmin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. İlk olaraq kollegiya qeyd etməyi lazım bilir ki, X16 xx.xx.1997-ci il tarixdə vəfat etdiyindən ona münasibətdə 2000-ci ilin sentyаbr аyının 1-dək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı (keçmiş Аzərbаycаn SSR) Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə valideynlərindən qalmış mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.1997ci il tarixdə ölmüş X4 və xx.xx.2011-ci il tarixdə ölmüş X18 miras qalmış əmlaklara vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmiş, mirası onu faktiki qəbul edən birinci növbəli vərəsə olan mərhumların oğlu Cavabdeh1 mərhum anası X20 mirasına xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və mərhum X2nun mirasına isə xx.xx.2012-ci il tarixdə 2V-452 reyestr nömrəsi ilə əmanət hesabında olan pul vəsaitinə dair, xx.xx.2019-cu il tarixdə 2V-734 reyestr nömrəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verməklə mirası qanuni bölüşdürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, xx.xx.1997-ci il tarixdə ölmüş X4 və xx.xx.2011-ci il tarixdə ölmüş X18 miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhumların dörd nəfər övladları olsa da, onlardan üçü mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə iclasında xx.xx.1997-ci il tarixdə ölmüş X4 və xx.xx.2011-ci il tarixdə ölmüş X18 miras qalmış əmlaklarını qəbul etmiş yeganə vərəsə isə Cavabdeh1 müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasm faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakm mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qebul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: • miras əmlaka faktiki sahiblik etmək üsulu; • miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakmı faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Hazırkı mübahisəyə iddiaçının mirası faktiki olaraq qəbul etməsi prizmasından yanaşdıqda kollegiya cavabdehin etirazının dəlillərini əsaslı sayır. Belə ki, İddiaçı ailəsindən o qədər uzaq və məlumatsız olmuşdur ki, o, ata-anasının rəsmi nikahla evləndiklərindən xəbərsiz olmuşdur. İş materiallarında olan (səh. 86) nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının valideynləri, yəni mirasqoyanlar 1948-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı isə iddia ərizəsində valideynlərinin faktiki nikahlarından doğulduğunu qeyd etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı 1996-cı ildə Rusiya Federasiyasına getmiş, orada yaşamış, hal-hazırda da onun ailəsi Rusiya Federasiyasının Maxaçqala şəhərində yaşayırlar və Rusiya Federasiyasının vətəndaşlarıdır. Bütün bu illər ərzində mərhum İddiaçı ancaq ata və ananın ölüm xəbərini eşidəndə Balakənə gəlmiş, iki gün yasda iştirak etdikdən sonra çıxıb Rusiyaya getmişdir. İddiaçının təsərrüfatı idarə etməsi, yas mərasimini yola salmasını, baş daşını qoymasını, əkin-biçin işlərini aparmasını, eyni zamanda atası tərəfindən ona birotaqlı evin verilməsi, həmin evin sökülməsini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan sonra İddiaçı 27 fevral 2020-ci tarixdə Rusiya Federasiyasının Mxaçqala şəhərində vəfat etmişdir. Göründüyü kimi iddiaçının Rusiyanın Mxaçqala şəhərində vəfat etməsi də onu deməyə əsas verir ki, iddiaçının miras əmlakla hər hansı bağlılığı olmamışdır. Kollegiya şahidlərin izhatlarına da tənqidi yanaşır. Çünki şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İş materiallarında olan sübutlar isə onu deməyə əsas verir ki, iddiaçı mirası faktiki olaraq qəbul etməmişdir. Kollegiya şikayətin digər dəlillərinə də hüquqi qiymət verərək hesab edir ki, şikayətin digər dəlilləri də əsassızıdır. Belə ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq olunmuş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan 1.13 ha torpaq sahəsinin 0.4763 ha hissəsinin Cavabdeh3 satılması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Alqı-satqı zamanı torpaq sahəsinə dair hər hansı mübahisənin olmasından Cavabdeh3 məlumatı olmamış, bu alqı-satqı zamanı heç bir qanun pozuntusu olmamış, Mülki Məcəllənin 140-cı mаddəsinə əsаsən rəsmi sənədin həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək, Cavabdeh3 torpaq sahəsinin dəyərini ödədikdən sonra həmin torpaq sahəsinə dair müqaviləni imzlayaraq torpaq sahəsini qanuni əsaslarla almışdır. Kollegiyanın qənaətinə görə mübahisənin bu hissəsi Azərbaycan Respublikası Konstitusiyasının “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına əsasən həll edilməlidir. Burada başdan ümumi şəkildə qeyd etmək lazımdır ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)" prinsipinin mülki hüquqdakı təzahürüdür. Mülki hüquqda subyektlərin vicdanhlığının qorunmasının özünəxas səbəbləri vardır. Bunlardan biri, vicdanlılığın qorunmasının ən önəmli səbəbi kimi mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək məqsədidir. Həmçinin, rəsmi dövlət qeydiyyatı ilə təsdiq olunmuş haqlar baxımından vicdanlılıq qorunmadığı təqdirdə rəsmi sənədə olan etimad sarsılar və bu birbaşa hüquqi asayiş və etimadla bağlı ümumi ictimai mənafeni zərbə altına qoyar. Vicdanlılıq əsasən sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından haqqın əldə edilməsinə olan maneənin (yəni sərəncam verənin əslində belə bir səlahiyyətinin olmaması ilə bağlı hüquqi problemin, əldən edən baxımından) aradan qalxmasına səbəb olur. Sərəncam səlahiyyətinin olmaması halları xaricindəki digər hüquqa zidd hallar baxımından isə vicdanlılıq həmin hüquqa zidd halla bağlı maneəni aradan qaldırmır. Haqların əldə edilməsi baxımından vicdanlılığın rolundan və qorunmasından bəhs oluna bilinməsi üçün mütləq hüquqa zidd bir halın olması lazımdır. Belə ki, vicdanlılığın predmeti (aid olduğu məsələ) məhz elə bu hüquqa zidd halın mövcudluğudur. Haqların əldə edilməsi baxımından tələb olunan vicdanlılıq haqqın əldə olunmasına maneə təşkil edən mövcud hüquqa ziddiyyətlilik halının əldə edən baxımından bilinməməsi və bir çox hallarda hətta bilinməsinin lazım gəlməməsini ifadə edir. Buna görə də, haqların əldə edilməsi baxımından hüquqa ziddiyyətlilik halının olmadığı durumlarda ümumiyyətlə bir hüquqi anlayış (termin) olaraq vicdanlılıq anlayışından söhbət belə gedə bilməz. Qeyd edilməlidir ki, həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq təcrübədə rəsmi dövlət qeydiyyatına etimad edənin mənafeyi əsas götürülür. Məsələnin bu şəkildə həlli başa düşüləndir. Belə ki, istər mülki qanunvericiliyin əsas məqsədi olan mülki dövriyyənin sabitliyinin qorunması və inkişafına nail olmaq qayəsi ilə qəbul edilən mülki dövriyyə azadlığının təmin edilməsi məqsədi, istərsə də mövcud ümumi qanunvericilik sistemindən irəli gələn hüquqi məntiq belə bir nəticənin qəbul edilməsini labüd edir. Məhz bütün bunlara görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əşyalara dair rəsmi dövlət qeydiyyatının tam və düzgün olduğuna etimad etməkdə hamının haqlı olduğu və MM-in 148.2 və 149.2-ci maddələrində isə, sözügedən qeydiyyat düzgün olmasa belə, onun düzgünlüyünə etimad edən şəxslərin bu inamının qorunduğu bildirilmişdir. Yəni daşınmaz əşya üzərindəki əşya haqlarına dair qeydiyyat rəsmi dövlət reyestrində düzgün olmadığı hallarda da bunun düzgünlüyünə etimad edən baxımından həmin qeydiyyat düzgün hesab olunur. Vicdanlılıq halının qorunması isə, aydın məsələdir ki, birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan da şəraitdən aşkar şəkildə əldə edənin hüquqazidd halı bilməməsinin ağlabatan olmadığı hallarda əldə edənin vicdanlı olduğunu ehtimal etmək, vicdanlılıq anlayışının mahiyyətinə ziddir. Buna görə də işin hallarından əldə edənin bilməmə ehtimalının bilmə ehtimalından son dərəcə az olduğu hallarda əldə edənin vicdanlı olduğuna ehtimal vermək məntiqli və reallığa uyğun olmaz. Belə bir yanaşma birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edən vicdanlılıq prinsipinin mahiyyət və roluna zidd olar. Sözügedən miras əmlakla bağlı iddiaçının etibarsızlığını tələb etdiyi Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədov tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh3 adına xx.xx.2021ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X25 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə- 644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. Qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, nə qədər ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməşdir, Cavabdeh3 adına xx.xx.2021ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında aparılmış qeydin və Cavabdeh1 Heybulla oğlu ilə Cavabdeh3 arasında 0.4763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə Balakən Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X25 tərəfindən tərtib edilmiş 03 iyun 2021-ci il tarixli 4Ə-644 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürməyə subyektiv hüququ da olmamışdır. xx.xx.2021-ci il tarixdə qeydə alınmış reyestr nömrəsi **********16 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də İddiaçı hüquqi varisi X19, onun nümayəndəsi X3 və İddiaçı hüquqi varisi X12 apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı hüquqi varisi X19, onun nümayəndəsi X3 və İddiaçı hüquqi varisi X12 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(019)-7/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar