Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-520/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 1 Saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı, çıxarışın ləğvi, vicdanlılıq) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 1 Saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Yevlax 1 Saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2la Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair cavabdeh Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvana dair Cavabdeh3 adına, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizə təqdim edərək iddia tələbinin Cavabdeh2 adına verilmiş mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair hissəsini geri götürməyini nəzərə alaraq iddia tələbinin həmin hissədə baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Həmin hissədə ərizə baxılmamış saxlanılmışdır.
4. Bundan başqa iddianın əsasının dəyişdirilməsi ilə bağlı əlavə ərizə təqdim edərək iddia tələbinin həmin hissədə əsasının dəyişdirilməsini nəzərə alaraq, digər tələbləri ilə yanaşı, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi atası Məmməd Qarayevə məxsus olmuşdur. Atasının vəfatından sonra həmin evdə bir müddət bacısı Xanım Qarayeva yaşamışdır. Sonra isə o da, həmin evi tərk etmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin qərarı əsasında ev Cavabdeh2 adına rəsmiləşdirilimişdir. Bundan nə o, nə də bacısı məlumatlı olmamışdır. Belə ki, uzun müddət maddi imkanları olmadığından Yevlax şəhərinə gələ bilməmişlər. Həmin ev və torpaq sahəsi baxımsız olmuş, hətta evdə yanğın olmuş və evin bir hissəsi yandığından yaşayış üçün yararsız olmuşdur. Bir müddət sonra evin məhkəmə qərarı əsasında Cavabdeh2 adına rəsmişlədirildiyi, Cavabdeh2 isə evi Cavabdeh3 satması barədə məlumat almış və hər ikisi məhkəmə qətnaməsini əldə edərək həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Onların apelyasiya şikayəti əsasında məhkəmə qətnaməsi ləğv edilmişdir. Belə ki, ataları heç zaman evi kimsəyə satmaq niyyətində olmamış, bu məqsədlə kimsədən pul almamışdır.
6. Cavabdeh2 bildirmişdir ki, nə Məmməd Qarayevi, nə də Cavabdeh3 tanıyır. Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin alğı-satqısı ilə bağlı heç bir orqana, notariat kontoruna heç zaman getməmişdir. Həmin evi nə almamış, nə də kimsəyə satmamışdır. Xatırlayır ki, uzun müddət qabaq onun məhkəməyə dəvət edib xatırlamadığı bir sənədə imza etməli olduğunu bildirmişlər. Həmin zaman məhkəməyə gedib mahiyyətini bilmədiyi bir sənədi imzalamışdır. Belə ki, həmin zaman xəstə olduğundan çox hadisələri xatırlamır. Alğı-satqı müqaviləsində olan imza ona məxsusdur. Bunda baxmayaraq nə özü, nə də arvadı notariat kontoruna getməmişlər. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
7. Cavabdeh3 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini 2007-ci ildə Cavabdeh2 alğı- satqı müqaviləsi əsasında almışdır. Həmin zaman Cavabdeh3 yaşayış evinə və torpaq sahəsinə baxmış və almaq qərarına gəlmişdir. Bundan sonra Cavabdeh2la birlikdə notariat kontoruna getmişlər. Qanunvericiliyin tələblərinə uyğun aralarında alğı- satqı müqaviləsi bağlanmış, müqavilə əsasında Cavabdeh2 5,000 manat ödəmiş və alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh3 həmin vaxtdan evə sahiblik edir. Cavabdeh3 vicdanlı alıcı olduğundan və iddia müddəti keçdiyindən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdehlər DƏDRX 17 saylı Ərazi İdarəsinə və Yevlax rayonu 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar nümayəndələrinin iclasda iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər.
9. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 Cavabdeh3, Cavabdeh1, Yevlax rayon 1 Saylı Notariat Kontoruna qarşı çıxarışların ləğv edilməsi və bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Cavabdeh2 adına verilmiş mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır.
11. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsi ilə (hakim T.Əli), İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Yevlax 1 Saylı Notariat Kontoruna qarşı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21 sentyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173/2007 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2la cavabdeh Xanım Qarayeva arasında Məmməd Qarayevə məxsus ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin alğı-satqı əqdi təsdiq olunmaqla Cavabdeh2 həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququ tanınması qət edilmişdir. Həmin qətnamə əsasında Yevlax şəhəri, Azərbaycan küçəsi, 0.024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.52 m2 yaşayış, 16.82 m2 köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. Bunun əsasında Cavabdeh2 qeyd edilən torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini alğı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirməklə 5,000 manata Cavabdeh3 satmış və torpaq sahəsi və yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
13. Beləlilklə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair cavabdeh Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1- 164 reyestr nömrəli alğı-satqı müqaviləsini mübahisələndirərək bunu faktiki olaraq onunla əsaslandırmışdır ki, həmin daşınmaz əmlakın Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olmuş Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-cı il tarixli qətnaməsi ləğv edilmiş və bu səbəbdən sonuncunun həmin əmlakı özgəninkiləşdirmək hüququ aradan qalxmışdır.
14. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, hazırkı halda İddiaçı, Cavabdeh3 mübahisə predmeti olan daşınmaz əmlakın mülkiyyətçi olmuş mərhum Məmməd Qarayevin mülkiyyətindən qanuni əsaslar olmadan çıxdığını, həmin daşınmaz əmlaka dair müqavilə bağlanan zaman Cavabdeh2 buna səlahiyyətli olmadığını bildiyini sübut etməlidir ki, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, mövcud sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, daşınmaz əmlak məhkəmə qətnaməsi əsasında 2007-ci ildə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncunun adına həmin qeyddən çıxarış verilmişdir.
16. Məhz həmin qeyd əsasında Cavabdeh2 daşınmaz əmlakı Cavabdeh3 satmışdır.
17. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyindən çıxış edərək qeyd etməyi zəruri hesab etmişdir ki, həmin zaman bu qeydin qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən bu qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur.
18. Belə ki, Cavabdeh2 məhkəmə iclasında müqavilənin bağlanması üçün notariat kontoruna getmədiyini, daşınmaz əmlakın müqabilində pul almadığını, daşınmaz əmlakın alıcısını tanımadığını bildirsə də, həmin zaman xəstə olduğu üçün hadisələri xatırlamadığını qeyd etmiş, müqavilədə olan imzanın ona məxsus olduğunu tam olaraq etiraf etmiş və həmin müqaviləni ümumiyyətlə mübahisələndirməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, eyni zamanda təsdiq olunur ki, İddiaçı və onun bacısı Xanım Qarayeva atalarına məxsus olmuş daşınmaz əmlaka uzun müddət sahiblik etməmiş, daşınmaz əmlakın vəziyyəti ilə, ona kimin sahiblik etməsi ilə maraqlanmamışlar. İddiaçı bunu maddi imkanının olmadığı ilə izah etsə də, məhkəmə bu mövqeyə tənqidi yanaşır, belə ki, təsdiq olunur ki, hər ikisi uzun müddət Azərbaycan Respublikasında yaşamaqla əmlakın vəziyyəti ilə maraqlanmaq imkanına malik olmuşlar.
20. Mövcud sübutlarla ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair Yevlax şəhər 1 saylı notariat kontorunda, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsinin həmin zaman qüvvədə olan qanunvericiliyin və notariatla bağlı təlimatın tələblərinə uyğun bağlandığı təsdiq olunur.
21. Məhkəmə öz mövqeyini Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 139.1, 140, 148.2, 149.2 182.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə, X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 yanvar 2009-cu il tarixli Qərarına, H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarına, N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
23. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır.
24. Boş torpaq sahəsi faktiki olaraq yerində mövcud olduğu halda, sənəd üzərində həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini satın alması Cavabdeh3 vicdanlı alıcı olmadığını təstiq edir.
25. Cavabdeh3 Bakı şəhərində yaşayır. Cavabdeh2 qohumudur. Qohumluq-qudalıq münasibəti vardır. Görüntü yaratmaq üçün aralarında əqd bağlanmışdır. “Vicdanlı alıcı” hesab edilmiş Cavabdeh3 Dövlət reyestrindən mülkiyyət hüququ təstiq edən sənəd aldığı vaxt da, boş həyətyanı torpaq sahəsinə deyil, üzərində fərdi yaşayış evi mövcud olan torpaq sahəsinə Çıxarış almışdır. Bakı şəhərinin mərkəzində yaşayan “Vicdanlı alıcı” boş torpaq sahəsi ilə, üzərində tikinti olan, vahid daşınmaz əmlakın (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) fərqini anlamır?
26. Yevlax Rayon Məhkəməsinin 09 mart 2007- ci il tarixli 2-173-2007- saylı qətnaməsi əsasında Cavabdeh2 öz adına 19 aprel 2007- ci il tarixdə həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüququ təstiq edən sənəd alır. 21 sentyabr 2007-ci il tarixdə isə Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanır. Hadisələrin yüksələn xətlə ardıcıllığı, sırf görüntü yaratmaq, izi itirmək, o cümlədən hazırda nail olduqları vicdanlı alıcı statusu yaratmaq üçün edilmiş hərəkətlərdir. 2007-ci ildən 2022-ci ilədək vicdanlı alıcının həmin əmlak üzərində heç bir inşa və yaxşılaşdırma işlərinin aparmaması da işin maraq doğuran halıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı səhti və birtərəfli qəbul edilmişdir, əsaslandırılmamışdır. Məhkəmə heç bir araşdırma aparmadan, yalnız tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək nəticəyə gəlmişdir. Lakin, müqavilə bağlandıqdan sonra, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq, müəyyən şərtlər olduqda qanunda tələblər nəzərdə tutulmalıdır.
27. Cavabdeh2 qəsdən Bakı şəhərində yaşayan uzaq qohumu ilə əqd bağlamışdır ki, onların qohumluğunu bilən olmasın. Bütün bu hallar, məhkəmə tərəfindən araşdırılmamışdır. Mübahisəyə birtərəfli və səhti yanaşılmışdır.
28. Birinci insatansiya tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 vicdanlı alıcıdır. Vicdanlı alıcının bağladığı alqı- satqı müqaviləsi bütün şübhələrdən kənar olmalıdır. Vicdanlı alıcı boş torpaq sahəsi alır, lakin, guya ki, üzərində fərdi yaşayış evi mövcud olan həyətyanı sahəni satır alır. Vicdanlı alıcını bu əqdə imza etməyə vadar edən hallar nədən ibarətdir? Cavabdeh3 vicdanlı alıcı deyildir. Bütün hallarda, Məhkəməyə iddiaçı tərəfindən bildirilmiş faktlar onun vicdanlı alıcı olmaması qənaətini təstiq edir.
29. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(039)-2199/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Cavabdeh2 ilə Cavabdeh3 qohumluğuna dair məhkəməyə təqdim edəcək hər hansı bir sübutunun olmadığını göstərmişdir.
33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O həmçinin izahatında Cavabdeh2 ilə Cavabdeh3 arasında heç bir qohumluq münasibətinin olmadığını göstərmişdir.
34. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Cavabdeh2, cavabdehlər Yevlax rayon 1 saylı Notariat Kontorunun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
37. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173/2007 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2la cavabdeh Xanım Qarayeva arasında Məmməd Qarayevə məxsus ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin alğı-satqı əqdi təsdiq olunmaqla Cavabdeh2 həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə əsasında Yevlax şəhəri, Azərbaycan küçəsi, 0.024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.52 m2 yaşayış, 16.82 m2 köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. Cavabdeh2 isə Cavabdeh3 ilə aralarında 21 sentyabr 2007-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında Yevlax şəhəri, Azərbaycan küçəsi, 0.024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.52 m2 yaşayış, 16.82 m2 köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evini 5,000 manata Cavabdeh3 satmış, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmış və Cavabdeh3 buna dair çıxarış verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(107)-874/2022 nömrəli qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173/2007 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh X3 qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173/2007 nömrəli qətnaməsi ləğv edildiyindən İddiaçı daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında 21 sentyabr 2007-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında isə Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
45. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
46. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin boş torpaq sahəsi faktiki olaraq yerində mövcud olduğu halda, sənəd üzərində həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini satın almasının Cavabdeh3 vicdanlı alıcı olmadığını təsdiq etməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(107)-874/2022 nömrəli qətnaməsinin məzmunu ilə X4 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin 08 iyul 2006-cı il tarixdə baş vermiş yanğın zamanı tamamilə yanması müəyyən edilsə də yanğın nəticəsində həmin yaşayış evinin tamamilə məhv olması halı müəyyən edilməmişdir. Yəni yanmanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı istisna edən hal olması qanunvericilikdə nəzərdə tutulmamışdır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 Cavabdeh2 qohumu olması, görüntü yaratmaq üçün aralarında əqd bağlanması, sırf görüntü yaratmaq, izi itirmək, o cümlədən hazırda nail olduqları vicdanlı alıcı statusu yaratmaq üçün edilmiş hərəkətlər olması, Cavabdeh3 vicdanlı alıcı olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
48. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
49. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir.
50. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir.
51. Аdı çəkilən qərаrdа Kоnstitusiyа Məhkəməsinin Plenumu xüsusi оlаrаq оnu dа qeyd etmişdir ki, əqdlərin etibаrsızlığı ilə bаğlı mubаhisələrin həllində həm mülkiyyət hüququ müdаfiə оlunmаlı, həm də vicdаnlı аlıcılаrın əmlаk hüquqlаrı təmin оlunmаlıdır. Belə hüquqi mövqenin tutulmаsı mülki dövriyyə sаbitliyinin, оnun iştirаkçılаrının hüquqlаrının və qаnuni mənаfelərinin qоrunmаsı məqsədlərinə nаil оlmаq, hаbelə Mülki Məcəllənin 6-cı mаddəsində öz əksini tаpmış mülki qаnunvericiliyin prinsiplərinə əməl etmək üçün şərаit yаrаdır.
52. “Könül Nаmidаr qızı Qəribоvаnın şikаyəti ilə əlаqədаr Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi MİÜMK-ın 16 аvqust 2006-cı il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 08 mаy 2008-ci il tаrixli qərаrındа dа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əldə edənin əmlаkı оnu оzgəninkiləşdirməyə səlаhiyyəti оlmаyаn şəxsdən əldə etdiyini bilməməsi fаktının mövcudluğu tələbin təmin оlunmаsının mümkünlüyü bаxımındаn vicdаnlı sаhibi mulkiyyətçiyə nisbətdə dаhа üstün hüquqi mоvqeyə çıxаrır.
53. Həmçinin “H.Cəfərоvun şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki Kоllegiyаsının 6 fevrаl 2012-ci il tаrixli qərаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 15 sentyаbr 2014-cü il tаrixli qərаrındа dа Kоnstitusytа Məhkəməsi qeyd etmişdir ki, mubаhisəli əşyа üzərində qаnuni əsаslаrlа yаrаnmış əmlаk hüquqlаrı mulkiyyətçi ilə yаnаşı digər şəxslərə də mənsub оlduqdа mülkiyyət hüquqlаrının dövlət müdаfiəsinə verilmiş kоnstitusiyа təminаtı həmin şəxslərin əmlаk hüquqlаrınа dа şаmil оlunur. Bu cür əmlаk hüquqlаrı sırаsınа vicdаnlı əldə edənin hüquqlаrı dа аiddir.
54. Mövcud mülki qаnunvericiliyə əsаsən, əgər mulkiyyətçi tərəfindən аlqı-sаtqı müqаviləsinin və оnun аlıcıyа verilmiş əmlаkının geri qаytаrılmаsı fоrmаsındа dоğurduğu nəticələrin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mübаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildikdə, оndа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə müəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
56. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin аyrı-аyrı işlər üzrə müxtəlif vаxtlаrdа qəbul etdiyi qərаrlаrdа vicdаnlı əldə edənin hüquqlаrının qоrunmаsı, mülkiyyətçiyə nisbətdə оnun dаhа üstün hüquqi mоvqeyə çıxmаsı və əqdin etibаrsız sаyılmаsı hаqqındа iddiа irəli sürüldükdə və bu cür mubаhisəyə bаxılаn zаmаn məhkəmə tərəfindən аlıcının vicdаnlı sаhib оlduğu müəyyən edildiyi hаldа Mülki Məcəllənin 337.5-ci mаddəsi ilə muəyyən edilmiş qаydаdа iddiаnın təmin оlunmаsındаn imtinа edilməsi qeyd edilmişdir.
57. Məhkəmə kоllegiyаsı qeyd edir ki, əqdin etibаrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırki hаldа isə əqdin tərəfi olan Cavabdeh3 mübahisələndirilən müqavilə əsasında daşınmaz əmlakın əldə edilməsində bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmamasına, əqdin legitimsizliyi bаrədə оnda hər hаnsı şübhənin оlmаsına dair iş materialında hər hansı bir sübut olmadığından, buna dair məhkəmə kollegiyasına da hər ahansı bir sübut təqdim edilmədiyindən, o, əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırdığından işə baxan birinci instansiya məhkəməsi Cavabdeh3 bağladığı əqdə münasibətdə vicdanlı olması qənaətinə gələrkən doğru mövqedən çıxış etmişdir.
58. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh3 qohumluğuna dair hər hansı bir sübut təqdim edilməməklə yanaşı, qohumluq faktı mövcud olarsa belə bu hal hələ özü-özlüyündə əmlakın əldə edilməsində vicdanlılığı aradan qaldırmır.
59. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin 2007-ci ildən 2022-ci ilədək vicdanlı alıcının həmin əmlak üzərində heç bir inşa və yaxşılaşdırma işlərinin aparmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Cavabdeh3 əqd əsasında əldə etdiyi əmlak üzərində heç bir inşa və yaxşılaşdırma işlərini aparmaması onun əldə etdiyi əmlaka dair vicdanlılığını istisna edən hal deyildir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, müqavilə əsasında daşınmaz əmlakın əldə edilməsində Cavabdeh3 vicdanlı olması müəyyən edildiyindən iddiaçının məhrum olduğu əmlakın dəyərinin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış, məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-2199/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.