Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-522/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçılar Aliyarova Fərzanə Ənvər qızının, Məmmədova Zenfira Nəzir qızının, Rəhimova Aksana Nəzir qızının, iddiaçıların nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun və cavabdeh Həsənov Səfər Müzəffər oğlunun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakları ilə, İddiaçılar Aliyarova Fərzanə Ənvər qızının, Məmmədova Zenfira Nəzir qızının, Rəhimova Aksana Nəzir qızının və İbrahimova Qələmnaz Nəzir qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Həsənov Səfər Müzəffər oğlu və Oğuz rayon Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair mülk iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsindən iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı və cavabdeh Həsənov Səfər Müzəffər oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi qismən təmin edilmiş, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən, iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızı və mərhum Aliyarov Nəzir Alimirzə oğlunun mülkiyyətinə verilmiş 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi qismən - iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızının hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh Həsənov Səfər Müzəffər oğlunun adına tərtib edilmiş xx xxx 2006-cı il tarixli JN 0344 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını ləğv edilməsi, iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızının hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin cavabdeh Həsənov Səfər Müzəffər oğlundan alınaraq iddiaçılara qaytarılması, cavabdeh Həsənov Səfər Müzəffər oğluna iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızının hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin dəyəri kimi xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi üzrə verilmiş pulu geri tələb etmək üçün müqavilənin tərəfi olmuş mərhum Aliyarov Nəzir Alimirzə oğlunun vərəsələrinə qarşı iddia tələbi irəli sürmək hüququnun izah edilməsi qət edilmişdir İşin halları İddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Həsənov Səfər Müzəffər oğlu və Oğuz rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Tayıflı kəndində yerləşən, onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda xx xxx 2006cı il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Həsənov Səfər Müzəffər oğlunun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 53 saylı qərarı əsasında JN 0019 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Tayıflı kəndi ərazisindən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktı ailə başçısı kimi Aliyarov Nəzir Alimirzə oğluna təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsi Nəzir Aliyarov tərəfindən müxtəlif vaxtlarda ayrıayrı şəxslərə icarəyə verilmiş və onlar torpaq sahəsinin icarəyə verilməsinə etiraz etməmişlər. Nəzir Aliyarov xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş, bundan sonra onlara məlum olmuşdur ki, ailənin ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə Nəzir Aliyarovla hazırki iş üzrə cavabdeh Səfər Həsənov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Belə bir müqavilənin tərtib olunmasından son vaxtlaradək onların heç birinin məlumatı olmamış, bu barədə nə Nəzir Aliyarov, nə də Səfər Həsənov onlara heç bir məlumat verməmişlər. Onlar həmin torpaq sahəsinin icarədə olduğunu zənn etmişlər. Onlar qeyd olunan torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla, hər biri fəaliyyət qabiliyyətli şəxslərdirlər. Torpaq sahəsi satıldıqda onlar özləri də müqaviləyə imza etməli olduqları halda, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə satıcı qismində yalnız Nəzir Aliyarov imza etmişdir, onların adları isə müqavilədə, ümumiyyətlə, qeyd edilməmişdir. Onlar həmin torpaq sahəsinin satılması ilə bağlı heç kimə, o cümlədən, Nəzir Aliyarova hər hansı səlahiyyət verməmişlər. Ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə Nəzir Aliyarovla cavabdeh Səfər Həsənov arasında alqı-satqı müqaviləsi bağlanmaqla onların öz torpaq paylarına münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Həmin torpaq sahəsinə münasibətdə onların mülkiyyət hüquqlarının bərpa edilməsi üçün xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında cavabdeh Səfər Həsənovun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı öz iddia tələblərini müdafiə etdiklərini bildirmişlər və ayrı-ayrılıqda iddia tələbinin məzmununa uyğun izahatlar verməklə yanaşı göstərmişlər ki, ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə alqı-satqı müqaviləsinin bağlanmasına onların heç birinin razılığı olmamışdır. Alqısatqı müqaviləsinə dair notariat işinə əlavə edilmiş, torpaq sahəsinin satılmasına razılıq verilməsi barədə onların adından tərtib edilmiş ərizələrdə olan imzalar da onlara məxsus deyildir. Həmin imzaların Nəzir Aliyarov və ya digər şəxs tərəfindən icra edilibedilməməsi barədə hər hansı məlumatları yoxdur. Paylı mülkiyyətində olan 1,36 hektar torpaq sahəsinin onların məlumatı və razılığı olmadan, onlar özləri alqı-satqı müqaviləsinə imza etmədikləri halda, digər şəxsə satılmasını qanunsuz və əsassız hesab edirlər. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı Məmmədova Zenfira Nəzir qızı birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlu məhkəmə iclaslarının iddiaçı Məmmədova Zenfira Nəzir qızının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçı Məmmədova Zenfira Nəzir qızının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlu da iddia tələbini müdafiə etdiyini bildirmiş və iddiaçıların izahatlarının məzmununa uyğun izahat verərək iddia tələbində qeyd edilən xüsusatlar nəzərə alınmaqla həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Həsənov Səfər Müzəffər oğlu iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2006-cı ildə o, Oğuz rayonu Tayıflı kəndi ərazisindən torpaq sahəsi almaq istəmiş, bu barədə məlumat alan Nəzir Aliyarov dəfələrlə ona xəbər göndərərək pula ehtiyacları olduğunu bildirib ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini satın almasını xahiş etmişdir. O da Nəzir Aliyarovun xahişi ilə həmin torpaq sahəsini satın almağa razılaşmışdır. O, torpaq sahəsinin dəyəri kimi 900 (doqquz yüz) manat pul ödəmiş, Nəzir Aliyarov həmin pulu ailəsinin maddi ehtiyaclarına xərcləmişdir. 2006-cı ildə həmin məbləğə Oğuz rayonu Tayıflı kəndi ərazisindən daha artıq miqdarda və daha yaxşı yerdən torpaq sahəsi almaq mümkün olmuş, ancaq o, Nəzir Aliyarovun xahişini qəbul edərək ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini satın almışdır. Torpaq sahəsinin satılması ilə bağlı onunla Nəzir Aliyarov arasında bağlanmış xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. O, xx.xx.2006-cı il tarixdə Oğuz rayonu Tayıflı kəndi ərazisindən digər şəxsdən də əlavə olaraq 1,00 hektar torpaq sahəsi almış və hər iki torpaq sahəsinə birlikdə - cəmi 2,36 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayonlararası yerquruluşu idarəsi tərəfindən onun adına yeni Dövlət Aktı tərtib edilmişdir. Nəzir Aliyarova məxsus 1,36 hektar torpaq sahəsinin ona satılması barədə onun ailə üzvlərinin, yəni hazırki iş üzrə iddiaçıların da məlumatı olmuşdur. Torpaq sahəsinin guya iddiaçıların xəbəri olmadan satılması barədə iddia tələbində qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, alqı-satqı müqaviləsi bağlanarkən hazırki iş üzrə iddiaçılar Nəzir Aliyarovun ailə üzvləri kimi razılıq ərizələri yazıb imzalamışlar. Həmin ərizələr də notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxtdan sonra keçən illər ərzində torpaq sahəsinin vergisini o özü ödəmiş, torpaq sahəsinin ətrafını əhatəyə almış, torpaq sahəsində fındıq tingləri və digər meyvə ağacları əkmişdir. İddiaçılar torpaq sahəsinin icarəyə verildiyini zənn etdiklərini iddia etsələr də, torpaq sahəsini icarəyə götürən şəxsin kifayət qədər xərc çəkərək icarə torpaq sahəsində 8-10 ilə məhsul verən fındıq ağacları və digər çoxillik əkmələr yetişdirməsi məntiqə uyğun deyildir. İddiaçılar torpaq sahəsinin ona satıldığını bilmiş və həmin vaxtdan sonra keçən müddət ərzində buna heç bir etiraz bildirməmişlər. Yalnız Nəzir Aliyarov vəfat edəndən sonra iddiaçılar torpaq sahəsini satmadıqlarını iddia edərək torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş və əsassız iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşlər. O, hazırda da hesab edir ki, onunla Nəzir Aliyarov arasında bağlanmış və Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi tamamilə qanunidir və həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsas yoxdur. Eyni zamanda, həmin müqavilə əsasında onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə də hər hansı əsas yoxdur. Ona görə də iddiaçıların hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Oğuz rayon Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına təkrarən gəlməmiş, həmin cavabdeh tərəfindən məhkəməyə müraciət göndərilərək birinci instansiya məhkəməsinin iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Oğuz rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş, Oğuz rayon Notariat Ofisinin (Oğuz rayon Dövlət Notariat Kontorunun) keçmiş notariusu Yusifov Şamil Məzail oğlu ifadə verərək göstərmişdir ki, mərhum Aliyarov Nəzir Alimirzə oğlunun və hazırki iş üzrə cavabdeh Həsənov Səfər Müzəffər oğlunun Oğuz rayon Notariat Kontoruna müraciəti əsasında Nəzir Aliyarov və onun ailə üzvlərinə məxsus olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə Nəzir Aliyarovla Səfər Həsənov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Hüquqmüəyyənedici sənəd kimi Notariat Kontoruna təqdim edilən Dövlət Aktında Nəzir Aliyarov torpaq sahəsinin mülkiyyətçisi, digər şəxslər, yəni hazırki iş üzrə iddiaçılar isə onun ailə üzvləri kimi göstərilmişlər. Ona görə də alqı-satqı müqaviləsi Nəzir Aliyarovla Səfər Həsənov arasında bağlanmış, hazırki iş üzrə iddiaçılar isə Nəzir Aliyarovun ailə üzvləri kimi həmin torpaq sahəsinin satılmasına etiraz etmədikləri barədə razılıq ərizələri yazıb imzalamışlar. Həmin ərizələr də notariat qaydasında təsdiq edilmiş, bundan sonra tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qeydə alınaraq notariat qaydasında təsdiq edilmişdir. Nəzir Aliyarovla Səfər Həsənov arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə əməl edilməklə tərtib edilmiş və notariat qaydasında təsdiq edilmişdir. Hesab edir ki, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsas yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı və cavabdeh Həsənov Səfər Müzəffər oğlu apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişlər ki, birinci instansiya məhkəməsi göstərilən qətnaməsi qəbul edilərkən işin faktik halları düzgün qiymətləndirilməmiş, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmənin iddialarını qismən təmin etməsini, qanuni və ədalətli hesab etmirlər. Məhkəmə qətnaməsindən belə bir nəticə çıxır ki, guya mərhum Aliyarov Nəzir Alimirzə oğlu ümumi mülkiyyətdə olan 1,36 hektar torpaq sahəsini onların razılığı olmadan satmağa səlahiyyətli olmuş, həmin torpaq sahəsinin onlara aid hissəsinin satılmasına isə səlahiyyətli olmamışdır. Əslində isə qeyd edilən kənd təsərrüfatı istehsalı təyinatlı 1,36 hektar torpaq sahəsi tam şəkildə onların və mərhum Nəzir Aliyarovun paylı mülkiyyətində olmuşdur. Nəzir Aliyarovun həmin torpaq sahəsini nə tam şəkildə, nə də hər hansı bir hissəsini satmağa səlahiyyətli olmamışdır. Paylı torpaq sahəsinin tam şəkildə və ya hər hansı hissəsinin özgəninkiləşdirilməsi proseduru bütün payçıların hamısının ümumi iradəsini ifadə edən müqavilə əsasında həyata keçirilə bilərdi. İşmateriallarından da göründüyü kimi mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxx 2006-cı il tarixli 4- Ə2/197 nömrəli alqı-satqı müqaviləsi bağlanıb təsdiq edilərkən belə bir hal mövcud olmamışdır. Paylı mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi (o cümlədən alqı-satqı) halında, belə bir özgəninkiləşdirilmə barədə müqavilədə mülkiyyətçilərin hər birinin müqavilənin tərəfi kimi qeyd edilinəsi və öz iradə ifadəsi olaraq həmin müqavilənin şəxsən və ya təmsilçi vasitəsilə imzalamaqla özünün ümumi paylı mülkiyyətdə olan payı barəsində sərəncam verməsinin zəruriliyi qanunvericilikdə birbaşa nəzərdə tutulmuş, bu qaydadan hər hansı istisna qanunla müəyyən edilməmişdir. Oğuz Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən qanunun bu tələblərini pozmuşdur. Odur ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edirlər. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)- 394/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh Həsənov Səfər Müzəffər oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə çıxarılan məhkəmə qətnaməsi qanuni və əsaslı deyildir, işin halları məhkəmə tərəfindən düzgün araşdırılmamış və tərəflər arasındakı mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin istinad etdiyi torpaqların mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, orada “torpaq mülkiyyətçisinin soyadı, adı, ünvanı” qrafasında Əlyarov Nəzir Əlimirzə oğlunun adı qeyd edilmiş hazırki iş üzrə iddiaçıların adları isə bu şəxsin ailə üzvləri kimi qeyd edilmişdir. Buradan o nəticəyə gəlmək olur ki, hazırki iş üzrə iddiaçılar Dövlət aktında mülkiyyətçi kimi deyil, mülkiyyətçinin ailə üzvləri kimi keçmişlər ki, bu zaman torpaq sahəsi üzərində bu şəxslərin mülkiyyət hüquqları deyil, sahiblik və istifadə hüquqları yaranmışdır. Nəticədə, həmin şəxslərin tərəflər arasında bağlanan və hazırki mübahisənin predmetini təşkil edən xx xxx 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsinin tərəfi kimi iştirakları zəruri deyildir. İş materiallarında olan və mülki iş üzrə iddiaçıların yazdıqları notarial ərizələrdən də görünür ki, iddiaçılar torpaq sahəsinin məhz Aliyarov (Əliyarov) Nəzir Alimirzə (Əlimirzə) oğluna məxsus olduğunu qəbul etmiş və özgəninkiləşdirilməyə etiraz etmədiklərini bildirmişlər. Ərizələrdən həmçinin o da müəyyən edilir ki, iddiaçılar torpaq sahəsinin özgəninkiləşdiriləcəyini bilmiş, bunun hansı nəticələr verəcəyini dərk etmiş və bunu arzu etmişlər. Məhkəmə qətnaməsində narazı qaldığı növbəti hal isə elə bununla əlaqədardır. Belə ki, məhkəmə iddia tələblərinin əqdin etibarsız hesab edilməsi olduğunu gördüyü halda nə səbəbdənsə mübahisəyə kəsici müddətlərlə bağlı normaları tətbiq etməmişdir. Məhkəmənin belə bir niyyətinin olmadığını gördüyü üçün bununla bağlı ərizə verərək məhkəmədən məhz müddətlərlə əlaqədar iddianın rədd edilməsini xahiş etsələr də məhkəmə ərizəni də nəzərə almamışdır. Hakimin çıxardığı qərar hüquq normalarına əsaslanmalı olduğu halda, şəxsi mülahizələrinə və daxili inamına əsaslanmışdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)- 394/2019 nömrəli qətnaməsini ləğv edərək, mülki işi iddia tələbləri və işdə olan sübutlar əsasında tam və hər tərəfli araşdırmaqla iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və onların nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlu iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh Həsənov Səfər Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Həsənov Səfər Müzəffər oğlunun vəkili Ələkbər-zadə Faiq Zakir oğlu cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin və cavabdeh Oğuz rayon Notariat Ofisinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarınınizahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh Həsənov Səfər Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Həsənov Səfər Müzəffər oğlu və Oğuz rayon Notariat Ofisinə qarşı iddiasının “1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi qismən iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızının hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi” hissəsi rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan JN 0019 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 53 saylı qərarı əsasında mərhum Aliyarov Nəzir Alimirzə oğlu və onun ailə üzvlərinin - hazırki iş üzrə iddiaçıların ümumi birgə mülkiyyətinə Oğuz rayonu Tayıflı kəndi ərazisindən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, JN 0019 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə hazırki iş üzrə cavabdeh Səfər Həsənovla Nəzir Aliyarov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Alqı satqı müqaviləsinə satıcı qismində yalnız Nəzir Aliyarov imza etmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinə əlavə edilən, hazırki iş üzrə iddiaçıların adından tərtib edilərək imzalanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2006-cı il tarixli ərizələrdə onların Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən, Nəzir Aliyarova məxsus olan 1,47 hektar torpaq sahəsinin satılmasına etiraz etmədikləri qeyd edilmişdir. İşdə olan JN 344 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli və 4-Ə2/196 nömrəli alqı-satqı müqavilələri əsasında Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən cəmi 2,36 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayonlararası yerquruluşu idarəsi tərəfindən cavabdeh Səfər Həsənovun adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli və həmin Xidmətin 12 saylı Şəki Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli sorğuya cavab məktublarından müəyyən edilir ki, xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli və 4-Ə2/196 nömrəli alqı-satqı müqavilələri əsasında cavabdeh Səfər Həsənovun adına tərtib edilmiş JN 344 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində və həmin Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində hər hansı məlumat yoxdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8, 214.1, 215.1, 215.4, 215.5, 324.4, 337.4, 337.5, 394, 394.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinəəsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədəəşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.4-cü maddəsinəəsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinəəsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinəəsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 394.1-ci maddəsinəəsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 394-cü maddəsinəəsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, mərhum Aliyarov Nəzir Alimirzə oğlu və onun ailəüzvlərinin - hazırki iş üzrə iddiaçıların paylı mülkiyyətinə verilmiş, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə cavabdeh Səfər Həsənovla Nəzir Aliyarov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda 4-Ə2/197 nömrə ilə qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. Alqı satqı müqaviləsinə satıcı qismində yalnız Nəzir Aliyarov imza etmişdir. Qeyd olunan alqı satqı müqaviləsi əsasında cavabdehin adına JN 344 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Hazırda iddiaçılar 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Nəzir Aliyarovla cavabdeh Səfər Həsənov arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh Səfər Həsənovun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsinə imza etmədikərinə, eləcə də, torpaq sahəsinin satılması barədə olan razılıq ərizələrindəki imzaların da onlara məxsus olmadığına istinad edirlər. Cavabdeh Səfər Həsənov iddia tələbini qəbul etmir, alqı-satqı müqaviləsinin qanuni əsaslarla bağlandığını, iddiaçıların da bu barədə məlumatı olduğunu və müqavilənin bağlanmasına yazılı razılıq verdiklərini, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, eyni zamanda, həmin müqavilə əsasında onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə hər hansı əsas olmadığını bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, mübahisə predmetinə aid olan 1,36 hektar torpaq sahəsinin də daxil olduğu cəmi 1,47 hektar torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə hazırki iş üzrə iddiaçılar və mərhum Nəzir Aliyarovun ümumi mülkiyyətinə verilmişdir və həmin şəxslərin hər biri qeyd olunan torpaq sahəsinin bərabər paylı mülkiyyətçiləridirlər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi (o cümlədən alqı-satqısı) halında, belə bir özgəninkiləşdirilmə barədə müqavilədə mülkiyyətçilərin hər birinin müqavilənin tərəfi kimi qeyd edilməsi və öz iradə ifadəsi olaraq həmin müqaviləni şəxsən və ya təmsilçi vasitəsilə imzalamaqla özünün ümumi paylı mülkiyyətdə olan payı barəsində sərəncam verməsinin zəruriliyi qanunvericilikdə birbaşa nəzərdə tutulmuş, bu qaydadan hər hansı istisnalar qanunla müəyyən edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mərhum Nəzir Aliyarov ümumi paylı mülkiyyətdə olan 1,36 hektar torpaq sahəsinə dair xx.xx.2006cı il tarixdə cavabdeh Səfər Həsənovla alqı-satqı müqaviləsi bağlayarkən həmin əmlakda özünün payı ilə yanaşı, ona etibar edilməyən, üzərində sərəncam verməsi üçün hər hansı səlahiyyətlərə malik olmadığı əmlak barəsində də alqı-satqı əqdini bağlamış, bununla da həmin əmlakın digər mülkiyyətçilərinin mənafeyinə zidd olaraq onların mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi 2006-cı ildə Notariat Kontoruna təqdim edilən Dövlət Aktında Nəzir Aliyarovun torpaq sahəsinin mülkiyyətçisi, digər şəxslərin, yəni hazırki iş üzrə iddiaçıların isə onun ailə üzvləri kimi göstərildikləri, ona görə də alqı-satqı müqaviləsinin yalnız Nəzir Aliyarovla Səfər Həsənov arasında bağlandığı, hazırki iş üzrə iddiaçıların isə Nəzir Aliyarovun ailə üzvləri kimi həmin torpaq sahəsinin satılmasına etiraz etmədikləri barədə razılıq ərizələri yazıb imzaladıqları barədə cavabdeh Səfər Həsənovun izahatında və hazırki iş üzrə şahid dindirilmiş Şamil Yusifovun ifadəsində göstərdikləri xüsusatlarla bağlı qeyd etmişdir ki, əmlakın özgəninkiləşdirilməsi zamanı həmin əmlakın mülkiyyətçilərinin bu özgəninkiləşdirilməyə razılıq ərizələri deyil, özgəninkiləşdirilmə ilə bağlı tərtib edilmiş əqdə bilavasitə və ya təmsilçi vasitəsilə imza etmələri tələb olunur. xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinə əlavə edilən, hazırki iş üzrə iddiaçıların adından tərtib edilərək imzalanmış və notariat qaydasında təsdiq edilmiş ərizələrdə olan imzalar iddiaçılar tərəfindən icra olunmuş olsaydı da, belə razılıq onlara aid əmlak barəsində onların adından digər şəxsin müqavilə imzalaması üçün yetərli deyildir. Əmlakın digər şəxsə satılması üçün mülkiyyətçilərin hər birinin alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməsi alqı-satqı müqaviləsinin zəruri şərtidir. Lakin xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar alqı-satqı müqaviləsinə imza etməmiş və Nəzir Aliyarova onların əvəzinə əqd bağlaması üçün bu cür səlahiyyətin müəyyən edildiyi etibarnamə verməmişlər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi əqd, həmin əqdi bağlamalı olan tərəflərin iradəsinin ifadəsi olaraq bağlanmırsa, həmin əqd özü-özlüyündə etibarsız əqddir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqısatqı müqaviləsi bağlanarkən, hazırki iş üzrə iddiaçıların həmin əqdi bağlamalı olan tərəflər kimi qanunauyğun şəkildə iradə ifadəsi müqavilədə öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh Səfər Həsənovun iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürüldüyü, iddia tələbinin həmin əsasla rədd edilməli olması barədə izahatında və etiraz ərizəsində göstərdiyi xüsusatlarla bağlı qeyd etmişdir ki, mülki qanunvericilikdə nəzərədə tutulan iddia müddəti qanunda nəzərdə tutulan forma və məzmuna riayət edilməklə bağlanan əqdlərə münasibətdə tətbiq edilə bilər. Yəni, tərəflər notarial qaydada təsdiq edilməli olan əqdi bu qaydaya riayət etməklə bağlamışlarsa, lakin həmin əqd qanunda nəzərdə tutulan müəyyən şərtlərin pozulması ilə bağlanmışsa, əqd üzrə tərəflərdən biri həmin əqdi mübahisələndirirsə, bu halda iddia müddəti tətbiq edilə bilər. Lakin, notarial qaydada təsdiq edilməli olan əqd bu qaydaya riayət edilməklə bağlanmamışsa və ya tərəflər arasında yazılı qaydada bağlanmalı olan əqd yazılı qaydada bağlanmamışsa, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Çünki, qanunvericilik mövcud olmayan bir əqd üzrə hüquq əldə etmiş şəxsin hüquqlarının iddia müddəti vasitəsilə qorunmasını tənzimləmir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlmişdir ki, mübahisə predmetinə aid olan 1,36 hektar kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin satılması ilə bağlı Nəzir Aliyarovla cavabdeh Səfər Həsənov arasında bağlanmış xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi hazırki iş üzrə iddiaçıların payına düşən torpaq sahəsinə münasibətdə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Alqısatqı predmeti olan 1,36 hektar kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin mərhum Nəzir Aliyarovun payına düşən hissəsinin isə cavabdeh Səfər Həsənova satılmasının qanunvericiliyin tələbinə zidd olması halları müəyyən edilməmiş, bu hal cavabdeh Səfər Həsənov tərəfindən mübahisələndirilməmiş, mərhumun vərəsələri olan hazırki iş üzrə idddaçılar da torpaq sahəsinin mərhum Nəzir Aliyarovun payına düşən hissəsinin satılmasının qanunsuz olduğunu iddia etməmişlər. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nəzir Aliyarovla cavabdeh Səfər Həsənov arasında bağlanmış xx.xx.2006-cı il tarixli 4- Ə2/197 nömrəli alqı-satqı müqaviləsi mərhum Nəzir Aliyarovun payına düşən torpaq sahəsinə münasibətdə etibarlı sayılmalıdır. Qeyd olunan hüquq normasının məzmununa əsasən xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı predmeti olan 1,36 hektar kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsində 5 nəfər mülkiyyətçinin hər birinin 0,272 hektar (1,36 : 5 = 0,272) payı olmaqla, iddiaçıların (4 nəfər) cəmi payı 1,088 hektar, mərhum Nəzir Aliyarovun payı isə 0,272 hektar müəyyən edilir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, Nəzir Aliyarovla cavabdeh Səfər Həsənov arasında bağlanmış xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi cəmi 1,088 hektar torpaq sahəsinə münasibətdə bağlandığı andan etibarsız hesab edilməlidir. Cavabdeh Səfər Həsənovun adına tərtib edilmiş xx xxx 2006-cı il tarixli JN 0344 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməsə də, xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi iddiaçıların payına düşən torpaq sahəsinə münasibətdə etibarsız olduğundan və həmin Dövlət Aktı da xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edildiyindən xx xxx 2006-cı il tarixli JN 0344 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı da ləğv edilməlidir. Cavabdeh Səfər Həsənova mərhum Nəzir Aliyarovun payına düşən 0,272 hektar və həmin Dövlət Aktında qeyd edilmiş xx.xx.2006-cı il tarixli 4-Ə2/196 nömrəli digər alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1,00 hektar torpaq sahələrinə dair öz adına yeni hüquqmüəyyənedici sənədlər əldə etmək hüququ izah edilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddiaçıların hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsi cavabdeh Səfər Həsənovdan alınaraq iddiaçılara qaytarılmalıdır. Eyni zamanda, cavabdeh Səfər Həsənova izah edilir ki, iddiaçıların payına düşən cəmi 1,088 hektar torpaq sahəsinin dəyəri kimi xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi üzrə verdiyi pulu geri tələb etmək üçün müqavilənin tərəfi olmuş mərhum Nəzir Aliyarovun vərəsələrini müəyyən etməklə onlara qarşı iddia tələbi irəli sürmək hüququ vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunu tələb etmədiklərindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özünə aid edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək Oğuz rayonu Tayıflı kəndində yerləşən, onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda xx xxx 2006-cı il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Həsənov Səfər Müzəffər oğlunun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Onlar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 53 saylı qərarı əsasında JN 0019 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onların ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Tayıflı kəndi ərazisindən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktı ailə başçısı kimi Aliyarov Nəzir Alimirzə oğluna təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsi Nəzir Aliyarov tərəfindən müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə icarəyə verilmiş və onlar torpaq sahəsinin icarəyə verilməsinə etiraz etməmişlər. Nəzir Aliyarov xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş, bundan sonra onlara məlum olmuşdur ki, ailənin ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə Nəzir Aliyarovla hazırki iş üzrə cavabdeh Səfər Həsənov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Belə bir müqavilənin tərtib olunmasından son vaxtlaradək onların heç birinin məlumatı olmamış, bu barədə nə Nəzir Aliyarov, nə də Səfər Həsənov onlara heç bir məlumat verməmişlər. Onlar həmin torpaq sahəsinin icarədə olduğunu zənn etmişlər. Onlar qeyd olunan torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla, hər biri fəaliyyət qabiliyyətli şəxslərdirlər. Torpaq sahəsi satıldıqda onlar özləri də müqaviləyə imza etməli olduqları halda, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə satıcı qismində yalnız Nəzir Aliyarov imza etmişdir, onların adları isə müqavilədə, ümumiyyətlə, qeyd edilməmişdir. Onlar həmin torpaq sahəsinin satılması ilə bağlı heç kimə, o cümlədən, Nəzir Aliyarova hər hansı səlahiyyət verməmişlər. Ümumi paylı mülkiyyətində olan 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsi barədə Nəzir Aliyarovla cavabdeh Səfər Həsənov arasında alqı-satqı müqaviləsi bağlanmaqla onların öz torpaq paylarına münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Həmin torpaq sahəsinə münasibətdə onların mülkiyyət hüquqlarının bərpa edilməsi üçün xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında cavabdeh Səfər Həsənovun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar yuxarıda qeyd olunan faktlarla bağlı heç bir sənədi iddia ərizəsinə əlavə etməmişlər. İddia ərizəsi Oğuz Rayon Məhkəməsinə xx xxxx 2019-cu ildə daxil olmuşdur. İddiaçıların mübahisələndirdikləri alqı-satqı müqaviləsi və digər sənədlər Oğuz Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Repsublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən göndərilmiş və xx xxxxxxx 2019-cu ildə Oğuz Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin sənədlərdən biri olan xx.xx.2006-cı il tarixli 4-Ə-2/146 nömrəli notariat işinin surətindən görünür ki, JN 0019 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1097 ha hissəsi 197 manata Əliyev Qorxmaz Qaragöz oğluna Aliyarov Nəzir Əlimirzə oğlu, Aliyarova Fərzanə Ənvər qızı, Əliyarova Zenfira Nəzir qızı, Əliyarova Aksana Nəzir qızı və Əliyarova Qələmnaz Nəzir qızı tərəfindən satılmışdır. xx.xx.2006-cı il tarixli 4-Ə-2/197 nömrəli notariat işinin surətindən görünür ki, JN 0019 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən 1,47 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,36 hektardan ibarət hissəsinin 900 manata satılması barədə hazırki iş üzrə cavabdeh Səfər Həsənovla Nəzir Aliyarov arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Həmin işə əlavə edilən, hazırki iş üzrə iddiaçıların adından tərtib edilərək imzalanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2006-cı il tarixli ərizələrdə onların Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən, Nəzir Aliyarova məxsus olan 1,47 hektar torpaq sahəsinin satılmasına etiraz etmədikləri qeyd edilmişdir. xx.xx.2006-cı il tarixli 4-Ə-2/196 nömrəli notariat işinin surətindən görünür ki, JN 0065 (KOD 40505048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən, Oğuz rayonu Tayıflı kəndi ərazisində yerləşən 1,44 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1 hektardan ibarət hissəsinin 450 manata satılması barədə hazırki iş üzrə cavabdeh Səfər Həsənovla İbrahimov Mahir Mikayıl oğlu arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə xx.xx.2006-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Qeyd olunan torpaq sahələri nə satılana qədər, nə də satıldıqdan sonra tərəflərin paylı mülkiyyətində olmamışdır. Yuxarıda göstərilənləri təhlil edərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddia ərizələrində onlara AİK-nın qərarı ilə verilmiş torpaq sahəsinin paylı mülkiyyətlərində olması ilə bağlı göstərdikləri, torpaq sahəsinin satılmasından xəbərləri olmaması ilə bağlı göstərdikləri, həmçinin alqı-satqı müqaviləsini imzalamadıqları və həmin müqaviləyə razılıq verilməsi ilə bağlı sənədləri imzalamadıqları barədə göstərdikləri həqiqəti əks etdirmir. Çünki onlar mövcudluğunu şübhə altına aldıqları sənədlərdə göstərilən və yazılanlar barədə həmin sənədlər məhkəməyə təqdim olunmamışdan iki aydan artıq əvvəlcədən dəqiq məlumatlı olmalarını iddia ərizələrində göstərmişlər. Bununla da, iddiaçılar torpaq sahəsinin satılmasına razılıq vermələri barədə olan ərizələrini həmin ərizələrin verilməsindən 13 il sonra mübahisələndirməklə istəklərinə nail olmağa çalışmışlar. Lakin, iddiaçılar mübahisələndirdikləri torpaq sahəsinin məhz 2006-cı ildə müqavilə bağlandığı vaxtdan cavabdehin istifadəsində olmasını həmin sahədə bağ sahəsi salmasını etiraf etməklə, həmçinin notariat işində olan onlara məxsus sənədləri notariusa təqdim etməklə bağlanmış alqı-satqı müqaviləsindən məlumatlı olmalarını və ona razılıq vermələrini yanakı da olsa etiraf etmişlər. Məhkəmə kollegiyası həmin halları nəzərə alaraq məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət duymamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən torpaq sahəsinin iddiaçıların paylı mülkiyyətində olması qənaətinə gəlməklə və paylı mülkiyyətdə olan əmlaklarla bağlı mübahisəyə aid maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir. Mübahisə olunan topaq sahələri iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur və onlardan biri olan ailə başçısı tərəfindən onların razılığı ilə cavabdehə satılmışdır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 213.6-cı mаddəsinə əsаsən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 222.2-ci mаddəsinə əsаsən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü mаddəsinə əsаsən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Birinci instansiya məhkəməsi əqdi qismən də olsa etibarsız hesab etdiyi halda etibarsızlığın nəticələri ilə bağlı Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 337.5-ci mаddəsində nəzərdə tutulan maddi hüquq normasını da tətbiq etməmişdir. Həmin mаddəyə əsаsən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə Kollegiyası həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyisiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi torpagın alqı-satqısına dair müqavilə xx xxx 2006cı ildə bağlanıldığı halda, həmin müqavilənin etibarsızlığına dair hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə x xxxxxx 2019-cu ildə müraciət olunmusdur. Lakin birinci instansiya məhkəməsi hazırki iş üzrə müddət tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçılar həmin “Alqı-satqı müqaviləsinin” bağlanmasından və müqavilənin məzmunundan məlumatlı olmuşdur. “Alqısatqı müqaviləsi” xx.xx.2006-cı il tarixdə bağlanmışdır. Belə olan halda, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb üzrə müddət iddiaçılara münasibətdə həmin tarixdən başlanmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi barədə tələb prosessual müddət ötürülməklə verildiyindən əsassızdır. Belə olan halda, həmin tələbdən törəmə olan digər tələb müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə tələb də əsassız hesab edilməlidir. Lakin, birinci instansiya məhkəməsi iddianı qismən də olsa təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə cavabdeh Həsənov Səfər Müzəffər oğlunun apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun gəldiyindən və həqiqəti özündə əks etdirdiyindən inandırıcı qəbul edir. Məhkəmə kollegiyası iddiaçılar Aliyarova Fərzanə Ənvər qızının, Məmmədova Zenfira Nəzir qızının, Rəhimova Aksana Nəzir qızının və İbrahimova Qələmnaz Nəzir qızının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Oğuz Rayon Məhkəməsinin hazırki iş üzrə qətnaməsi iddianın qismən təmin edilməsi hissəsində birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğundan iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh Həsənov Səfər Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin olunmalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsi qisməniddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Həsənov Səfər Müzəffər oğlu və Oğuz rayon Notariat Ofisinə qarşı iddiasının “1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4-Ə2/197 nömrəli alqı-satqı müqaviləsi qismən- iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızının hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi” hissəsi rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh Həsənov Səfər Müzəffər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(054)-394/2019 nömrəli qətnaməsi qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə ləğv olunan hissə ilə bağlı yeni qətnamə qəbul edilsin. İddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı və İbrahimova Qələmnaz Nəzir qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Həsənov Səfər Müzəffər oğlu və Oğuz rayon Notariat Ofisinə qarşı iddiasının “1,36 hektar torpaq sahəsinin alqı-satqısına dair mərhum Aliyarov Nəzir Alimirzə oğlu ilə cavabdeh Həsənov Səfər Müzəffər oğlu arasında bağlanmış və Oğuz rayon Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4- Ə2/197 nömrəli alqı-satqı müqaviləsi qismən - iddiaçılar Aliyarova Fərzanə Ənvər qızı, Məmmədova Zenfira Nəzir qızı, Rəhimova Aksana Nəzir qızı, İbrahimova Qələmnaz Nəzir qızının hər birinin 0,272 hektar payı olmaqla, cəmi 1,088 hektar torpaq sahəsinin alqısatqısına dair hissədə etibarsız hesab edilməsi” hissəsi rədd edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-522/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-522/2020
12.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver