Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-521/2023 17.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli, 2(075)-833/2008 saylı qətnaməsinə düzəliş edilməsi barədə ərizə ilə bağlı (Açar sözlər: qətnaməyə düzəliş edilməsi barədə ərizə təmin edilmədi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4, Cavabdeh2, Cavabdeh4na və Cavabdeh3nə qarşı torpaq alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin öz mülkiyyətlərinə qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli, 2(075)-833/2008 saylı qətnaməsinə düzəliş edilməsi barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-833/2008 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 fevral 2006-cı il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda bağlanmış, 4 ə-1/132 nömrə ilə qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, torpaq sahəsinin öz mülkiyyətlərinə qaytarılması, X3 onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli, 2(075)-833/2008 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhəri 2 saylı dövlət notariat kontorunda 4 ə-1/132 nömrə ilə qeydə alınmış 21 fevral 2006-cı il tarixli müqavilə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər Ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 3,61 hektar torpaq sahəsinin X2 geri alınıb onların mülkiyyətinə qaytarılması, Cavabdeh1yevin həmin 3,61 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. 13 dekabr 2022-ci il tarixdə həmin mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək Şəki Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli, 2(075)-833/2008 saylı qətnaməsinin qət etdi hissəsində yanlış yazılmış “3,61 ha” torpaq sahəsi əvəzinə “4,168 ha” yazılmaqla düzəliş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-833/2008 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(075)-833/2008 saylı qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikаyəti yenidən 15 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(075)-833/2008 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)- 833/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsind əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Şəki Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli, 2(075)-833/2008 saylı qətnaməsinin məzmunundan da görünür ki, iddiaçıların və ailə üzvlərinin mülkiyyətinə verilmiş 11,34 hektar ümumi torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 payına düşən 4,53 hektar hissədə alqı-satqı müqaviləsini etibarsız hesab etmiş və ümumi torpaq sahəsinin 0,92 hektarının cavavdeh X1, həmin hissədə torpaq sahəsinin iddiaçıların mülkiyyətində qalmasını əsas gətirərək 3,61 hektar torpaq sahəsinin alınaraq onlara geri qaytarılması nəticəsinə gəlmişdir. Göründüyü kimi qətnamədə həmin nəticə səhvən deyil, məhkəmənin mövqeyinə əsasən bu cür qeyd olunmuşdur. Əgər iddiaçılar həmin mövqeyi düzgün hesab etməyərək narazı qalmışdırlarsa, o zaman müddəti ötürməyərək qətnamədən apellyasiya şikayəti verə bilərdilər. Hazırkı halda isə Şəki Rayon Məhkəməsinin 25 dekabr 2008-ci il tarixli, 2(075)-833/2008 saylı qətnaməsində düzəldilməsi zəruri olan yanlışlıq aşkar edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-833/2008 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-833/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(075)-833/2008 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-521/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-521/2023
17.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver