Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-518/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (açar sözlər: borcla əlaqədar pul tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli 237341 müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00054 saylı istehlakçı kodu abonent Cavabdeh verilmişdir.
2. İş materiallarında olan **********00054 saylı abunə haqqında məlumatın surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu Meyvəli kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 2663.88 manat borcu vardır.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 9/6177 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC tərəfindən abunə haqqında təqdim olunmuş məlumatlarında ünvan 1 ünvanı üzrə abunəçi Cavabdeh göstərilmiş 2663.88 manat məbləğində borc qalığının nə dərəcədə əsaslı olub-olmaması məhkəmə tərəfindən qiymət verilməlidir.
4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 2663.88 manat borc və ödənilmiş 46.64 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır, istehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00054 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış SE 200 S6 M 6 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 07 iyul 2015-ci il tarixdən 22 dekabr 2017-ci il tarixə kimi istifadə etmiş, 22 dekabr 2017-ci il tarixindən 29 may 2020-ci il tarixinə kimi VİKO-M 580 DBOT tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi 29 may 2020-ci il tarixdən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod nömrəsi **********6 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 06 noyabr 2015-ci il tarixinə 744.08 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən 01 sentyabr 2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 5209.41 manat təşkil edən 76074 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31 dekabr 2016-cı il tarixdə "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 1455.36 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən elektrik enerjisi israfla istehlak edildiyindən limitdən (3 nəfər üçün 63 manat) artıq istifadə etdiyinə görə 15 fevral 2022-ci il tarixlinə 2663.88 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 22 yanvar 2021-ci il tarixli 96 №-li “Pretenziya” göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 2610.84 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “Borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən 'nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompüter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 2663.88 manat məbləğində ziyan vurmuşdur.
6. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izah etmişdir ki, borcdan imtina etmir. Həqiqətən istifadə etdiyi işıq üçün borcu var. Lakin borcu hissə-hissə ödəyəcək. Onun hər ay 10 manat ödəməyə maddi imkanı var.
8. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2663.88 manat məbləğində borc və 46.64 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
9. İş üzrə qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi qanunu kobud şəkildə pozaraq əsassız qətnamə çıxarmışdır. Belə ki, "xxxx" ASC iddia verərək yaşadığı Yevlax rayon Meyvəli kəndində yerləşən fərdi yaşayış evində istifadə etdiyi elektrik enerjisinə guya yaranan borcu ödəmədiyiтə görə Yevlax Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. Guya ki, 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinə görə ödənilməmiş 2663,88 manat debitor borcu yaranmışdır. Lakin onun AR Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinə müraciətinə əsasən xx.xx.2022-ci il tarixli, 01/266 saylı məktubunda bildirilmişdir ki, Kəlbəcər rayonundan 76 ailə 234 nəfər məcburi köçkün elektrik enerjisindən istifadə haqqının Forma-2 (300 kvt.saat) adlı siyahısına əsasən dövlət hesabına "xxxx" ASC-yə 2020-ci ilə qədər ödənilmişdir. Beləliklədə 2017-dən 2019-ci ilə qədər hesablanmış 3155 manatdan (qəbzlər var) 2268 manat dövlət tərəfindən ödənilmişdir. 2020-ci ilin may ayında onlara smart sayğac quraşdırılmışdır. Bundan sonra guya ona (cavabdehə) qaz sərfiyyatı olduğu üçün 887 manat borc hesablanmışdır. Lakin onun ailəsində 3 nəfər var vər hər birisinə 300 kvt limit olduğu halda, limitin keçməsini 900 kvt hesablanmamış, 300 kvt hesablanmış, bunu nəticəsi olaraq o, dövlətə təqribi 300 manat artıq pul ödəmişdir. Bundan başqa işdə olan və məhkəmədə təstiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 9/6177 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC tərəfindən abunə haqqında təqdim olunmuş məlumatlarında Yevlax rayonu Meyvəli kəndi ev 0160 mənzil 54 iinvanı üzrə abunəçi Cavabdeh göstərilmiş 2663,88 manat məbləğində borc qalığının nə dərəcədə əsaslı olub olmaması məhkəmə tərəfindən qiymət vrilməlidir. Belə olan halda sual olulur, əgər borcun olub-olmaması məhkəmə tərəfindən qiymət veriləcəkdirsə bəs ekspertiza rəyi nəyə və kimə lazımdır. Göstərilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsinin ləğv olunaraq dövlət rüsumunun iddiaçıya aid edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsinin ləğv edilərək dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdehin tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”
22. Bənd 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.
23. Bənd 8.4. “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”.
24. Bənd 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır
25. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 01 yanvar 2017-ci il tarixdən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyas qeyd edir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər xx.xx.2016-cı il tarixədək nəzərdə tutulmuş və həmin kateqoriya şəxslər üçün dövlət büdcəsindən ödənişlər 01 yanvar 2017-ci il tarixdən vahid aylıq müavinətlə edilmişdir.
42. Müəyyən edilmişdir ki, Cavabdeh Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh elektrik enerjisinin istehlakçısı kimi X3 “Proqram bazası”nda **********00054 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enejisindən yaşadığı evə quraşdırılmış SE 200 S6 M 6 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə, xx.xx.2015-ci il tarixdən xx.xx.2017ci il tarixə kimi istifadə etmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi VİKO-M 580 DBOT tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi ilə, xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod nömrəsi **********6 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonentini) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur, Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixinə 744,08 (yeddi yüz qırx manat 08 qəpik) manat debitor borcu olmuşdur. Həmin tarixdən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfıyyatı göstəricilərinə əsasən dəyəri 5209,41 manat təşkil edən 76074 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir.
43. xx.xx.2016-cı il tarixdən "xxxx"ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyəgörə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 1455,36 manat məbləğində debitor borcu da onun istehlakçı üzrə kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq Cavabdeh elektrik enerjisindən ayrılmış limitdən (3 nəfər üçün 63 manat) artıq istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixə 2663,88 manat məbləğində debitor borc yaratmışdır.
44. Bundan əlavə Cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 1652,24 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 5209,41 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 310 manat ödəniş edildiyi üçün onun xx.xx.2022-ci il tarixə ödənilməli olan 2663,88 manat məbləğində debitor borcu qalmışdır. Qeyd olunanlar “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır.
45. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 2663.88 manat məbləğində borc və 46.64 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
48. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
51. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
52. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)- 1428/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
53. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. (§ 36)
54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(039)-1428/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov