Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-524/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı vəkili Vəkil1 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-595/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-595/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X29 Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi, Azərbaycan Respublikası X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 xüsusi notariusu X6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi vaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi və yenidən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi, Azərbaycan Respublikası X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 savlı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının razılığı ilə Cavabdeh2 xüsusi notariusu X9 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X29 Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, mərhum anası X20 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Anasının adına ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0,24 ha pay torpaq sahəsi olmuşdur. ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə X13 adına Azərbaycan Respublikası X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən Çıxarış verilmişdir. Bundan başqa, ünvan 1ində yerləşən 0.24 ha pay torpaq sahəsinə dair X13 adına Kod 40113018, JN: 1241 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət Aktı verilmişdir. Anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda “Vəsiyyətnamə” tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı toıpaq sahəsini nəvəsi iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnamələrdən görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X13 adına olan ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha pay torpaq sahəsinə ünvan 1ində yaşayan nəvəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Göründüyü kimi, notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qanunun tələbləri pozulmaqla verilmişdir. O, vəsiyyətnamənin qanuniliyini mübahisə etmir. Lakin notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən vərəsələrin dairəsini müəyyənləşdirməməklə Mülki Məcəllənin 1193-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə görə, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, digər vərəsələrin də miras əmlakda məcburi pay hüququ vardır. Balakən RİH-in Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X4 qalan vərəsələri özü və X3 olmuşdur. Lakin notarius bu halı nəzərə almamışdır. O, məcburi pay almaq hüququndan məhrum edilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. Eyni zamanda bildirir ki, anası X13 xx.xx.2013cü il tarixdə vəfat etməsindən və anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı toıpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etməsindən həmin vaxt məlumatı olmuşdur. Notariat ofisində vərəsəlik işi açılarkən anasına məxsus olan əmlakların qardaşı oğlu Cavabdeh1 adına sənədləşdirilməsindən vaxtında xəbəri olmuşdur. Lakin 2020-ci ildə Cavabdeh1 anasından miras qalmış torpaq sahəsinin bir hissəsini satmasını eşidərkən bunu qəbul etməmiş və bundan sonra miras əmlakdan öz payını tələb etmək qərarına gəlmişdir. Anasının vəfatından sonra həmin təsərrüfatda Cavabdeh1 qalmışdır. Özü 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır və Balakən rayonu Qullar kəndində yerləşən evində yaşayır. X3 isə Ukrayna vətəndaşıdır və orada yaşayır. O, anasından qalmış mirası qəbul etməmişdir, lakin hesab edir ki, övlad kimi onun miras əmlakda məcburi payı vardır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Onlar xx xxxxxx 2015-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. X5 nənəsidir. Məkkə Hacıyeva xx.xx.2013cü il tarixdə vəfat etmişdir. Onun adına ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0,24 ha pay torpaq sahəsi olmuşdur. ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə X13 adına Azərbaycan Respublikası X29 Komitəsi yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsindən Çıxarış verilmişdir. Eyni zamanda ünvan 1ində yerləşən 0.24 ha pay torpaq sahəsinə dair X13 adına Kod 40113018, JN 1241 nömrəli Torpağa Mülkiyyət hüququna dair dövlət Aktı verilmişdir. X1 xx.xx.2012-ci il tarixdə Balakən rayon Notariat kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini həmin təsərrüfatda yaşayan nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnamələrə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X13 adına olan Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha pay torpaq sahəsinə Cavabdeh1 miras əmlakdan tam irs verilmişdir. İddiaçı anası X13 xx.xx.2013-cü il tarixdə vəfat etməsindən və anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən rayon Notariat kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etməsindən həmin vaxt məlumatı olmuşdur. Notariat Ofisində vərəsəlik işi açılarkən İddiaçı anasına məxsus olan əmlakları qardaşı oğlu Cavabdeh1 adına sənədləşdirilməsindən vaxtında xəbəri olmuşdur. Lakin 2020-ci ildə Cavabdeh1 ona miras qalmış torpaq sahəsinin bir hissəsini satmasını eşidərkən əsəbləşmiş, bundan sonra miras əmlakdan öz payını tələb etmək qərarına gəlmişdir. X13 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh1 qalmışdır. İddiaçı 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır və Balakən rayonu Qullar kəndində yerləşən evində yaşayır. Cahanın X3 isə Ukrayna vətəndaşıdır və orada yaşayır. Nə İddiaçı, nə də ki, onun qardaşı Zülfüqar Hacıyev anasından qalmış mirası qəbul etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxarkən onun miras əmlakdan məcburi pay almaq hüququndan məhrum etmişdir. Qeyd etmək istəyir ki, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-595/2020 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-595/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(019)-595/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının hazırkı iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(019)-595/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN 12xx xxx 40113018 olan Torpağa mülkiyyət hüququna dair dövlət Aktından görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 02 saylı qərarı ilə X14 0.24 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2013-cü il tarixdə verilmiş AZİ seriyalı, 607783 №-li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 xx xxxxx 2013-cü il tarixdə beyin insultu xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin aprel ayının 18 günündə 14 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixdə verilmiş 1136 №li ölüm qeydi barədə arayışdan görünür ki, X16 xx xxxxxxx 1985-ci il tarixdə kəskin infarkt xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1985-ci ilin oktyabr ayının 22 günündə 30 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 413 saylı nikah qeydi haqqında arayışdan görünür ki, Cavabdeh1 Hacı oğlu ilə X10 arasında xx xxx 1954-cü ildə 79 nömrə ilə nikah haqqında akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 415 saylı doğum qeydi haqqında arayışdan görünür ki, İddiaçı İsə qızı xx.xx.1960-cı ildə anadan olmuşdur. X15, anası X20 yazılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 414 saylı doğum qeydi haqqında arayışdan görünür ki, X22 xx.xx.1957-ci ildə anadan olmuşdur. X15, anası X20 yazılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 410 saylı ölüm qeydi haqqında arayışdan görünür ki, X30 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 409 saylı doğum qeydi haqqında arayışdan görünür ki, X31 xx.xx.1964-cü ildə anadan olmuşdur. X15, anası X20 yazılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilən və reyestrdə 2v-01 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X13 ünvan 1ində yaşayan nəvəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak seriya nömrəsi JN 1241, KOD 40113018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilən və reyestrdə 2v-01 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X13 ünvan 1ində yaşayan nəvəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X14 verilmiş **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 60 kvm olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Talalar Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 34 saylı arayışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi Talalar bələdiyyəsində qeydiyyatdadır və bu günə kimi hesablanmış vergilər özü tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Balakən RİH Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 900 saylı arayışdan görünür ki, X20 xx.xx.2013cü il tarixində vəfat etmişdir. Vəfat etdiyi tarixədək Talalar kənd İƏD üzrə nümayəndəliyin 2011-2015-ci illər üçün 2N-li təsərrüfatbaşına kitabın 152 nömrəli təsərrüfatda qeydiyyatda olmuşdur. Vəfatından sonra həmin təsərrüfatda nəvəsi Cavabdeh1 qalmışdır. Hal-hazirda həmin təsərrüfata məxsus evdə gəlini X11 və nəvəsi X23 yaşayır. Qızı İddiaçı 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır. Qohumlarının deməsinə görə hal-hazirda ailəsi ilə birlikdə Qullar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X29 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X29 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 60 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Balakən RİH Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 118 saylı arayışdan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X14 məxsus Talalar kəndində yerləşən fərdi yaşayış evində (təsərrüfatında) həmin tarixdən bu günə kimi onun nəvəsi Cavabdeh1 qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Balakən RİH Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 998 saylı arayışdan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X13 aşağıdakı qeyd edilmiş vərəsələri olmuşdur: əri Cavabdeh1 Hacı oğlu, oğlu X21, qızı İddiaçı, oğlu X24r. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X2 rayonu Talalar kəndində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı anası X20 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun adına ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0,24 ha pay torpaq sahəsi olmuşdur. ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə X13 adına Azərbaycan Respublikası X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən Çıxarış verilmişdir. Eyni zamanda ünvan 1ində yerləşən 0.24 ha pay torpaq sahəsinə dair X13 adına Kod 40113018, JN 1241 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət Aktı verilmişdir. X1 xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini həmin təsərrüfatda yaşayan nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnamələrə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X13 adına olan Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha pay torpaq sahəsinə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı anası X13 xx.xx.2013-cü il tarixdə vəfat etməsindən və anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etməsindən həmin vaxt məlumatı olmuşdur. Notariat Ofisində vərəsəlik işi açılarkən iddiaçı anasına məxsus olan əmlakları qardaşı oğlu Cavabdeh1 adına sənədləşdirilməsindən vaxtında xəbəri olmuşdur. Lakin 2020-ci ildə Cavabdeh1 ona miras qalmış torpaq sahəsinin bir hissəsini satması ilə bağlı aralarında narazılıq yaranmış, bundan sonra iddiaçı miras əmlakdan öz payını tələb etmək qərarına gəlmişdir. X13 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh1 qalmışdır. İddiaçı 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır və Balakən rayonu Qullar kəndində yerləşən evində yaşayır. İddiaçı X3 isə Ukrayna vətəndaşıdır və orada yaşayır. Nə İddiaçı, nə də ki, qardaşı Zülfüqar Hacıyev anasından qalmış mirası qəbul etmişlər. İddiaçı digər qardaşı X30 xx.xx.2017-ci ildə ölmüşdür. İddiaçı anasından qalmış miras əmlakdan məcburi pay hüququnun olması ilə bağlı hazırki iddia tələbi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtləri stisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görəölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və yavəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakınınqanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyanvəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fizikişəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasaümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqdaisə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrəvərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. -Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlarki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlarqanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər mirasalırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payıtələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Həmin Məcəllənin 1195-ci maddəsinə görə məcburi payıntam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görəvərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktikbaşladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsətərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslıolmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1243.2-ci madldəsinə əsasən vərəsəmirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və yaəmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edəbilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onuqəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İş materiallarından göründüyü kimi mərhum xx.xx.2013-cü il tarixində vəfat etmiş X13 birinci növbəli vərəsələri- oğlu X21, qızı İddiaçı və oğlu X30 qalmışdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X12 ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, X7nın adına Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mirasın kütləsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünü idarə orqanı təsdiqləsin. İş materiallarından görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda tərtib etdirdiyi vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. O cümlədən, tərəflərin izahatından aydın olur ki, mərhum X4 qalmış birinci növbəli vərəsələrindən heç biri-İddiaçı və X8 Hacıyevanın miras əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamaqla mirası nə faktiki qəbul etmiş, nə də mirasın qəbulu ilə bağlı notariat idarəsinə müraciət etmişlər. Yəni İddiaçı və X21 anaları X12 qalmış mirası qəbul etməmişlər. Cavabdeh1 isə X12 qalmış mirası qəbul etmişdir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. X7 öz əmlaklarını nəvəsi Cavabdeh1 vəsiyyət etdiyindən, İddiaçı isə X12 qalmış mirası qəbul etmədiyindən, İddiaçı X12 qalmış mirasda məcburi payı yoxdur. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun miras qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir, eləcə də, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası X29 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların verilməsinə hüquqi əsas olan sənədlər Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdir. Məhkəmə kollegiyası sözügedən şəhadətnamələrin qanunamüvafiq qaydada verildiyindən iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qüvvədə olduğu halda, onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi hüquqi cəhətdən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı apellyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini bildirsə də, öz dəlillərini əsaslandırmamış, o bu barədə mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-cu il tarixli, 2(019)-595/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-595/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-524/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-524/2021
06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver