Məhkəmə qərarları › İş №2(107)-514/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-514/2024

03.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-514/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, e-2(033)-51/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X8 ilə Maraqlı şəxs1 xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahlarından beş uşaqları- Murad, Fatimə, Asiyat, Səkinət və Cəbrayıl doğulmuşdur. X5 Gülmirə Əmirova ilə faktiki nikah münasibətlərindən Cahangir adlı uşağı(hazırki iş üzrə iddiaçı) doğulmuşdur. X8 18 may 2019-cu ildə vəfat etmişdir. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə müəyyən olunur ki, mərhum X3 miras qalmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paydan arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1232 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə müəyyən olunur ki, mərhum X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilidən (uşaq sağlamlıq düşərgəsi) arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə müəyyən olunur ki, mərhum X3 miras qalmış "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmdən arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1234 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə müəyyən olunur ki, mərhum X3 miras qalmış Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsindən arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar. Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1235 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" ilə müəyyən olunur ki, mərhum X3 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsindən arvadı Maraqlı şəxs1, oğlu Maraqlı şəxs4 və oğlu Maraqlı şəxs3 bərabər hissədə pay almışlar. xx.xx.2019-cu il tarixli, 3M-604 nömrəli “Mirasın bağışlanması” müqaviləsindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsi Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanmışdır. xx.xx.2019-cu il tarixli, 3M-605 nömrəli “Mirasın bağışlanması” müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsi Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanmışdır. Mərhum X5 arvadı Maraqlı şəxs1 , oğulları Maraqlı şəxs4 və Maraqlı şəxs3, qızları X9, X10 və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 dekabr 2019cu il tarixli 2V-1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V-1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi və miras qalmış əmlaklar üzərində vərəsələrin paylarının yenidən müəyyən edilərək miras qalmış əmlaklar üzərində iddiaçının payının 1/4 hissəsi olması və ya qeyd olunan şəhadətnamələrdə qismən dəyişiklik edilərək vərəsələrin sırasına iddiaçının da adının daxil edilməsi, iddiaçıya da digər vərəsələr olan Havva, Cəbrayıl və Maraqlı şəxs4larla birlikdə miras əmlaklardan bərabər hissədə pay verilməsi, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin ləğv edilməsi, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında dövlət reyestrində aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X8 18 may 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,6759 ha olan torpaq sahəsi, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi), Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi, "xxxx" MMC-də nizamnamə kapitalında mayalarının miqdarı 10 payı və "xxxx" ASC-nin üzrə hər birinin nominal dəyəri 0,50 (əlli qəpik) olan 168.492 (bir yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adi adlı səhm miras qalmışdır. Atası vəfat edəndə onun 15 yaşı olmuşdur, o, yetkinlik yaşına çatmayan və məhdud fəaliyyət qabiliyyətli olduğu üçün notariusa gedib vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Atasının birinci həyat yoldaşı və ondan olan övladları onun xəbəri olmadan notariusa müraciət edərək yuxarıda adı çəkilən əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Zaqatala rayon Kebeloba kənd icra nümayəndəliyi tərəfindən verilmiş və onun adı qeyd olunmamış arayış əsasında verilmişdir. Notarius da öz növbəsində onun vərəsə olduğunu bildiyi halda vərəsəlik şəhadətnaməsi alarkən onu vərəsəliyə dəvət etməmiş və vərəsələr arasında mübahisənin olub-olmamasını araşdırmamışdır. Həmin şəhadətnamənin verilməsi ilə aşağıda qeyd olunan qanunlar pozmuşdur: 1. Vərəsələr arasında miras əmlaka dair mübahisə vardır. Həmin mübahisənin olmasını notarius şəhadətnamə verərkən bilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 2. Notariusun verdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuzdur ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsində qeyd olunur ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Notariusun qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyəti hesab olunmalı əmlaklar başqa şəxsə verilmiş, beləliklə ona ziyan dəymişdir. Qeyd olunan maddələrdən görünür ki, notarius öz vəzifələrini tamamilə yerinə yetirmədən ona düşən payı da onun yetkinlik yaşına çatmayan şəxs olmağından istifadə edərək digər vərəsələrə vermişdir. Atasının miras qalmış əmlakları barədə məlumat əldə etdikdən sonra notariusa müraciət etmişdir. Notariusdan mərhum atası Şamil Məmmədovdan miras qalmış əmlaklar barədə verilmiş vərəsəlik haqqında şəhadətnamələrinə onun da adının daxil edilməsini xahiş etmişdir. Lakin notarius ona imtina məktubu verərək mirasdan pay almaq üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Hazırki vərəsəlik işində notarius vərəsəlik şəhadətnaməsini mirasın açıldığı gündən 6 ay bitdikdən sonra vermişdir və vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmiş vərəsə Maraqlı şəxs1 notariusa təqdim etdiyi ərizədə yalnız 2 vərəsənin özünün və oğlanları Murad və Cəbrayılın olduğunu bildirərək notariusa yalan məlumat vermişdir ki, guya onlardan başqa MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələri yoxdur. Eyni zamanda digər vərəsələr, yəni Murad və Cəbrayıl da onun miras qoyanın vərəsəsi olmasını notariusdan gizlətmişlər. Bundan başqa, vərəsələrin dairəsini müəyyən etmək üçün Zaqatala rayon İcra Hakimiyyəti Kebeloba kənd inzibati ərazi dairəsinin nümayəndəsi notariusa miras qoyanın vərəsələrinə dair xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Həmin arayışda onun adı vərəsələr sırasında yoxdur. Beləliklə, miras qoyanın digər vərəsələri, kənd icra nümayəndəsi və notarius birləşərək atasından ona düşən miras payın üzərində qanunsuz sərəncam verərək şəhadətnamə vermişlər. O isə məhdud fəaliyyət qabiliyyəti olduğuna görə aidiyyatı orqanlara müraciət edə bilməmiş, vərəsəlikdən ona pay düşəcəyi barədə məlumatı olmamışdır. Yalnız indi məlumatı olduğuna görə məhkəməyə müraciət edir. Qeyd etdiklərinə əsasən notariusun miras əmlaklar üzərində verdiyi vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməklə ləğv edilməli, miras qalmış əmlaklar üzərində onun da payı müəyyən edilməlidir. Vərəsələr dairəsindən Səkinət, Asiyat və Fatma özlərinə düşən paydan imtina etdiklərinə görə onlara pay verilməməlidir. Vərəsələrin dairəsi 4 nəfərdən ibarət olduğuna görə hər birinə miras əmlakın 1/4 hissəsi olaraq paylar müəyyən edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri alındıqdan sonra mirasın bağışlanması haqqında vərəsələr arasında müqavilə imzalanmışdır. Vərəsəlik şəhadətnamələri ləğv edildiyi halda mirasın bağışlanması haqqında müqavilə də ləğv edilməlidir. Bundan başqa vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyat və çıxarışlar da ləğv edilməlidir. Miras açılan zaman onun 15 yaşı olduğundan məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Məhdud fəaliyyət qabiliyyətli olduğundan mirası qəbul edə bilməmişdir. Qanuni nümayəndəsi isə bununla maraqlanmamışdır. Fəaliyyət qabiliyyəti isə xx.xx.2021-ci il tarixdə, yəni 18 yaşı bitəndən sonra olmuşdur. Həmin tarixdən notariusa müraciət edərək atasından miras qalmış əmlakların taleyi ilə maraqlanmışdır. Lakin ona rəsmi məlumat 1 il sonra xx.xx.2022-ci il tarixdə verilmişdir. Miras qalmış əmlaklardan ona da pay ayrılması ilə əlaqədar digər vərəsələrin etirazları yoxdur. Ona görə ki, onlar dəfələrlə anasının yanına nümayəndələrini göndərərək miras əmlaklardan ona çatacaq payların veriləcəyini bildirmişlər. Onların bu hərəkətinə görə hesab edir ki, miras əmlakdan ona da pay ayrılmasına heç bir etirazı yoxdur. Qeyd olunan qanunları əsas tutaraq hesab edir ki, mirasın qəbul edilməsinin müddəti ona şamil edilməməlidir. Ona görə ki, onun fəaliyyət qabiliyyəti yaranan zaman artıq miras əmlaklar üzərində vərəsəlik şəhadətnamələri verilmiş digər vərəsələrə paylar müəyyən edilərək onun vərəsəlik hüququ kobud şəkildə pozulmuşdur. Bu hüququn bərpası yalnız məhkəməyə müraciət etmək yolu ilə həyata keçirilə bilər. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 51/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı iddia ərizəsində notariusun qanunsuz hərəkətləri nəticəsində 18 may 2019-cu il tarixdə vəfat etmiş X7 məxsus miras əmlakdan pay ala bilmədiyini qeyd etmiş və o, öz mövqeyini notariusun onun vərəsə olduğunu bildiyini, vərəsəlik şəhadətnaməsi verilərkən onu vərəsəliyə dəvət etmədiyini və vərəsələr arasında mübahisənin olub-olmadığını araşdırmaması ilə əsaslandırmışdır. Təqdim edilmiş sənədlərdən və vərəsəlik işinə əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş X5 vərəsələri Maraqlı şəxs1, X13, Maraqlı şəxs3, Maraqlı şəxs4, X9, X4. Həmin vərəsəlik işində olan sənədlərdən müəyyən edilir ki, 18 may 2019cu il tarixdə vəfat etmiş X5 vərəsələri siyahısında qeyd edilmiş şəxslərdən X13, X9, X10 miras əmlakdan imtina etmişlər. Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş və həmin əmlaklardan bərabər hissədə pay almışlar. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət başa çatdığından Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X2 vərəsələrin siyahısında qeyd edilən hər bir vərəsənin razılığı əsasında haqlı olaraq qanun üzrə vərəsəlik hüququ haqqında 17 dekabr 2019-cu il tarixli 2V-1213 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1232 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1233 saylı, 19 dekabr 2019-cu il tarixli 2V-1234 saylı və 19 dekabr 2019-cu il tarixli 2V-1235 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd nzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 iyul 2022-ci il tarixli 170 nömrəli arayışında vərəsələr siyahısında digər vərəsələrlə yanaşı İddiaçı da adı qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən Zaqatala rayon İcra Hakimiyyətini Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Notariat Ofisinə təqdim etdiyi 375 nömrəli 12 dekabr 2019-cu il tarixli arayışın həqiqiliyini və tamlığını şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda həmin arayışın qanuniliyi mübahisələndirilməmiş və həmin sənədinin saxta olmasına dair sübut da təqdim edilməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Qanunverici tərəfindən mirasın yalnız fəaliyyət qabiliyyətli şəxs qəbul edilə biləcəyi fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul etdikləri qeyd edilmişdir. Göründüyü kimi, Zaqatala rayon İcra Hakimiyyətinin Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 may 2019-cu il tarixdə vəfat etmiş X5 birinci növbədən olan vərəsələrinə dair iki fərqli arayış təqdim edilmiş və 13 iyul 2022-ci il tarixdə verilmiş 170 nömrəli arayışda vərəsələr siyahısında İddiaçı da adı qeyd edilmişdir. Həmin arayışın və digər mülki iş materialların tədqiqi zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı xx xxxx 2003-cü il tarixdə anadan olmuş İddiaçı miras qoyan X5 öldüyü məqamda məhdud fəaliyyət qabiliyyətli olmaqla onun birinci növbə vərəsəsi olmuşdur. Məhdud fəaliyyət qabiliyyətli vərəsə olan İddiaçı qanuni nümayəndəsi qanunla müəyyən edilmiş altı ay müddətində 18 may 2019-cu il tarixdə vəfat etmiş miras qoyan X5 ölümü ilə açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə ilə müraciət etməmiş və eyni zamanda miras qoyana məxsus əmlaklara sahiblik etməklə və onları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişdir. Məhkəmə “iddiaçının atası öləndə və miras açılarkən onun 15 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyətli olduğu üçün aidiyyəti orqanlara müraciət edə bilməməsi və buna görə miras əmlakdan pay düşəcəyi barədə məlumatlı olmaması” na münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı mübahisəli vərəsəlik şəhadətnamələrin verilməsindən 2 ildən artıq müddət keçdikdən sonra, yetikinlik yaşına çatdıqdan (iddiaçı xx xxxx 2003-cü ildə anadan olub, 14 iyul 2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır) təxminən 1 ildən artıq müddətdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində də hüquqlarından istifadə etməmişdir. Ona görə də iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 726 nömrəli 26 iyun 2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət etmiş, ona 18 may 2019-cu il tarixdə ölmüş mərhum atası- X1mış miras əmlaklara xx.xx.2019-cu il tarixli 2V1213 reyestr nömrəli, xx.xx.2019-cu il tarixdə 2V-1232, 2V-1234, 2V-1235 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi və ona mərhum atası-X5 ölümündən sonra qalmış mirasdan pay almaq üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Məhkəmə onu da qeyd edir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddiaçının ərizəsində qeyd etdiyi dəlillər, yəni iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, şəhadətnamələrə qismən dəyişiklik edilərək iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” hissəsi də əsaslı sayıla və göstərilən dəlillər həmin tələbin təmin edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, tələbin bu hissəsi ilk tələbdən (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi) dоğаn törəmə tələblərdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissələri də əsаslı оlа bilərdi. Eyni zamanda toplanmış materiallardan görünür ki, iddiaçının ləğvini tələb etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında yalnız 1 əmlak üzrə Çıxarış qeydiyyata alınmışdır. Belə ki, X5 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası (uşaq sağlamlıq düşərgəsinin yarımçıq tikilisi) 17 dekabr 2019-cu il tarixli 2V-1232 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədi əsasında xx.xx.2019- cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Maraqlı şəxs3 adına qeydiyyata alınmışdır. Digər 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V-1235 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədləri əsasında qeydiyyatın aparılması ilə bağlı məlumat aşkar edilməmişdir. 2V-1213 saylı, 2V-1233 saylı, 2V-1234 saylı və 2V- 1235 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında qeydiyyat aparılmadığından iddia həmin hissədə də rədd edilməlidir. Həmçinin 2V-1232 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydə alınan çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydurmа əqd hesаb оlunа bilməz. İddiаçının dəlilləri bütünlüklə əsаssızdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3, 30.1, 33.1, 33.3, 33.6, 36.1, 337.1, 337.2, 337.3, 345.1, 377.1, 1133.1, 1133.2, 1145, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1244, 1246, 1247, 1248.1, 1248.2, 1255, 1268.1, 1268.2, 1273-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Miras haqqında məlumat alan notarius vərəsələri dəvət etmək üçün öz vəzifələrini yerinə yetirməlidir. Hazırki işdə isə notarius öz vəzifələrini yerinə yetirməmişdir. Belə ki, Maraqlı şəxs3 tərəfindən notariusa təqdim edilmiş ərizədən və ərizənin arxasına əlavə edilmiş vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən verilmiş çıxarışdan görünür ki, notarius avtomatlaşdırılmış qeydiyyat sisteminə sorğu göndərərək miras qoyan şəxs X5 vətəndaşlıq vəziyyəti aktları barədə məlumat əvəzinə onun oğlunun ailə vəziyyəti barədə məlumat əldə etmişdir. Buradan görünür ki, notarius vəfat etmiş şəxsin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarış əldə etməklə onun vərəsələri barəsində, yəni övladları və arvadı barəsində məlumat əldə edə bilər. Lakin nədənsə notarius belə bir məlumat əldə etməsinə baxmayaraq avtomatlaşdırılmış sistemdən mərhumun ailə üzvləri barədə verilmiş çıxarışı vərəsəlik işinə əlavə etməmiş, həmin çıxarışın əvəzinə kənd icra nümayəndəliyinin məlumatları saxtalaşdırılmış arayışı vərəsəlik işinə əlavə etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, mərhum X11 vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparmaq və onun ailə üzvləri (arvadı və övadları barədə) məlumatlar aşkar etmək mümkündür. Həmin arayışdan görünür ki, mərhumun oğlu İddiaçı adı da avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcuddur. Bu sənədlər onu deməyə əsas verir ki, notarius vərəsəlik işini hazırlayarkən miras qoyanın daha bir yetkinlik yaşına çatmayan vərəsəsi olduğundan məlumatlı olmuşdur. Ona görə ki, bu məlumatı əldə etmək notariusun vəzifə borcudur. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı miras açılan zaman yetkinlik yaşına çatmayan məhdud fəaliyyət qabiliyyətli vərəsə olmuşdur. Məhkəmə bu fikirdən irəli gələn hüquqi nəticələri araşdırmadan iddiaçının miras qoyana məxsus əmlaklarına sahiblik etmədiyini və onları idarə etməyə faktiki başlamadığını qeyd etmişdir. Miras qoyan vəfat edən günə onun vərəsələrindən biri yetkinlik yaşına çatmayan şəxsdirsə və o, atasının ölümünə görə müavinət alırsa, atasının ölümünə görə müavinət alma hərəkəti miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkət hesab olunur. Məlum olmuşdur ki, İddiaçı mərhum atası Şamil Məmmədovun ölümünə görə onun öldüyü vaxtdan (xx.xx.2019-cu il) 2 ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən ailə başçını itirməsinə, yəni atasının ölümünə görə hal-hazıradək müavinət almaqdadır. Bu hallar isə iddiaçıın atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. Məhkəmə isə iddiaçının sübut təqdim edə bilməməsinə və yetkinlik yaşına çatmayan biri üçün həyata keçirilməsi çətinlik yaradan hallara istinad etməklə məhkəmə araşdırmasının həyata keçirilməsi qənaətinə gəlmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim olunmuş arayışdan da görünür ki, iddiaçı atasının ölümünə görə (pensiya arayışı anasının adına hazırlanmışdır) müavinət almaqdadır. İddianın ilk tələbi, yəni birinci hissəsi hüquqi məsələdir, yəni şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı bir texniki işlərin görülməsi hər hansı bir idarə təşkilatlara sorguların göndərilməsinə, ekspertizaların keçirilməsinə heç bir lüzum yoxdur. Şəhadətnamələrin etibarsız olub-olmamasını müəyyən etmək hüquqi məsələ olduğundna işə baxan məhkəmənin dərin düşüncəsinə ehtiyacı vardır. İddianın ikinci hissəsinin həlli isə birinci hissənin həllindən asılıdır. Yəni, iddianın birinci hissəsi təmin edildiyi halda iddianın ikinci hissəsinin həllinə öz təsirini göstərir və iddianın ikinci hissəsinin həlli üçün müəyyən texniki məsələləri həll etməyə ehtiyac yaranır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-498/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(033)-51/2023 nömrəli qətnaməsi ləğv dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının atasının ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə ödənilən pensiyanı alması onun atasından qalan miras əmlakı qəbul etməsi olaraq dəyərləndirilə bilməz. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-30/2024 nömrəli iş üzrə 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 17 may 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməyib birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən istinad etdiyi əsaslardan biri də o olmuşdur ki, iddiaçı tərəfindən mirasın qəbul edilmiş hesab olunması halı mövcud deyil. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə də istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarla Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edilmişdir. İddianın bütün hissərinin uğurlu olub-olmaması məhz mirasın qəbul edilməsi ilə əlaqəli olduğundan (yəni mirasın qəbulu müəyyyən ediləcəyi təqdirdə iddianın digər hissələrinin əsaslı olubolmaması araşdırılmalı olduğundan) kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla apellyasiya şikayətinin dəlilləri üzrə də müvafiq araşdırma apararaq, sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun yekun məhkəmə aktı qəbul etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3, X9, X10 və X13 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, X8 ilə Maraqlı şəxs1 xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və onların birgə nikahlarından beş uşaqları- Murad, Fatimə, Asiyat, Səkinət və Cəbrayıl doğulmuşdur. X5 Gülmirə Əmirova ilə faktiki nikah münasibətlərindən Cahangir adlı uşağı(hazırki iş üzrə iddiaçı) doğulmuşdur. X8 18 may 2019-cu ildə vəfat etmişdir. X3 miras qalmış və hazırki iş üzrə mübahisə predmeti olan əmlaklar bunlardır: 1. "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 pay, 2. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi), 3. "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhm, 4. Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsi, 5. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsi. Qeyd olunan miras əmlaklardan X5 birinci növbə vərəsələri olan arvadı Maraqlı şəxs1 və oğulları Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay almışlar və bu barədə sonunculara müqaviq olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçının tələbi 3 hissədən ibarətdir:

1. Atası X3 miras qalmış əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin əmlaklara vərəsə kimi 1/4 payının müəyyən edilməsi, 2. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bağlanmış “mirasın bağışlanması” müqavilələrinin etibarsız hesab edilməsi(iddia ərizəsində tələb müqavilələrin ləğv edilməsi kimi qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sözügedən müqavilələrin etibarlılığını mübahisələndirir), 3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və “mirasın bağışlanması” müqavilələri əsasında dövlət reyestrində aparılmış qeydiyyatların(çıxarışın) ləğv edilməsi. Birinci instansiya məhkəməsi iddia tələbini 1-ci hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, xx xxxx 2003-cü il tarixdə anadan olmuş iddiaçı miras qoyan X5 öldüyü məqamda məhdud fəaliyyət qabiliyyətli olmaqla onun birinci növbə vərəsəsi olmuşdur. Məhdud fəaliyyət qabiliyyətli vərəsə olan iddiaçının qanuni nümayəndəsi qanunla müəyyən edilmiş altı ay müddətində 18 may 2019-cu il tarixdə vəfat etmiş miras qoyan X5 ölümü ilə açılmış mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə ilə müraciət etməmiş və eyni zamanda miras qoyana məxsus əmlaklara sahiblik etməklə və onları idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Bundan əlavə, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtina etməsinə məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Apellyasiya baxışının hazırki araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X5 birinci növbə vərəsəsi olan iddiaçı mirasdan imtina etməmişdir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarından görünür ki, miras qoyanın qızları Fatimə Heraçiyeva, Asiyat Tatarayeva və Səkinət Pirimova xx.xx.2019-cu ildə ərizə ilə notariusa müraciət edərək miras əmlakdan imtina etdiklərini bildirmişlər. Beləliklə müəyyən olunur ki, mirasdan imtina qanunla müəyyən olunmuş müddətdə olmamışdır. Yəni miras əmlak 18 may 2019-cu ildə açılmasına baxmayaraq mirasdan imtina 2019-cu ilin dekabr ayında həyata keçirilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, vərəsələrin mirasdan imtinası qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, notariat orqanı Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 miras əmlakın yeganə vərəsələri qəbul edərək yalnız sonuncuların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, mirasın açıldığı, yəni X5 öldüyü 18 may 2019-cu il tarixdədə onun birinci növbə vərəsələri- arvadı Maraqlı şəxs1, oğulları Maraqlı şəxs4, Maraqlı şəxs3, İddiaçı, qızları X9, X10 və X6maqla 7(yeddi) vərəsədən ibarət olmuşlar. Məhkəmə hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması nəzərə alınmaqla miras qoyan X3 miras qalmış əmlaklara miras qoyanların bütün birinci növbə vərəsələrinin hər birinin 1/7 payı müəyyən edilməlidir. İddia tələbinin 2-ci və 3-cü hissəsi, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında bağlanmış “mirasın bağışlanması” müqavilələrinin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və “mirasın bağışlanması” müqavilələri əsasında dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) və "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsini Maraqlı şəxs1 və Maraqlı şəxs4 Maraqlı şəxs3 bağışlamışdır. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikili (uşaq sağlamlıq düşərgəsi) 27 dekabr 2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X7 məxsus 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhm Maraqlı şəxs3 mülkiyyətinə keçirilmiş və bu barədə Milli Depozit Mərkəzi tərəfindən qeyd aparılmışdır. X5 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 payına 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında dəyişiklik xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin müzakirə olunan hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında yaranan(törəmə) tələbdir və ilkin tələb(qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi) əsaslı olduğundan iddiçının həmin tələbdən törəyən digər tələbləri də əsaslı hesab edilməlidir. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, 18 may 2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında bağlanmış “mirasın bağışlanması” müqavilələri etibarsız sayılmalı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında dövlət reyestrində aparılmış qeydlər ləğv edilməlidir. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında mirasın bağışlanmasına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi, iddiaçının adının vərəsələrin siyahısına daxil edilməklə ona da digər vərəsələrlə birlikdə miras əmlakdan bərabər hissədə pay verilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Mərhum X3 miras qalmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paya Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikiliyə (uşaq sağlamlıq düşərgəsi)Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1232 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmə Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsinə Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V- 1234 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"; mərhum X3 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsinə Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs3 bərabər hissədə pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli, 2V-1235 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsininin Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanması barədə xx.xx.2019-cu il tarixli, 3M-604 nömrəli və "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin qanun üzrə vərəsəlik hüququ əsasında onlara məxsus olan hissəsininin Maraqlı şəxs1 və Maraqlı şəxs4 tərəfindən Maraqlı şəxs3 bağışlanması barədə xx.xx.2019-cu il tarixli, 3M-605 nömrəli “mirasın bağışlanması” müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikilinin (uşaq sağlamlıq düşərgəsi) 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədi əsasında tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs3 adına qeydiyyata alınması barədə xx.xx.2019cu il tarixli, ********** nömrəli qeyd, X7 məxsus 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmin 19 dekabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Maraqlı şəxs3 mülkiyyətinə keçirilməsi barədə Milli Depozit Mərkəzi tərəfindən aparılmış qeyd və X5 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 payına 17 dekabr 2019-cu il tarixli, 2V-1213 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında hüquqi şəxslərin dövlət reyestrində aparılmış dəyişiklik ləğv edilsin. X3 miras qalmış, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paya, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində olan 3,99 ha torpaq sahəsində yerləşən yarımçıq tikiliyə (uşaq sağlamlıq düşərgəsi), "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 0,5 (əlli qəpik) manat olan 168.492 (yüz altmış səkkiz min dörd yüz doxsan iki) ədəd adlı səhmə, Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,06 ha torpaq sahəsinə və Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,6759 ha torpaq sahəsinə Maraqlı şəxs1, Maraqlı şəxs4, X13, X10, X12, Maraqlı şəxs3 və İddiaçı hər birinin 1/7 miras payı müəyyən edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar